şənbə günü, 24 oktyabr 2026
     

Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verildi...

Image


Abutalıb Səmədov: “Prespektivlər çox böyükdür...”

“Azərbaycan ilə İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var”. Bunu aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü zamanı deyib.

“Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək.

Son aylar ərzində bizim hökumətlərin üzvləri bir-biri ilə sıx təmasda olmuşlar, qarşılıqlı səfərlər etmişlər. Bir çox məsələlər həll olundu. Sizin səfərinizə hazırlıq məqsədilə bir çox məsələlər də müzakirə olundu.

Bu gün bir çox önəmli sənədlər imzalanacaq və veriləcək qərarlar iki qardaş xalqı bir-birinə daha yaxın edəcək. Bir daha sizi ürəkdən salamlayıram, xoş gəlmisiniz. Əminəm ki, səfəriniz uğurlu olacaq", - Azərbaycan Prezidenti bildirib.

Prezident Əliyev “Azərbaycan ilə İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var” bəyanatı ilə Azərbaycan-İran əlaqələrinin yeni istiqamətlərinin anonsu verdi.

“Azərbaycan Prezidenti İran şirkətlərini Azərbaycanda aparılan quruculuq işlərinə dəvət etdi, ümid edək ki, onlar yaxın zamanda bu işlərdə yaxından iştirak edəcəklər”

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Azərbaycanla İran arasında əlaqələrin daha da yaxşılaşdırılması, əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin maraqlarına xidmət edir: “Çox təəssüf ki, bu münasibətlərin inkişafını istəməyən qüvvələr kifayət qədərdir. Həm xaricdə, həm də İranın daxilində bu cür qüvvələr var və onlar Azərbaycanla İranın yaxınlaşmasına mane olurlar. Bundan əvvəlki İran prezidenti İbrahim Rəisi son səfər zamanı Azərbaycanla münasibətlərin yaxşılaşdırılması istiqamətində görəcəyi işlərdən danışmışdı, “bizim qardaş münasibətlərimizi heç kim poza bilməz” demişdi və çox təəssüf ki, ondan sonra İran ərazisində qəzaya uğrayaraq vəfat etmişdi. Məsud Pezeşkian prezident seçildikdən sonra ümid edirdik ki, ilk səfərlərindən birini, bəlkə də birincisini Azərbaycana edəcək. Açıq demək lazımdır ki, bu səfər xeyli ləngidi. Azərbaycan Prezidenti bunu xüsusi qeyd etdi ki, biz uzun müddətdir səbrsizliklə bu səfəri gözləyirdik. Çox təəssüf ki, prezident vəzifəsi İranda həlledici məqam, post deyil və prezident Pezeşkianın verdiyi bəyanatların, imzaladığı sənədlərin reallaşması bəzən müəyyən qruplar tərəfindən pozula bilir. Öz çıxışında Pezeşkian da qeyd etdi ki, Bakıya səfər ərəfəsində o, ali rəhbərin qəbulunda olub və onun tövsiyyələrini alıb. Azərbaycanda Prezident həm icra orqanının rəhbəridir, həm dövlətin başçısıdır və bu vəzifənin üstündə heç bir digər məqam yoxdur. Bu səbəbdən Azərbaycanın imzaladığı sənədlərin reallaşması, icra olunması daha asandır. Dövlət başçısı sənədləri imzalayır, zəruri tapşırıqları verir və tapşırıqlar dönmədən icra olunur. Ancaq İranda prezidentin üzərində ali rəhbər var, onun tabeliyində müəyyən qurumlar var ki, çox təəssüf, bəzən münasibətimizin inkişafına mane olurlar.

Səfər zamanı qeyd olundu, beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin tam gücü ilə işə düşməsinə və burdan daşınan yüklərin həcminin xeyli artırılmasına imkanlar var və bu istiqamətdə bütün işlər görülüb başa çatdırılmalıdır. Azərbaycanla bağlı heç bir problem yoxdur. Ancaq çox təəssüf ki, İranda hələ də Rəşt-Astara dəmir yolu xətti çəkilib qurtarmayıb. Bu da təbiidir ki, beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin səmərəliliyinə mane olan amillərdəndir. Eyni zamanda beynəlxalq Şərq-Qərb Nəqliyyat Dəhlizinin də İrandan keçməsinə imkan var. Cənab Prezident də qeyd etdi ki, İran vasitəsilə həm Aralıq dənizinə, həm də Fars körfəzinə çıxmaq imkanı var, bunun üçün də Araz boyu nəzərdə tutulan dəhliz mümkün qədər tez istifadəyə verilməlidir”.

A.Səmədovun fikrincə, burda İran dövlətinin üzərinə çox böyük iş düşür. A.Səmədov vurğuladı ki, Azərbaycan Prezidenti İran şirkətlərini Azərbaycanda aparılan böyük quruculuq işlərinə dəvət etdi. İşğaldan azad olunmuş bölgələrdə dünyanın bir çox ölkələrinin şirkətlərinin fəaliyyət göstərdiyini deyən A.Səmədovun sözlərinə görə, təbiidir ki, ən yaxın qonşumuz kimi İranın da burda olması normal olardı: “Çox təəssüf ki, müəyyən qüvvələr öz fəaliyyətləri ilə, səsləndirdikləri bəyanatlarla həm dostluq, qardaşlıq münasibətlərimizə zərbə vurublar, həm də iqtisadi əməkdaşlığın səviyyəsini qaldırmağa imkan verməyiblər. Azərbaycan Prezidenti İran şirkətlərini Azərbaycanda aparılan quruculuq işlərinə dəvət etdi, ümid edək ki, onlar yaxın zamanda bu işlərdə yaxından iştirak edəcəklər. Azərbaycan qeyd etdi ki, uzun illərdir ki, mədəni əlaqələrimizdə də ciddi problemlər var, dövlətlər qarşılıqlı olaraq xeyli müddətdir mədəniyyət günləri keçirmirlər. Bu da təbiidir ki, münasibətlərimizdə müəyyən qədər soyuqluğa gətirib çıxarır. Azərbaycanda İran mədəniyyətinə böyük qayğı, hörmət, diqqət var, eyni münasibət İran əhalisi arasında Azərbaycana qarşı daim göstərilib və belə bir qarşılıqlı səfərlərin də daha sıx keçirilməsinə ehtiyac var. Ümid edək ki, yaxın zamanlarda Azərbaycanda İran mədəniyyəti günləri, İranda Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Layihələr çoxdur, iqtisadi əməkdaşlığın perspektivləri çox böyükdür. Ancaq bunun üçün ilk növbədə təxribatçı qüvvələr kənarlaşdırılmalıdır, onların qızışdırıcılıq etməsinə imkan verilməməlidir, “Zəngəzur dəhlizinin” açılmasında İran maneəyə çevrilməməlidir. Bu dəhlizin 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq açılması təmin olunmalıdır. İmzalanmış sənəd var və çox təəssüf ki, bunun icrasına İran mane olur. Bu da təbiidir ki, münasibətlərimizə təsir göstərir. 3+3 platformasının daha aktiv fəaliyyətininə gəlincə, çox təəssüf ki, Moskvada və Tehranda keçirilən görüşlərdən sonra bu platforma artıq fəaliyyətini davam etdirməyib və Türkiyədə nəzərdə tutulan görüş uzun müddətdir keçirilmir. Ancaq bu platformanın aktivləşməsi bölgə dövlətlərinin hamısının xeyrinədir. Prespektivlər çox böyükdür, bunun üçün isə təxribatçı qüvvələrin qarşısının alınması lazımdır. Prezident Pezeşkian bu qüvvələrin aşağılarda olduğununu qeyd etdi. Çox təəssüf ki, İran hakimiyyət strukturlarında təkcə aşağı səviyyələrdə belə təxribatçılar yoxdur, ən yuxarı səviyyələrdə də Azərbaycan İran münasibətlərinə və bu münasibətlərin yaxşılaşmasına mane olan qüvvələr var, prezident Pezeşkianın da bu qüvvələri təhlükəsizləşdirmək imkanları o qədər böyük deyil. Ancaq ən azından iqtisadi və mədəni əlaqələrimizi mümkün qədər inkişaf etdirməliyik, sıxlaşdırmalıyıq. Çünki bu hər iki ölkənin maraqlarına cavab verir. Ümid edirik ki, prezident Pezeşkianın səfəri bu münasibətlərimizin inkişafında öz rolunu oynayacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ