çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan-Amerika münasibətlərində Trampın yanlışa çəkildiyi daha bir fakt – münasibətlərin yüzillik tarixi?...

Image


“100 il bundan əvvəl erməni lobbisinin təkidi ilə ABŞ hökuməti nümayəndələrinin bir qrup erməni keşişi ilə görüşməsinin isə heç bir tarixi, siyasi əhəmiyyəti yoxdur”
“1919-cu ildə ABŞ özü rəsmi olaraq erməniləri himayə etməkdən imtina etdi, belə olduğu halda, Tramp niyə belə fikir işlədib, anlamaq olmur”

 

Saxtakarlıqla, hiylə və məkrlə, havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları üzərində özünə dövlət quran ermənilərin qondarma dövlətçilik tarixi yaratdıqları məlumdur. Təəssüf ki, hələ də bəzi dünya dövlətləri özlərini erməni yalanlarına inanırmış kimi göstərir. Şübhəsiz ki, bir sıra mənalarda həmin dövlətlərə bu sərf edir, lakin öz maraqları naminə həqiqəti danmaq, saxtakarlığa uymaq o dövlətlərin imicinə müsbət təsir göstərmir.

Məlum olduğu kimi, Ameria Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Ermənistan Respublikasının yaranmasının 100 illiyi (?) ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib. Məktubda bir sıra məsələlərə toxunan ABŞ Prezidenti Ermənistan-Amerika əlaqələrinə münasibət bildirməkdən də yan keçməyib. Tramp məktubunda birinci Ermənistan dövləti ilə Amerika arasındakı münasibətləri qeyd edib və bildirib ki, bu əlaqələrin 100 illik tarixi var.

Ermənistanla ABŞ arasında 100 illik dövlətlərarası əlaqənin olması nə dərəcədə doğrudur? Onlar arasında belə bir əlaqənin olmasından danışmaq nə dərəcədə mümkündür?

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyevin bildirdiyinə görə, ümumiyyətlə, 100 il bundan əvvəl Ermənistanla ABŞ arasında hər hansı bir ciddi siyasi münasibət olmayıb. O dövrdə bir sıra Qərb, Avropa dövlətləri kimi, ABŞ da ermənilərin müstəqil dövlətə sahib olmasına qarşı çıxıb. Professor bildirdi ki, D.Trampa qədər heç bir ABŞ Prezidenti Ermənistan və ABŞ arasındakı çoxillik tarixi münasibətə toxunmayıb. D.Trampın ABŞ-dakı güclü erməni lobbisinin təsiri ilə məktubunda belə bir fikir işlətdiyini ehtimal edən Q.Hacıyevin bildirdiyinə görə, 100 il əvvəl Amerikadakı erməni lobbisinin üzvlərinin səyi, qarşı tərəfə göstərdiyi təsir nəticəsində bir qrup erməni keşişinin ABŞ hökumətinin nümayəndələri ilə görüşü təşkil edilib. “100 il bundan əvvəl erməni lobbisinin təkidi ilə ABŞ höküməti nümayəndələrinin bir qrup erməni keşişi ilə görüşməsinin isə heç bir tarixi, siyasi əhəmiyyəti yoxdur. Bu hadisə 100 il bundan əvvəl baş versə də, heç bir siyasi çəkiyə malik deyil. İndiyə qədər Ermənistan və Amerika arasında 100 illik əlaqələrin olmasını ermənilərin özlərindən başqa heç kəs dilə gətirməyib. Ermənistanla Amerika arasında 100 illik münasibətlərin, əlaqələrin olması faktı yoxdur. Trampın Paşinyana göndərdiyi məktubdakı fikir isə, sözün düzü, mənə qəribə gəldi. Tamamilə inandırıcı görünmür ki, Tramp belə bir fikir işlədib. Bəlkə bu yenə Ermənistan mətbuatının uydurmasıdır. Bütün dünya ölkələri, eləcə də ABŞ yaxşı bilir ki, ermənilər hansı əməllərin sahibidir. Bu baxımdan, Trampın belə qeyri-ciddi fikir söyləməsi doğru görünmür. Bilirsiniz ki, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Ermənistanın müstəqil dövlət olmasını Fransadan başqa heç bir dövlət istəmirdi. Onlar buna qarşı çıxırdılar. Ermənilərin saxtakarlıqla, hiylə və məkrlə Azərbaycan torpaqları üzərində dövlət qurması ABŞ-a da məlumdur” - deyə qeyd edən Q.Hacıyevin fikrincə, ola bislin, Trampın bu məktubunun ərsəyə gəlməsində erməni lobbisinin və onların Senatdakı havadarlarının barmağı olub. O qeyd etdi ki, tarixən ermənilərlə amerikalıların elə də münasibətləri olmayıb.

Q.Hacıyev vurğuladı ki, 1919-cu ildə ABŞ qoşunlarının Cənubi Qafqaz üzrə rəhbəri də ermənilərin saxtakarlığı, başqa xalqlara qarşı silahlı hücum etməsi və s. ilə bağlı o vaxtkı ABŞ Senatına şikayət məktubu göndərib: “1919-cü ildə Amerika qoşunlarının Cənubi Qafqaz üzrə Bristol soyadlı rəhbəri vardı. O, Senata yazdığı məktubda qeyd edirdi ki, siz ermənilərə yardım göstərirsiniz, ancaq onlar sizin göndərdiyiniz maddi yardımı xoş məqsədlər və nəzərdə tutulan istiqamətlərə xərcləmirlər, onlar silah alır, silahlanır və başqa xalqlara qarşı təhdidlər həyata keçirirlər. Həmin şəxs Amerika hökumətinin ermənilərə yardım ayırmasına qarşı çıxmışdı. ABŞ o vaxt ermənilərə ona görə kömək edirdi ki, onlar Cənubi Qafqazda öz mövqelərini möhkəmlətsinlər, yaşasınlar. Lakin ermənilər bu etimaddan sui-istifadə edərək terrorla, qətllərlə, silahlı basqınlarla məşğul olurdular. Hətta Amerikanın buradakı nümayəndələri də ermənilərdən imtina etdilər. 1919-cu ildə ABŞ özü rəsmi olaraq erməniləri himayə etməkdən imtina etdi, belə olduğu halda, Tramp niyə belə fikir işlədib, anlamaq olmur. Belə tarixi faktlar var, bunu ermənilər özləri də yaxşı bilirlər”.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ