çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

USAID bu dəfə ABŞ-ın özündə inqilaba qalxıb - itaətsizlik başlayır...

Image


ABŞ dövlət katibi Marko Rubio  bildirib ki, hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müvəqqəti direktoru vəzifəsini icra edir. Rubio agentliyin Tramp administrasiyasının siyasətinə qarşı çıxmasını tabe olmama kimi qiymətləndirərək buna son qoyacağını vurğulayıb: "USAID-in bir çox funksiyası davam edəcək və Amerika xarici siyasətinin bir hissəsi olacaq, lakin o, Amerika xarici siyasəti ilə uyğunlaşmalıdır".

"CBS News" adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən xəbər verib ki, USAID Dövlət Departamentinə birləşdiriləcək, işçi heyətində isə əhəmiyyətli ixtisarlar aparılacaq. Bununla belə, agentlik humanitar yardım qurumu olaraq qalacaq. ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini hədəf alan bir sıra icra qərarları fonunda Vaşinqtonun əsas beynəlxalq yardım qurumunun fəaliyyətini dayandırmağa hazır görünür. ABŞ Beynəlxalq İnkişaf Agentliyinə qarşı aparılan kampaniyaya rəhbərlik edən şəxs hökumət xərclərini azaltmaq üçün Trampın əsas fiqurlarından biri olan İlon Maskdır. O, administrasiyanın ABŞ büdcə kəsirini 1 trilyon dollar azalda biləcəyini iddia edir və bu təşəbbüsünü korrupsiyaya qarşı mübarizə kimi təqdim edir. USAID əməkdaşları 600-dən çox işçinin qurumun kompüter sistemlərinə girişinin məhdudlaşdırıldığını bildiriblər. Bu arada vacib hesab edilənlər istisna olmaqla, USAID-in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib. İşə davam edəcək əməkdaşlara tezliklə məlumat veriləcəyi bildirilib. Agentliyin xaricə ezam olunmuş əməkdaşlarına geri qayıtmaq üçün 30 gün vaxt verilib. Qeyd edək ki, agentliyin saytı bir neçə gündür fəaliyyətini dayandırıb. Hazırda sayta yalnız sözügedən elan yerləşdirilib. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə "müstəqil araşdırmalar" sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Amma görünən odur ki, qurum fəaliyyətinə son verməmək üçün ABŞ hakimiyyətinə qarşı çıxmaqda israrlıdır. USAID-in Vaşinqtondakı qərargahı qarşısında keçirilən etiraz aksiyası da bunu təsdiq edir. Burada işsiz qalan işçilər və onlara qoşulan Demokratlar Partiyasından olan senatorlar etiraz aksiyası keçiriblər. ABŞ konqresmeni Ceyms MakQovern bildirib: "Agentliyin bütün əməkdaşlarına təşəkkür edirəm, siz Amerikanı təhlükəsiz saxlayırsınız və bütün dünyada insanlara kömək edirsiniz. Və mən Ağ Evdən gələn bu cəfəngiyyata dözmək məcburiyyətində olduğunuz üçün sizdən üzr istəyirəm". USAID Demokratların hakimiyyətində Birləşmiş Ştatların qlobliast siyasətinin həyata keçməsində əsas vasitə sayılırdı. USAID xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilmişdi. Samanta Pauerin Fransanın siyasi dairələri ilə birlikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yaratması, bölgəni yenidən müharibəyə sürükləmək istəyən Emmanuel Makron və ətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrin maliyyələşdirilməsi, aqressiv separatizm və terrorizmin stimullaşdırılması üçün nəzərdə tutulan "Avropa Sülh Fondu" ilə sinxron hərəkət etməsi USAID-in çirkli geosiyasi oyunların alətlərindən birinə çevrildiyini təsdiqləyir.  Respublikaçılar, xüsusən də Tramp bu fəaliyyəti qəbul etmir. Nəticədə Tramp artıq USAID-lə bağlı tənqidi mövqeyini ortaya qoyub və təşkilatın fəaliyyətinə ehtiyac qalmadığını deyib.  Beləliklə, uzun müddət beynəlxalq yardım pərdəsi altında gizlənmiş, qlobal miqyasda dağıdıcı "inqilabları", radikal ünsürləri, narkotik istehsalını və terrorçuluğu dolayısı ilə dəstəkləmiş bir təşkilatın fəaliyyəti məhz təmsil etdiyi ölkənin administrasiyası tərəfindən dayandırıldı.

Beləliklə, USAID-in taleyi qeyri-müəyyəndir. Yuxarıda qeyd olunduğu kimi, dövlət katibi Marko Rubio müvəqqəti olaraq strukturu idarə edəcəyini açıqlayıb. USAID-in etirazlarına gəlincə, Marko Rubio bildirib: "Onların əsas mövqeyi odur ki, heç kimə işləmirlər. Amma heç bir dövlət qurumu bizə nə edəcəyimizi deyə bilməz". ABŞ dövlət katibi agentliyi itaətsizlikdə və Birləşmiş Ştatların maraqlarına məhəl qoymamaqda ittiham edir.  Dövlət Departamenti yanvarın 24-də, demək olar ki, bütün ABŞ xarici yardım proqramlarına yeni maliyyə vəsaitinin ayrılmasını dayandırıb. Bu addım Tramp administrasiyasının xarici yardım proqramlarını öz xarici siyasət hədəfləri ilə uyğunlaşdırmaq təşəbbüsü çərçivəsində atılıb. "CBS News"a müsahibəsində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast USAID-in ayrıca bir qurum olaraq ləğvini və onun Dövlət Departamentinin tərkibinə daxil edilməsini dəstəkləyəcəyini bildirib. Senatda təmsil olunan Demokratlar Rubioya məktub göndərərək Tramp administrasiyasının bu təşkilatı hədəf alan addımları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: "USAID-in Dövlət Departamentinə birləşdirilməsi və ya daxil edilməsi cəhdləri, qanuna əsasən, Konqres tərəfindən əvvəlcədən müzakirə olunmalı, nəzərdən keçirilməli və təsdiqlənməlidir". USAID-də islahatlara ehtiyac olduğu təəssüratı yaradan dövlət katibindən fərqli olaraq, dövlət sistemində xərclərin azaldılmasına cavabdeh olan Trampın tərəfdarı olan milyarder İlon Mask daha sərt mövqe tutur. Maskın adı daha çox etiraza çıxan Demokratların dilindədir. Demokrat konqresmenlər məhkəmələrdən tutmuş Konqresə qədər bütün tribunalarda bütün vasitələrlə agentliyi qorumaq üçün mübarizə aparacaqlarını bəyan edirlər. İndiyədək 10 000 əməkdaşı olan USAID ümumi qlobal humanitar yardımın 42 faizini təmin edib. Amma burada böyük korrupsiyanın olduğu da üzə çıxıb. Ağ Evin sözçüsü Karoline Levitt cibindən USAİD-in proqramlarının təfərrüatlarını əks etdirən kağız çıxarararq bunu mediaya bir daha təsdiqləyib: "İrlandiyada müxtəlifliyə həsr olunmuş konsert üçün 70,000, Kolumbiyada transseksual opera üçün 47,000, Peruda transseksual satirik kitab üçün 32,000 dollar xərclənib. Mən şəxsən bir vergi ödəyicisi olaraq bu zibillərə pul xərcləmək istəmirəm".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ