Bazar günü günü, 18 oktyabr 2026
     

BMT ən kritik dövrlərdə Əliyevin çıxışına ehtiyac duyur - 23 ildə 4-cü birbaşa çıxış...

Image


Əli Orucov: “Prezidentin belə bir çıxışı olarsa, bu, çox böyük marağa səbəb olacaq”

Məlum olduğu kimi, sentyabrın 22-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfərə yollanıb. Prezidentin BMT sessiyası çərçivəsində keçirdiyi görüşlər həm regional sülh gündəliyinə, həm də qlobal maliyyə və enerji əməkdaşlığına dair müzakirələri əhatə edib.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, İlham Əliyev prezident seçiləndən sonra 3 dəfə BMT tribunasında çıxış edib. Cənab İlham Əliyev BMT Baş Assambleyasının ümumi müzakirələrində ümumilikdə dörd dəfə çıxış edib - 2003-cü ildə Azərbaycanın Baş naziri qismində, 2004, 2010 və 2017-ci illərdə isə Azərbaycan Respublikasının Prezidenti kimi.

Bunların hər biri özünəməxsus xüsusiyyəti ilə səciyələnir. O mənada ki, hər üç dövr dünyada gərgin siyasi proseslərin getdiyi bir vaxta təsadüf edir. Məsələ ondadır ki, 2004-cü ildə postsovet məkanında rəngli inqilablar yaşanırdı. Çox gərgin və mürəkkəb bir siyasi atmosfer hökm sürürdü. O cümlədən, Azərbaycanda da seçki yolu ilə formalaşan hakimiyyəti bu yolla devirmək istəyən xarici dairələr var idi. Ərazilərimiz işğal altında idi və Qarabağın azad edilməsi bir nömrəli məsələ idi. Belə bir dövrdə Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxış edərək, Azərbaycanın mövqeyini ortaya qoydu. Prezident Əliyevin BMT ali kürsüsündə ikinci çıxışı 2010-cu ildə oldu. O dövrdə ABŞ-da prezident Barak Obamanın timsalında Demokratlar Partiyası hakimiyyətdə idi. Məhz həmin ildə “Ərəb baharı” adı altında bir sıra ərəb ölkələrində hakimiyyətlərin güc yolu ilə devrilməsi başlandı. Bu da bəzi ölkələrdə xaosa səbəb oldu. Həmin ildə artıq Azərbaycan xeyli güclənmişdi. Yeddi il idi Prezident Əliyev ölkəyə rəhbərlik edirdi. Güclü ölkənin lideri olaraq, ölkə başçısı BMT tribunasında çıxış edib daha qətiyyətlə Ermənistanın işğalçı siyasətini ən ali kürsüdə gündəmə gətirdi. Ölkəmizin müstəqil siyasət yeritdiyini əyani şəkildə bir daha bəyan etdi. Prezident Əliyevin BMT-də 3-cü çıxışı 2017-ci ildə olub. O vaxt ABŞ-a Donald Tramp rəhbərlik edirdi. Həmin ilə qədər Azərbaycanla bağlı bir sıra hadisələr baş verdi. 2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya baş vermişdi. Buna baxmayaraq, ölkə başçısı iqtisadiyyatı yenidən toparladı. O cümlədən, 2016-ci ilin aprelində baş verən 4 günlük müharibə nəticəsində ordumuz vacib strateji yüksəklikləri azad etdi. Prezident Əliyev Ermənistana və onun arxasında dayanan güclərə praktiki olaraq göstərdi ki, Azərbaycan işğalla barışmayacaq. Aprel döyüşləri bunun real xəbərdarlığı idi. 1994-cü ildə əldə edilən atəşkəsdən 22 il sonra Azərbaycan hərb meydanında gücünü göstərdi. Məhz bütün bunlardan sonra Prezident Əliyev 2017-ci ildə BMT kürsüsündə çıxış etdi.

Bu gün Prezident İlham Əliyev ərazi bütövlüyünü və suverenliyini tam təmin edən qalib ölkə başçısı kimi BMT sessiyasında iştirak edir. Bir sıra dövlətlər, dairələr Azərbaycanın öz ərazi bütövlüyünü təmin edə bilməsini heyranlıqla izləyir. Azərbaycan nümunəsini öyrənirlər. Hazırda da dünyada çox mürəkkəb vəziyyət hökm sürür. Qütbləşmə dərinləşir. Rusiya ilə Ukrayna arasında müharibənin sonu görünmür. Azərbaycanla Ermənistan arasında isə sülh sazişinin imzalanacağı gündəmdədir. Biz bilmirik ölkə başçısı çıxış edəcək, yoxsa etməyəcək. Ancaq belə bir mürəkkəb dövrdə BMT tribunası Prezident Əliyevin çıxışına ehtiyac duyur. Çünki 1945-ci ildən sonra qurulan dünya düzəni artıq işləmir, beynəlxalq hüquq işləksiz hala gəlib. Yeni dünya düzəninin qurulması ilə bağlı çağırışların artdığı bir dövrdə buna sanki bir ehtiyac duyulur. O baxımdan, bu dəfə də Prezident İlham Əliyev çıxış etsə, bu, 4-cü çıxış olacaq. Son 23 ildə dövlət başçısının dördüncü çıxışı gözlənilir.

“İşğalla barışmamağı bütün dünyaya göstərdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, qalib ölkənin dövlət başçısı olaraq Prezidentin belə bir çıxışı olarsa, bu, çox böyük marağa səbəb olacaq: “Çünki Azərbaycanın əldə etdiyi nəticə ortadadır. Bunu bütün dünya görür. Ona görə ki, Azərbaycan uzun illər beynəlxalq hüququn işləksizliyindən, BMT-nin və digər beynəlxalq qurumların heç nəyə yaramayan qərarlarından əziyyət çəkib. Beynəlxalq hüquq işləsəydi, ərazilərimiz 30 ilə yaxın işğal altında olmazdı, qaçqın və məcburi köçkünlər olmazın əziyyətlər çəkməzdilər. Bu, həm də digər dövlətlərə görk olardı. O mənada ki, beynəlxalq hüquqa hörmət edərdilər, Qəzzada insanlıq faciəsi bəlkə də yaşanmazdı. Azərbaycan öz gücü, əsgərlərimizin canı-qanı hesabına sahədəki reallıqları dəyişdi. İşğala son qoyuldu. İşğalla barışmamağı bütün dünyaya göstərdi. Bu baxımdan hesab edirəm ki, Prezident çıxış etsə, bu, ciddi marağa səbəb olacaq”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

16.10.2026 / 20:25
Əliyev keçmiş Ermənistan prezidentlərinin cinayətləri məsələsini qaldırdı...

16.10.2026 / 20:20
Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib! - VİDEO

16.10.2026 / 20:16
Prezidentin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı VİDEOÇARX yayımlanıb

16.10.2026 / 20:14
Ramiz Mehdiyev YAP-dan çıxarıldı...

16.10.2026 / 20:08
Dünyanı daha ağır fəlakətlərdən xilas etmək yolunun anonsu Bakıdan verildi...

16.10.2026 / 19:51
Azərbaycan-Ermənistan sülhünün möhkəmləndirilməsində İrəvan yenə məsuliyyətsizlik edir...

16.10.2026 / 19:45
Türkiyəli jurnalist Azərbaycanın həbs qərarından sonra çıxıb üzr istədi

16.10.2026 / 19:31
Aydın Quliyev:"Mətbuat Şurasının yeni İdarə Heyətinə üzvlük seçkilərinə niyə qatılmadım?"...

16.10.2026 / 19:17
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin kollektivini və paralimpiyaçıları təbrik etdi

16.10.2026 / 18:10
Bakıda AQEM-in fəaliyyəti ilə bağlı mühüm nəticələrə imza atıldı

16.10.2026 / 18:07
Tramp-Zelenski ziddiyyətləri böyüyür - Ukrayna nə bədəl ödəyə bilər?..

16.10.2026 / 17:53
Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır - Vüqar Rəhimzadə

16.10.2026 / 17:30
İrəvanın Avropa siyasəti iflasa uğradı, ermənilər yenidən Rusiya ilə aranı düzəltməyə can atır...

16.10.2026 / 17:22
Əli Əsədov paralimpiya komitələrinin rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

16.10.2026 / 17:20
Tramp "bütün bombaların anasını" İranın başına atmaq istəyir... 9.5 ton...

16.10.2026 / 17:11
Əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı maliyyələşdirmə müddəti uzadıldı

16.10.2026 / 17:06
Trampın yeni mətbuat katibi mətbuatın “radar"ına düşdü - lisenziyası yoxmuş…

16.10.2026 / 16:49
Azərbaycana hicab müdaxiləsi AKP iqtidarını parçalaya bilər - diqqət mərkəzində Fidan və Kalın...

16.10.2026 / 16:45
Azərbaycan və Türkiyə doğma qardaşdır

16.10.2026 / 15:22
Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO

16.10.2026 / 15:13
Mingəçevir Dövlət Universiteti QS Stars beynəlxalq qiymətləndirməsində dörd istiqamət üzrə maksimum nəticə əldə edərək 5 ulduz alıb

16.10.2026 / 15:09
Fatih Ərbakan Azərbaycanın düşməni kimi göründü – ermənilər hicabı sevir?..

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 14:22
Ceyhun Bayramov AQEM-in Baş katibi ilə Azərbaycanın sədrliyinin nəticələrini müzakirə edib

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:54
Prezident İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:51
Prezident Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan bir qrup şəxsi təltif edib

16.10.2026 / 12:47
Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ