Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

Image


Yanvarın 20-də Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Moderator: 2026-cı ilin Dünya İqtisadi Forumuna və “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” adlanan sessiyaya xoş gəlmisiniz. Burada müzakirə apardığımız zaman Qərbdən Şərqə doğru rəqabət aparan maraqlar və Qafqaz ilə Mərkəzi Asiyada təsir və gücün tarazlığı ilə səciyyələnən vəziyyət müşahidə edilir. Artan rəqabət fonunda geniş infrastruktur planları və formalaşan ticarət dəhlizləri göz qarşısındadır. Region genişlənən həmin marşrutların əksər hissəsindən necə yararlana bilər və onlar üçün öz rolunu necə gücləndirə bilər? Bu gün sessiyada biz həmin mövzuları müzakirə edəcəyik və mən çıxış edəcək şəxsləri böyük şərəf hissi ilə təqdim edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiyanın Prezidenti Aleksandar Vuçiç, Türkiyədən “Limak Holdinq”in İdarə Heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan. Fürsətdən istifadə edərək, özümü də təqdim etmək istəyirəm. Mənim adım Saşa Vakulinadır. Mən “Euronews” televiziya kanalının Avropa üzrə müxbiriyəm.

Bu gün keçirilən sessiyada aparıcı olmaqdan və Sizə qoşulmaqdan böyük şərəf hissi duyuram. Mən sessiyanın əvvəlində, icazənizlə, açılış edim və təfərrüatlar haqqında danışım. Azərbaycan və Ermənistan iki ölkənin, eləcə də bütöv regionun kursunu və gələcəyini dəyişən, onilliklər boyu yaşanılan faciələrdən sonra tarixi sülh razılaşmasını hazırladılar. Hazırda biz qlobal quruluşun da sürətlə dəyişdiyinin şahidiyik. Bilirsiniz, tarixin ağrılı səhifəsini bağlamaq üçün nə qədər səylər göstərildi. Mən Prezident Əliyev və Prezident Xaçaturyandan soruşmaq istərdim: Hazırda Siz gələcəyi necə görürsünüz? Gələcəkdə bizi nə gözləyir? Sizin hər ikinizin bu sessiyada iştirakı artıq özü böyük mesajdır.

Prezident İlham Əliyev: Bəli, siz tam haqlısınız. Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə, üç onillikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o, son qanlı toqquşmadan sonra iki ildən az müddətdə paraflandı. Beləliklə, bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi, sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bu gün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq, o cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bu gün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu, qiymətlərin aşağı düşməsinə imkan yaratdı.

Beləliklə, iki və ya üç il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdı. Lakin bu gün o, artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə, həqiqətən, Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O, vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir.

x x x

Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan Azərbaycan Prezidenti İlham Əliyevin “gələcək bizdən asılıdır” fikri ilə tam razı olduğunu söyləyərək qeyd edib ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər: “Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin. Biz 30 ildir bunu görməmişdik. Amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz hadisədir”.

Artıq Azərbaycandan Ermənistana Gürcüstan ərazisi ilə malların nəql edildiyini xatırladan V.Xaçaturyan bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əminliyini bildirib.

Ermənistan Prezidenti deyib: Cənab İlham Əliyevə də minnətdaram, görülən işləri təqdir edirik. Bu gün və yaxud dünən idi səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bizim üçün adi vəziyyət deyil, çünki bu sənədlər imzalanmamışdan əvvəl buna öyrəşməmişdik. Hər gün oyanırdıq ki, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu, bizim üçün hər zaman stres idi. İndi isə mən sizi bir daha əmin etmək istəyirəm ki, biz bu keçmişimizi unudub, gərək artıq konkret layihələr həyata keçirək. Biz uğur qazanacağıq, inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, ölkə olaraq biz bir-birimizin ərazi bütövlüyünə, suverenliyinə, yurisdiksiyalarına hörmət edirik, bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və sadəcə, bir neçə il bundan əvvəl siyasi iradə bu səviyyədə deyildi. Eləcə də sıravi işgüzar səfərlər olacaq. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqlar. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlıq nəticəsində Cənubi Qafqaz bütün dünya üçün çox əlverişli regiona çevriləcək.

“Azərbaycan Prezidenti cənab Əliyevə təşəkkür edirəm və bizim Baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Hər iki rəhbərə nümayiş etdirdikləri siyasi iradəyə görə minnətdaram”, - deyən V.Xaçaturyan diqqətə çatdırıb ki, burada bir məqsəd var, o da sülhdür. Sülh də olacaqdır. “Üzr istəyirəm, bir daha təkrar edirəm ki, məsələ hakimiyyətdə qalmaq deyil, sülhə nail olmaqdır. Çünki illər boyu müəyyən siyasi səbəblər ucbatından sülh prosesi yubanırdı, ancaq danışıqlar davam edirdi və ortalıqda heç bir nəticə yox idi. Elə oldu ki, artıq iki ölkənin rəhbərləri ümumi prinsiplər üzərində razılığa gəldilər”, - deyə o əlavə edib.

x x x

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç “Serbiyanın Avropa ilə Asiya arasında körpü rolunu necə görürsünüz?” sualına cavabında müasir dünyada baş verən hadisələr fonunda ölkələrin bir-biri ilə əməkdaşlıq etməyinin vacibliyindən danışaraq deyib: Qafqaz ölkələri Avropa ilə Asiya arasında vasitəçi, eyni zamanda, qovşaq ölkələrdir. Əslində, biz hər üçümüz ölkə olaraq Avropa siyasi icmasının üzvüyük.

x x x

İnvestisiya yatırılması baxımından hansı strategiyaların rəqabəti gücləndirə biləcəyi ilə bağlı suala cavabında Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir bildirib ki, hər bir ölkəyə investisiya uzunmüddətli sabitlik, sülh və əmin-amanlıq olduqda yatırılır. O qeyd edib ki, sabitlik olmadıqda heç kim ölkəyə investisiya qoymayacaq.

Azərbaycan və Ermənistan prezidentlərinin tədbirdə iştirakına toxunan E.Özdemir diqqətə çatdırıb ki, sülh və əmin-amanlığın uzunmüddətli olması investorların ölkəyə gələcəyinə dəlalət edir. “TRIPP-lə bağlı imzalanmış sazişi də oxumuşam, kifayət qədər təsbit edilmiş prinsiplər var”, - deyən “Limak Holdinq”in rəhbəri diqqətə çatdırıb ki, investisiyalar məhz bu kimi sazişlərin sayəsində cəlb olunacaq. O, həmçinin qeyd edib ki, Orta Dəhlizlə bağlı da daha çox iş görülə bilər.

x x x

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç E.Özdemirin fikrinə əlavə olaraq bildirib ki, bu gün sülh, sabitlik heç zaman olmadığı qədər vacibdir. O, təəssüflə bildirib ki, müasir dünyada müəyyən prinsiplərə riayət edilmir. Heç kəs çoxtərəflilik prinsiplərinə hörmət etmir, bu isə böyük bir xətadır, keçmişdə yol verilən səhvdir.

Moderator: Mən xüsusi olaraq dediklərinizdən bir məsələyə istinad edəcəyəm: heç kəs multilateralizm haqqında düşünmür və hər bir şey milli maraqlarla bağlıdır. Mən bu sözləri Prezident Əliyevə ünvanlamaq istərdim. Siz necə düşünürsünüz? Siz Prezident Vuçiçin dediyi kimi, bu həlli necə görürsünüz? Vəziyyətdən necə çıxmaq olar? Dünyada hazırkı şokların təsirini necə yumşaltmağa çalışırsınız? Multilateralizmin hazırkı forması və sifəti nəinki dəyişir, bununla belə, o, ümumiyyətlə, yaxşı işləmir.

Prezident İlham Əliyev: Düşünürəm ki, hər bir şey öz əllərimizdədir. O, sizin gündəliyinizdən asılıdır. O, sizin planınızdan, gələcək üçün baxışlarınızdan asılıdır. Ermənistanla sülhə gəlincə və ondan əvvəl mövcud olmuş 30 illik münaqişəyə toxunduqda, biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq: ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu, bizdən 30 il aldı. Həmin vaxt, 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi. Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu.

Ali beynəlxalq qurum - Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik, sonra isə sülhə nail olduq.

Biz dayandıq. Otuz il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda, bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdi. Beləliklə, müharibə heç vaxt bitməyəcəkdi. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik.

Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi. Dediyim kimi, artıq bu, rekord bir sürətlə baş verdi - müharibədən, 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın Baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trampın iştirakı ilə paraflandı. O isə həmin bəyannaməni şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq.

Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandar ilə razılaşıram ki, bu gün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür.

O ki qaldı, çoxtərəflilik, birtərəflilik və proteksionizmə, biz bütün bunların iflasa uğradığını görürük. Ümumdünya Ticarət Təşkilatı iflic olub. Yeri gəlmişkən, 30 il ərzində edilmiş dəvətlərə rəğmən biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik. Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik.

Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Eyni zamanda, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə Strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edirik. Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur.

Beləliklə, mən daha nikbinəm, xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə. Otuz il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir.

x x x

Moderatorun sualını cavablandıran Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan ilə Azərbaycanın siyasi rəhbərliyi prinsipial razılığa gəlməsəydilər, müharibə davam edəcəkdi: Cənab Prezident İlham Əliyevlə razıyam ki, əks təqdirdə, bu müharibə davam edəcəkdi. Uzun-uzadı davam edəcəkdi. Yəni heç bir gələcək vəd etməyən hadisə olacaqdı. Ona görə də mən müharibəyə, insan itkilərinə gətirib çıxaran heç bir siyasi yanaşmanı qəbul etmirəm.

Ermənistan Prezidenti qeyd edib ki, hər iki ölkə lideri sülh və xalqlarımızın rifahı yolunu seçdi. Bu isə ən ümdə məsələdir. “Mən nikbinəm ki, biz uğur qazanacağıq”, – deyən V.Xaçaturyan bildirib ki, iki ölkə arasında birgə iqtisadi və mədəni layihələr olacaq. Bu məqamla bağlı presedent də var. İki ölkənin vətəndaş cəmiyyətlərinin nümayəndələri artıq görüşüblər. Yaxın gələcəkdə işgüzar insanlar, biznes icmaları da görüşəcəklər. O, həmçinin deyib: Artıq Ermənistanda insanlar avtomobillərinə Azərbaycan benzinini doldururlar. Əvvəllər bu məsələ ilə bağlı düşmənçilik mövqeyi sərgilənirdi. Amma bu, yeni reallıqlardır.

x x x

Türkiyənin “Limak Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ebru Özdemir regionda yaşanan proseslərdən söz açaraq bildirib ki, Azərbaycan ilə Ermənistan arasında çox müsbət işlər görülür. Türkiyə də bu mənada vasitəçi rolu oynayacaq, sərhədlər açılacaq. O deyib: “Azərbaycan bizim qardaş, dost ölkəmizdir. Gürcüstanı da qeyd etməliyik. Bu paneldə biz daha çox regional investisiyalardan danışırıq. Nələri əvvəllər etməmişik? Nələri hazırda həyata keçirməliyik? Nələr daha çox həyata keçirilə bilər? Sülh, sabitlik varsa, niyə də investisiya gəlməsin?”.

x x x

Moderator: Çox maraqlı dinamikadır. Avrasiya regionu və burada təmsil etdiyiniz ölkələr region naminə əməkdaşlığı gücləndirdiyi bir vaxtda, sizin də qeyd etdiyiniz kimi, qlobal geosiyasi mənzərə tamamilə fərqli görünür. Burada parçalanma nəzərə çarpır. Yekun şərh olaraq hər birinizin fikrini öyrənmək istərdim. Həmin parçalanan və həssas qlobal mənzərədə Avrasiyanı necə görürsünüz? Prezident Əliyev, buyurun.

x x x

Prezident İlham Əliyev: Avrasiya çox böyük bir coğrafi məkandır. Biz öz regionumuzu, bilavasitə qonşularımızı düşünürük. Şadam ki, müstəqillik illərində biz bütün qonşularımızla çox yaxın işgüzar münasibətlər qura bilmişik. Burada istisna Ermənistandır və bunun səbəbləri hər kəsə məlumdur. Lakin de-fakto sülh bərqərar olduğu üçün biz iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlamışıq. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de-fakto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bu gün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir. Ancaq bir gün bu, Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil.

Bizim üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq, Türkiyəyə nəhəng sərmayələr yatırmışıq. Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı, Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIPP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir.

Ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik. Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bu gün biz paralel şəkildə gedən Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu, mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə, Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir.

x x x

Sonra Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan bildirib ki, əslində, Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir.

“Çünki Prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylədiyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür. İstər Orta Dəhliz marşrutu olsun, istər Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha mühüm əhəmiyyət kəsb etməyə başlayır. Odur ki, bizim regionumuzun əhəmiyyəti də istər Avropa İttifaqı, Avropa ölkələri üçün ayrı-ayrılıqda, həmçinin Uzaq Şərqdə getdikcə artmaqdadır”, - deyən Ermənistan Prezidenti sonda vurğulayıb ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, uzunmüddətli və davamlı sülh olmalıdır.

x x x

“Mən Cənubi Qafqazdakı dostlarıma görə çox sevinirəm”, - deyən Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycanın Serbiyaya yatırdığı sərmayədən söz açıb. Həmçinin bildirib ki, Belqradla Bakı, eləcə də Tbilisi ilə birbaşa aviareys nəzərdə tutulur, Ermənistanla da belə birbaşa uçuşlar təşkil edilə bilər. “Beləliklə, biz gələcəkdə Qərblə yanaşı, Şərqə doğru da əməkdaşlığımızı genişləndirəcəyik, dostlarımızla münasibətlərimizi gücləndirəcəyik”, - deyə o əlavə edib.

Serbiya Prezidenti deyib: “Cənab Prezident İlham Əliyevin söylədiyi fikirlərlə bağlı bir mövqe var: o, həqiqətən də müasir dünyada ən mükəmməl liderlərdən biridir və bu, çox əlamətdar hadisədir. Bunun çox böyük təsir effekti var və bu, danılmamalıdır. Bəli, biz müasir Azərbaycanı görürük”.

Çıxışının sonunda Aleksandar Vuçiç ümid etdiyini vurğulayıb ki, Serbiya Azərbaycan, Türkiyə, həmçinin Ermənistan kimi mehriban, dost ölkələrin dəstəyi sayəsində çətinliklərin öhdəsindən gələ biləcək.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ