çərşənbə günü, 30 sentyabr 2026
     

Hərbi paradda S-300-ün Çin alternativi... Dünya bundan danışır...

Image


Məlum olduğu kimi, Bakıda noyabrın 8-də keçiriləcək Qələbə paradının məşqlərində ilk dəfə olaraq Çinin FD-2000B (HQ-9B) havadan müdafiə sistemləri nümayiş olunub. Bu hal dünya miqyasında da diqqət cəlb edir. Ukraynanın “Militarnyi” portalının yazdığına görə, bu sistem ona görə diqqət çəkir ki, daha öncə Azərbaycanın malik olduğu silahlar arasında göstərilməyib. “Mariner” portalı isə hazırlıq məşqlərində Rusiyanın “Tor-M2E” yaxınmənzilli təyyarə əleyhinə raket sisteminin də olduğunu yazır.

2018-ci ildə Azərbaycanın FD-2000B almağa maraq göstərməsi barədə məlumatlar vardı. Onda bu sistem Rusiyanın S-300 sisteminə alternativ sayılırdı, sonuncu artıq Azərbaycan ordusunun silah arsenalında mövcud idi. “Militarnyi” yazır ki, hazırda Azərbaycanın havadan müdafiə sistemləri arasında Rusiyanın “Tor-M2E” və S-300-ü, İsrailin “Barak MX”i var. Çin sistemi isə ölkənin havadan müdafiəsinin çevikliyini əhəmiyyətli artıra bilər. FD-2000B Çinin uzaqmənzilli HQ-9B raket sisteminin ixrac versiyasıdır. HQ-9B S-300 sisteminin sovet texnologiyasına əsaslanır, ancaq illərlə modernləşdirilib, indi özünün elektron bazası, təkmilləşdirilmiş idarəetmə alqoritmləri var. Raketlərin uçuş məsafəsinin 200 km, hədəfi tutma hündürlüyünün 27 km olduğu bildirilir. Azərbaycan FD-2000B alışı üzrə kontrakt imzalandığını rəsmən açıqlamayıb. “Defense Blog” portalı yazır ki , bu alış Çinin müasir havadan müdafiə sistemləri ixracatçısı kimi rolunun artdığını göstərir. Daha öncə Misirə və Pakistana oxşar sistemlər satılıb. Digər yandan, daha kiçik ölkələrin milli tələblərinə uyğun olaraq qarışıq havadan müdafiə sistemlərini bir araya gətirdiyini göstərir. Amma bu zaman inteqrasiya və texniki xidmətdə problemlər çıxa bilər: fərqli sensorlar, idarəetmə sistemləri, logistika zəncirləri birgə və səmərəli işdən ötrü əlavə səylər tələb edir. Lakin Azərbaycan bu məsələni uğurla həll edə bilib. “Defense Blog” qeyd edir: “FD-2000B təkbaşına güc balansını dəyişdirməsə də, onun yerləşdirilməsi Cənubi Qafqazda hava və raket əməliyyatlarının operativ planlaşdırılmasına təsir göstərə bilər. Yaxın hava məkanından uçan təyyarələrin hərəkət azadlığını çətinləşdirə bilər”. Qeyd edək ki, Müasir dövrdə regional və qlobal təhlükəsizlik sistemlərində hava hücumundan müdafiə qüvvələrinin rolu əhəmiyyətli dərəcədə artıb. Xüsusilə dron texnologiyalarının, uzaqmənzilli raket sistemlərinin və pilotsuz uçuş aparatlarının geniş tətbiqi fonunda ölkələrin hava məkanının müdafiəsi strateji prioritetlərdən birinə çevrilib. Azərbaycan da son illərdə bu istiqamətdə ciddi addımlar ataraq, hava hücumundan müdafiə sistemlərini müasirləşdirir, texnoloji yeniliklər tətbiq edir və beynəlxalq tərəfdaşlarla, o cümlədən Çin ilə əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu geosiyasi baxımdan həssas ərazidir. Qonşu dövlətlərin hərbi-siyasi maraqlarının toqquşduğu bu məkan hava hücumundan müdafiə sistemlərinin etibarlı şəkildə qurulmasını zəruri edir. Xüsusilə 2020-ci il Vətən müharibəsi və ondan sonrakı dövrdə müşahidə olunan hərbi təcrübə göstərdi ki, hava məkanının effektiv qorunması ordunun ümumi müdafiə qabiliyyətində həlledici rol oynayır.

Azərbaycan artıq müharibə dövründə müxtəlif PUA-lardan və elektron müharibə vasitələrindən istifadə etməklə bu sahədə böyük təcrübə əldə edib. Bununla yanaşı, ölkə rəhbərliyi son illərdə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini prioritet istiqamət kimi müəyyən edib. Bu məqsədlə yeni radar sistemləri, zenit-raket kompleksləri və hava müşahidə texnologiyaları əldə edilir. Azərbaycanın Çinlə münasibətləri son illərdə təkcə iqtisadi deyil, həm də hərbi-texnoloji müstəvidə inkişaf etməkdədir. Çin müdafiə sənayesi dünya bazarında etibarlı və texnoloji cəhətdən rəqabətədavamlı məhsulları ilə tanınır. Çin istehsalı olan “HongQi” seriyalı zenit-raket kompleksləri, müasir radar sistemləri və hava müşahidə texnologiyaları bir çox ölkələr tərəfindən uğurla tətbiq edilir. Azərbaycan üçün Çinlə bu istiqamətdə əməkdaşlıq iki mühüm üstünlük təmin edir. Birincisi, texnologiyaların münasib qiymətə əldə olunması və texniki xidmətin asan təmin edilməsi; ikincisi isə texnoloji biliklərin transferi və birgə istehsal potensialının yaradılmasıdır. Çin tərəfi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində təhlükəsizlik və müdafiə sahəsində tərəfdaş ölkələrlə əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verir. Azərbaycan da bu təşəbbüsün mühüm iştirakçılarından biri olaraq, Pekinlə strateji əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Azərbaycanın hava hücumundan müdafiə sisteminin modernləşdirilməsi bir neçə əsas istiqaməti əhatə edir: hava müşahidə sistemlərinin inteqrasiyası, raket hücumlarının erkən aşkarlanması, elektron müharibə vasitələrinin təkmilləşdirilməsi və mülki-hərbi aviasiya arasında məlumat mübadiləsinin artırılması. Çinlə bu sahədə əməkdaşlıq radar texnologiyalarının təkmilləşdirilməsində və müasir PUA-lara qarşı müdafiə sistemlərinin qurulmasında mühüm rol oynaya bilər. Hava hücumundan müdafiə qabiliyyətinin artırılması təkcə texnoloji yenilənmə deyil, həm də regional balans məsələsidir. Azərbaycan hərbi gücünü artırmaqla regionda sabitliyi qorumağa, eyni zamanda potensial təhdidlərə qarşı preventiv müdafiə mexanizmi formalaşdırmağa çalışır. Çinlə bu istiqamətdə əməkdaşlıq həm iki ölkə arasında qarşılıqlı etimadı gücləndirir, həm də Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verir. Çin, öz növbəsində, Azərbaycanı Qərb və Şərq arasında mühüm strateji körpü kimi görür. Bu baxımdan, hərbi-texnoloji əməkdaşlıq təkcə müdafiə sahəsinə deyil, həm də geosiyasi əməkdaşlıq platformasına çevrilir. Bu əlaqələr həm Azərbaycanın milli təhlükəsizliyini möhkəmləndirir, həm də regionda sabitliyin qorunmasına xidmət edir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ