çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

İki məsələyə görə Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranacaq - STRATFOR-un yarımçıq təhlili...

Image


Elşən Manafov: "Onlar rəsmi Bakının Ermənistan Konstitusiyası ilə bağlı tələblərindən xəbərdardılar"

Amerika kəşfiyyat və analitik mərkəzi "Stratfor" yeni nəşrində yaxın gələcəkdə Ermənistan-Azərbaycan eskalasiyası ehtimalını qiymətləndirib.

Mərkəzin təhlilində qeyd edilir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir faktı vurğulayır ki, tərəflər sazişin imzalanmasına nəzəri cəhətdən yaxın olsalar da, sərhədlərin delimitasiyası məsələləri imzalanmanı ləngidə bilər. Delimitasiya prosesi dayandırılarsa, ilin ikinci yarısında Ermənistan- Azərbaycan sərhədində gərginlik arta bilər. Amma amerikalı analitiklər yaxın gələcəkdə ciddi eskalasiya risqinin kifayət qədər aşağı səviyyədə qalacağını deyirlər. Həmçinin "Stratfor" qeyd edir ki, dəhliz və ya konstitusiyaya düzəlişlər kimi sülh sazişində nəzərdə tutulmayan məsələlər də sülh prosesini ləngidə bilər: "Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi layihəsində razılaşdırılmamış iki maddə ilə bağlı açıqlamaları bir həqiqəti vurğulayır ki, sülh müqaviləsinin bağlanması nəzəri cəhətdən yaxın olsa da, sərhədlərin demarkasiyası ilə bağlı çətinliklər bu prosesi gecikdirəcək. Eyni zamanda delimitasiya prosesi dayandırılsa, ilin ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində gərginlik arta bilər. Tərəflər, həmçinin, regionda dəhliz və Konstitusiyaya dəyişikliklər kimi sülh sazişinə daxil edilməyən məsələlərlə bağlı fikir ayrılıqlarını prosesin gecikdirilməsi üçün əsas kimi istifadə edə bilərlər".

Göründüyü kimi, "Stratfor" yaxın gələcəkdə gərginliyin artacağını deməklə iki məsələni qeyd edir. Qeyd olunur ki, müqavilədə göstərilməyən Konstitusiyanın dəyişdirilməsi və regional dəhlizlərin açılmamasına görə eskalasiya ən yaxın zamanlarda arta bilər. Ermənistan Konstitusiyasının dəyişdirilməsini istəyən Azərbaycandır. Regional dəhlizlərin də açılmasını istəyən Azərbaycandır. O baxımdan bu, əslində "Stratfor" tərəfindən dolayı yolla Azərbaycanı ittiham deyilmi ki, yaxınlarda yaranacaq gərginliyin səbəbkarı guya Azərbaycandır? Guya Azərbaycan bu iki məsələnin yerinə yetirilməməsinə görə gərginlik yarada bilər. Halbuki, hər iki məsələnin həll olunmamasına görə Ermənistanın məsuliyyət daşıdığını açıq deyə bilərdilər. Bunu niyə demirlər? Yeri gəldi-gəlmədi Azərbaycanı ittiham edirlər.

"Stratfor" tərəfindən bütün bunlara sükutla yanaşma onun mövqeyinin qərəzli olmasının göstəricisidir"

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov "Bakı-Xəbər"ə açıqlamasında "Stratfor"un qərəzli təhlil və proqnozla çıxış etməsini bir sıra faktorlarla əlaqələndirdi: "ABŞ-a məxsus analitik kəşfiyyat portalında Azərbaycan tərəfinin bölgədə gərginliyin artmasında maraqlı olan dövlət kimi təqdim edilməsi rəsmi Bakının münaqişənin tənzimlənməsi və ümumiyyətlə regional təhlükəsizliklə baglı siyasətinin təhrif edilməsindən başqa bir şey deyil. "Stratfor"un ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə yaxınlığı konteksində belə bir məqalənin ciddi portalda işıq üzü görməsi təsadüfi sayıla bilməz. Əvvəla, Ermənistan ABŞ tərəfindən bölgədə əsas tərəfdaş dövlət olaraq qəbul edilir. Gürcüstanla Qərb arasında münasibətlərin kəskinləşməsi konteksində ABŞ-ın Ermənistana olan ehtiyacı daha da artıb. ABŞ bölgədəki mövcud geosiyasi reallıqların dəyişdirilməsində maraqlıdır. Lakin onun geosiyasi konfiqurasiyanı Moskva ilə münasibətlərdən uzaqlaşmaq hesabına dəyişmək təkliflərinə rəsmi Bakı özünün regional təhlükəsizlik maraqları konteksindən yanaşır. Rəsmi Bakı Kremllə münasibətlərdə Vaşinqtonu məmnun edəcək addımlar atmağı məqbul bilmir. Rusiyaya qarşı sanksiyalara qatılmır, əksinə, loqistika və ticarət, habelə, nəqliyyat dəhlizləri ilə bağlı sahələrdə əməkdaşlığa yüksək önəm verir. Rəsmi Bakının özünün dövlət maraqlarına hesablanan siyasəti isə, təbii ki, Vaşinqtonu razı salmır. Bundan əlavə, bu ilin əvvəlində Ermənistanla strateji tərəfdaşlıq barədə müqavilə imzalamaqla ABŞ özünün Cənubi Qafqazla bağlı siyasətində, xüsusilə Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasına hesablanmış siyasətində Ermənistanla əməkdaşlığa böyük önəm verir. Əslində Paşinyan rejiminin Ermənistanda hakimiyyətə gətirilməsində ABŞ-ın maraqları da onun regional siyasətindəki anti-Rusiya ritorikasından irəli gəlib. ABŞ-ın analitik kəşfiyyat portalı olaraq "Stratfor" rəsmi Bakının Ermənistan Konstitusiyasına niyə müvafiq dəyişikliklərin edilməsi tələbləri ilə çıxış etməsindən xəbərdardır. Belə ki, Ermənistanın müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanla sülh müqaviləsinin imzalanması isə konstitusiya aktındakı məlum iddialar referendum yolu ilə aradan götürülməyənə qədər ciddi hüquqi və siyasi əhəmiyyət kəsb etməyəcək. Yəni dayanıqlı və uzunmüddətli sülhə hüquqi təminat əldə edilmir. Odur ki, rəsmi Bakı sülh müqaviləsinin uzunmüddətli və dayanıqlı olmasının təmin olunması məqsədilə bu kimi təklifləri irəli sürməkdə haqlıdır. Digər tərəfdən, Ermənistan Azərbaycanla həmsərhəd bölgələrdə Avropa İttifaqı müşahidə komissiyasının Ermənistanın onlara verdiyi mandata müvafiq olaraq monitorinq aparmasını münaqişə tərəfləri arasında gərginliyin artmasına imkan verməyən hərəkəti kimi dəyərləndırır. Halbuki, Azərbaycan haqlı olaraq belə düşünür ki, üçüncü tərəfin regionda apardığı monitorinq heç də sülhə və təhlükəsizliyə xidmət etmir. Azərbaycan tərəfinin sərhədlərin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin Aİ-nin xüsusi mülki müşahidə komissiyası tərəfindən izlənilməsi həmin məlumatların Ermənistan və Qərbin kəşfiyyat qurumlarına ötürülməsini düşunməyə əsas verir. Ermənistanın Aİ və xüsusilə Fransa tərəfindən silahlandırılması, son vaxtlar ABŞ-ın da bu proseslərdə fəal mövqe sərgiləməsi Avropa müşahidə komissiyasının tərəfsiz mövqe tutmaması ilə bağlı məsələlərə rəsmi Bakının şübhə ilə yanaşmasına əsas verir. "Stratfor" tərəfindən bütün bunlara sükutla yanaşma onun mövqeyinin qərəzli olmasının göstəricisidir".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ