çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ərdoğan ABŞ-ın Suriyanın şimal bölgələri ilə bağlı gizli planlarını detallarına qədər açdı

Image


Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PKK terror təşkilatının Suriya qanadı kürd PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaq planı Türkiyə sərt reaksiyasına səbəb olub. Artıq Türkiyə ordusunun ABŞ-ın dəstəklədiyi PYD-yə qarşı hərbi əməliyyatlara başlayacağı an məsələsidir.

Baki-xeber.com Türkiyə mediasına istinadən  xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri yanvar ayının sonunadək Suriyanın Afrin şəhərində hərbi əməliyyatlara başlaya bilər. Ordu artıq Afrində PYD və YPG terror təşkilatlarına qarşı əməliyyatlara başlamaq üçün tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bununla bağlı ABŞ-na sərt mesajlar verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə əvvəlki Türkiyə deyil: “Artıq yeni Türkiyə var. Bu gün arı yuvasına çöp soxulduğunu görürük. Suriya, İraq və Avropada baş verən hadisələrin heç biri bu səhnədən uzaq deyil. Nə edirlər, etsinlər, bizə mane ola bilməyəcəklər. Bəziləri Türkiyəyə yerini sözünü bilsin deyirlər. Ancaq biz Türkiyəyik, biz sıradan bir çadır dövləti deyilik. Bu millət saraylardan doğulub. Bəzi ayağı kirlilər Suriyadan bizi təhdid edir. PYD, YPG, İŞİD hamınız birdən gəlin, nə olursunuzsa olun, hamısı başınıza dəyəcək. Bunun başqa çarəsi yoxdur. Suriyada terrorçuların məskən saldıqları əraziləri hazırda artilleriya atəşinə tuturuq və atəşə davam etdirəcəyik”.

Afrin əməliyyatından sonra Menbiç istiqamətində də əməliyyat keçiriləcəyini deyən Ərdoğan vurğulayıb ki, Türk Silahlı Qüvvələri ən qısa müddətdə Afrin və Menbiç məsələsini həll edəcək: “Hazırlıqlarımız tamamlanıb. Əməliyyat hər an başlaya bilər. Daha sonra növbə digər ərazilərə gələcək. Sərhədlərimiz boyu nəinki 30 min, bir terrorçu qalmayana qədər əməliyyatlarımız davam edəcək”.

“Müttəfiqimiz dediyimiz bir ölkə bütün etirazlarımıza baxmayaraq, sərhədimiz boyu bir terror ordusu qurmağa çalışır. Bunun Türkiyədən başqa hədəfi ola bilərmi? ABŞ-ın artıq niyyətini açıq ifadə etməsindən məmnunluq duyarıq” – deyə Ərdoğan bildirib.

O, qeyd edib ki, ABŞ Türkiyə sərhədi boyu terror ordusu quracağını elan edib: "Bizə düşən də bu terror ordusunu doğulmamış, yerində boğmaqdır. ABŞ onlara 4800 yük maşını silah göndərib. Nə qurursan qur, o 30 minlik terror ordusu orada səni təmsil edə bilməyəcək və rəzil, rüsvay olacaqsan. Bizim müttəfiqlərimizə söylədiyimiz budur ki, terrorçularla, qatil sürüləri ilə aramızda durmayın, yoxsa ortaya çıxan nəticələrə görə biz məsuliyyət daşımayacağıq. Terror təşkilatlarının bazalarında qaldırılan bayraqlarınızı özünüz endirin ki, biz endirib, sizə verməli olmayaq. Terrorçuların üzərlərində olan işarələri sökün ki, terrorçularla birlikdə olan hərbçilərinizi biz torpağa gömmək məcburiyyətində qalmayaq”.

R. T. Ərdoğan qeyd edib ki, ABŞ Türkiyəyə müttəfiq kimi yanaşmalıdır: “Mən onlara demişəm ki, biz o terrorçuları yaxşı tanıyırıq, peşman olacaqsınız. İki gün sonra çətinə düşən zaman ABŞ əsgərlərinə ilk silah çevirən qurmaq istədikləri 30 minlik terrorçu ordusu olacaq”.

Türkiyənin Xarici İşlər Nazirliyi də ABŞ-ın Suriyada qurmağı hədəf götürdüyü 30 minlik terror ordusuna dair açıqlamalarına sərt reaksiya göstərib. Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Terror təşkilatı PYD/PYG-nin ABŞ-ın dəstəyilə Suriyada dırnaqarası “Şimal ordusu” qurmağa hazırlaşdığı barədə beynəlxalq KİV-də yer tutan xəbərlərə görə ABŞ-ın müvəqqəti işlər vəkili yanvarın 10-da  Xarici İşlər Nazirliyinə çağırılaraq izahat istənmişdi.

Bu dəfə DEAŞ-la Mübarizə Beynəlxalq  Koalisiyasının sözcüsünün verdiyi açıqlamaya istinadla, qismi olaraq PYD/YPG ünsürlərindən qurulacaq və PYD/PKK-nın da tərkib hissəsində iştirak edəcək dırnaqarası “Suriya Demokratik Qüvvələri”nin komandirliyində fəaliyyət göstərəcək 30 min nəfərdən ibarət “Suriya Sərhəd Qüvvəsi” qurulması məqsədilə koalisiyanın “Suriya Demokratik Qüvvələri” ilə birgə işlədiyi barədə xəbərlər yayıldığı görülür.

Türkiyə DEAŞ-la mübarizənin və DEAŞ-dan təmizlənən bölgələrdəki sabitləşdirmə fəaliyyətlərinin bir başqa terror təşkilatı olan PYD/YPG ilə əməkdaşlıq edilərək davam etdirilməsinin səhv və əlverişsiz olduğunu hər platformada və səviyyədə dəfələrlə dilə gətirdi.

Digər tərəfdən dırnaqarası “Suriya Sərhəd Təhlükəsizliyi Qüvvəsi” qurulması barədə koalisiya üzvü olaraq Türkiyəyə müshələt edilməmişdir. Koalisiyanın həmin qərarının koalisiyanın hansı üzvlərinin təsdiqilə qəbul edildiyi məlum deyildir. Təktərəfli atılan addımları Koalisiya adından qəbul edilmiş kimi açıqlamaq DEAŞ-la mübarizəyə də zərər verə biləcək son dərəcə səhv hərəkətdir.

ABŞ-ın vədləri və bəyanatlarına zidd olan şəkildə PYD/YPG ilə əməkdaşlığın davam etdirilməsilə milli təhlükəsizliyimizi və Suriyanın torpaq bütövlüyünü təhlükə ilə üzləşdirən belə təşəbbüslər əsla qəbul edilə bilməz. Bu səhv yanaşmada təkid edilməsini qınayır və Türkiyənin ölkəsinə yönəldiləcək hər növ təhdidi aradan qaldırmağa qətiyyətli və gücü olduğunu bir daha xatırladırıq.”

Türkiyə dövlət aparatı sözçüsü İbrahim Kalın isə ABŞ-ın İŞİD-lə mübarizəyə görə PKK-nın Suriyadakı qolu olan PYD/YPG-yə verdiyi dəstəyə son qoymaq əvəzinə bu terror təşkilatını qanuniləşdirmək və bölgədə daimi hala gətirmək istiqamətində narahatlıq doğuran addımlar atdığını qeyd edib.

Kalın vurğulayıb ki, bu vəziyyət qəbuledilməzdir. Türkiyə öz təhlükəsizliyinin təminatı üçün bütün tədbirləri görəcək. İndiyədək olduğu kimi  gələcəkdə də Türkiyə ölkənin daxilində, eləcə də onun hüdudları xaricində terrorla istənilən mübarizə hüququnu özündə saxlayır.

Bu arada, ABŞ-ın PYD/YPG-ni dəstəkləməsinə Suriyada Türkiyə ilə sıx əməkdaşlıq edən Rusiya da sərt reaksiya verib. Rusiya xarici işlər naziri Sergey Lavrov Amerikanın Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlı olmadığını deyib.

Suriyanın şimalında ABŞ-ın rəhbərliyi ilə yaradılması planlaşdırılan və əsas hissəsini PYD-li terrorçuların təşkil etdiyi 30 minlik ordu haqda danışan Lavrov deyib ki, bu müstəqil ölkənin suverenliyinin tapdalanması deməkdir.

"Türkiyəli, iranlı və digər həmkarlarımız kimi biz də bununla bağlı Vaşinqtondan izahat gözləyirik. Bu, Suriyanın ərazisinin bölünməsi baxımından çox ciddi və təhlükəli məsələdir. ABŞ böyük ehtimalla bu ordu vasitəsi ilə Suriyanın Türkiyə və İraqla sərhədinə nəzarət etməyi planlaşdırır" — Lavrov qeyd edib.

Vaşinqtonun yeni planına rəsmi Dəməşqdən də sərt açıqlama verilib. "ABŞ-ın yaratdığı orduda yer alan istənilən silahlı şəxs vətən xaini olaraq görüləcək. Bu plan müstəqilliyimizə və suverenliyimizə birbaşa təhdiddir. Ordumuz ABŞ və onun əlaltılarını ölkədən təmizləmək üçün tam əzmlidir" -Suriyanın Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Suriyada PYD/YPG ordusu formalaşdırmaq, Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi. Dünən ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı mübarizə məqsədilə qurulan koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib.

Qeyd edək ki, ABŞ başçılığındakı DEAŞ əleyhinə koalisiyanın sözçüsü polkovnik Ryan Dillon Suriyada ümumilikdə (arxasında PYD/PKK olan) Suriya Demokratik Qüvvələrindən (SDQ) ibarət və 30 min nəfərdən təşkil tapacaq “Sərhəd Təhlükəsizlik Qüvvələri” qurulacağını açıqlayıb.

Dillon “Koalisiya yeni “Suriya Sərhəd Qüvvələri” qurmaq üçün “Suriya Demokratik Qüvvələri” ilə birgə işləyir.” ifadəsindən istifadə etmişdi.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ