Cümə günü, 23 oktyabr 2026
     

Rusiya-Ermənistan münasibətləri yeni pillədə - Bakı-İrəvan sülhünü nə gözləyir...

Image


Rusiya ilə Ermənistan arasındakı istiləşmə sülh sazişinin imzalanmasını və kommunikasiyaların açılmasını qeyri-müəyyən müddətə təxirə sala bilər

Son zamanlar Rusiya ilə Ermənistan arasında buzlar əriyir, iki ölkə arasında yaxınlaşma hiss edilir. Sergey Lavrovun İrəvan səfəri isə onu göstərdi ki, Paşinyanın hakim komandasının ötkəm ritorikasından əsər-əlamət qalmayıb.

Əvvəl iqtidar nümayəndələri ölkədə Rusiyanın hər cür varlığının aradan qaldırılması barədə danışırdısa, indi müxalifət bundan rişxəndlə danışır. Belə ki, Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı Tiqran Abramyan bu günlərdə bildirib ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Ermənistan ərazisindən çıxarılması ilə bağlı razılığa gələ bilərdilər. Bu barədə o, Facebook sosial şəbəkəsində yazıb.

Alen Simonyan isə daş atıb başını tutur ki, biz belə bir məsələni müzakirə etməmişik və etmək fikrində də deyilik. Yəni Ermənistan hakimiyyəti mövqeyini artıq 180 dərəcə dəyişib.

Məsələn, bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı deyib ki, dövlətlərimizin başçılarının tapşırıqlarına uyğun olaraq, biz nəinki iki paytaxt tərəfindən müsbət qəbul edilən və qarşılıqlı faydalı olan layihələrin qurulmasına xidmət edən məsələləri, həm də baş verənlərə, xüsusən də Cənubi Qafqazdakı proseslərə fərqli baxışımız olan mövzuları mümkün qədər açıq şəkildə müzakirə edirik.

O, həmçinin əlavə edib ki, son illər Moskva ilə İrəvan arasında münasibətlərin, müttəfiqlik və strateji tərəfdaşlığın, o cümlədən KTMT, MDB və Aİİ çərçivəsində gələcək inkişafın necə görülməsi baxımından fərqli nüanslar yaranıb. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin payızında keçirilən görüşdə o vaxta qədər bir az zəifləmiş bütün sahələrdə əlaqələri tam bərpa etmək barədə razılığa gəliblər.

“Liderlər razılığa gəldikdən sonra mən bu ilin yanvarında Moskvada Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanı qəbul etdim və indi cavab səfərindəyik", - Lavrov əlavə edib.

Göründüyü kimi, Rusiya ilə Ermənistan yenidən yaxınlaşır. Maraqlıdır, Azərbaycanla Ermənistan arasındakı münaqişənin "xaç atası" olan Rusiya bu fürsətdən istifadə edərək, yenidən köhnə missiyasını davam etdirə biləcəkmi?

Məlumdur ki, gələn il Ermənistanda seçkilər keçiriləcək. Artıq Paşinyan komandası bir ildən çoxdur ki, seçkilərə hazırlaşır. Paşinyanın ölkədə reytinqi son zamanlar düşsə də, hələ ölkə əhalisinin yarıdan çoxu onu dəstəkləyir. Bir il əvvəl Nikol Paşinyan komandasının strategiyasi ondan ibarət idi ki, Azərbaycanla sülh sazişini imzalasın, kommunikasiyaları açsın və erməni seçicisinin rəğbətini qazanaraq asanlıqla yenidən ölkə rəhbəri statusuna yiyələnsin. Lakin Donald Trampın hakimiyyətə gəlməsi vəziyyəti dəyişdi. ABŞ-nin 47-ci prezidentinin Vladimir Putinə qarşı isti münasibəti Paşinyanı qorxutdu. Erməni iqtidarı düşünür ki, Rusiya danışıqlar masasında xırda güzəştlərlə özünə sərfəli olan atəşkəs əldə edə bilər. Ardınca isə Tramp Rusiya ilə yeni ticarət münasibətləri quracaq. O halda həm Rusiyanın kifayət qədər vaxtı və imkanı olacaq ki, Ermənistanla məşğul olsun, həm də Vasinqton Moskvadan iqtisadi istəklərini aldığına görə İrəvanı Rusiyaya pərdəarxası güzəştə gedə bilər. Bu halda Paşinyan "Putinin adamı" kimi hakimiyyətdə qalmağı hədəfləyir. Ölkə daxilində minimum reytinqi var, Rusiya ilə münasibətlər də düzələndən sonra Paşinyan gələnilki seçkilərə rahatlıqla gedə bilər.

Lakin əvvəlki plana edilən dəyişikliklərə əsasən, Azərbaycanla sülh müqaviləsinin bağlanması və kommunikasiyaların açılması məsələsi bir kənara qoyulur, bunlar ən azı 2027-ci ilə qədər reallaşmayacaq. Səbəb isə odur ki, bunlar yenidən seçilmək üçun Paşinyana lazım deyil. Əhalinin yarıdan çoxunun dəstəyi var, üstəgəl, Rusiyanin "dobro"su bu iş üçün kifayət edəcək. Hətta Ermənistanda Paşinyanın "rəqib ovu" da səngiməkdədir. Bütün istintaq hərəkətləri dayandırılıb.

O ki qaldı Azərbaycanla Ermənistanın digər münasibətlərinə, birincisi, Rusiya bu iki ölkə arasında yenidən münaqişə alovlandırmaq iqtidarında deyil. İkincisi isə, bunu ABŞ və Avropa İttifaqı kimi supergüclər istəmir. Çunki Azərbaycanla Ermənistan arasında münaqişə yenidən alovlanacaqsa, ABŞ və Avropa İttifaqının göz dikdiyi Orta Dəhliz nəqliyyat layihəsinin təhlükəsizliyi zərbə altına düşür. O halda isə Avropa İttifaqının Mərkəzi və Orta Asiya ölkələri ilə bağladıği çoxmilyardlıq resurs müqaviləsi əhəmiyyətsiz bir izdivaca çevrilir. Çunki bu dəhlizə alternativ olan Cənub və Şimal nəqliyyat dəhlizləri Rusiyadan və İran ərazisindən keçir.

Nəticə olaraq qeyd edək ki, Rusiya ilə Ermənistan arasındakı istiləşmə sülh sazişinin imzalanmasını və kommunikasiyaların açılmasını qeyri-müəyyən müddətə təxirə sala bilər.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ