çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Tramp Makronun axırına çıxacaq - Avropa liderləri qorxuya düşüb...

Image


Avropa ölkələri bir çox daxili çətinliklərlə üzləşsə də, indi onların əsas diqqəti Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə yürüdəcəyi siyasətdir. Trampın ilk müddəti Avropa üçün asan olmayıb. Çoxları onun yeni dövrünün daha pis ola biləcəyindən qorxur. Özü də bunlar  Avropa ölkələrinin indi çoxsaylı daxili çətinliklərlə üzləşdiyi bir dönəmdə baş verir.

Hazırda Fransa və Almaniya siyasi, iqtisadi problemlər içərisindədir, Avropa ittifaqı   bütövlükdə rəqabət qabiliyyətinə görə Çin və ABŞ-dan geri qalır, Böyük Britaniyada dövlət xidmətləri acınacaqlı vəziyyətdədir. Tramp isə əmindir ki, Avropa illərdir Amerikanın gücündən öz xeyrinə istifadə edir və dayanmağın vaxtı çatıb. Tramp  Çin və Rusiya kimi strateji təhlükələr hesab etdiyi ölkələrə qəzəblənməkdənsə, Avropa və Kanadadakı müttəfiqlərini açıq şəkildə tənqid etməyi seçib. Bu da Avropanı daha böyük qorxuya salıb. Təsadüfi deyil ki, Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Avropa ölkələrində, xüsusilə də Emmanuel Makron hökumətində narahatlıqlar dərhal özünü büruzə verib. Bu qayıdış qlobal geosiyasi tarazlığa, çoxtərəfliliyə və qlobal çağırışlarla mübarizəyə təhlükə kimi qiymətləndirilir. Fransa Avropa prioritetlərinə daha çox uyğun gələn Bayden administrasiyası ilə əməkdaşlıq etməyə vərdiş etsə də, Amerikanın bu dönüşü liderləri qeyri-müəyyənlik dövrünə sürükləyib. Baş nazir Fransua Bayru başda olmaqla siyasətçilər həyəcan təbili çalmaqda geciksələr də, Fransa belə demək olarsa, siyasi köpüyün içində batıb. Fransanın nüfuzu, səsi sözsüz ki, əvvəlki kimi deyil. Makron Ağ Evdə Trampın andiçmə mərasimi zamanı ölkəsində Silahlı Qüvvələrə "Yeni il" təbrik çıxışında artıq müdafiə proqramı tətbiq etməyin vaxtı çatdığını deyib. Makron çxışında pərdəarxası məqsədlərini xüsusilə də, pensiya islahatlarını saxlamaq üçün fəallığını davam etdirib. O, Yeni ildə xalqa müraciətində qeyd etdiyi kimi yenidən referendumla məsələni həll etmək imkanını düşünür. Baş nazir Fransua Bayru isə qeyd edir: "Birləşmiş Ştatlar inanılmaz dərəcədə güclü siyasət yürütmək qərarına gəlib. Heç nə etməsək, taleyimiz çox asan sıxışdırılacaq, əziləcək, marginallaşacaqdır. Bu, bizim, fransızların və avropalıların qəbul etməli olduğu bir qərardır". O bildirib ki, vəziyyətlə bağlı Fransanın verəcəyi cavab məlumdur - birlik və stabillik.

Fransa siyasi həyatının 2024-cü il iyun ayında dağılmasından sonra ölkənin son onilliklərin ən təlatümlü vaxtını yaşadığı vaxtda o, daxili və xarici həssaslığa və birlikdə işləməyə çağırıb. Fransanın sabiq prezidenti, Milli Assambleyanın deputatı Fransua Olland, eləcə də bir çox siyasətçilər Avropanı ABŞ-la güc balansı yaratmağa çağırıblar. Fransa ABŞ-ın siyasət seçimlərinin gətirdiyi qeyri-stabilliyə qarşı Almaniya və digər Aİ üzvləri ilə ittifaqlarını gücləndirməyə çalışır. Eyni zamanda, Paris diplomatik güzəştlərə baxmayaraq, Çin və Hindistan kimi güclərlə daha sıx tərəfdaşlığı təşviq edir. Amma istənilən halda Donald Trampın 2025-ci ildə hakimiyyətə gəlməsi Emmanuel Makron və hökuməti tərəfindən qeyri-sabitlik və transatlantik münasibətlərin zəifləməsi siqnalı kimi qəbul edilib. Bu fonda  Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı "oyanmağa" və Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb: "Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?". Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi "sabah və ya ertəsi gün" bitməyəcək: "Gəlin özümüzü aldatmayaq".

Fransa prezidenti Avropanı öz müdafiəsi üçün daha çox məsuliyyət götürməyə çağırıb: "Avropalılar olmadan Avropada sülh və təhlükəsizlik ola bilməz". Amma seçkilərdə parlamentdəki çoxluğu əldən verməsindən sonra yaranan siyasi böhran Makronun ölkə daxilindəki mövqeyini zəiflədib. Onun qatı tənqidçisi və mümkün xələfi Marin Le Pensə məhz Trampın ölçülərinə uyğun gələn siyasətçidir. Parisdəki Siyasi Elmlər İnstitutunun müəllimi Olivye Kosta qeyd edir: "Tramp Bayden tərəfindən məğlub edilməsinə sevinən hər kəsə qarşı çox qəzəblidir. Düşünürəm ki, o, onların hamısına bunun əvəzini ödətmək istəyir. Fon der Lyayen, Şolts, Makron və bütün digərlərinə. Bir az filmlərdəki kimi, "Tramp 2 qayıdıb". İndi  Makron vəziyyəti öz lehinə dəyişməyə çalışsa da, ABŞ lideri tərəfindən rədd edilir. Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornu da ölkəsi üçün vəziyyətin yaxşı olmadığını vurğulayır: "Avropa paytaxtları üçün, açıq desək, bu, ciddi zərbədir, çünki onilliklər ərzində, o cümlədən "Soyuq Müharibə"nin başlanğıcında, 1960-cı illərdə Amerika nüvə çətiri altında oturmaq hər zaman şirnikləndirici olub". O, həmçinin Avropanın ABŞ-la ticarət əlaqələri naminə öz muxtariyyətini qurban verərək Amerika silahlarının alışını artırmasından ehtiyat etdiyini bildirib. Fransa parlamentinin üzvü Kristof Blanşe isə vurğulayır ki, Donald Trampın hakimiyyətə gəlişi Avropa İttifaqı üçün enerji sektoru, xüsusən də qiymətlərlə bağlı problemlərlə doludur: "Prezident Trampın seçilməsi qlobal enerji geosiyasətinin konfiqurasiyasını dəyişə bilər: o, ABŞ-ın nüvə sənayesini əhəmiyyətli dərəcədə genişləndirməklə yanaşı, mayeləşdirilmiş təbii qazın ixrac imkanlarını artırmaq istədiyini açıqlayıb. Ağ Ev bu yaxınlarda ABŞ-ın nüvə potensialını 2050-ci ilə qədər üç dəfə artırmaq planını açıqladı. Bundan əlavə, Donald Tramp seçki kampaniyası zamanı Fransanın nüvə sektoruna qarşı sanksiyalar tətbiq etmək üçün eksterritorial tədbirləri açıqlayıb".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ