çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub - FOTO / YENİLƏNDİ

Image


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə mərkəzin qarşısında nümayiş etdirilən hərbi məhsullara və texnikalara baxdı.

Müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Prezident İlham Əliyevə məlumat verdilər ki, bu il sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir. Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir müasir silah və avadanlıqların, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Azərbaycanın hərbi sənaye kompleksinin geniş təmsil olunduğu sərgidə “Matador”, “Marauder” və digər zirehli hərbi texnikalar, o cümlədən tank əleyhinə raket kompleksi böyük maraqla qarşılanır.

Hava hücumundan müdafiə silahlarının və hərbi texnikaların servis xidməti mərkəzinin stendi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, Azərbaycan-Belarus birgə müəssisəsi əsasən silahlanma sistemlərinin təkmilləşdirilməsi və modelləşdirilməsi, hərbi elmi-tədqiqat işi, yeni silahlanma sistemlərinin inkişafı, qoşun və silahlanmada nəzarət sistemləri üçün texniki və proqram vasitələrinin təminatının hazırlanması ilə məşğuldur.

Belarus Respublikası artıq Azərbaycan Beynəlxalq müdafiə sərgisinin fəal iştirakçıları arasındadır. Sərgiyə 10 şirkətlə qatılan Belarus müxtəlif hərbi məhsullarla yanaşı, ağır hərbi texnika da nümayiş etdirir. “Belspetsvneshtechnika” Dövlət Xarici Ticarət Unitar Müəssisəsi yüksək texnoloji məhsulların ixracı sahəsində ixtisaslaşan, hərbi tətbiqlər üzrə texnologiyalar sahəsində intensiv biliyə malik olan aparıcı müəssisədir.

Türkiyənin “Aselsan” şirkəti də artıq üçüncü dəfədir sərgidə iştirak edir və onun təqdim etdiyi məhsullar da maraqla qarşılanır.

Təkərli zirehli texnikanın istehsalı sahəsində ixtisaslaşan Rusiyanın Hərbi Sənaye Şirkəti isə müdafiə, hüquq-mühafizə və terrora qarşı mübarizə sahələrində silsilə tapşırıqların həllinə görə zirehli texnikaları tədarük etməklə 50-dən çox ölkədə dövlət orqanları ilə və özəl şirkətlərlə əməkdaşlıq edir.

İsrailin “Elbit Systems” şirkəti də sərgiyə böyük maraq göstərir və o, dünyada müdafiə, milli təhlükəsizlik və kommersiya təyinatlı silsilə proqramların hazırlanması ilə məşğul olan beynəlxalq şirkətdir. “Elbit” və onun törəmə müəssisələri aerokosmik, quru və donanma sistemləri, komanda, nəzarət, kommunikasiya, kompüter, məlumattoplama, müşahidə və kəşfiyyat, pilotsuz uçuş sistemlərinin istehsalı üzrə fəaliyyət göstərir.

Sonra Prezident İlham Əliyev Baku Ekspo Mərkəzinin daxili pavilyonlarındakı stendlərlə tanış oldu.

Qeyd edildi ki, bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyaların sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə, Rusiya, İsrail və Belarus daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Pavilyonlarda müasir silah və texnikalar nümayiş olunur. Bu sərgidə Türkiyə 41 şirkətlə təmsil olunur. Türkiyə şirkətlərinin ümumi təşkilatçısı olan “Müdafiə Sənayeləri Alt Katibliyi” qurumunun məqsədi özəl sahibkarlıq qismində beynəlxalq tərəfdaşlarla balanslaşdırılmış əməkdaşlığa imkan yaradan müdafiə sənayesini formalaşdırmaqdır.

Türkiyənin 30 illik təcrübəyə malik “Roketsan” şirkəti də sərgiyə məhsullarının geniş çeşidi ilə qatılıb. Şirkət həm yerli, həm də xarici istifadəçilərə özünü təcrübədə doğrultmuş etibarlı həll variantları təklif edir.

ABŞ-ın “Vertex International” şirkəti hərbi və hüquq-mühafizə sahələri üçün həll variantları, eləcə də digər sahələrlə yanaşı, müdafiə sektorunda istismar olunan məhsulların təchizatçısıdır və 200-dən çox brendi təmsil edir.

1991-ci ildən fəaliyyət göstərən Türkiyənin “STM” şirkəti sistem mühəndisliyi, texnoloji təkmilləşdirmə və logistika xidmətləri təqdim edir.

Ukrayna Müdafiə Sənayesi Təşkilatı hərbi və texniki avadanlıqların istehsalı, satışı, təmirı, modernləşdirilməsi və ixracı sahələri üzrə fəaliyyət göstərən və 100-dən çox şirkəti birləşdirən bir qurumdur. Builki sərgidə isə 7 şirkətlə təmsil olunan Ukrayna hərbi-sənaye kompleksi müxtəlif məhsullarını qonaqlara təqdim edir.

Serbiya da sərginin maraqla qarşılanan iştirakçıları arasındadır. Bu ölkədən olan “Yugoimport” şirkəti sistem inteqratoru kimi kompleks döyüş sistemlərinin işlənib hazırlanması və istehsalı üzrə ixtisaslaşıb.

Ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azərsun Holdinq” də “ADEX-2018” Beynəlxalq müdafiə sərgisində iştirak edir. Ziyarətçilərin böyük marağına səbəb olan stenddə "Əsgər payı" quru ərzaq dəsti, konserv və digər qida məhsulları sərgilənir. Bundan əlavə, ziyarətçilərə hazır yeməklər təqdim olunur.

Bu il sərgidə ilk dəfə iştirak edən İtaliyanın “Leonardo” şirkəti helikopterlər, aeronavtika, elektronika, müdafiə və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərir. O, ən səmərəli hərbi hazırlıq avadanlıqları, “M345” və “M346”, eləcə də “C27J” seriyalı hava gəmiləri ilə döyüş təlimi üzrə lider olan bir şirkətdir.

Ukraynanın “Motor SİCH” şirkəti qaz-turbin avadanlıqlarının və helikopterlərin istehsalı, əsaslı təmiri və yenilənməsi xidmətlərini təqdim edir.

Prezident İlham Əliyev İran İslam Respublikasının pavilyonunda da oldu. Burada “İran Electonics İndustries” şirkəti, Avionika Sənayesi və Dəniz Sənayesi təşkilatları təmsil olunur.

Dövlət Sərhəd Xidmətinin 2015-ci ildə təsis edilən “Gəmi İnşası və Təmiri Mərkəzi” gəmilərin inşası, bütün növ üzən qurğuların təmiri və onlara texniki qulluq işləri ilə məşğuldur. Zavod müasir struktura və qabaqcıl tərsanəyə malikdir. Şirkət indiyədək “Şahdağ” və “Tufan” tipli çoxlu patrul gəmiləri inşa edib.

Dövlətimizin başçısı Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda nümayiş etdirilən hərbi məmulatlara baxdı. Qeyd edildi ki, nazirliyin tabeliyinə verilən müəssisələrdə qısa müddətdə yenidənqurma işləri aparılıb, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkı yenilənib, bu məqsədlə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqlar alınıb quraşdırılıb. Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə sıx əməkdaşlıq qurub. 2009-cu ildən başlayaraq nazirliyin müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən Beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur.

Müasir silah və texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün və qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül və ağır hərbi texnikalar nümayişə çıxarılıb. Atıcı silahlarla təchiz olunan universal “Gürzə” avtomobili, müxtəlif çaplı atıcı silahlar, raket başlıqları, pilotsuz uçuş aparatları və digər hərbi texnikalar sərginin maraq doğuran eksponatları sırasındadır.

Sərginin fəal iştirakçılarından olan “Aselsan” şirkəti sifarişçilərinə hərbi rabitə vasitələri, radiolokasiya stansiyaları, radioelektron mübarizə avadanlığı, elektron və optik cihazlar, çoxfunksiyalı məlumat idarəetmə sistemi, yerüstü, hava, dəniz və kosmik tətbiqlər üçün yüksək texnologiyalı sistem variantlarını təqdim edir.

Hərbi dəniz donanması sahəsində 135 illik təcrübəyə malik olan “Damen” şirkəti istehsal etdiyi keşikçi katerlərini, patrul və döyüş gəmilərini, dəniz desantına dəstək, köməkçi dəniz və bir çox sahilyanı gəmiləri sərgi ziyarətçilərinə təqdim edir.

Dünyada hərbi sənaye kompleksinin inkişafı ilə diqqət çəkən ölkələrdən biri olan İsrail Bakıda keçirilən sərgiyə 14 şirkətlə qatılıb. Bu şirkətlər hava gəmiləri, zirehli texnika, donanma platformaları, havada və kosmosda ən son texnikanın, kibertexnologiyaların tətbiqi ilə yanaşı, müasir müdafiə sistemlərinin işlənib hazırlanması və istehsalını, o cümlədən hərbi donanma və kosmik sistemlər üçün innovativ həll variantlarını təklif edir. Bu ölkənin “Rafael Advanced Defense Systems Ltd” şirkəti bütün dünyada sifarişçilər üçün hava, quru, donanma və kosmik tətbiqlər üzrə yüksək texnoloji müdafiə sistemlərinin geniş çeşidini layihələndirir, hazırlayır və istehsal edir.

“Azərbaycan silahının təkamülü” adı altında çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyi sərgidə qədimdən müasir dövrədək ölkəmizin ərazisində mövcud olmuş dövlətlərin döyüşlərdə istifadə etdikləri texnikalar və silahlar, həmçinin geyim nümunələri də daxil olmaqla 50-dək eksponat nümayiş etdirir.

Dünyada nüfuzlu hərbi sənaye kompleksinə malik olan Rusiyanı sərgidə 26 şirkət təmsil edir. Bu ölkənin “Rosoboronexport” şirkəti qlobal silah bazarının liderlərindən biridir və Rusiyanın illik silah satışının 85 faizdən çoxunu əhatə edir.

Fransa Respublikasını təmsil edən “Naval Group” şirkəti hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideridir. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir.

Dövlətimizin başçısına məlumat verildi ki, Belarusun “Belspetsvneshtechnika” şirkəti hazırda sistem inteqratoru kimi xidmət edir və bu ölkədə müdafiə sektorunun müxtəlif sənaye sahələrində ixtisaslaşmış 20-dən artıq təşkilatı bir araya gətirən Dövlət Hərbi Sənaye Komitəsinin ixtiralarından yararlanır.

Fransanın sərgidəki digər iştirakçısı isə “Thales” şirkətidir. Şirkət sərgidə hava hərəkətinin idarəolunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim edir.

AMEA-nın Yüksək Texnologiyalar Parkı da sərgidə ilk dəfə iştirak edir. Stenddə hərb sahəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiyayönümlü yeni texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi məqsədilə görülən işlər nümayiş etdirilir.

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının pavilyonunda da oldu. Bildirildi ki, ölkəmizlə hərbi əməkdaşlığa malik Pakistan da bu sərgiyə hərbi sənaye məhsullarının geniş çeşidi ilə qatılıb. Bu ölkədə istehsal olunan hərbi məhsullar hərbi sənaye kompleksinin bütün istiqamətlərini əhatə edir.

Çinin “CETC International” şirkəti elektron informasiya sahəsi üçün innovativ və xüsusi həll variantları ilə sərgi ziyarətçilərinin qarşısına çıxıb. Qeyd edək ki, bu il müdafiə və xüsusi təyinatlı məhsulları, hərbi nəqliyyat vasitələrini və texnikanı, eləcə də silah və sursatları təqdim edən yerli eksponentlərin sayı artıb.

Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edir.

Ümumilikdə, sərgidə quru qoşunları və hərbi hava qüvvələrinin texnika və silahları, hərbi aviasiya silahları, Hava Hücumundan Müdafiə sistem və vasitələri, xüsusi təyinatlı əmlak və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı ilə bağlı yeniliklər nümayiş olunur.

Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradır. Bu sərgi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün artıq əla platformaya çevrilib.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ