şənbə günü, 22 avqust 2026
     

Tramp Azərbaycanla bağlı nə edəcək - "Yol xəritəsi" hazırdır...

Image


"Əminəm ki, sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq etmişlər. 

ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirirəm, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir". Bu fikirlər prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının yeni rəhbəri Donald Trampa göndərdiyi təbrik məktubunda yer alıb.

Qeyd edək ki, Co Baydenin administrasiyası Azərbaycana qarşı qərəzli siyasət yürüdüb. Rəsmi Bakı Donald Trampın hakimiyyəti dönəmində buna son veriləcəyinə ümid edir. Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, Donald Trampın hakimiyyətə gəlişi Amerika xalqının təkidli iradəsi nəticəsində baş verib: "Çünki ondan qabaqkı hakimiyyət Amerikanı bir sosialist ölkə kimi idarə etmək istəyirdi. Amerikanı zəiflətmək siyasəti ölkədə xalqın qəzəbinə səbəb oldu, xalq öz iradəsini ifadə etdi. Əminəm ki, Tramp administrasiyası ilə Azərbaycan qarşılıqlı maraqlar əsasında siyasət formalaşdıracaq. Bundan qabaq bizim hər zaman ABŞ ilə normal müansibətlərimiz var idi. Yeganə isitisna Amerika Konqresində erməni lobbisi, erməni siyasətçilərinin öz ölkələrinə və Azərbaycana zərbələrini nəzərə almasaq, bizim ənənəvi Amerika-Azərbaycan münasibətlərimiz yüksək səviyyədə olub. Ümidvaram ki, buna qayıdış mümkündür və bu istiqamətdə də addımlar atılmalıdır". Milli Məclisin digər deputatı Sevinc Fətəliyeva da vurğulayır ki, Azərbaycan öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüququn normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür: "Dövlətimiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Ölkəmiz ABŞ-la münasibətlərdə də məhz belə yanaşma ortaya qoyur". Deputat bildirib ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarına da Azərbaycanın bu mövqeyi yaxşı məlumdur. O xatırladır ki,  ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la çoxşaxəli əlaqələr qurub. Belə ki, ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə "Sülh naminə tərəfdaşlıq" və "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib.

Eyni zamanda, enerji sahəsində vacib əməkdaşlıq mövcuddur. Lakin Bayden administrasiyasının hakimiyyəti zamanı münasibətlərimizdə müəyyən soyuqluq yaranmışdı. Belə ki, Ermənistana havadarlıq edən, Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər etməyə çalışan Bayden administrasiyası əslində rəsmi Vaşinqtonun regiondakı maraqlarına ciddi zərbə vurmuş oldu.Artıq vəzifəsinin icrasına başlayan Donald Tramp adminstrasiyasının özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldırıcağına inam böyükdür. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Beləliklə, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf edəcəyi yeni perspektivlər vəd edir. İstənilən halda gözləntilər bundan ibarətdir ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentlik dövrü ilə müqayisədə əhəmiyyətli şəkildə fərqlənəcək. Xüsusən də ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıqda yeni səhifə aça bilərlər. Bu münasibətlərin də bəlli bir təcrübəsi var. Ümumiyyətlə, Azərbaycan həmişə Birləşmiş Ştatlarla dostluq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olub. Rəsmi Bakı Cənubi Qafqaza sülhün bərqərar olmasına çalışır. Lakin əvvəlki ABŞ administrasiyası hər vəchlə bu prosesə əngəl olmaq siyasəti yürüdüb. Yerli telekanallara müsahibəsində prezident İlham Əliyev bu fonda keçmiş Bayden administrasiyasının fəaliyyətini sərt tənqid edib. Bildirib ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi: "Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır". İndi ABŞ-da yol verilən bu səhvi Donald Trampın aradan qaldıracağına ümidlər böyükdür.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

20.08.2026 / 18:05
“Yerasx-Naxçıvan dəmiryolunun tikintisini özümüz maliyyələşdirəcəyik” - Paşinyan

20.08.2026 / 17:49
İran ABŞ-ı hədələdi, Səudiyyəyə xəbərdarlıq etdi - Yeni bir müharibə başlasa...

20.08.2026 / 17:31
"Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistana aid deyil" - Paşinyan

20.08.2026 / 17:15
İrandan Trampın Hörmüz iddiasına cavab - Kaliforniyanı “İran ərazisi” elan etdilər...

20.08.2026 / 17:04
Haqq savaşımızın ölümsüzlüyə qovuşan qəhrəman oğlu – Xəyal Nuri...

20.08.2026 / 16:53
Hibrid model Azərbaycanı rəqəmsal dövlət xidmətləri sahəsində dünya liderləri cərgəsinə çıxardı...

20.08.2026 / 16:41
34 ölkənin vətəndaşlarına vizasız rejim tətbiq ediləcək - Azərbaycanın yeni hədəfi...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ