Bazar günü günü, 18 oktyabr 2026
     

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

Image


Xalqımızın milli-mənəvi dəyərlərindən, zəngin mədəniyyətindən, ədəbiyyatından, ictimai fikrindən, zəngin dövlətçilik ənənələrində qaynaqlanaraq, güc alaraq formalaşan, birləşdirici dəyərə çevrilən Azərbaycançılıq ideologiyası daim sülhpərvərliyi, humanizmi, həmrəyliyi özündə ifadə edir.

Azərbaycançılıq zaman-zaman bu ali dəyərləri öz istiqamətlərinin əsas hədəflərinə çevirib. Azərbaycan ziyalılarının əksəriyyətinin əsərlərində azərbaycançılıq ideyaları önə çəkilib, onun daşıdığı məna izah olunub. XIX və XX əsrlərdə görkəmli ziyalılarımız, fikir adamlarımız, yazıçılarımız, publisistlərimiz Azərbaycançılığın milli ideya kimi inkişafında mühüm rol oynayıblar.

Azərbaycan dövlətçiliyinin əsas təməl daşlarından biri olan Azərbaycançılığın milli dövlətçilik ideologiyasına çevrilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynayıb, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olub.

Ölkəmizdə vaxtaşırı beynəlxalq tədbirlər, qlobal forumlar, zirvə görüşləri və sair toplantılar keçirilir. Bu tədbirlərin keçirilməsi ölkəmizin milli-mənəvi dəyərlərinin təqdimatı baxımından böyük əhəmiyyətə malikdir.

Bu mənada azərbaycançılıq ideologiyasının türk dünyasında daha geniş şəkildə təbliğ edilməsi üçün oktyabrın 6–7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) “Regional sülh və təhlükəsizlik” mövzusunda XII Zirvə Görüşü və ondan əvvəl keçirilən tədbirlərin əhəmiyyəti olduqca böyükdür. Dediyimiz kimi, azərbaycançılıq həm də milli-mənəvi dəyərlərə söykənir, ondan rişələnir, xalqımızın milli kimliyini, düşüncəsini, məqsədlərini, sülhvərvər niyyətlərini ortaya qoyur.

TDT-nin Qəbələ Zirvəsi sözün həqiqi mənasında müasir dövrdə Azərbaycançılığın əsas dayaqlarından, güc aldığı mənbələrdən biri kimi özünü təsdiqləyir. Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin ali qonaqları “Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz. Qəbələ geniş coğrafiyanı əhatə edən, eramızdan əvvəl IV əsrdə əsası qoyulmuş və eramızın VIII əsrinə qədər mövcud olmuş Qafqaz Albaniyasının paytaxtı idi” deyə salamlaması dərin mahiyyət daşıyırdı. Dövlətçiliyimizin qədim ünvanlarından olan Qəbələnin də bir Azərbaycançılıq əsəri olduğu bir daha vurğulandı.

Bu mənada milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin, dövlətçilik ənənələrimizin təbliğində azərbaycançılıq ideologiyasının müstəsna rolu bir daha görsəndi. Əlbəttə, qardaş dövlətlərin rəhbərlərinin, təmsilçilərinin qədim Azərbaycan diyarında dostluğu, qardaşlığı, səmimiyyəti ifadə edən görüşü də azərbaycançılığa bir töhfədir.

Bu ideologiya həm dünya azərbaycanlılarını, həm də türk dünyasını bir araya gətirə bilir. Qəbələ Zirvəsində keçirilən görüşlər, səsləndirilən bəyanatlar, qəbul olunan qərarlar, hər bir liderin qardaşlıq örnəyi nümayiş etdirməsi də bizim birliyimizin əyani sübutudur.

Azad Qarabağın bərpasında qardaş dövlətlər yaxından iştirak edir, məktəblər, mədəniyyət evləri, məscidlər inşa edib xaqlımıza hədiyyə edirlər. Qəbələ Zirvəsi çərçivəsində Füzilidə Türkmənistanın hədiyyəsi olan məscidin təməlinin qoyulması və sair buna nümunədir.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, bizim üçün Azərbaycançılıq və türkçülük bir-biri ilə eynidir. F.Ələkbərli qeyd etdi ki, bütün əsrlərdə bu belə olub. “Azərbaycançılıqla türkcülük nəinki mahiyyət baxımından, həmçinin hərfiyən də bir-birini tamamlayır. Yəni Azərbaycan türklük, türklük də Azərbaycan deməkdir. Təsadüfi deyil ki, 1918-ci ildə bir türk dövlətinə Azərbaycan adının verilməsində də bu mənada ciddi bir problem olmayıb. İndiki dövrdə TDT-nin güclənməsi, yeni bir mərhələyə keçməsi bu anlamda da Azərbaycançılığın və türkçülüyün qoşa qanad kimi bütövləşməsi ilə bağlıdır.

Azərbaycançılığın mahiyyəti türkçülüklə bağlı olduğu kimi, türkçülüyün də mahiyyəti Azərbaycançılıqla əlaqədardır. Biz bunu eyni şəkildə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və digər türk dövlətləri ilə də bağlaya bilərik. Əslində Qazaxıstançılıq belə türkçülüklə, yaxud Özbəkistançılıq türkçülüklə bağlıdırsa müəyyən mənada Azərbaycan Qazaxıstanı, Qazaxıstan Türkiyəni, Türkiyə Özbəkistanı və digər dövlətləri tamamlayır. Mahiyyət etibarı ilə, xüsusilə də türk-müsəlman dövlətləri üçün demək olar ki, böyük ölçüdə bu eyniyyətdir, burda bir-birini tamamlama var.

Deyə bilərik ki, məsələyə baxışda xristian türkləri ilə müsəlman türkləri arasında fərqli yanaşmalar var, ancaq bu da ciddi problem deyil. Yəni bütövlükdə yanaşdıqda görürük ki, Azərbaycançılığın türk dünyası ilə bağlılığı mövcuddur. Bunu türklüklə bir-birini tamamlamaq fəlsəfəsi üzərində qurmaq lazımdır. TDT-nin Zirvə Görüşünün keçirilməsi mahiyyət etibarı ilə Azərbaycançılığın güc qaynaqlarından biri kimi özünü göstərir. Biz eyni dərəcədə Azərbaycanı, Azərbaycançılığı digər qardaş ölkələrdə də hiss edirik. Keçmişimiz birdir və görürük ki, türk xalqları bu coğrafiyaların hamısında olublar. Bu gün müstəqil və yarım müstəqil türk dövlətləri, respublikaları var, onlar müxtəlif coğrafiyaları əhatə edirlər”.

F.Ələkbərli hesab edir ki, TDT-nın Qəbələ Zirvəsi, eləcə də ondan əvvəl Azərbaycanda keçirilən digər aidiyyəti tədbirlər türk dünyasının birliyinin daha da güclənməsinə xidmət edir. Ekspert qeyd etdi ki, bu mənada Azərbaycançılıq ideologiyasının rolu danılmazdır və onun bu birliyin güclənməsinə verdiyi töhfələr vurğulanmalıdır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ