Cümə günü, 23 oktyabr 2026
     

Pakistanın cavab zərbələri Hindistanın hava bazalarını xarabalığa çevirdi...

Image


“Pakistanın Silahlı Qüvvələri peşəkarlıq nümayiş etdirərək Hindistanın təcavüzünə qətiyyətli cavab verdi. Düşmən səbəbsiz müharibəyə başlamağa cəhd göstərdi, lakin biz layiqli cavab verdik”. Bunu Pakistanın baş naziri Şahbaz Şərif xalqa müraciətində bildirib.

O qeyd edib ki, Pakistan Hərbi Hava Qüvvələrinin cavab zərbələrindən sonra Hindistanın hava bazaları xarabalığa çevrilib: “Pakistan xalqı birlik, qətiyyət və şərəf nümayiş etdirdi. Pakistan dünyaya aydın şəkildə göstərdi ki, biz suveren və qürurlu bir dövlətik, əgər kimsə bizim suverenliyimizə təcavüz edərsə, biz cavab verməyə qadirik”. Hindistanın hərəkətlərini açıq təcavüz kimi xarakterizə edən Pakistanın baş naziri vurğulayıb ki, düşmən əsassız müharibə başlatmağa cəhd etsə də, Pakistan Silahlı Qüvvələri təmkinli və müdrik davranaraq hərbi tarixə qızıl hərflərlə yazılacaq cavab verib: “Əvvəlcə Hindistanın sərhəd pozuntularına dair qərəzsiz araşdırma aparmağı təklif etdik, lakin düşmən dayanmadıqda biz onun öz dilində cavab vermək qərarına gəldik. Pakistanın Hərbi Hava Qüvvələri düşmənin silahlarını cəmi bir neçə saata susdurdu, Hindistanın müasir “Rafale” qırıcıları isə bizim “Şahinlər” qarşısında aciz qaldı”. Bu fonda Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti ölkə ordusunun Cammu və Kəşmir əyalətindəki Birnala şəhərində aerodromun və üç nəzarət-buraxılış məntəqəsinin məhv edildiyini açıqlayıb. Bununla yanaşı, ölkə ordusunun Cammu və Kəşmir bölgəsinin Punç mahalının Bhimber-Qali kəndində Hindistan Silahlı Qüvvələrinin briqada qərargahını məhv etdiyi bildirilib. Pakistanın bu qətiyyətli cavablarından sonra Hindistan atəşkəslə bağlı razılığa gəlməyə məcbur olub. Maraqlıdır ki, bu məsələdə ABŞ prezidenti Donald Tramp özünün əsas rol oynadığını qeyd edir. Amma Dehli və İslamabad razılığın əldə edilməsində heç kimin rolunn olmadığını bildirir. Düzdür, tramp Dehli və İslamabada keçmiş Britaniya müstəmləkəsinin iki ölkəyə bölünməsindən sonra təxminən 80 il əvvəl başlayan Kəşmirlə bağlı münaqişənin həllində kömək etməyi təklif edib. İndi bu ərazi üzərində növbəti Hind-Pakistan müharibəsinin qarşısı alındıqdan sonra Tramp qonşular arasında rəqabətə necə son qoyacağını bildiyini iddia edir. Amma Dehli Amerika prezidentinin ideyalarına şübhə ilə yanaşır. Bundan əlavə, Ağ Evin sahibi deyib ki, Hindistan və Pakistanı atəşkəslə razılaşmağa vadar edən ABŞ olub. Burada, onun fikrincə, Vaşinqtonun xidmətləri danılmazdır. Üstəlik, Tramp əvvəllər Dehli və İslamabadın Kəşmirlə bağlı uzun müddətdir davam edən ədavətinə necə son qoyacağının sirrini bildiyini iddia edib. Yəni o, Londonun 1947-ci ildə subkontinent üzərində hakimiyyəti iki yeni dövlətin liderlərinə təhvil verərkən buraxdığı ölümcül səhvi düzəltməyə qadirdir. “The Times of India” qəzetinin yazdığı kimi, Dehli Vaşinqton tərəfindən hadisələrin belə şərhini qəbul etməyib. Hindistanın Informasiya Nazirliyi bildirib ki, Hindistan və Pakistanın yüksək rütbəli rəsmiləri bir-biri ilə əlaqə saxlayıb və atəşkəs barədə razılığa gəliblər. Qeyd olunur ki, Dehli öz kursunu qətiyyətlə davam etdirir, yəni Hindistan-Pakistan münaqişəsi onun birbaşa iştirakçıları tərəfindən kənar müdaxilə olmadan həll edilməlidir. Tərəflər hələ 1972-ci ildə Hindistanın Simla şəhərində müqavilə imzalayaraq mübahisələri birbaşa həll etmək barədə razılığa gəliblər. Pakistan isə atəşkəs prosesini asanlaşdırdığına görə Trampı tərifləyib. Reallıqda atəşkəs razılaşması son dərəcə kövrək olaraq qalır. Bu da təhlükəli vəziyyət yaradır. Axı, həm Dehli, həm də İslamabad nüvə silahına malikdir.

Qərb ekspertlərinin fikrincə, burada Hindistan və Pakistan, prinsipcə, paritetdir. Lakin Dehli nüvə silahından istifadənin mümkünlüyünü qeyd etməyib. Amma Pakistan açıq şəkildə bildirib ki, əgər dövlətin mövcudluğu təhlükə altında olarsa, kütləvi qırğın silahlarından istifadə oluna bilər. indilikdə Kəşmirin həm Hindistan, həm də Pakistanın nəzarətində olan bölgələrində partlayış səsləri eşidilir. Bununla belə, həm Hindistan, həm də Pakistan atəşkəs razılaşmasına sadiqliklərini təsdiqləyiblər.

Xatırladaq ki, bu dəfə qarşıdurma aprel ayında Hindistanın idarə etdiyi Kəşmirdə silahlılar tərəfindən 26 turistin öldürülməsi ilə alovlanıb. Pakistan cinayətdə iştirakını inkar edir. Buna cavab olaraq Hindistan həm Pakistanın idarə etdiyi Kəşmirdə, həm də iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədi olan Pakistanın Pəncab əyalətində hərbi əməliyyata başlayıb. Amma qətiyyətli cavab Hindistanın əməliyyatları dayandırmasına səbəb olub. Bununla belə gərginliyi dini faktor daha da gücləndirir. Kəşmirin Hindistan hissəsində, bütövlükdə Pakistanda olduğu kimi, əhalinin əksəriyyəti müsəlmandır. Digər bir vəziyyət Hindistan və Pakistan arasında gərginliyi artırır. İki ölkə arasında Hind çayının sularının bölünməsinə dair müqavilə müvəqqəti olaraq dayandırılıb. Hindistan 1960-cı ildə imzalanmış müqaviləni Kəşmirdə terror aktından sonra dayandırıb. Bu müqavilə rəqib dövlətlərin hələ də qarşılıqlı faydalı sövdələşmələr edə biləcəyinin simvolu idi. Hind çayı Tibetdə öz axınına başlayır, Çin, Kəşmirin Hindistan hissəsi və oradan Pakistana axır. Hind çayının və onun qollarının suları Şimali Hindistan və Pakistanda yüz milyonlarla insanı suvarma ilə təmin edir. İslamabad Hind çayının Pakistana axınını azaltmaq və ya tamamilə əngəlləmək cəhdini müharibə aktı adlandırıb. Pakistan tərəfinin sözlərinə görə, bu məsələ hər iki ölkənin rəsmiləri arasında keçiriləcək görüşlərdə müzakirə olunacaq.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ