Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Ərdoğanın "bizi qəbul edin" çağrısına Avroittifaq cavab vermədi...

Image


Xaqani Cəfərli: "Vaşinqton və Moskva yaxşı bilir ki, Ərdoğanın Avropa İttifaqı ilə bağlı fikirləri ciddi əsası olmayan, təbliğat xarakteri daşıyan çıxışdır"

Rəcəb Tayyib Ərdoğan Türkiyəni Avropanın hərbi və təhlükəsizlik mexanizmlərinə qoşulmağa çağırıb. Ərdoğan bildirib ki, Türkiyənin Avropanın hərbi və təhlükəsizlik mexanizmlərinə qoşulmasının vaxtıdır, Avropa Türkiyəsiz heç nə edə bilməz və onların taleyi Türkiyədən asılıdır. O hesab edir ki, Türkiyə Avropa İttifaqına qəbul edilməlidir.

Bəzi ekspertlərə görə isə bu, Türkiyə üçün olduqca təhlükəli məsələdir. Avropa yeni formalaşdırmaq istədiyi hərbi və təhlükəsizlik mexanizmlərinə Türkiyəni qoşacaqmı?

Hazırkı şəraitdə Avropa həm Rusiyanın əleyhinədir, həm də Tramp ilə münasibətlərində problemlər yaşayır. Aİ hərbi-siyasi cəhətdən müstəqil quruma çevrilmək istəyir və Avroatlantik məkanın zəiflədiyi barədə fikirlər səslənir. İstisna deyil ki, 10–15 ildən sonra Aİ, ABŞ və Rusiya tamamilə fərqli tərəflərdə yer alsın.

Əgər Aİ ABŞ-dan uzaqlaşır və Rusiyanı düşmən kimi görürsə, Türkiyənin Aİ-yə daxil olması o deməkdir ki, Ankara Vaşinqton və Moskva ilə münasibətlərində ciddi gərginlik yaşaya bilər. Elə isə Ərdoğan bunu niyə istəyir? Avropa onun çağırışını qəbul edəcəkmi və qəbul etsə, nə baş verəcək?

Rəcəb Tayyib Ərdoğanın bu çağırışı Türkiyənin son illərdə dəyişən qlobal və regional balanslarda öz yerini möhkəmləndirmək cəhdi kimi qiymətləndirilir. Ərdoğan hesab edir ki, Avropa hazırkı təhlükəsizlik böhranları fonunda Türkiyəsiz effektiv hərbi və təhlükəsizlik sistemi qura bilməz. Türkiyə həm NATO üzvü, həm də güclü orduya, strateji coğrafiyaya və geniş regional təsir imkanlarına malikdir. Bu arqumentlə Ankara özünü Avropa üçün əvəzolunmaz tərəfdaş kimi təqdim edir və eyni zamanda Avropa İttifaqına üzvlük mövzusunu yenidən gündəmə gətirir.

Lakin Avropanın Türkiyəni yeni formalaşdırmaq istədiyi hərbi və təhlükəsizlik mexanizmlərinə tam şəkildə daxil edib-etməyəcəyi sual altındadır. Bir tərəfdən Avropa Rusiyaya qarşı mövqeyini sərtləşdirib və ABŞ ilə münasibətlərdə, xüsusən də Tramp dövründən sonra etimad problemi yaşayır. Digər tərəfdən isə Avropa İttifaqı daxilində Türkiyəyə qarşı siyasi etimadsızlıq, demokratiya və hüquq dövləti ilə bağlı iradlar qalmaqdadır. Buna görə də Avropanın Türkiyəni təhlükəsizlik sahəsində faydalı tərəfdaş kimi görməsi mümkündür, amma tam üzvlük və ya dərin siyasi inteqrasiya hələ də çətin görünür.

Ekspertlərin “təhlükəli” adlandırdığı məqam ondan ibarətdir ki, əgər Avropa ABŞ-dan uzaqlaşır və Rusiyanı açıq düşmən kimi qəbul edirsə, Türkiyənin Avropanın hərbi-siyasi blokuna tam qoşulması Ankaranın balans siyasətini poza bilər. Bu halda Türkiyə həm Vaşinqton, həm də Moskva ilə münasibətlərində ciddi gərginlik riski ilə üzləşə bilər. Halbuki, Türkiyənin indiyə qədərki əsas üstünlüyü müxtəlif güc mərkəzləri arasında manevr etmək bacarığı olub.

Ərdoğanın bunu istəməsinin əsas səbəbi Türkiyənin strateji əhəmiyyətini maksimum dərəcədə artırmaq və Avropanı fakt qarşısında qoymaqdır. O, Avropanın təhlükəsizlik böhranından istifadə edərək Türkiyənin rolunu yüksəltməyə və eyni zamanda daxili auditoriyaya “Türkiyəsiz Avropa olmaz” mesajı verməyə çalışır. Avropa bu çağırışı qismən qəbul edə, yəni Türkiyə ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirə bilər. Amma bunun tam üzvlüyə və ya Türkiyənin Avropanın bütün mexanizmlərinə daxil olmasına çevrilməsi yaxın perspektivdə az ehtimal olunur.

Politoloq Xaqani Cəfərli məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında bildirib ki, Rəcəb Tayyib Ərdoğanın bu çıxışı daha çox daxili auditoriya yönəlmiş çıxışdır: "Çünki, Avropa İttifaqı formalaşdırmaq istədiyi hərbi və təhlükəsizlik mexanizmlərinə Böyük Britaniya, Norveç kimi ölkələri qoşmaq istəmir. Halbuki, bu dövlətlər Avropa mədəniyyətinin bir parçasıdır. Türkiyə vətəndaşlarına viza verməyən Avropa İttifaqı ölkələrinin Türkiyəni sıralarına qəbul edəcəyi gözlənilən deyil. Digər tərəfdən Ukraynanın Aİ-yə üzvlüyündən sonra Türkiyə məsələsi ümumiyyətlə aktuallığını itirəcək. Bununka yanası Aİ-yə üzvlük çox çətin prosedurdur. Türkiyə bu prosedurdan bu günə kimi keçə bilməyibsə, bundan sonra da keçməsi mümkün görünmür. Hətta, yaxın illərdə Türkiyənin Aİ-nin bəzi üzvləri, Yunanıstan və Kiprlə münasibətlərinin daha da gərginləşmə ehtimalı daha çoxdur. Türkiyənin Aİ üzvlüyü ötən əsrin, 2000-ci illərin əvvələrində daha real idi. İndi artıq Aİ-nin gündəmində Türkiyənin İttifaqa üzvlüyü ilə bağlı məsələ yoxdur. Hətta, rəsmən bu proses dayandırılıb.

Çox böyük ehtimalla, Türkiyə Yaxın Şərq çoğrafiyasına yönələcək. Səudiyyə Ərəbistanı, Misir, Qətər kimi ölkələrlə yaxınlaşma, hətta, hərbi-siyasi ittifaq daha real görünür.

Vaşinqton və Moskva yaxşı bilir ki, Ərdoğanın Avropa İttifaqı ilə bağlı fikirləri ciddi əsası olmayan, təbliğat xarakteri daşıyan çıxışdır. Buna görə də ciddi reaksiya verməyəcəklər."

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ