şənbə günü, 17 oktyabr 2026
     

“Seçici siyahıları gündüz qatillərə paylandı, gecəyarısı qətllər başladı”...

Image


Hindistanda əsrlər uzunu bərabərlik, dini azadlıq və sosial ədalət uğrunda çıxış edən Zikhlər öz haqqlarına qovuşmaq üçün çarpışıblar. Amma onların haqqları uğrunda mübarizələri çox təəssüflər olsun ki, başqa səmtə yönəldilib, onların guya terrorçu olduqlarına dair rəylər yaradılıb. Vaxtilə Sovet hakimiyyəti dövründə Hindistan SSRİ ilə müttəfiq idi. Hindistan ilə SSRİ dost olduğuna görə Hindistanın Zikhlərlə (siqh) bağlı siyasətini elə qələmə verirdilər ki, guya zikhlər Hindistanın daxilində ən aqressiv, irticaçı və terrorçu qüvvədir. Hətta 1984-cü ildə İndira Qandi öldürüləndə belə bunu Zikhlərin (siqh) üzərinə atdılar ki, guya onu Zikh terrorçuları öldürüb. Bir sözlə, zikhlərin bir düşmən obrazını yaratmışdılar. İndi vəziyyət dəyişib. Hindistan indi Rusiyanın, Ermənistanın müttəfiqidir. Amma indi həqiqətlər açılır ki, zikhlər normal dini sekta imiş, bunlar bərabərlik, azadlıq, ədalət istəyir. Onlar haqqında Sovet hökuməti dövründə yaradılan yanlış ideoloji təsəvvürlər vardı. Sovet hakimiyyəti Hindistanla dostluq xatirinə onları irticaçı terrorçu bir qüvvə kimi tanıtmışdır. O cümlədən də Azərbaycanda Bakıda “Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransı keçirilib.

Zikh federasiyasının sədri Bual Moninder Sinq deyib ki, Hindistanın faktiki olaraq Britaniya müstəmləkə layihəsi kimi yaradıldığını da unutmaq olmaz. Lakin burada həmrəylik içində dayandığımız zaman, müxtəlif mənşələrdən olan digər xalqları da xatırlamaya bilmərik.

“Hindistanda min illərdir kastaya əsaslanan ayrı-seçkiliyə məruz qalan dalitlərdən tutmuş, onilliklərdir sağçı Hindutva qrupları tərəfindən icma zorakılığına məruz qalan müsəlmanlara, dünyanın ən çox hərbiləşdirilmiş bölgəsi olan Kəşmirin işğalına, eləcə də bütün Hindistan boyunca dini inanclarına görə mütəmadi olaraq hədəf alınan xristianlara qədər. Bütün bunlar Hindistanın bərabər müdafiəni təmin etdiyini iddia etdiyi konstitusiyası altında inkar edilir. Kağız üzərində bu hüquqlar təmin oluna bilər, lakin praktikada bu təminatlar olduqca ciddi şəkildə çatışmır”, - o əlavə edib.

Bual Moninder Sinq bildirib ki, bu icmalar arasında sikhlər xüsusilə ağır bir yük daşıyırlar:“1984-cü il faciəsini anlamaq üçün onun köklərinə nəzər salmaq lazımdır. Sikhlərə qarşı bu zorakılığın əsasları siyasi fürsətçilik, dövlət repressiyası, eləcə də sikh kimliyinin və istəklərinin inkarının birləşməsindən qaynaqlanır. Bunun üçün Hindistan Konstitusiyasının 25B maddəsinə baxmaq kifayətdir. Həmin maddədə sikhlər, buddistlər və caynlar ayrıca statusa malik deyil, Hindu dininin qolları kimi təqdim olunurlar. Bu isə konstitusion hüquq müstəvisində kimliyin tam silinməsi deməkdir. Eyni zamanda, həmin 25B maddəsinin tətbiqi son onilliklər ərzində sikh xalqına qarşı tətbiq edilən ifrat zorakılıqla müşayiət olunur”.

O vurğulayıb ki, dialoqa və konstruktiv yanaşmaya üstünlük vermək əvəzinə, Hindistan dövləti hərbiləşmə, insan hüquqlarının pozulması, qətliamlar və sikh inancına mənsub kişi, qadın və uşaqlara qarşı amansız zorakılıqla cavab verir:

“1984-cü ildə həyata keçirilən “Mavi Ulduz” əməliyyatı zamanı ordunun sikh xalqının ən müqəddəs məbədi olan Qızıl Məbədə hücumu sikh toplumunun psixologiyasında dərin yaralar açdı və bu hadisə Pəncab ştatı üçün daha geniş muxtariyyət tələbindən çıxaraq, Xalistanın tam azadlıq və suverenliyin yaradılması hərəkatının başlanğıcı oldu.

1984-cü il oktyabrın 31-də Baş nazir İndira Qandinin qətlə yetirilməsi sonradan baş verənlər üçün bəhanəyə çevrildi. Ardınca gələn günlərdə Dehli və digər şəhərləri genosid bürüdü. Siyasətçilər tərəfindən təqdim edilən seçici siyahıları ilə silahlanan dəstələr sikh evlərinə hücum etdilər, sikh kişiləri yandırdılar, sikh uşaqlarını öldürdülər, sikh qadınlarını zorladılar. Bu, Hindistan dövlətinin özünün başladığı genosid prosesini tamamlamaya yönəlmiş genişmiqyaslı bir cəhd idi”.

Zikh(sikh) federasiyasının sədri qeyd edib ki, bu günə qədər, hadisələrdən 40 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu zorakılıqlara görə məsuliyyət daşıyan şəxslər cəzasız qalırlar. Onların bir çoxu hazırda Hindistan hökumətində ən yüksək vəzifələrdə təmsil olunurlar.

“Hindistan dövləti isə 1984-cü il genosidinin qurbanlarına hər hansı bir məhkəmə ədalətinin təmin edilməsi istiqamətində heç bir məsuliyyət götürməyib. Hindistanın dünyaya təqdim etdiyi bu hadisə təsviri həqiqəti əks etdirmir. Rəsmi olaraq bu hadisələr “iğtişaş” adlandırılır. Halbuki iğtişaş iki bərabər tərəfin qarşıdurması deməkdir. Burada isə güclü bir dövlətin bütün mexanizmi işə salınmışdı: seçici siyahıları kütlələrə paylanmış, polis ya kənardan seyr etmiş, ya da zorakılıqda iştirak etmiş, günlərlə isə heç bir ordu, hərbi və ya təhlükəsizlik qüvvəsi sülhü bərpa etmək üçün müdaxilə etməmişdi. Zorakılığın davam etməsinə bilərəkdən şərait yaradılıb”.

Siqhizm (Sikhizm) nədir? XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm din kimi 1500-cü ildən etibarən yaranıb. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranıb. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir.

Siqhizmin iki əsas istiqaməti var:

Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir:- Tək Tanrı.

Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir.

Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənib. Əsasən İslama yaxın olduğu güman olunan Siqhizmdə hər iki dinə aid olan bir çox adətlər vardır. Sihlərin fikirlərincə On Sih Qrusu Allahdan bir başa təlimatlar almış və bunların əsasında hərəkət etmişdilər.

Siqhizm dininin qurucusu Quru Nanak Dev (1469–1538) Talvandi (Pakistanın Lahor əyaləti) şəhərində anadan olub. Atası Katri köklü Hindu nəslindən idi. Bibi Nanak adlı özündən yaşca böyük bacısı vardı. Bacısının Quru Nanak Devdə Tanrının nurunu gördüyü ancaq bu sirri heç kimə açmadığı ehtimal olunur. Buna baxmayaraq Quru Nanak Devin ilk ardıcılı onun bacısı Bibi Nanak olmuşdur. Q. N. Dev həyatı daha dərindən anlamaq və kəşf etmək üçün evini tərk etmişdir. Səfərləri zamanı müxtəlif inanclı insanlarla qarşılaşmış, onlarla dini müzakirələr aparmışıdır. Bu səfərlər zamanı, bir gün tanınmış alim Kabir ilə qarşılaşdığı ehtimal olunur. 1538-ci ildə Dev öz davamçısı kimi, oğlu Lehnayı təyin etmişdir. Lehna Siqhizm dininin ikinci qurusu hesab olunur. Bhai Lehnaya Quru Anqad adı verilmişdir. Quru Amar Das, 1552-ci ildə 73 yaşında olarkən Sihlərin üçüncü qurusu olmuşdur. Onun qurucu olduğu dövrdə Qoindval Siqhizm dinin əsas mərkəzinə çevrilmişdir. 1574-cü ildə 95 yaşında vəfat edən Quru Amar Das dördüncü qurucu kimi ögəy oğlu Jethanı təyin etmişdir.

Jetha Quru Ram Das adını almışdır. Quru Ram Das sonralar Amritsar olaraq adlandırılacaq Ramdaspur şəhərinin əsasını qoymuşdur. 1581-ci ildə Q. R. Dasın sonuncu oğlu Quru Arcan beşinci quru olaraq fəaliyyətə başlamışdır. Qızıl Məbədin inşası beşinci quru Quru Arcan Dev başlatmışdır. Eyni zamanda Quru Arcan Dev Quru Qrant Sahib adlı Siqhizm dinin müqəddəs kitabınıda hazırlatdırmışdır. 1604-cü ildə beşinci quru Sihlərin ilk müqəddəs mətni olan Adi Qrantı hazırlatdırmışdır. 1606-cı ildə Moğollar Quru Arcan Devə Quru Qrant Sahib kitabına bəzi əlavələr etmək barədə təzyiq göstərmişdilər. Ancaq Quru Arcan Dev müqəddəs kitaba şəxsi fikirlərin əlavə edilməsini günah hesab etmiş və bundan imtina etmişdir. Bu səbəbdən həmin ildə Quru Arcan Dev Monqollar tərəfindən öldürülmüşdür.

Quru Har Qobind Sihlərin altıncı qurusu olaraq fəaliyyətə başlamışdır. Quru Har Qobind ilk dəfə olaraq üstündə silah gəzdirməyə balamışdır. Əsasən iki ədəd qılınc gəzdirən Quru Har Qobind Sihlərin hərbi hazırlığına böyük önəm verirdi. Altıncı qurunun hakimiyyətindən etibarən Sihlər arasında hərbi birləşmələr yaradılmışdır. 1644-cü ildə Quru Har Ray yeddinci quru elan olunmuşdur. 1661-ci ildə isə Quru Har Krişan səkkizinci quru olaraq fəaliyyətə başlamışdır. 1665-ci ildə isə Quru Teq Bahadur doqquzuncu quru kimi fəaliyyətə başlamışdır. Quru Teqh Bahadurun 10 illik quruluq fəaliyyətinə 1675-ci ildə Kəşmirdən gələn hərbi dəstələr son qoymuşdur. 1675-ci ildə Böyük Moğol İmperiyasının 6-cı hökmdarı Aurangzeb doqquzuncu quru olan Quru Teq Bahaduru kütlənini önündə edam etdirmişdir. Onuncu və sonuncu quru olan Quru Qobind Sinq sihləri birləşməyə çağırmışdır. Siqhizm qurularının hər biri eyni dərəcədə müqəddəs hesab olunur. Ancaq beşinci quru olan Quru Arcan 1604-cü ildə ilk dəfə olaraq Siqhizmin müqəddəs kitabı Quru Qrant Sahibi hazırlatdırmışdır. Buna görə Quru Arcan digər qurulara nisbətən daha çox hörmət və ehtiramla anılır."Sikh-Identity-An-Exploration-of-Groups-Among-Sikhs". www.routledge.com. 4 may 2023 tarixində arxivləşdirilib.

Siqhizm dinin qurucusu və bu dinin ilk qurusu olan Quru Nanak Dev.

Siqhizm on quru (müəllim və ya ustad) tərəfindən 1469–1708-ci illərdə yaradılmışdır. Hər bir quru özündən sonra gələn quruya yeni nəsihətlər və təlimlər bıraxmışdır. Bu şəkildə Siqhizm qurular dəyişdikcə daha da zənginləşmişdir. Quru Nanak Dev siqhlərin ilk, Qobind Sinqh isə insan qiyafəsində olan son qurudur. Qobind Sinqh ölüm yatağında olan zaman Quru Qrant Sahibi son və mütləq quru elan etmişdir. Quruların eyni ruha (jot) lakin müxtəlif bədənlərə sahib olduğu inancı Siqhizmin əsasını təşkil edir.

Sikhlərin bütün dünyada sayları təxminən 23 milyon nəfərdir və sayına görə Siqizm dünyada beşinci ən böyük dindir. Təxminən 20 milyon Siqh Hindistanda, bunun da böyük bir qismi Pəncab əyalətində yaşayır. Bu say ilə Siqhizm Hindistanın dördüncü ən böyük dinidir. Böyük Britaniya, Kanada, Avstraliya, cənubi və şərqi Afrikada və ABŞ-də əhəmiyyətli sayda Sikh yaşayır. Ayrıca Malayziya və Sinqapurda da əhəmiyyətli azlıq olaraq mövcuddurlar. Saçlarını və saqqallarını doğuşdan etibarən heç kəsməyən Sikhlərin ən diqqətə çarpan xüsusiyyəti başlarına taxdıqları torfunlarıdır.

Zikh ideologiyası ifadəsi geniş yayılmış siyasi termin deyil, lakin "Zikh" (Sikh) dini/etnik qrupunun ideologiyası və Hindistandakı mövcud siyasi vəziyyətlə əlaqəli olaraq, bu, Sikhizm dininin fundamental dəyərləri (bərabərlik, xidmət, ilahi sevgi) ilə Hindistanın hakim "hindutva" (Hindu millətçiliyi) ideologiyası arasındakı münaqişəni ifadə edir, bu da müsəlmanlar, Sikhs və digər azlıqlara qarşı zorakılığa və ayrı-seçkiliyə səbəb olur.

Sikhizm Quru Nanak tərəfindən yaradılan, tək Tanrıya sitayiş edən, kasta sistemini rədd edən, eşitlik, ədalət və icma xidmətinə (seva) əsaslanan bir dindir.

"Zikh ideologiyası"nın kontekstinə gəlincə, Hindistanda Sikh icmasının dəyərləri (müstəqillik, özünəməxsus kimlik) və Hindistan hökumətinin (xüsusən Narendra Modi'nin rəhbərliyində) təbliğ etdiyi "hindutva" ideologiyası (Hindu üstünlüyü) arasında ziddiyyət var. Bu ziddiyyət Sikh "Khalistan" hərəkatı kimi müstəqillik istəklərini və azlıqlara qarşı ayrı-seçkiliyi vurğulayır. Sikh icmasının hüquqları, dini azadlıqları tanınmır. Hindistanda Sikh və digər azlıqlara qarşı baş verən zorakılıqlar məlumdur. Sikh liderləri və təşkilatları (məsələn, Kanada Sikh Federasiyası) hind millətçiliyinə qarşı çıxır.

"Zikh ideologiyası" termini daha çox Sikhların kimliklərini qorumaq, azadlıq istəyi və Hindistan hakimiyyətinin onları assimilyasiya etməyə çalışmasına qarşı mübarizə kontekstində işlənir.

Son illər Hindistanda etnik və dini azlıqlara, xüsusilə zikh icmasına qarşı tətbiq edilən siyasət beynəlxalq müstəvidə ciddi narahatlıqlar doğurur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ