çərşənbə axşamı günü, 07 iyul 2026
     

"Zəngəzur dəhlizi açılsa, Azərbaycana təzyiq rıçaqımız qalmayacaq" - İrəvan deşifrə olundu...

Image


Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyanın Rusiyaya səfəri, apardığı danışıqlar bir çox məqamlar baxımından yaddaqalan olub. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun dedikləri bu mənada xüsusi diqqət cəlb edir. Lavrov Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında imzalanan razılaşmaların aktuallığını bildirib: 

"Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlər xüsusilə regionda mövcud vəziyyət fonunda aktualdır. Biz 2020-ci və 2022-ci illərdə üç ölkənin liderləri tərəfindən əldə edilmiş üçtərəfli razılaşmaların inkişafı istiqamətində Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşdırılmasına lazımi kömək göstərməyə hazırıq".

O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır: "Regional təhlükəsizlik Rusiyanın Cənubi Qafqaz istiqamətindəki fəaliyyətində əhəmiyyətli rol oynayır. Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım etməyə hazırıq. Üçtərəfli razılaşmalar əsasında bütün treklərdə yardım etməyə hazırıq. Hesab edirik ki, regiondakı hazırki vəziyyəti nəzərə alsaq, üçtərəfli razılaşmalar əvvəlki kimi aktualdır". Onun sözlərinə görə, Moskva İrəvan və Bakıya onlar maraqlı olduqları təqdirdə münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə, sülh müqaviləsinin müddəalaırnın işlənib hazırlanması, sərhədlərin delimitasiyası və demarkasiyası və regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasına yardım etməyə hazırdır. "Əlbəttə ki, humanitar məsələlərdə də Rusiya Ermənistana və Azərbaycana yardım etməyə hazırdır". Lavrov görüşdə "3+3" regional əməkdaşlıq formatının gələcək fəaliyyətində maraqlı olduqlarını  təsdiqlədiklərini də söyləyib: "Üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusu olan Rusiya, İran və Türkiyə…Bu platformanı olduqca perspektivli hesab edirik". Beləliklə, Rusiya bir daha Ermənistandan üçtərəfli razılaşmalara əməl olunmasını, başqa qüvvələri regiona gətirməməsini tələb edir. Rus ekspert Stanislav Tkaçenko deyib ki, Lavrov İrəvanı öhdəliklərini yerinə yetirməyə çağırıb. Amma Ermənistan buna tələsmir: "Əvvəla, daxili siyasi səbəblər Ermənistana müharibədən sonra əldə olunan razılaşmaları yerinə yetirməyə imkan vermir. Ararat Mirzoyan bildirib ki, regionda bütün nəqliyyat marşrutları açıla bilər, lakin Ermənistan bunda dəqiq maraqlı deyil, çünki bütün kommunikasiyaların açılması ilə o, kozırını itirir. Ermənistan Zəngəzur dəhlizi məsələsi ilə Azərbaycanla danışıqlara təsir göstərə biləcəyinə ümid edir. Rusiyanın Ermənistan-Azərbaycan nizamlanmasının asanlaşdırılmasında, tərəflər arasında etimadın yaradılmasında mühüm rolu var. İndilikdə tərəflər arasında etimad yoxdur, bu, danışıqları çətinləşdirir. Rusiya hər iki dövlətlə müttəfiqlik münasibətlərinə malikdir və Cənubi Qafqazda vəziyyətin normallaşdırılması məsələlərində onlardan eyni məsafədə yerləşir, buna görə də hər iki tərəf həssas məsələlərin həllində Moskvaya etibar edə bilər".

Ekspert xatırladıb ki, Rusiyanın Zəngəzur dəhlizində iştirakı ilkin olaraq nəzərdə tutulurdu: "Rusiya Federasiyasının sərhəd qoşunlarının cəlb olunduğu Ermənistan hissəsində nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini təmin etməli idi. Hesab edirənm ki, tərəflər öz siyasi iradələrini təsdiqlədikdən sonra biz bu marşrut üzrə hərəkəti tənzimləyəcəyik. Düşünürəm ki, zaman keçdikcə Rusiyanın səylərinə və xidmətlərinə ehtiyac daha da artacaq". Bir daha xatırladaq ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından və Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanatın imzalanmasından beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, İrəvan üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Məhz həmin razılaşmaya görə, regional kommunikasiyalar, yəni Zəngəzur dəhlizi açılmalıdır. Yəni, Zəngəzur dəhlizi 2020-ci ildə imzalanmış bəyanatda öz əksini tapıb və burada Ermənistanın Azərbaycanın qərb bölgələri ilə, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə məhdudiyyətsiz əlaqələrin yaradılması öhdəlikləri var.  Türkiyəli siyasi ekspert Öz bildirir ki, Zəngəzur dəhlizindən ilk olaraq təsirlənəcək ölkələr Türkiyə, Azərbaycan və Ermənistan olacaq. Bununla belə, dəhlizin birləşdirəcəyi regionlar nəzərə alındıqda onun İran, Rusiya, Çin, hətta Avropanın yaxından izlədiyi bir layihə olduğu aydın görünür. Onun sözlərinə görə, Zəngəzur dəhlizi beynəlxalq dəhliz statusunu daşıyacaq: "Həm dəmir, həm də avtomobil yolları kimi çox vacib əlaqə xətlərini təmin edəcək dəhliz Türkiyənin türk dünyası ilə, xüsusilə Azərbaycanla hər cür əlaqəsini inkişaf etdirməsi üçün çox əhəmiyyətlidir. Azərbaycan üçün də xüsusi önəmi ölkənin həm də transfer mərkəzinə çevrilməsidir. Çindən Avropaya uzanacaq xətt Bakı-Tiflis-Qars üzərindən də bir çox əlaqə xətti yaradacaq". İsmail Öz onu da bildirib ki, dəhlizin təhlükəsizliyinin təmin edilməsi üzərinə düşən Rusiya da bu məqamda Ermənistan hakimiyyətinin siyasətinə qarşı çıxır: "Rusiyanın Türkiyə ilə yaxın əlaqələri də bu baxımdan çox önəmlidir. Ukrayna müharibəsi səbəbindən çətin vəziyyətdə olan Rusiyanın Qərbə qapısı olan Türkiyənin Şərqə və Asiyaya müxtəlif yollarla çıxışının danılmaz əhəmiyyəti var".

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

06.07.2026 / 08:39
Növbəti köç karvanları Cəbrayıla yola salındı

06.07.2026 / 08:10
DÇ-2026-da SENSASİYA - Norveç Braziliyanı mundialdan kənarlaşdırdı...

05.07.2026 / 21:18
“ABŞ ilə sülh bağlamadıq və İsraili rəsmi olaraq tanımayacağıq” - Qalibaf

05.07.2026 / 20:55
Polşada Rusiya narahatlığı - Tusk “hər ssenariyə hazırıq” dedi

05.07.2026 / 20:47
Medvedyev ABŞ barədə sərt danışdı - “…nümunə, ya şər imperiyası?”

05.07.2026 / 20:38
Serbiya spikeri Aİ-nin ikiüzlülüyünə üsyan etdi - "Biz kiçik ruslar deyilik"...

05.07.2026 / 20:25
ABŞ-ın keçmiş prezidentləri ölkənin gələcəyindən narahatdır…

05.07.2026 / 20:14
Tramp ailəsi "Melaniya" filmindən 10,7 milyon dollar qazandı...

05.07.2026 / 19:40
"Yeni dəmir yolu Türkiyə, Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələrini gücləndirəcək" - Uraloğlu

05.07.2026 / 19:21
Xameneinin dəfni ilə bağlı gizli məktub ortaya çıxdı – Qorxunc etiraf... Minlərlə məzar qazılaraq hazır vəziyyətə gətirildi...

05.07.2026 / 18:39
Misir İsrailə münasibətlərin normallaşması üçün şərtini açıqladı – bu olmadan mümkün olmayacaq...

05.07.2026 / 18:15
Kremldən Zelenskinin Putinlə Konstantinovkada görüş təklifinə cavab - Rusiyaya səfər etmək istəyirsə Moskvaya gəlsin...

05.07.2026 / 17:22
Ukrayna ilə Polşa arasında gərginliyi artıracaq hadisə - Krakovda ukraynalı yazıçının məzarı dağıdıldı...

05.07.2026 / 16:35
Ukrayna Krımda hərbi aerodromu və Donetskdə iki körpünü bombaladı...

05.07.2026 / 16:17
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO

05.07.2026 / 15:58
ATƏT PA sessiyasında Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti barədə məlumat verildi

05.07.2026 / 14:28
Tramp Putini ABŞ-la əməkdaşlıq naminə Ukraynadakı döyüşlərə son qoymağa çağırdı...

05.07.2026 / 14:12
İsrail İranla müharibə zamanı BƏƏ-də “Dəmir Günbəz” sistemi yerləşdirildiyini rəsmən təsdiqlədi...

05.07.2026 / 13:39
Putinlə Tramp arasında 1 saatdan çox davam edən telefon danışığı – nələr müzakirə edildi...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ