çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycan-Ermənistan sərhəd prosesi Arazdan Gürcüstanadək davam edəcək...

Image


Bu ilin fevral ayında Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları görüşdü. Bir neçə gün əvvəl isə Qəbələdə daha bir görüş keçirildi. Hər iki görüşün nəticələrinə əsasən razılaşdırılıb ki, delimitasiya prosesi Azərbaycan–Ermənistan–Gürcüstan sərhədindən başlayaraq Azərbaycan–İran–Ermənistan sərhədinə, yənu şimaldan Araz çayına doğru ardıcıllıqla davam etsin.

Bu, komissiyanın üzərində razılığa gəldiyi rəsmi xətdir və prosesin mərhələli şəkildə aparılmasını nəzərdə tutur.

Bununla yanaşı, son vaxtlar regionda yeni reallıq formalaşır: nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə də Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Ekspertlər hesab edirlər ki, əgər dəhlizin açılması prosesi sürətlənəcəksə, bu halda delimitasiya üzrə əvvəlcədən razılaşdırılmış ardıcıllığın dəyişdirilməsi müzakirə oluna bilər. Yəni kommunikasiya xətlərinin keçəcəyi ərazilərdə sərhədin dəqiqləşdirilməsi təxirə salınmadan həyata keçməlidir ki, infrastruktur layihələri gecikməsin. Rəsmi dairələr bu barədə hələlik heç bir bəyanat verməsələr də, ekspert səviyyəsində bu fikirlər artıq səslənir.

Zəngəzur dəhlizinin açılmasının region üçün strateji əhəmiyyəti bu məsələni daha da aktuallaşdırır. Dəhlizin fəaliyyəti üçün hüquqi cəhətdən dəqiq müəyyənləşdirilmiş sərhəd xətti vacibdir. Bunun üçün isə ya delimitasiyanın cənub seqmentinə daha tez keçmək, ya da ümumi prosesin ardıcıllığını dəyişmək tələb oluna bilər. Bu yanaşmanın üstünlükləri də var, risqləri də.

Belə bir dəyişiklik, yəni komissiyanın şimalda işi dayandırıb cənubdan delimitasiyaya başlaması nəqliyyat layihələrinin gecikməsinin qarşısını ala bilər. Cənubdan başlamaq, dəhlizin keçdiyi ərazilərdə demarkasiyanın daha tez aparılmasına imkan yaradaraq kommunikasiyaların vaxtında işə düşməsini təmin edə bilər. Bu addım həmçinin infrastrukturun təhlükəsizliyini, gömrük və sərhəd postlarının yerləşdirilməsi prosesini sürətləndirər, bu da praktik baxımdan real üstünlüklər yaradır. Bütün bunlar regiondakı sabitlik və iqtisadi canlanma üçün mühüm rol oynaya bilər.

Lakin bu yanaşmanın çətinlikləri və risqləri də mövcuddur. İlk növbədə, tərəflər hazırda “şimaldan-cənuba ardıcıllıq” prinsipi üzrə razılığa gəliblər. Bu prinsipi dəyişmək üçün yeni rəsmi razılaşma tələb olunur. Belə dəyişiklik Ermənistan tərəfindən etimadın pozulması kimi dəyərləndirilə və ümumi sülh prosesinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, delimitasiya texniki cəhətdən çətin prosesdir və xəritələrin düzgün tətbiqi, koordinatların dəqiqləşdirilməsi, relyefə uyğunlaşdırma kimi mərhələlər vaxt tələb edir. Tələsik aparılan işlər gələcəkdə sərhəd mübahisələrinə yol aça bilər.

Bundan başqa, delimitasiya ardıcıllığının dəyişdirilməsi diplomatik baxımdan da risqlidir. Ermənistan daxilində və bəzi xarici aktorlar tərəfindən belə addım “əvvəlcədən razılaşdırılmış qaydalardan kənara çıxma” kimi qiymətləndirilə bilər ki, bu da siyasi narahatlıqlar yarada bilər. Əgər prosesdə şəffaflıq və qarşılıqlı razılıq olmasa, bu, danışıqların ümumi atmosferinə mənfi təsir edə bilər.

Hazırda rəsmi açıqlamalara baxdıqda görünür ki, tərəflər mövcud ardıcıllığı dəyişməyi gündəmə gətirmirlər. Delimitasiya komissiyalarının hazırkı xətti sabitdir və proses “kompleks işlər” prinsipi ilə davam edir. Ekspert səviyyəsində səsləndirilən təkliflər hələlik rəsmi müzakirə mərhələsinə keçməyib.

Bununla belə, gələcəkdə cənub seqmentində delimitasiyanın sürətləndirilməsi məsələsinin gündəmə gəlməsi mümkündür. Çünki kommunikasiya xətlərinin açılması region üçün prioritet hesab olunur və tərəflər praktiki həll yolları üzərində düşünməyə məcbur ola bilərlər. Bu isə o deməkdir ki, müəyyən mərhələdə delimitasiyanın seqmentləşdirilməsi, yəni müxtəlif istiqamətlərdə paralel aparılması real müzakirə mövzusuna çevrilə bilər.

Belə variantın reallaşması üçün komissiyalar səviyyəsində məsələ rəsmi şəkildə qaldırılmalı, cənub bölgəsinin geodeziya və topoqrafik xüsusiyyətləri yenidən qiymətləndirilməli, sərhədin dəqiqləşdirilməsi üçün hüquqi baza formalaşdırılmalıdır. Eyni zamanda beynəlxalq tərəfdaşlarla koordinasiya təmin olunmalıdır ki, proses həm siyasi legitimlik qazansın, həm də texniki baxımdan problemsiz davam etsin.

Bütün bunların fonunda belə nəticəyə gəlmək olar ki, delimitasiyanın cənubdan — Zəngəzur dəhlizinin keçdiyi ərazilərdən — başlamaq ssenarisi nəzəri baxımdan mümkündür, lakin hələlik ekspert müzakirəsi səviyyəsindədir. Onun reallaşması yalnız qarşılıqlı siyasi razılaşma və texniki hazırlıqla mümkün olar. Regiondakı geosiyasi dinamikaya nəzər salsaq, bu mövzu yaxın aylarda daha intensiv şəkildə gündəmə gələ bilər.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 13:28
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ