çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Azərbaycan döyüş meydanında və diplomatiyada Ermənistana zərbələr endirməkdə davam edir

Image


Məlum həqiqətdir ki, bu gün Cənubi Qafqazda hadisələrin inkişaf istiqamətini müəyyən edən dövlət statusu daşıyan Azərbaycanla qarşılıqlı münasibətlər qurulmadan nə region ölkələrinin tərəqqisi, nə də kənar dövlətlərin, şirkətlərin, təşkilatların burada iqtisadi maraqlarının təmin edilməsi mümkündür. Elə Gürcüstan və Ermənistanın timsalında bunu kifayət qədər aydın görmək olar.

Azərbaycanla münasibətləri sayəsində bu gün Gürcüstan iqtisadi inkişafının yüksəliş dövrünü yaşayır. Məhz Azərbaycanın enerjidaşıyıcı kəmərlərinin Gürcüstandan keçməsi, bu ölkənin Bakının təşəbbüskarı olduğu transmilli layihələrə cəlbi onun iqtisadi tərəqqisinə ciddi töhfələr verməkdədir.

İşğalçı Ermənistana gəlincə, Azərbaycanın uğurla həyata keçirdiyi təcrid siyasəti onun çöküşünü hər  keçən gün daha da sürətləndirir. Belə vəziyyətdə Ermənistanın özündə etiraflar artır ki, İrəvanın xilası yalnız Bakı ilə münasibətlərin normallaşdırılmasından, Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. İşğal siyasətindən əl çəkməyənə qədər Ermənistanın tənəzzülünün daha sürətli xarakter alacağı da birmənalıdır. Bu fonda hesab edilir ki, Ermənistan mümkün qədər tez Qarabağ siyasətinə korrektələr etməlidir. Əslində, bunun baş verməsi Bakının da marağındadır və prezident İlham Əliyev Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasda çıxış zamanı qeyd olunan xüsusda kifayət qədər maraqlı məqamlara toxundu: “Ermənistan işğalçılıq siyasətinə görə böhran, tənəzzül içindədir. Rəsmi statistikaya görə orada yoxsulluq 30 faizə, amma real vəziyyətdə 50 faizə çatır. Kütləvi işsizlik, depopulyasiya, insanların kütləvi şəkildə köçü baş verir. İqtisadi inkişaf üçün heç bir əsas yoxdur. Heç kim investisiya qoymaq istəmir, bazar məhduddur, xarici bazarlara çıxış yoxdur. Bu mövcud problemlər, üstəgəl onların işğalçılıq siyasəti faktiki olaraq əvvəlki kriminal rejimin çökməsinə gətirib çıxardı. Amma biz görürük ki, indi yeni hökumət də eyni yolla getmək istəyir. Bu ağır, çətin vəziyyətdən xilas üçün Ermənistanın yeganə yolu var, o da bizim torpaqlarımızdan çıxmaqdır. Ondan sonra onların inkişafı üçün şərait yaradıla bilər. Əgər onlar işğalçılıq siyasətini davam etdirmək istəyirlərsə, bilməlidirlər ki, bunun axırı olmayacaq. Bunun axırı onlar üçün çox pis olacaq“. Beləliklə, Azərbaycan çox açıq şəkiləd bildirir ki, işağl siyasətiən son qoyacağı təqdirdə Ermənistanın da inkişafına şərait yaradıla bilər.  Ən azından yuxarıda qeyd olunan Gürcüstan nümunəsi buun çox aydın göstərir.

Digər tərəfdən İrəvan burada onu da nəzərə almalıdır ki, Dağlıq Qarabağı heç vaxt Azərbaycandan qopara bilməyəcək və bu səbəbdən də ölkəni böhrana sürükləyən işğal siyasətinin uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Məsələnin bu tərəfinə nəzər salan  prezident İlham Əliyev vurğulayır: “Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın. Qoy, Ermənistan bu xülyalarla yaşamasın. Qoy, Ermənistan rəhbərliyi öz xalqını aldatmasın“. Dövlət başçısı onu da açıq şəkildə bəyan edir ki, işğal siyasətinin davamı fonunda Ermənistanın təcridi, bu ölkənin dayaqlarının sarsıdılması davam edəcək: “Bu gün bizim siyasətimiz, - mən bunu bir daha demək istəyirəm, bu, sirr deyil, - Ermənistanı tam təcrid edilmiş vəziyyətə salmaqdır, iqtisadi dayaqlarını, - ona dayaq da demək olmaz, - çökdürməkdir. Nəyə görə? Çünki biz torpaqlarımızı istəyirik. Bizə deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Biz də çalışırıq ki, bunu edək. Amma bunu etmək üçün gərək sənin qarşında adekvat bir tərəf olsun. Biz bu adekvatlığı görmürük. İndi Ermənistanın qeyri-adekvat addımları, hərəkətləri, yüksək kürsülərdən səslənən bəyanatları bu ölkəni daha da ağır vəziyyətə salacaq. Onunla bizim işimiz yoxdur. Amma bu, münaqişənin həlli üçün indi böyük problemə çevrilir. Ona görə biz bundan sonra da öz siyasətimizi aparacağıq. Bizim iqtisadi potensialımız da artır. İndi Ermənistanla Azərbaycan arasında fərq yerlə-göy qədərdir. Bu gün Azərbaycan iqtisadi cəhətdən inkişafda olan ölkədir, Ermənistan isə yoxsul, başqasının əlinə baxan, ianələrlə dolanan bir ölkədir. Biz, əlbəttə ki, bundan sonra da öz siyasətimizi aparacağıq“.

Yüksək səviyyədə edilən bu xəbərdarlıqlar fonunda Ermənistanın lazımi nəticələr çıxarmaq üçün zamanı var. Əslində, bütün bunları düşmən ölkədə başa düşənlərin də sayı az deyil. Onlar bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan suverenliyindən kənarda heç vaxt status almayacaq. Azərbaycan lazım gəlsə, güc yolu ilə ərazi bütövlüyünü bərpa edəcək. Bu mənada İrəvanda Azərbaycan liderinin fikirlərini narahatlıqla qarşılayanlar da az deyil. Xüsusilə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin təxribat hücumunun qarşısını alan Azərbaycan ordusunun ağır cavabından sonra prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı son qərarı açıqlaması işğalçı ölkəni qorxuya salıb. Erməni şərhçi Sarkis Artsruni qeyd edir ki, Bakı xarici işlər nazirlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü öncəsi son qərarını açıqladı və bu, Azərbaycanın heç bir məsələdə geri çəkilməyəcəyi deməkdir. Onun sözlərinə görə, Azərbaycan Ermənistana təzyiqi artırır: “Azərbaycan həm döyüş meydanında, həm də diplomatiyada Ermənistana zərbələr endirməyə davam edir”. Bu zərbələrin qarşısını isə hətta ermənilərin siyasi hamiləri də ala bilmir.

Elə ekspertlərə görə də, prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı dövlətimizin mövqeyini ifadə etməklə yanaşı, işğala son qoymaq istəməyən ölkəyə, işğal faktından geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışan dairələrə proseslərin hansı istiqamətə gedə biləcəyi ilə bağlı mesajlarını çox aydın çatdırıb. Azərbaycanla Ermənistan arasındakı fərqi konkret rəqəmlərlə və faktlarla ifadə edərək, işğalçı ölkəyə Azərbaycanın yürütdüyü təcridetmə siyasətinin onun üçün indikindən daha ağır və bərpası mümkün olmayacaq nəticələrə yol açacağını göstərib. Siyasi ekspertlər hesab edir ki, Ermənistanı siyasətlərinə vasitə edənlər  bütün bu mesajlardan ciddi nəticə çıxarmalıdırlar. Əks təqdirdə, Ermənistan rəhbərliyinin hadisələrin inkişaf perspektivi haqqında düşünməyə vaxtı da qalmayacaq. Bu mənada sabiq dövlət müşaviri Qabil Hüseynli də bildirir ki, hazırda bölgə kritik bir dönəmdən keçir: “Dağlıq Qarabağ məsələsində irəliləyişlərin hiss edildiyi bir zamanda Ermənistanda hakimiyyət dəyişikliyi baş verdi. Yeni hakimiyyətə gələn şəxs və onun ətrafı Dağlıq Qarabağla bağlı sülh danışıqlarını dayandırdı, yeni şərtlər irəli sürdü. Nəticə etibarı ilə danışıqlar prosesi dalana dirəndi. Bunun ardınca isə Ermənistanın baş naziri Nikol Paşinyan həm Dağlıq Qarabağa, həm də Azərbaycana olan münasibətlə bağlı qeyri-adekvat, diletant və kifayət qədər səriştəsiz çıxışlar və bəyanatlar yaymağa başladı. Bu bəyanatlar bir tərəfdən danışıqlar prosesinin yolunu tıxadı, digər tərəfdən isə Azərbaycan tərəfində ciddi qəzəb hissi doğurmağa başladı. Çünki Paşinyan sözünün əvvəli ilə axırını bilmədən Azərbaycanın ünvanına təhdid və şantaj yağdırır. Hələ bu bəs deyilmiş kimi, bir müddət öncə Dağlıq Qarabağda erməni qoşunlarının iştirakı ilə irimiqyaslı təlimlər başladı. Azərbaycanda keçirilən parad, bunun ardınca isə Azərbaycan ordusunun döyüş şəraitinə yaxınlaşdırılmış irimiqyaslı təlim əməliyyatları ordumuzun gücünü bütün dünyaya, eləcə də Ermənistana nümayiş etdirdi. Hazırda Azərbaycan Ordusu dünyanın ən hazırlıqlı 50 ordusundan biridir. Ermənistan bunu görməzliyə vura bilməz”.

Politoloq vurğulayıb ki, dünya dövlətləri Ermənistanın qeyri-konstruktiv siyasəti ucbatından bölgənin hərbi qarşıdurmaya doğru yuvarlandığını görür: “Elə bu səbəbdən də bir sıra iri dövlətlər konfliktin sülh yolu ilə həll edilməsi barədə təkliflər irəli sürürlər. Bu konteskdə Azərbaycan əlbəttə ki, sülh danışıqlarına hazır olduğunu bəyan etməklə yanaşı, Ermənistanın təhrikedici mövqeyini, xüsusən, baş nazirin səviyyəsiz çıxışlarını nəzərə alaraq, bildirir ki, Ermənistanın nazı ilə uzun müddət oynamaq niyyətində deyilik. Əgər Ermənistan danışıqlara hazırdırsa, heç bir şərt irəli sürmədən, 20 ildən çoxdur aparılan danışıqlar prosesinin davam etməsinə razılıq verməlidir. Amma biz Erənistan tərəfində bu istəyi görmürük. Ermənistan qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə cəlb edilməsi ilə bağlı sərsəm fikirlər ortaya atır. Belə şəraitdə sülh danışıqları getmirsə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi əməliyyatlara başalamaqdan başqa yolu qalmır. Dünya da bunu görür və Azərbaycanın mövqeyini bir növ başa düşməyə başlayır”.

Politoloq qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyi bir şəraitdə Ermənistanın aranı qarışdıran avantürist siyasəti bölgədə çox ciddi gərginlik yarada bilər: “Ermənistana bir daha təklif edilir ki, tezliklə kompromisə getməyi bacarıb, bölgədəki iqtisadi layihələrə, sürətli inkişaf proseslərinə qoşulmağa çalışsın. Əgər bunu etməzsə, onda Azərbaycan əlində olan imkanlardan birini seçmək məcburiyyətində qalacaq. Sülhün alternativi müharibə olduğu üçün Azərbaycan bu yolu seçə bilər. Azərbaycan istənilən şərtlər daxilində öz ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələn bütün imkanlardan istifadə edəcək”. Politoloqun sözlərinə görə, Azərbaycan bu məsələnin uzanmasından, tərəqqi əldə edilməməsindən ciddi narahatdır: “Buna görə də beynəlxalq təşkilatlar Ermənistanı sülh danışıqlarına zorlamasalar, onda Azərbaycan öz bildiyi kimi, öz maraqlarına uyğun şəkildə hərəkət edəcəkdir”. İndi Azərbaycan ERmənistana atacağı addımları gözləyir və bu addımların nəticələri Qarabağ münaqişəsinin dinc, yoxsa hərb müstəvisində həll ediləcəyini müəyyənləşdirəcək.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ