çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Ermənistan sülh sazişinə aid 2 qəbulolunmaz təklif irəli sürdü...

Image


"Azərbaycanla sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-dakı Atlantik Şurada çıxışından sonra Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib: 

"Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq etməyi təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük ki, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu, o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik".

Paşinyanın sözlərinə görə, digər məqam hüquqi instansiyalarda bir-birinin ünvanına edilən şikayətlərlə bağlıdır: "İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, təkcə bu şikayətləri ləğv etmək yox, ikitərəfli münasibətlərdən bu məsələləri çıxaraq. Əks halda, qəribə vəziyyət yarana bilər ki, məsələn, hansısa məsələ beynəlxalq struktur prosesindən çıxarılsa da, tərəflərdən biri bu məsələni ikitərəfli münasibətlər masasına gətirə bilər.   Bu da gərginliyin artmasına səbəb ola bilər. Biz təklif edirik ki, münaqişə ilə bağlı müzakirələrə son qoyulsun və yeni, təmiz səhifədən başlayaraq, ikitərəfli münasibətlərdə yeni dövr açılsın. Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıblar. Biz razılaşdıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və ölkələr gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır. Mən bunu niyə deyirəm, çünki bu, açıq şəkildə göstərir ki, sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq mümkündür". Paşinyanın dedikləri bu ölkənin Azərbaycanın sülh müqaviləsi üçün son şərtlərini də qəbul etmək üzrə olduğunu göstərir. Düzdür, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Amma sərhədlərin müəyyən edilməsi ilə bu missiyanın artıq fəaliyyətinə ehtiyac qalmadığını Paşinyan da etiraf edir. Xatırladaq ki, Avropa İttifaqı Şurası "sülh və sabitliyi təmin etmək" məqsədi ilə Ermənistandakı monitorinq missiyasının müddətini iki il müddətinə uzatmaq qərarına gəlib. Avropalı müşahidəçilər 2027-ci ilin fevral ayının sonuna kimi respublikada qalacaqlar. Onu da qeyd edək ki, Avropa İttifaqı missiyanın fəaliyyəti üçün 44 milyon avrodan çox vəsait ayırıb. 

Xatırladaq ki,   Ermənistan tərəfinin təxribatı ilə Azərbaycanla şərti sərhəddə vəziyyətin gərginləşməsindən sonra 2022-ci ilin payızında İrəvanın müraciəti sayəsində Avropa İttifaqı Ermənistan-Azərbaycan nizamlanmasındakı statusunu danışıqlar platformasından de-yure sülhməramlı statusuna keyfiyyətcə dəyişə bildi. Həmin il oktyabrın əvvəlində Praqada Avropa Siyasi Birliyinin birinci sammitində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə danışıqlar aparılıb. Tərəflər iki ay müddətinə Ermənistanla sərhəd bölgələrində avropalı mülki müşahidəçilərin olması barədə razılığa gəliblər. 2022-ci il oktyabrın 17-də Avropa Şurası Ermənistanın Azərbaycanla şərti sərhədində vəziyyətin monitorinqi üçün 40 müşahidəçinin göndərilməsi barədə qərarı təsdiqləyib. Missiyanın tərkibinə Gürcüstandakı monitorinq qrupunun üzvləri daxil idi. 2022-ci ilin sonunda Avropa İttifaqı İrəvanın dəstəyi ilə qısamüddətli monitorinq qrupunu uzunmüddətli missiyaya çevirmək planlarını açıqladı. Tezliklə məlum oldu ki, Aİ missionerləri iki il ərzində Ermənistanda olacaqlar. Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə Ermənistanda fəaliyyətə başlayıb. Avropalı müşahidəçilər qrupuna birinci mərhələdə Avropanın hüquq-mühafizə strukturlarında iş təcrübəsi olan 100-ə yaxın şəxs daxil idi. Müşahidəçilər öz funksiyalarını silahsız yerinə yetirirlər, lakini uzunmüddətli qrupa Ermənistanın bütün ərazisində hərəkət etmək imkanı verilib ki, bu da onu yalnız Azərbaycanla sərhəddə müşahidə aparan qısamüddətli missiyadan fərqləndirir. 2023-cü ilin sonunda Avropa İttifaqı Ermənistana əlavə müşahidəçilər göndərmək qərarına gəlib, missiya iştirakçılarının sayı 200 nəfəri keçib. Ermənistan qanunvericilik səviyyəsində missiyanın xüsusi statusunu təsbit edib, respublika parlamenti isə iştirakçılara xüsusi hüquqlar verib. Məsələn, müşahidəçilərə həbs toxunulmazlığı verilib. Müşahidəçilər missiyasının Ermənistanda 6 bazası var. Qeyd etmək lazımdır ki, bazalar Azərbaycanla sərhəddə deyil, Ermənistan ərazisinə səpələnib. Aİ missiyasının rəsmi olaraq bəyan edilmiş məqsədləri bunlardır: Ermənistanın sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsi, insanların etimadı və təhlükəsizliyinin gücləndirilməsi, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına şərait yaradılması. Cənubi Qafqazdakı proseslərin iştirakçıları missiyanın məqsədlərini fərqli şərh edirlər. Ermənistan Brüsselin təklif etdiyi təhlükəsizlik rəvayətlərini bölüşsə də, Azərbaycan və Rusiya Aİ müşahidəçi qrupunun regionda uzunmüddətli mövcudluğunun məqsədlərini fərqli prizmadan görürlər. Bakı Avropa müşahidəçilərinin sərhəddə qısamüddətli missiyasının əleyhinə deyildi. Praqada keçirilən görüşdə Azərbaycan lideri İlham Əliyev bu təşəbbüsü Avropa tərəfi ilə razılaşdırıb, çünki müzakirə avropalı müşahidəçilərin sərhəddə olması üçün cəmi iki ay müddətindən ibarət olub. Güman edilirdi ki, bu müddət ərzində Aİ Ermənistan-Azərbaycan sərhədlərində vəziyyətin sabitliyini təmin edə biləcək və Ermənistanı tərk edəcək. Söhbət 2023-cü ilin əvvəlində avropalı müşahidəçilərin iki illik müddətinə və Avropadakı mövcudluğu deddikdə, Bakı birinci müşahidəçi qrupunun işinin müsbət nəticələrinin olmamasından narahatlığını bildirib. Daha sonra Bakı Avropa missiyasının mövcudluğunu məhdudlaşdırmağa çağırıb, çünki avropalı müşahidəçilərin sayının artması əlavə gərginlik faktoru olmaqla, sülh yolu ilə nizamlanma məsələsində nəzərəçarpacaq nəticə vermədi. Azərbaycan üçüncü dövlətlərin iştirakı olmadan sərhədin delimitasiyası və Ermənistan-Azərbaycan sərhədlərinə hər hansı xarici qüvvələrin yerləşdirilməsini qadağan edən bəndin sülh müqaviləsinə daxil edilməsində israrlıdır. Rusiya lap əvvəldən Azərbaycanın Avropa missiyasının Ermənistanda olması ilə bağlı narahatlığını bölüşürdü. Moskvanın mövqeyinə görə, Aİ missiyası regionda sabitliyi pozmağa və sülh prosesinə müdaxilə etməyə cəhd göstərən sırf geosiyasi təşəbbüsdür. Moskva həmçinin missiyanın fəaliyyətində şəffaflığın və Avropa nümayəndələri ilə Cənubi Qafqazda müharibədən sonrakı proseslərin tərəfləri arasında dialoqun olmamasına diqqət çəkib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib: "Missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, istər Ermənistan, istər Azərbaycan, istərsə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən hesabatlılıq və nəzarətin olmadığını təsdiqləyir".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ