çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Vətəndaş cəmiyyətləri türk dünyasının güc mənbələrindən birinə çevrilir....

Image


Məlum həqiqətdir ki, türk dünyası geniş coğrafiyanı, o cümlədən zərbaycanı, Türkiyəni, Mərkəzi Asiya respublikalarını və digər türk toplumlarını hatə edən siyasi, tarixi və mədəni məkan kimi XXI əsrdə yeni inteqrasiya mərhələsinə qədəm qoyub.

Türk Dövlətləri Təşkilatının yaranması, iqtisadi-coğrafi dəhlizlərin inkişafı, enerji və nəqliyyat layihələrinin genişlənməsi bu birliyin siyasi və iqtisadi əsaslarını gücləndirir. Lakin günümüzün qlobal reallığında dövlətlərarası əməkdaşlıq təkcə hökumətlər səviyyəsində deyil, həm də cəmiyyətlərin fəal iştirakı ilə davamlı və dayanıqlı ola bilər. Bu kontekstdə vətəndaş cəmiyyəti institutları türk dünyasının güclənməsində strateji rol oynayır.

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin həmrəylik forumu keçiriləcək

O da xüsusi qeyd edilməlidir ki, Azərbaycan türk dünyasının güclənməsində vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakına xüsusi diqqət edir. Elə bundan irəli gəlir ki, Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək.

Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində “Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü”, “WUF13-ə doğru - Türk dünyasında ilk” adlı panel müzakirələri təşkil olunacaq. Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək. Tədbir çərçivəsində “Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu” da təşkil olunacaq. Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək. Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın üçdə ikisi hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub. Amma indi konkret türk dünyasının inteqrasiya prosesində də Azərbaycan vətəndaş cəmiyyəti institutlarının aktiv rol oynaması istiqamətində mühüm fəaliyyət həyata keçirir. Türk dünyasında vətəndaş cəmiyyətinin güclənməsi iki fundamental nəticə doğurur. Birincisi, xalq diplomatiyasını genişləndirir, millətlər arasında qarşılıqlı etimad yaradır. İkincisi, dövlətlərarası münasibətləri daha dayanıqlı və uzunmüddətli edir. Burada qeyd edək ki, mədəniyyət türk dünyası birliyinin ideoloji təməlidir. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının mədəni əlaqələrin inkişafındakı rolu danılmazdır. Mədəniyyət mərkəzləri, gənclər təşkilatları və qeyri-rəsmi şəbəkələr ortaq dəyərlərin, dil və tarix birliyinin təbliği üçün mühüm layihələr həyata keçirir. Birgə festivallar, kitab təqdimatları, film həftələri, təhsil mübadilə proqramları türk xalqları arasında qohumluğu və mənəvi yaxınlığı gücləndirir. Bu cür humanitar körpülər rəsmi siyasət çərçivədə mümkün olmayan çoxşaxəli əlaqələri daha da dərinləşdirir. Müasir dünyada güc təkcə iqtisadi göstəricilər və hərbi imkanlarla ölçülmür. İntellektual potensial, innovasiya və elmi əməkdaşlıq qlobal rəqabətə təsir edən əsas amillərdəndir. Türk dünyasında universitetlərarası alyanslar, elmi konfranslar, tələbə mübadiləsi proqramları, ortaq tədqiqat mərkəzləri məhz vətəndaş cəmiyyətinin təşəbbüsləri ilə inkişaf edir. Tədqiqat institutları və beyin mərkəzləri türkdilli dövlətlərin regional siyasətinə dair analitik təkliflər hazırlayır, bu isə strateji qərarların formalaşmasına yardım edir. Beləliklə, vətəndaş cəmiyyəti həm intellektual, həm də strateji səviyyədə birliyin əsaslandırılmasına töhfə verir.

Müstəqil media strukturları türk dünyasında informasiya mübadiləsinin əsas kanallarına çevrilib

Türk dünyasında iqtisadi əməkdaşlıq əsasən dövlətlərarası razılaşmalar çərçivəsində həyata keçirilsə də, vətəndaş cəmiyyətinin bu prosesə təsiri də böyükdür. Sahibkar birlikləri, biznes assosiasiyaları və müstəqil iqtisadi platformalar türk ölkələri arasında ticarət əlaqələrini genişləndirir, investisiya imkanları haqqında məlumat mübadiləsi aparır, iş adamlarının qarşılıqlı əlaqələrini təşkil edir.

QHT-lərin həyata keçirdiyi biznes forumlar və sahibkarlıq layihələri təkcə iqtisadi canlanma yaratmır, həm də dövlətlər arasında strateji tərəfdaşlığı dərinləşdirir. Bu isə türk dünyasının qlobal iqtisadi sistemdə daha güclü mövqeyə sahib olmasına şərait yaradır. Rəqəmsal dövrdə sosial şəbəkələr və müstəqil media strukturları türk dünyasında informasiya mübadiləsinin əsas kanallarına çevrilib. Onlar ortaq məkan ideyasının təbliği, dezinformasiya ilə mübarizə və ümumi ictimai yaddaşın formalaşdırılmasında mühüm rol oynayır. Bunun konkret sübutlarından biri kimi cari ilin sentyabrında Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya və Media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunu göstərmək olar. Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdiri Dilşod Saidjanov iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. O bildirib ki, ortaq tarixi və mədəni dəyərlərə söykənən bu əlaqələr informasiya mübadiləsinin intensivləşdirilməsi, dezinformasiyaya qarşı birgə mübarizə strategiyalarının formalaşdırılması və regional informasiya təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, gənclərin liderliyində olan rəqəmsal təşəbbüslər türk dünyasının geokulturoloji və geosiyasi xəritəsini daha aydın şəkildə göstərir, yeni nəsillərin türk kimliyinə bağlılığını artırır. Ümimiyyyətlə, türk dünyasının güclənməsi yalnız dövlətlərarası siyasi iradə ilə deyil, həm də cəmiyyətlərin fəal iştirakı ilə mümkün ola bilər. Vətəndaş cəmiyyəti institutları mədəni inteqrasiyanı dərinləşdirir, elmi potensialı artırır, iqtisadi əməkdaşlığı genişləndirir və xalqlar arasında qarşılıqlı inam yaradır. Bu proses türk dünyasını regional platformadan qlobal təsir gücünə malik inteqrasiya modelinə çevirmək üçün vacibdir. Güclü vətəndaş cəmiyyəti isə güclü türk dünyasının təməl sütunlarından biridir.

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ