çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Suriya və İraqda İŞİD PKK ilə əvəzlənir...

Image


Yaxın Şərq, xüsusən də İraq və Suriya siyasətində ABŞ-ın kürd yaraqlıları, o cümlədən PKK ilə sıx işbirlyində olması qardaş Türkiyənin getdikcə daha böyük narazılığına yol açır. Artıq belə görünür ki, bu məsələ ilə bağlı olaraq Suriya və İraqda ABŞ-ın dəstəklədiyi qüvvələrlə Türkiyə arasında ciddi bir savaş yaşanacaq.

Bu durumda Rusiya və İranın da Türkiyənin yanında yer alacağı şübhə doğurmur. Çünki həmin ölkələr də kürd kartı vasitəsilə ABŞ-ın bölgədə mövqelərinin güclənməsinə imkan vermək niyyətində deyil. Xüsusən də Rusiya Suriyada ABŞ-a hansısa əlavə imkanların yaradılmasına qarşıdır. Kremldə hesab edilir ki, Suriyanı terorçulardan yalnız Rusiyanın köməyilə təmizləmək mümkün olub. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Rusiya Suriyada əməliyyatlara başladıqdan sonra İŞİD terrorçuları Suriya ərazisinin yalnız 5 faizinə nəzarət edir: “Bu gün İŞİD 5 faizdən az əraziyə nəzarət edir. Rusiya hərbi hava qüvvələri əməliyyata başlamazdan əvvəl Suriya ərazisinin 70 faizindən çoxu İŞİD-in nəzarətində idi”.
Müdafiə naziri vurğulayıb ki, Moskva ölkədə sülhü bərpa etmək istəyir: “998 şəhər və yaşayış məntəqəsi azad edilib, azad edilmiş ərazi 503 min 223 kvadrat kilometrdir. Silahlıların əksəriyyəti məhv edilib. Ölkədə sülh şəraitində yaşayışın bərpası başlayıb. 2015-ci ildən bəri Rusiya hərbi hava qüvvələrinin əməliyyatının başladığı 2015-ci ildən bəri 1,12 milyon insan evinə qayıdıb. Təkcə 2017-ci ildə 660 min vətəndaş evinə qayıdıb”. Artıq İŞİD-in sonunun yaxınlaşdığı sirr deyil. Təşkilat, demək olar ki, tutduğu bütün ərazilərdən çıxarılıb. İŞİD-ə qarşı bir çox qüvvələr, o cüməldən  Suriya ordusu, koalisiya qüvvələri, kürd silahlı dəstələri və digərləri  mübarizə aparsalar da, real olaraq İŞİD-in çökməsi Rusiya və Türkiyənin müdaxiləsindən sonra baş verib. Amma belə vəziyyətdə  Rakka şəhərində baş verənlər Rusiya və Türkiyənin xoşuna gəlmir. Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komissiyasının sədr köməkçisi Frants Klintseviçin açıqlamaları da bunu təsdiq edir. Frants Klintseviç bildirir ki, ABŞ gündə 37 ton bomba yağdırdığı Suriyanın Rakka şəhərini PKK terror təşkilatının yeni mərkəzi etmək üçün hazırlaşır. O, ABŞ-ın Rakkaya humanitar yardımlar üçün büdcə ayıraraq Suriyada Bəşər Əsədin nəzarətində olmayan bir mərkəz qurmağa çalışdığını iddia edib. Həmçinin, ABŞ və onun rəhbərlik etdiyi koalisiya ölkələrinin birdən-birə Rakka üçün milyonlarla dollar və avro vəsait ayırmasına diqqət çəkib: “Bütün bunların arxasında siyasi bir plan olduğu açıqca ortadadır. Burada məqsəd təkcə koalisiyanın barbar bombardmanlarını gizləmək deyil. Mənə görə, bu, Rakkanı bir başqa Suriyanın - Bəşər Əsədin nəzarətində olmayan Suriyanın yeni mərkəzinə çevirmək üçün separatçı cəhdlərdir”. Moskva isə bu durumla barışmaq niyyətində deyil. Eyni zamanda, hadisələrin inkişaf axarı Türkiyənin maraqları üçün də ciddi təhdid deməkdir. “Milliyyet” qəzeti yazır ki, ABŞ-ın PKK və ona bağlı PYD terror təşkilatının silahlı qanadı YPG-dən təşkil etdiyi Suriya Demokratik Qüvvələrinin Rakkanı İŞİD-dən azad etməsindən sonra Suriyada kartlar yenidən qarışıb. Qəzet yazır ki,  Rakka əməliyyatı ilə İŞİD əsas mərkəzindən məhrum edilib və terror təşkilatı bundan sonra məkanı olmadan mübarizə aparmaq strategiyasına keçir. İŞİD-in hazırda düşdüyü vəziyyət bölgədə bu terror təşkilatı üzərindən hərəkət edən siyasi güclərin çıxış yolları axtarmağa başlaması ilə də nəticələnəcək. Belə terror təşkilatı qismində isə PKK ön palana çıxarılır. Belə görünür ki, PKK İŞİD-i bölgədə əvəzləyən yeni terror təşkilatı olacaq. Bu isə Türkiyə üçün ciddi təhdid deməkdir. “Milliyyet” qəzeti yazır ki, yaranmış vəziyyətdə  Rakka Türkiyə-ABŞ əlaqələrində davam edən böhranı daha da şiddətləndirə bilər. Bildirilir ki, prezident Donald Trampın Rakka əməliyyatından sonra verdiyi açıqlamalar ABŞ-ın PKK və PYD ilə bundan sonra da münasibətlərini davam etdirəcəyini göstərir. Bu isə Ankara-Vaşinqton münasibətlərində böhranı körükləyəcək: “Rakkanın təmizlənməsi PKK-nın “qarnizon dövlət” olmasına şərait yaratdı. Rakkanın ələ keçirilməsi kürdlər arasındakı rəqabətdə PKK-nın əlini gücləndirdi. Həmçinin, PKK terrorunun daha da şaxələnməsi ilə nəticələnəcək”. Bunun qarşısını almaq üçün bölgədə Türkiyənin daha fəal hərbi əməliyyatlara başlaması tam gözləniləndir. Belə vəziyyətdə isə Türikyənin ABŞ-la münasibətləri daha gərgin xarakter alacaq. Çünki Türkiyə yeni əməliyyatlarla faktiki olaraq ABŞ-ın dəstək verdiyi qüvvələri sıradan çıxaracaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ