çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Fevralın 5-də neçə nəfər azərbaycanlı miqrant Rusiyadan çıxarılacaq...

Image


Azər Allahverənov: "Fevralın 5-dən sonra həmin şəxslər çətin vəziyyətə düşəcək, onlar bank və digər xidmətlərdən yararlana bilməyəcəklər"

Məlum olduğu kimi, Rusiyada fevralın 5-dən qanunsuz miqrantların deportasiyası rejimi işə başlayacaq. Bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu tədbir təhlükəsizliyin artırılmasına yönəlib.

Qeyd edək ki, deportasiya rejimi - Rusiyada qanunsuz olan, yaxud qanunu pozan xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün tətbiq edilir. Onlar üçün bəzi hüquq və azadlıqlar məhdudlaşdırılacaq, həmçinin miqrasiya sahəsində federal dövlət nəzarəti tədbirləri tətbiq ediləcək.

Bundan əvvəl bildirilmişdi ki, Rusiyada miqrantların uşaqları rus dili testindən keçə bilməyəcəyi və məktəbə qəbul ola bilməyəcəyi təqdirdə onlara cərimə tətbiq ediləcək.

Həmçinin mart ayından etibarən polisin miqrantlar üzərində səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirən yeni qanun qüvvəyə minir. Belə ki, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya qanunvericiliyini pozan əcnəbi vətəndaşların faktiki yaşadığı yaşayış yerlərinə daxil olmaq hüququna malik olacaqlar.

"Reyestrə daxil olanlar ölkə ərazisində sərbəst hərəkət edə bilməyəcək, qaydalara əməl etməyənlər bir qayda olaraq deportasiya ediləcək"

Rusiyadan azərbaycanlı miqrantların çıxarılması barədə fikir bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, deputat Azər Allahverənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 5 fevral tarixindən etibarən Rusiyada qüvvəyə minəcək qaydalar miqrasiya siyasəti ilə bağlıdır: "Məlumdur ki, Rusiyada kifayət qədər qanunsuz miqrant yaşayır. Onların sayı barədə müxtəlif fikirlər səslənir. Rusiya ölkədə qanunsuz yaşayan miqrantların çıxarılma rejimini işə salıb. Bu müəyyən mərhələlərlə həyata keçiriləcək bir prosesdir. Qanunsuz yaşayan miqrantlar reyestrə daxil olacaq və onların yaşadığı ünvan barəsində də hüquq-mühafizə orqanlarına məlumat veriləcək. Bu o deməkdir ki, hüquq-mühafizə orqanlarının icazəsi olmadan həmin şəxslər yaşadığı ünvanı dəyişə bilməyəcək. Onlarla bağlı mövcud vəziyyət onu göstərir ki, miqrantlar ölkə ərazisindən çıxarılacaq, məhkəmə qərarına ehtiyac olmayacaq. Ölkədə çıxarılma haqqında qərar verilibsə, digər strukturlar buna əməl edəcək. Onu da deyim ki, 5 fevral tarixindən etibarən Rusiyada yaşamaq üçün qanuni icazəsi olmayanlar ölkə ərazisində nə ev, nə maşın ala bilərlər. Həmçinin, onlar Rusiya banklarından kredit belə götürə bilməyəcəklər, bununla yanaşı, o insanlar nikaha belə daxil ola bilməyəcəklər. Bir sözlə, reyestrə daxil olanlar ölkə ərazisində sərbəst hərəkət edə bilməyəcəklər. Bu qaydalara əməl etməyənlər bir qayda olaraq deportasiya ediləcək".

Həmsöhbətimiz onu da əlavə etdi ki, Rusiya ərazisində qanuni əsaslarla yaşayan azərbaycanlıların sayı təxminən 400-450 mindir. Bunların bir qismi qanuni əsaslarla ölkəyə gəlsə də, sonrakı mərhələdə əsası olmayan miqrant kimi dəyərləndirilir. Bu da həmin şəxsləri çətin vəziyyətə salmış olur. Fevralın 5-dən sonra həmin şəxslər çətin vəziyyətə düşəcək: "Onlar bank və digər xidmətlərdən yararlana bilməyəcəklər. Ölkə ərazisində şəxsin yaşaması üçün hüquqi əsas yoxdursa bu həmin miqrantın deportasiya olunmasına potensial səbəbdir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycandan olan miqrantlar isə heç ilk beşliyə daxil deyil. Yəni vətəndaşlarımız əsasən qanuna riayət edən miqrant kateqoriyasına aid edilirlər: "Təbii ki, onlar arasında qanunsuz yaşayan insanlar da var və onlar daha çox Moskva şəhərindədirlər –vətəndaşlarımızın kompakt yaşadığı yerdə. Amma bu il artıq baş verməkdə olan dəyişikliklər bu və ya digər formada həmin insanlara da təsir edəcək".

Günel CƏLİLOVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ