çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi - Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

Image


Rəşad Bayramov: "Lavrov baş verənləri nə qədər malalasa da faktlar ortadadır"

Rusiya Ermənistanın müttəfiqidir və iki ölkə arasında qarşılıqlı razılaşmalar var. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib: "Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, bilirsiniz ki, bizim Rusiya ilə çox ciddi, güclü ikitərəfli razılaşmalarımız var və biz həqiqətən müttəfiqik". 

Mirzoyan   əlavə edib ki, Ermənistan İranla çox yaxşı qonşuluq və tərəfdaşlıq münasibətləri inkişaf etdirib. Rusiyanın İranla əməkdaşlığından İrəvanın da fayda görəcəyinə əmin olduğunu bildirən Mirzoyan Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən çıxarılmasına da münasibət bildirib. Nazir qeyd edib ki, sərhədçilər orada müvəqqəti yerləşdirilmişdi: "İrəvan Rusiya tərəfinə belə uzun xidmətə görə təşəkkür edir. Gələcəkdə Ermənistan sərhədinin bu hissəsini erməni hərbçiləri özləri qoruyacaq".

Rusiya XİN-i Mirzoyanla aparılan danışıqlarla bağlı elə məlumatlar yayıb ki, guya orada hər şey qaydasında gedib. Halbuki, Ermənistan KTMT-ni iqnor edir, orada fəaliyyətini dondurur. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola, bu qurumu boykot edərək Avropa İttifaqına can atır. Yanvarın 9-da Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib. Yenə Ermənistan ABŞ-la strateji tərəfdaşlıqla bağlı qanun imzalayıb. Həmin sazişdə Ermənistan ABŞ-a imkan verir ki, Ermənistandan ikili təyinatlı malların ixracı üzərində nəzarət həyata keçirsin. Bu, birbaşa Rusiyanın mənafelərinə ziddir. Bundan başqa, Ermənistan icazə verir ki, bu ölkənin sərhəd mühafizəsi ilə ABŞ məşğul olsun. ABŞ gəlib orada Atom Elektrik Stansiyası tiksin. Bütün bunların fonunda Mirzoyanın Moskva danışıqlarını elə təqdim edirlər ki, sanki Rusiya ilə Ermənistan arasında ciddi yaxınlaşma var, hansısa gərginlik olmayıb. Əslində o danışıqlar çox gərgin keçib. Necə deyərlər, Mirzoyanın üzünə tüpürüblər. O da onların üzünə tüpürüb ki, "əcəb edirik, Ermənistan müstəqil dövlətdir". 

Maraqlıdır, Rusiyanın dövlət məmurları Ermənistanın dövlət elitası ilə aparılan bu danışıqların həqiqi gərgin məzmunu ilə bağlı niyə informasiya vermirlər? Niyə həmişə bununla bağlı məsələləri malalayırlar? Rusiyanın burada marağı nədən ibarətdir? Ancaq aşkar həqiqətdir ki, Rusiya burada ikiüzlü oyun oynayır. Ya həqiqətən həmin danışıqlar gərgin keçib, amma Moskva məlumatları gizlədir. Ya da Rusiya Ermənistanla ikibaşlı oyun oynayır. Pərdə arxasında Ermənistanı qızışdırırlar ki, Qərblə oyun oynasın və oradan ölkəyə investisiya cəlb etsinlər. Bir sözlə, bəlkə ikibaşlı oyun gedir?

"Aİ missiyasının Ermənistan sərhədində yerləşdirilməsi, Aİ-yə üzvlüklə bağlı proseslərə start verilməsi, KTMT-nin..." 

Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəyanatları ictimai rəyin gözünə kül üfürmək məqsədi daşıyırdı: "Bununla saxta görüntü yaratmağa çalışırlar ki, guya hər şey yaxşıdır. Məsələ ondadır ki, bu cür saxta görüntü hər iki tərəfin maraqlarına cavab verir. Belə ki, Ermənistan üçün Rusiya ilə münasibətlərin yaxşı olmasının illüziyasını yaratmaq. Bununla daxildə Rusiyameyilli müxalif qüvvələrin mövqelərini zəiflətmək istəyirlər. Rusiya üçün isə bu, bir tərəfdən Qərbə verilmiş mesaj kimi dəyərləndirilməlidir. Yəni Ermənistan və Rusiyanın müttəfiq olduqlarını "sübut" etmək istəyir. Moskva göstərməyə çalışır ki, arada kəskin fikir ayrılıqları olsa da, bu dövlətlər müttəfiqdilər. Daha doğrusu, müttəfiq görüntüsü yaratmağa çalışırlar. Başqa bir tərəfdən bu, həm də Azərbaycana verilmiş mesaj kimi qəbul olunmalıdır. Məsələ ondadır ki, son vaxtlar Rusiya KİV-lərində birbaşa Kremlin sifarişi ilə anti-Azərbaycan kampaniyası aparılır. O üzdən, Lavrov-Mirzoyan cütlüyünün bəyanatı həm də bizə verilən mesaj kimi dəyərləndirilməlidir. Ancaq reallıqda Rusiya-Ermənistan münasibətlərinin nə vəziyyətdə olması faktlarla ortadadır. Ötən ilin aprelində Brüsseldə keçirilən üçtərəflu görüşdən (ABŞ-Avropa İttifaqı-Ermənistan) sonra İrəvan faktiki olaraq Moskvadan uzaqlaşma mövqeyini ortaya qoyub. Aİ missiyasının Ermənistan sərhədində yerləşdirilməsi, Aİ-yə üzvlüklə bağlı proseslərə start verilməsi, KTMT-nin iqnor edilməsi, ABŞ-la xartiya imzalanması, sərhəd mühafizəsi ilə bağlı birgə tədbirlər və s. Bütün bunlar faktiki olaraq Ermənistanın Rusiyadan uzaqlaşmasının göstəricisidir. Lavrov baş verənləri nə qədər malalasa da faktlar ortadadır. Yəni bu iki ölkə arasında müttəfiqlikdən hazırda əsər-əlamət qalmayıb. İndiyə qədər Rusiya buna seyrçi yanaşırdı. Çünki faktiki olaraq Ermənistandan faydalanırdı. Söhbət sanksiyalardan yayınmaqdan gedir. Ancaq indi ABŞ-la Ermənistan arasında imzalanan xartiyadan sonra ikili təyinatlı məhsulların ixracına nəzarət artır. Bu o deməkdir ki, Ermənistan artıq əvvəlki kimi sanksiyalardan yayına bilməyəcək. Bu baxımdan malalamağın bir mənası yoxdur. Hətta bundan sonra Rusiyanın Ermənistana təzyiqləri artacaq. O üzdən, Ermənistanın timsalında Rusiya üçün qatar artıq gedib".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ