çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Gəncləri siyasi təxribat alətinə çevirmək istəyən qüvvələr hələ də var...

Image


Bütün cəmiyyətlərdə gənclər əsas aparıcı gücə malik olduğu üçün onların fəaliyyəti, addımları daim diqqətlə izlənilir. Ümumiyyətlə, həm müsbət, həm də neqativ proseslərə gənclərin cəlb edilməsi, əsas aparıcı xəttə çevrilməsi hər zaman müşahidə edilir. 

Gənclər uğrunda yaxşılarla pislər arasında mübarizə gedir. Bilirik ki, dünyanın ayrı-ayrı yerlərində iri mərkəzlər var və bu mərkəzlər ölkələrin daxilində ideoloji təxribatlar törətməyə meyl göstərirlər. 

Məsələn, müəyyən sosial-iqtisadi məsələlərlə bağlı insanların narazılıq etməsi ətrafında bəzi ideoloji mərkəzlər təbliğat qururlar. Bunu bütün ölkələrdə edə bilirlər. Çünki məqsədləri pozuculuqdur. Pozucu, təxribatçı mərkəzlər bir sıra hallarda o təxribatların təsiri altına bizim gənclərimizi də sala bilirlər, ya vəlvələdən, ya zəlzələdən bəzi gənclərimiz onların təbliğatının təsirinə düşürlər. Gənclərin ideoloji təxribat, ideoloji təbliğat, pozuculuq mərkəzlərinin fəaliyyətlərinin təsiri altına düşməsi, zorakı aksiyalara meylləndirilməsi, bəzi gənclərimizin bu işlərə uyması nəyin nəticəsidir?

Ekspertlərin sözlərinə görə, bəzən ictimaiyyətin ürəyindən olmayan kiçik hadisələr baş verir və belə hadisələr zamanı da ideoloji təxribat mərkəzləri gəncləri hədəfə alır, onları bu işə cəlb etmək istəyirlər. Təəssüf ki, bəzi hallarda buna nail olurlar da. Gənclər də belə təxribatçı mərkəzlərin fəaliyyətinə qoşulub onların daşıyıcısına çevrilə bilirlər. Bu nədən qaynaqlanır? Gənclərin savadsızlığından, yoxsa başqa mexanizmlər var?

"Onlar gənclərin emosionallığından, passionarlığından, gənclərin mobilliyindən..."

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, gənclər bütün cəmiyyətlərdə əsas aparıcı qüvvədir: "Çünki cəmiyyətin ən emosional, energetik təbəqəsi məhz gənclərdir. Bu baxımdan, maraq qrupları bu və digər məqsədlərlərlə hansısa bir ölkəyə, hansısa bir cəmiyyətə təsir etmək istədikdə məhz gənclərlə daha çox işləyirlər. Onlar gənclərin emosionallığından, pasionarlığından, gənclərin mobilliyindən, daha çox innovativ, cəlb edici, çəkici şüarlara meyilliyindən məhz istifadə edirlər. Azərbaycanda gənclərin böyük uğur hekayələri var. Şübhəsiz ki, ən böyük uğur hekayəsi məhz Azərbaycan gənclərinin ölkə rəhbərliyi ətrafında sıx birləşərək çox b öyük bir tarixi uğura imza atdılar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa oldu, şərəf tarixinə imza atıldı. Azərbaycan gəncləri dünya gəncləri içərisində mübağiləsiz demək olar ki, lider gənclərdir. Azərbaycan gəncləri intellektual səviyyəsinə, idman göstəricilərinə, eyni zamanda şərəfli tarix yazmalarına görə dünya gəncləri arasında ən üstün mövqedə durur. Bizim belə bir gəncliyimiz var. Şübhəsiz, bütün cəmiyyətlərdə  olduğu kimi, bizim cəmiyyətin də bəzi qayğıları var, o qayğılar da qeyd etdiyim kimi, müxtəlif ölkələrdə bu və digər şəkildə özünü göstərir. Azərbaycanda gənclər ölkə əhalisinin təqribən 21 faizini təşkil edir. Düzdür, 10 il əvvəl Azərbaycanda gənclərin sayı ölkə əhalisi içərisində daha çox idi, yəni 29-30 faiz idi. Bu o deməkdir ki, gənclərin ölkə əhalisi içində sayı xeyli azalıb. Bu həm də Azərbaycanda təbii artımda bir qədər ləngimə  ilə izah olunur. Qeyd etdiyim kimi, bəli, gənclərin bəzi qayğıları var. Azərbaycanı hədəf seçən təzyiq mərkəzləri, güc mərkəzləri məhz  bu qayğılardan istifadə edərək gənclərdən bir alət kimi yararlanmaq istəyirlər. Bilirsiz ki, rəsmi dövlət statistikasına istinad etsək görərik ki, ölkəmizdə təqribən 5, 6 faiz işsizlik statistikası var. Amma gənclər arasında işsizlik faiz nisbətilə bir qədər çoxdur. Yəni 11 faiz ətrafındadır. Yəni bu məsələdən, gənclərin bu qayğılarından bəzən müxtəlif mərkəzlər istifadə etmək, gəncləri öz tərəflərinə çəkməyə çalışırlar, Azərbaycana məhz gənclərin vasitəsilə təsir göstərmək istəyirlər. Ona görə də, Azərbaycan xarici mərkəzlərin gənclərimizə yönəlik cəhdlərinin fərqindədir. Çünki biz bilirik, Azərbaycan elə geosiyasi bir mövqedə yerləşir ki, belə ölkələrdə həmişə qlobal güc mərkəzlərinin marağı var. Bu mənada fərqli sosial üsullarla, o cümlədən də, daha çox gənclər vasitəsilə bölgəyə, ölkəyə təsir göstərmək istəyirlər. Biz bu imkanı, fürsəti həmin güc mərkəzlərinə tanımamalıyıq. Dövlətin, hökumətin gənclər siyasəti ilə bağlı aydın bir yol xəritəsi var. Gənclər haqqında qanun var, ölkəmizdə gənclər strategiyası fəaliyyət göstərir".

"Gənclərin bütün problemlərinin həll olunmasına çalışmalıyıq"

Ü.Şəfiyev qeyd etdi ki, bununla yanaşı, ölkə gənclərinin özünəməşğulluq məsələləri ilə bağlı sosial layihələr, gənclərin mənzillə təmin olunması ilə əlaqədar hökumətin sosial dəstək proqramları mövcuddur, güzəştli mənzillər fondu var, gənclərin bəlli bir kateqoriyalarını əhatə edir. "Əlbəttə, yaxşı olardı ki, bu daha böyük gənclər kateqoriyasını əhatə etsin. Eyni zamanda bu gün gənclərin məşğulluğu, onların karyerası ilə bağlı dövlət proqramları var, Azərbaycan gənclərinin bir qismi dövlət dəstəy ilə xaricdə təhsil alırlar. Bu da gənclərin karyerasının, onların gələcək həyatlarının təminatı ilə bağlı dövlət tərəfindən göstərlən çox böyük dəstəklərdən biridir. 

Amma bütövlükdə nəzərə alsaq ki, qeyd etdiyim kimi, Azərbaycan çxc böyük geosiyasi güclərin marağındadır. Bu baxımdan, da bilməliyik ki, bizim gənclər həmişə məhz həmin qüvvələrin marağın olacaqlar. İstəyəcəklər ki, Azərbayacana təzyiq   vasitəsi kimi həmişə gənclərdən istifadə etsinlər. Biz isə öz növbəmizdə gənclərin bütün problemlərinin həll olunmasına çalışmalıyıq. Onların həm mənzil-məişət, həm təhsil, ödənişli məşğulluq məsələləri təmin olunmalıdır. Paralel olaraq gənclərin təlim-tərbiyyə işi, vətənpərvərliklə bağlı məsələlər gücləndirilməlidir. Bu iş həm ailələrdə, həm orta və ali məktəblərdə getməlidir. Kütləvi informasiya vasitələrinin köməyindən də istifadə edərək gəncləri yad təsirlərdən, pis vərdişlərdən qorumağa çalışmalıyıq. 

Yeri gəlmişkən, ölkə başçısının  2018-ci ildə imzaladığı uşaq və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı qanunda məhz bu baxımdan çox maraqlı məqamlar var. Məhz bu, gənclərin, yeniyetmələrin zərərli informasiyadan, eyni zamanda kənar təsirlərdən qorunmasına hesablanmış bir addımdır. Eyni zamanda Azərbaycanda həmişə istər dini konfensional, istərsə də ideya, siyasi baxımdan kənar müdaxilələr təhlükə, təhdid yaradır. Çünki bizim qonşularımız fərqli-fərqli  istiqamətlərdə siyasət yürüdürlər. Bu qonşular da təbii ki, Azərbaycana başqa münasibətdədir. Bu baxımdan, biz gənclərimizi siyasi, ideoiji baxımdan Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirməliyik, vətənpərvərlik ideyaları ilə daim maarifləndirməyə çalışmalıyıq".

Ü.Şəfiyev onu da yenə qeyd etdi ki, gənclərin düşüncəsini ideoloji məsələlərlə təmin etməklə yanaşı həm də onların sosial qayğıları da sıradan çıxarılmalıdır. Alim hesab edir ki, dövlət gənclərin sosial problemlərinin həllini, işlə təmin edilmələri və sair məsələləri daim diqqətdə saxlamalıdır. "Görsənən odur ki, Azərbaycanda gənclərin çoxc böyük potensialı var. Bunu ən intelektual yarış olan şahmat yarışları sübut edir. Eyni zamanda idmanda, eləcədə intellektual yarışlarla və sairdə Azərbaycan gəncləri öz potensialını ortaya qoyur"-deyə Ü.Şəfiyev qeyd etdi.

İradə Sarıyeva
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ