çərşənbə günü, 21 oktyabr 2026
     

Qərbi azərbaycanlıların yurda qayıdacaqları şərtlər məlumdur...

Image


Əziz Ələkbərli: “Qayıdış dinc yolla olacaq, qayıdan insanların təhlükəsizliyinin tam təmin olunması şəraitində olacaq”

“Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıtmalıdırlar. Bu onların hüququdur”. Bu sözlər dövlət başçısı İlham Əliyevin çıxışlarında tez-tez səsləndirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışları, xüsusilə də Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı ilə bağlı çağırışı ictimaiyyətin diqqət mərkəzindədir.

Maraqlıdır, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdış prosesi hansı şərtlər daxilində reallaşa bilər?

Hikmət Babaoğlu: “Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq əsasında olacaq”

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli “Bakı-Xəbər”ə şərhində bunları dedi: “Cənab Prezident, Müzəffər Ali Baş Komandan hakimiyyətə gəldiyi ilk gündən tarixi ədalətin bərpa olunmalı olduğunu, qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışının insan hüquqları məsələsi olduğunu deyib və addım-addım öz hədəfinə doğru getməkdədir. İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm Zəfər məcburi köçkünlərimizin 30 illik Vətən həsrətinə əbədi olaraq son qoydu. İndi sırada Qarabağ münaqişəsinin tərkib hissəsi kimi ziyan çəkmiş, ata-baba yurdlarından ermənilər tərəfindən vəhşicəsinə qovulmuş qaçqın soydaşlarımızın geriyə qayıdış məsələsidir. Cənab Prezident hər fürsətdə bunu Ermənistan rəhbərliyinə və onların havadarlarına xatırladır və onları bölgədəki siyasi reallıqlarla və beynəlxalq hüquqla hesablaşmağa dəvət edir. Lakin təəssüf ki, ermənilər hələ də bu reallığı dərk eləmək iqtidarında deyil, amma dərk eləmək məcburiyyətindədirlər. Bu prosesin hansı şərtlər daxilində reallaşa biləcəyinə gəldikdə isə, biz, Qərbi Azərbaycan İcması olaraq, qayıdışımızın bütün detallarını Qayıdış Konsepsiyamızda açıqlamışıq: bu qayıdış dinc yolla olacaq, qayıdan insanların təhlükəsizliyinin tam təmin olunması şəraitində olacaq və ləyaqətli şəkildə olacaq. Yəni, əcdadları minillərdən bəri o coğrafiyada yaşayan Qərbi azərbaycanlılar o torpaqlara etnik azlıq kimi yox, o torpaqların əsl sahibləri kimi qayıdacaqlar. Son 200 il ərzində, xüsusilə 1946-1947-ci illərdə o ərazilərə köçürülüb gətirilən ermənilər də öz yerlərini biləcəklər. Əgər ermənilər güman edirlərsə ki, son 200 ildə soydaşlarımızın başına gətirdikləri cinayətlərin hamısını onların qaşına-gözünə bağışlayacağıq, səhv edirlər. Biz bu illər ərzində bizə yaşadılan deportasiya və soyqırımları müəyyən müddətdən sonra təzədən övladlarımıza yaşatmaq fikrində deyilik. İki xalq arasında səmimi münasibət istəyiriksə, xalqımıza qarşı törədilən cinayətlərin bütün mənbələri aradan qaldırılmalı, bütün cinayətkarlar cəzasını almalıdır”.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Prezidentinin və qalib ölkənin yaratdığı reallıqlar qərbi azərbaycanlıların öz tarixi torpaqlarlna qayıtması üçün yeni imkanlar və şərtlər formalaşdırıb: “Qərbi azərbaycanlıların öz torpağına qayıtması həmin insanların ən böyük istəyidir. Onların bu məqsədlərinə çatması üçün mübarizə metodlarının müəyyən olunması beynəlxalq hüquqa əsaslanıb. Bu əsaslar Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Məlumat üçün deyim ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq əsasında olacaq. Nəzərə almaq lazımdır ki, bu başqa bir ölkəyə ərazi iddiası deyil, ədalətin bərpa olunmasıdır. Qərbi Azərbaycan ərazisi azərbaycanlıların torpağıdır, ata-baba yurdumuzdur və Qərbi Azərbaycandan etnik təmizləmə siyasətinə məruz qalmış 300 mindən çox azərbaycanlının hüquqları hələ də tapdalanmaqdadır. Qərbi Azərbaycana qayıtmaq bizim mübarizəmizdir. Öz yurdumuza qayıtmaq üçün Ermənistan tərəfi də müəyyən addımlar atmalıdır. Biz Qərbi Azərbaycana güc yox sülh yolu ilə qayıtmağı seçmişiksə, müəyyən qərarlar qəbul olunmalıdır. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış proseduru diplomatik və siyasi müstəvidə mümkün olacaq. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında əksini tapan müddəalar, o cümlədən, dinc yolla, ləyaqətlə qayıtmaq, Qərbi azərbaycanlıların mülkiyyət hüquqlarının, onların təhlükəsizliyinin təmin olunması – bütün bunların heç biri hüquqdan kənar deyil. Bu müddəaların həm beynəlxalq hüquqda, həm də milli hüquqda əsasları var”.

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 16:52
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ