çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Belçikanın yeni hökumətini Azərbaycan bu hərəkətlərinə görə tanımaya bilər...

Image


Xəyal Bəşirov: "Azərbaycan tərəfin tam haqqı var ki, onların bu addımlarını nəzərə alıb bu hökuməti qeyri-legitim hesab etsin"

Belçikanın yeni hökuməti formalaşıb və ölkədə 25 siyasi partiya arasında koalisiya sazişi imzalanıb. Yeni hökumətin qəbul etdiyi proqramda Azərbaycana qarşı əsassız məsələlər, iddialar yer alıb.  

Sözügedən sazişdə "Dağlıq Qarabağın" adı çəkilir, ermənilərin Azərbaycana qaytarılması məsələsi qoyulur və sair onlara aid olmayan məsələlərdən danışılır. Bu, Azərbaycanın fundamental maraqlarına zidd bir sənəddir. Belçikanın yeni hökuməti bizim daxili işlərimizə qarışmağa cəhd edir, ərazi bütövlüyümüzün, suverenliyimizin əleyhinə danışır. Belə şəraitdə sual yaranır ki, 

Azərbaycan rəsmi olaraq Belçikanın bu hökumətini tanımaqdan imtina etməlidirmi? Yəni Belçikanın bu hökuməti ilə əməkdaşlıq etməkdən imtina etməlidirmi? Əgər Belçikanın yeni təşkil olunan hökuməti bizə qarşı belə münasibət göstərirsə, o hökuməti tanımamaq haqqında Azərbaycanın rəsmi açıqlama, reaksiya verməsi nə dərəcədə doğru ola bilər?

Yəni Azərbaycan rəsmi olaraq bu hökuməti tanımamaq, bu hökumətlə əməkdaşlıq etməmək haqqında ortaya mövqe qoya bilər ki, belə hökuməti tanımıram və onunla əməkdaşlıq etmək istəmirəm. 

"Düşünürəm ki, dövlətimizin bununla bağlı rəsmi mövqeyi olacaq"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Beliçkada uzun sürən ciddi narazılıqlardan, böhrandan, hakimiyyət uğrunda siyasi partiyaların mübarizəsindən sonra artıq hökumətin qurulması ilə bağlı razılıq əldə edilib. "Yeni hökuməti quran 25 siyasi partiya saziş imzalayıb, o sazişlə bağlı hökumətin təxminən 200 səhifəlik bir proqramı müəyyən edilib. Bu proqramda bir sıra məsələlərə toxunulub. Maraqlı məqam ondan ibarətdir ki, həmin o sənəddə Belçika ilə bu və ya digər formada heç bir əlaqəsi olmayan, 30 min kvadrat kilometr  ərazisi olan  Belçikadan minlərlə kilometr aralıda olan məsələlərə də yer verilib. Bu hökuməti formalaşdıran siyasi partiyalar bəlkə də Belçikanı  "fövqəl bir dövlət"  hesab edirlər ki, ayrı-ayrı regionlarda baş verən məsələlərə də mübasibət bildirirlər. Heç olmasa bu münasibət reallıqları nəzərə alıb bildirilsəydi və haqlı mövqe sərgilənsəydi bunu hardasa anlamaq olardı. Qeyd etdiyim kimi, Cənubi Qafqazla heç bir əlaqəsi olmayan Belçikanın hökumətini quran bu siyasi partiyalar bizim bölgədə reallıqlarla heç bir uyğunluğu olmayan, onlara aidiyyəti olmayan məsələlərə toxunublar.

Düşünürəm ki, Avropada bəzi dövlətlər Fransadan belə bir səhv nümunə götürüb öz daxillərindəki problemlərdən insanların diqqətini yayındırıb, cəmiyyətin, onlara səs verən, etimad göstərən vətəndaşların nəzərlərini ayrı-ayrı məsələlərə yönəltmək yolunu tutublar.  Belçikada hökuməti formalaşdıran partiyalar da bu addımı atmaq niyyətindədirlər. Belçika hökumətinin mövqeyi qəbuledilməzdir. Onlar "Dağlıq Qarabağla" əlaqədar mövqe bildirirlər. Halbuki, o "Dağlıq Qarabağ" Belçika kimi digər bir sıra Avropa dövlətlərinin zamanında legitimliyini tanımadıqları Sovet İttifaqı tərəfindən formalaşdırılmış bir ifadə idi və Qarabağın ermənilərə verilməsi niyyətilə atılmış bir addım idi. Belçika digər Qərb dövlətləri kimi ümumilikdə Sovet İttifaqının legitimliyini, qanuniliyini qəbul etməsə də, hansısa məsələlər onların marağına uyğun gələndə onlar vaxtilə SSRİ-nin atdığı addımlardan istifadə etməyə çalışırlar.

Baxın, eyni zamanda Belçika hökumətini formalaşdıran şəxslər elə bil Belçika Ermənistan respublikası formalaşdırırlar, yaxud orda erməni hakimiyyəti qurulur. Bu nədirsə, bunu heç cür anlamaq olmur. Sanki erməni əslilli şəxslərin rəhbərlik etdiyi, aktivlik nümayiş etdirdiyi bir partiya hakimiyyətə gəlib, yaxud da o 25 siyasi partiyanın mütləq əksəriyyəti ermənilərdən ibarətdir ki, onlar fokuslanmanı Cənubi Qafqaz və Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında mövcud olan keçmiş münasiqə ilə əlaqədar mövzulara həsr ediblər. "Dağlıq Qarabağ" ifadəsinin olmadığını çox gözəl bilən Belçika rəsmiləri bu addımı atırlarsa, onlar bir daha rəsmi Brüssel olaraq beynəlxalq hüquqa hörmətsiz yanaşma ortaya qoyublar. Beynəlxalq hüququn tapdalanmasına bir daha imkan yaradır, rəvac verirlər".

X.Bəşirov digər bir məsələyə də toxunaraq bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra kimlərinsə oyunlarına gəlib, məqsədlərinə alət olub Azərbaycan ərazisini könüllü şəkildə tərk edən ermənilərin bizim əraziyə qaytarılması ilə bağlı mövqe bildirirlərsə, o halda prosesə ədalətli yanaşsınlar, hüquqa uyğun, real prizmadan yanaşsınlar. X.Bəşirov qeyd etdi ki, Belçikanın yeni hökuməti Qarabağdan könüllü köçüb getmiş ermənilərdən uzun illər əvvəl Ermənistandan zorla deportasiya edilən, qovulan yüzminlərlə   azərbaycanlının da hüquqlarından danışsınlar. "Yüzminlərlə azərbaycanlının 30 ildən artıqdır ki, öz tarixi torpaqlarına, evlərinə, yurd-yuvalarına qayıtmaq hüququndan məhrum olması ilə bağlı məsələyə də toxunsunlar. Bu məsələyə toxunsaydılar biz hardasa onların prosesə real yanaşdıqlarını anlayardıq. Onu görməzdən gəlib "Dağlıq Qarabağ" ifadəsindən istifadə edib ermənilərin Qarabağa qaytarılması ilə bağlı fikir səsləndirənlər bir daha onu göstərdilər ki, onlar səthi və kiminsə könlünü xoş etmək niyyəti ilə bu fikri səsləndiriblər. Bununla bir daha həmin hökumətin formalaşmasında ayrı-ayrı regionlarda, Avropa dövlətlərində, Avropa Parlamentində, ABŞ-da rüşvətlə, korrupsiya ilə siyasi fiqurları ələ alan siyasi partiyaların fəaliyyətinə təsir göstərən erməni diasporunun, lobbi təşkilatlarının izləri özləri ifşa etmiş oldular. 

Düşünürəm ki, o hökumətin formalaşmasında iştirak edən ayrı-ayrı siyasi partiyalar və onların rəhbər şəxslərinin erməni diaspor və lobbi təşkilatlarının maliyyəsindən, səsindən, nüfuzundan və digər amillərdən istifadə edərək iqtidara gəldikləri aşkardır. Çünki onlar dünyanın ayrı-ayrı regionlarında alovlanmaqda olan real münaqişələrə münasibətdə  fikir səsləndirməyib, artıq həllini tapmış münaqişəyə münasibətdə ədalətsiz, qərəzli, qeyri-adekvat mövqe sərgiləyirlər . Hesab edirəm, Azərbaycan tərəfin tam haqqı var ki, onların bu addımlarını nəzərə alıb bu hökuməti qeyri-legitim hesab etsin, onu tanımamaqla bağlı addımlar atsın. Ərazi bütövlüyümüzü, suverenliyimizi, beynəlxalq səviyyədə tanınmış ərazilərimizi tanımayan və onu şübhə altına alan, eyni zamanda Azərbaycan dövlətinin daxili məsələlərinə qarışan, ölkəmiz haqqında qeyri-real, ədalətsiz və qərəzli fikirlər səsləndirən bir hökumət təbii ki, bizimlə hər hansı bir formada əlaqələrin qurulmasına nail ola bilməz, çünki biz bunu qəbul etmirik. Bu baxımdan, düşünürəm ki, dövlətimizin bununla bağlı rəsmi mövqeyi olacaq və rəsmi mövqeyimizi bildirməklə həmin o hökuməti tanıyıb-tanımadığımızı ortaya qoymuş olacağıq. Bu da digər dövlətlər üçün görk olsun. Fransanın atdığı addımlardan nəticə çıxarmayan Belçikanın atdığı bu addımlara göz yuması olsaq, hesab edirəm ki, digər dövlətlər də erməni diasporunun, lobbi təşkilatlarının təsiri altında eyni  addımı atacaqlar. Bu da, təbii ki, Azərbaycan dövlətinin, Azərbaycan xalqının maraqlarına ziddir" - deyə X.Bəşirov vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ