çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Məsuliyyətsiz Qarabağ siyasəti Paşinyana qarşı ölkədə ən sərt siyasi ittihama çevrilir

Image


Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı mövcud hakimiyyət rəhbərlyinin mövqeyi daha çox yeni savaşı tətikləməyə xidmət etməkdədir. Görünən budur ki, İrəvan sülhün əleyhinə çıxış edir və ölkə daxilində fiaskoya uğrayan baş nazir Nikol Paşinyan Qarabağ spekulyasiyası ilə öz hakimiyyətini qorumaq istəyir.

Daha bir maraqlı nüans isə həm də onun Qarabağ məsələsində ardıcıl mövqedə olmaması, tez-tez bir-birinə zidd açıqlamalar verməsidir. Yaranmış fonda erməni cəmiyyəti aydın görür ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsini həll etməyə nə gücü var, nə hərbi imkanı yetərlidir, nə də lazımi səviyyədə diplomatiyası var. Bu səbəbdəndir ki, Ermənistan getdikcə daha qeyri-müəyyən situasiyaya düşür. Bütün bunlar Qarabağ məsələsində İrəvanın qeyri-müəyyən mövqe tutmasına da gətirib çıxarıb və bu da indiyə qədər aparılan danışıqların üstündən xətt çəkir, yeni savaşı körükəlyir. Belə vəziyyətdə Ermənistanda Paşinyanın Qarabağ siyasətinin daha sərt formada tənqidlərə tuş gəlməsi müşahidə olunur. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Köçəryan bildirir ki, Qarabağ məsələsində istənilən ehtiyatsızlıq təmas xəttində atışmanın intensivliyinə gətirib çıxaracaq. O, Rusiyanın  “Kommersant” qəzetinə müsahibəsində Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə bağlı kəskin ifadələr işlətməsini tənqid edib: “Mən Qarabağ üzrə uzun müddət, hələ Qarabağ “prezidenti” olandan danışıqlar aparmışam. İstənilən danışıqlar istənilən müharibədən daha yaxşıdır. Məsələ poza verib həyəcanlı kütlənin populist ovqatda qəbul edəcəyi şüarlar səsləndirməkdə deyil“. Onun sözlərinə görə, İrəvan təmas xəttində atışmanın azaldılmasına imkan yaradacaq məsuliyyətli siyasət aparmalıdır. Və bu vaxt heç bir halda mövqeyi əldən vermək olmaz: “Bu, mitinq müzakirələrinin predmeti ediləsi mövzu deyil. İstənilən ehtiyatsızlıq bu gün təmas xəttində səngərlərdə olanların həyatı üçün təhlükə yaradacaq atışmanın intensivliyi ilə nəticələnəcək. Bundan sadəcə imtina etmək lazımdır“. Ermənistanın sabiq prezidentini hiddətləndirən odur ki, bu cür bəyanatları orduda xidmət etməmiş və ön cəbhədə olmamış bir şəxs verir: “Bu gün hökumətdə, demək olar ki, hərbidə xidmət etmiş insanlar yoxdur. Nizamasalma problemini populist mövzula çevirmək son dərəcə məsuliyyətsizlikdir“. Keçmiş dövlət başçısının bu açıqlamaları bir daha təsdiq edir ki, Paşinyanın məsuliyyətsiz,  populist Qarabağ siyasəti İrəvanın  özündə belə nararızılıq doğurur. Ekspertlər hesab edir ki, bu vəziyyət Paşinyanın iqtidardan devrilməsini sürətləndiər bilər. Ən azı o baxımdan ki, erməni cəmiyyəti Paşinyanın məsuliyyətsiz Qarabağ siyasəti üzündən yeni savaşın başlanmasına qarşıdır. Digər tərəfdən, bu məsuliyyətsizlyin elə indinin özündə cəbhədə erməni itkilərini artırması artıq Paşinyana qarşı da narazılıqları çoxaldır. Bu vəziyyətdə Paşinyanın qısa müddətdə hakimiyyətdən devrilməsi tamamilə gözlənilən sayılır. Görünən budur ki, elə Köçəryan özü bu narazılıqları nəzərə alaraq Paşinyanın devrilməsi prosesinə rəhbərlik etmək niyyətindədir.

Paşinyanın Qarabağ siyasətini tənqid edən Köçəryan diqqəti həm də ona yönəldir ki, baş nazir hökuməti, 4 aydır hakimiyyətdə olmasına baxmayaraq, heç bir işin öhdəsindən gələ bilməyib. Onun fikrincə, 4 ay iqtidarın nəyə qadir olduğunu, sistemli iş aparmağı bacarması və hansı dəyərlərə söykəndiyini aydınlaşdırmaq üçün kifayət qədər böyük vaxtdır: “Lakin bu müddət ərzində mən anladım ki, Ermənistanın yeni hakimiyyəti xaotikdir və iqtisadiyyatdan başı çıxmır, konkret və aydın fəaliyyət proqramı yoxdur. Hökumətin tərkibi isə olduqca qarışıqdır, onların aydın geosiyasi prioritetləri yoxdur. İndi hakimiyyətdə kifayət qədər “parlaq” lider  var, lakin onun populizm cəhdlərinin idarəolunmazlığı ciddi narahatlıq doğurur. Bu mənə Uqo Çaves stilində Latın Amerikası populizmini xatırladır. Diqqətlə baxıb analogiya aparsaq görərik ki, onların populizmi bir-birinə çox bənzəyir”.
Lakin Köçəryanın fikrincə, populizmlə hakimiyyətə gələnlərin sonu heç də yaxşı olmur: “Əlbəttə ki, insanlar əvvəlki hakimiyyətdən yorulmuşdu. Düşünürəm ki, Paşinyan əhalidəki etiraz əhvalını hiss edərək vaxtında onlara başçılıq etdi və bu da hakimiyyətin dəyişməsilə nəticələndi. Çünki əks təqdirdə, çətin ki, bu cür kütləvi hərəkat baş tutardı. Amma bilirsiniz, populizmlə hakimiyyətə gəlmək olar, müasir tarixdə bu cür nümunələr çoxdur. Lakin belə vəziyyətdə hakimiyyətə gəlmək asan olsa da, ondan getmək daha çətindir. Çünki böyük vədlər üzərinə qurulmuş populizmlə hakimiyyətə gəlmisənsə, ləyaqətlə və real nəticələrlə də getməlisən. Amma görünür ki, Paşinyan ölkənin uzunmüddətli maraqlarına köklənən, iqtisadiyyatdan başı çıxan, bilik, bacarıq və idarəçilik təcrübəsinə malik lider - günəş yox, hansısa mitinq və yığıncaqlarda qısamüddətli effektə nail olmağa çalışan çox sürətlə alovlanan meteor, ya da kometdir”. Bu vəziyyətdə Köçəryan hesab edir ki, Ermənistanı ağır duruma sürükləyən Paşinyanın Qarabağ məsələsində də məsuliyyətsiz siyasət yürütməsi Ermənistanı daha çətin vəziyyətdə qoyur: “Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bilmir. Baş nazir Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, bir çox siyasi məsələləri bilmir. Paşinyan hansı mövqedə dayanacağından məlumatsızdır. İstənilən diqqətsizlik baha başa gələ bilər. Populizmlə prinsipial müzakirələrə getmək mümkünsüzdür”. Elə bütün bunları nəzərə alaraq Köçəryan Paşinyanın hakimiyyətdən getməsini zəruri sayır və bu məsələdə Rusiyanın da ona yardımçı olacağını gizlətmir. “Kommersant”a müsahibəsində o bildirir ki, Rusiya prezidenti Vladimir Putin ona böyük dəstək göstərir. Onun sözlərinə görə, Putinin ad günü münasibətilə ona təbrik zəngi etməsi ciddi dəstəkdir: “Bu zəng mənim üçün ciddi dəstəkdir. Amma mən bu cür münasibətləri heç vaxt reklam edərək ictimailəşdirməmişəm”.
Xatırladaq ki, 31 avqustda Putin Köçəryana zəng edərək onu 64 yaşına qədəm qoyması münasibətilə təbrik edib. Kremlin rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, Rusiya prezidenti Köçəryanla çox isti və səmimi söhbət aparıb. Bundan başqa o da məlumdur ki, Vladimir Putin Ermənistana nəzərdə tutulan səfəri çərçivəsində keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanla görüşəcək. “Jamanak” qəzeti bu xüsusda yazır:  “Artıq məlumdur ki, Putin İrəvanda Ermənistanın ikinci və üçüncü prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla görüşmək niyyətindədir”. Rusiya prezidentinin İrəvana səfəri çərçivəsində Serj Sarkisyan və Robert Köçəryanla görüşmək niyyətini şərh edərkən rusiyalı politoloq Yevgeni Mixaylov bildirir ki, onlar üçün çətin vaxtlarda Rusiya özünün siyasi müttəfiqlərini atmır: “Vladimir Putin Nikol Paşinyana göstərmək istəyir ki, Rusiya və o özü şəxsən mürəkkəb vəziyyətlərdə siyasi müttəfiqlərini atmır”. Onun sözlərinə görə, Rusiyada ölkənin keçmiş siyasi rəhbərlərinin izlənməsi ənənəsi yoxdur: “O, məhz bunu özündən tam asılı vəziyyətdə olan satellitlərindən də tələb edir”. Moskva ilə İrəvan arasında münasibətlərin pisləşməsindən danışarkən Y.Mixaylov vurğulayıb ki, Ermənistanın yeni baş naziri hələlik ölkəsinin xarici siyasət kursu ilə bir müəyyənlik hasil etməyib.

“Paşinyan hələlik Ermənsitanın yeni kursunu müəyyən etməyib və buna görə də, strateji müttəfiqi ilə Avropa arasında var-gəl edir. Avropa isə özünün bir çox problemləri üzündən yeni erməni rəhbərliyinə kömək etməyəcək“. Ekspert bu vəziyyətdə Qarabağda yeni savaşın İrəvan üçün çox böyük zərbə olacağını və Paşinyanın bunu mütləq nəzərə almasının vacib olduğunu vurğulayır. Digər rusiyalı politoloq Stanislav Tarasov da qeyd edir ki, Nikol Paşinyan Dağlıq Qarabağ konfliktinin həllində təzadlı bəyanatlar verir və addımlar atır: “Hakimiyyətə gəldikdən sonra Paşinyan Dağlıq Qarabağı danışıqlar prosesində iştirak etməli olan tərəf, Ermənistanı isə iştirak etməli olmayan tərəf elan etdi. Lakin bundan sonrakı proses əvvəlki məntiq çərçivəsində davam etdi. Belə ki, Mnatsakanyan-Məmmədyarov görüşü əvvəlki formatda baş tutdu. Görünür, Paşinyan hələ də öz regional təhlükəsizlik siyasəti ilə bağlı axtarış aparır”. O, həmçinin, mümkün Qarabağ savaşında KTMT-nin Ermənistanı müdafiəsi ilə bağlı məsələyə də toxunub. Tarasovun fikrincə, KTMT rəhbəri Yuri Xaçaturovun təqibindən sonra təşkilatın imicinə ciddi zərbə vurulub və buna görə də indiki halda onun İrəvanın yardım tələbinə cavab verəcəyini söyləmək çox çətindir. Bu vəziyyətdə Stanislav Tarasov yeni Qarabağ savaşında kifayət qədər güclü Azərbaycanın Ermənistanı asanlıqla məğlubiyyətə uğradağacını da xüsusi qabardır və qeyd edir ki,  yaranmış durumda erməni cəmiyyəti Paşinyanın Qarabağ siyasətindən daha çox narazılıq duyur. Azərbaycan tərəfi də Paşinyan iqtidarının nazı ilə çox oynamaq niyyətində deyil. Bakı aydın şəkildə bəyan edir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status-kvonun dəyişdirilməsi münaqişənin yeganə siyasi həllidir. Eyni zamanda bu, hərtərəfli regional əməkdaşlıq üçün imkanlar aça və davamlı sülhün təmin olunmasına töhfə verə bilər. Belə sülhün əldə olunması üçün isə Ermənistanın da müvafiq addımlar atması vacibdir. Əks təqdirdə Bakı ərazi bütövlüyü və vətəndaşlarının pozulmuş hüquqlarını digər yolla, o cümlədən də güc vasitəsilə bərpa etmək hüququnu özündə saxlayır. Hər halda, Azərbaycan öz xəbərdarlıqlarını edib və yaxın tezlikdə qarşı tərəfdən də lazımi hərəkətlilik görməzsə, ermənilərin çox qorxduğu yeni Qarabağ savaşı qaçılmazdır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ