çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

ABŞ-ın Cekson-Venik düzəlişi də Azərbaycana ədalətsizlikdir - Trampdan qərar gözlənilir...

Image


Artıq vəzifəsinin icrasına başlamış ABŞ prezidenti Donald Trampın hakimiyyəti dönəmində Amerikanın Mərkəzi Asiya ilə münasibətlərində yeni səhifə açıla bilər. Belə ki, ABŞ-da Cekson-Venik düzəlişinin Qazaxıstan və Özbəkistan üçün ləğv edilməsi, tam ticarət əlaqələrinə zəmin yaradılması üçün çağırışlar edilib. 

Bu potensial tarixi qərar regionun geosiyasi mənzərəsini yenidən formalaşdıra, yeni imkanlar təqdim etməklə yanaşı, həm də qaçılmaz olaraq yeni çağırışlar yarada bilər.

ABŞ Senatında Mark Rubionun Tramp administrasiyasında dövlət katibi vəzifəsinə təsdiq edilməsi ilə bağlı keçirilən dinləmələrdə Mərkəzi Asiya üzrə Kokusunu (regionun maraqlarını təbliğ edən konqresmenlər qrupu) təmsil edən senatorlar Stiv Daines və Hari Piters Qazaxıstan və Özbəkistan üçün Cekson-Venik düzəlişinin ləğv edilməsi haqqında məsələ qaldırıblar. Onlar bunu bu Mərkəzi Asiya ölkələri ilə münasibətlərin normallaşdırılması üçün əsas addım hesab edirlər.

Xatırladaq ki, SSRİ-yə münasibətdə 1974-cü ildə qəbul edilmiş düzəliş onun dağılmasından sonra MDB ölkələrinə tətbiq olunur. Xatırladaq ki, hələ o vaxt konqresmenlər Henri Cekson və Çarlz Venik tərəfindən irəli sürülən və qəbul olunan düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağa yasaq qoyurdu. 1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş düzəliş beynəlxalq normalara riayət etməyən ölkələrdə istehsal olunan malların ABŞ bazarına daxil olmasını əngəlləyir. İndi postsovet ölkələrinin bir çoxu, o cümlədən Rusiya, Ukrayna və Qırğızıstan artıq onun fəaliyyətindən azaddır. Hazırda Qazaxıstan, Özbəkistan, Türkmənistran, Tacikistan, Belarus və Azərbaycan formal olaraq, bu düzəlişin təsiri altındadır. Daines Mərkəzi Asiyanı "daha çox diqqət tələb edən diqqətdən kənarda qalan region" adlandırıb: "Biz senator Mörfi ilə birlikdə C5+1 formatında əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. Biz ümid edirik ki, prezident Trampla birlikdə işləyək, hətta sammit təşkil edək. Əfqanıstandan qoşunların çıxarılmasını nəzərə alsaq, region xüsusi strateji əhəmiyyətə malikdir. Bizə Mərkəzi Asiyada müttəfiqlər lazımdır və biz bu istiqamətdə fəal hərəkət etmək niyyətindəyik". Senator Mark Rubioya Əfqanıstan, İran və Rusiya Federasiyası arasında sıxışdırılmış Türkmənistandakı nəhəng qaz ehtiyatlarına diqqət yetirməyi təklif edib. Onun sözlərinə görə, Aşqabad 30 ildir ki, öz qazını Çinə verir və bununla da dünya bazarlarına çıxa bilmir. O, Mərkəzi Asiya ölkələri ilə münasibətlərdə insan haqları anaxronizmlərindən qurtulmağı təklif edib. Rubio düzəlişin Mərkəzi Asiya ölkələrinə təzyiq vasitəsi kimi effektivliyini şübhə altına alıb: "Bəziləri bu düzəlişi insan haqları sahəsində güzəştlərin əldə edilməsi və ya Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılması üçün rıçaq kimi görürlər. Amma məncə, bu, mənasız anaxronizmdir". Rubio Qazaxıstanın ÜTT auditindən uğurla keçdiyini qeyd edərək, respublika iqtisadiyyatının bazar statusunu təsdiqləyib. O, düzəlişin ləğvinin qanunvericilikdə dəyişikliklərin tələb olunduğunu vurğulayıb və həmkarlarının dəstəyinə ümid etdiyini bildirib: "Dəyişikliyi ləğv etmək üçün sizinlə işləməyə hazıram, onun əhəmiyyəti ilə bağlı öz nöqteyi-nəzərinizi bölüşməyə hazıram".

Astana və Daşkənd dəfələrlə Cekson-Venik düzəlişindən kənarda qalmağa çalışsalar da, ABŞ Konqresində səsvermə tələb olunduğu üçün qərar daim təxirə salınıb. 2024-cü ilin martında Daines və konqresmen Mayk Rocers Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb, digər məsələlərlə yanaşı, düzəlişin ləğv edilməsini müzakirə ediblər. 2024-cü ilin noyabrında Vaşinqtonda konqresmenlərin, Dövlət Departamentinin nümayəndələrinin, diplomatların və iş adamlarının iştirakı ilə düzəlişin ləğvi perspektivlərinin müzakirəsi baş tutub. Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Aşıkbayev ölkəsi üçün düzəlişin ləğvinin vacibliyini vurğulayaraq, Qazaxıstanın mühüm irəliləyişini, Mərkəzi Asiyaya investisiyaların cəlb edilməsində liderliyini və regional sabitliyin və təhlükəsizliyin təmin edilməsində əsas rolunu qeyd edib.

Qazaxıstanın "Mano" Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyor Erqaşev hesab edir ki, Özbəkistan və Qazaxıstan üçün Cekson-Venik düzəlişinin ləğvinin o qədər də əhəmiyyəti olmayacaq. Çünki Özbəkistan və Qazaxıstanda müdafiə və hərbi-texniki sahədə yüksək texnologiyalı, xüsusən də ikili təyinatlı mallar çox azdır: "Başqa bir şey maraqlıdır. Özbəkistanda kosmik fəaliyyət haqqında qanunun işə düşməsi ilə eyni vaxtda Cekson-Venik düzəlişinin ləğvi məsələsi qaldırılır. Özbəkistanda xətti fəaliyyət üzrə təşkilat yaradılır. Bunun əlaqəli olub-olmadığını söyləmək çətindir, lakin baş verənlər simptomatikdir". Ekspertin fikrincə, Qazaxıstan və Özbəkistan üçün Cekson-Venik düzəlişinin ləğvi çətin ki, onların Rusiya Federasiyası və ya digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə ciddi təsir göstərsin: "Sanksiyalara əsasən, bu ölkələrlə Rusiya arasında yüksək texnologiyalı əməkdaşlıq məhduddur və ikinci dərəcəli sanksiyalarla bağlı qalan məhdudiyyətləri nəzərə alsaq, düzəlişin ləğvi çətin ki, vəziyyəti dəyişsin. Düzəlişin ləğvi real iqtisadi rıçaqdan daha çox Qazaxıstan və Özbəkistanın biznes elitalarına qarşı siyasi jest kimi görünür. Bu ölkələrdə inkişaf etmiş yüksək texnologiyalar sektorunun olmadığını nəzərə alsaq, düzəliş ilk növbədə Qazaxıstan və Özbəkistan ərazisində öz texnologiyalarını inkişaf etdirə biləcək Çin və Rusiya kimi oyunçular üçün imkanlar açır". O vurğulayıb ki, ABŞ-ın bu təşəbbüsü təkcə Qazaxıstan və Özbəkistandan deyil, digər postsovet ölkələrindən, o cümlədən Azərbaycandan da uzun illər göndərilən sorğuların nəticəsidir: "Ermənistan, Qırğızıstan, eləcə də Baltikyanı ölkələr çoxdan düzəlişdən çıxarılıb. Birləşmiş Ştatlar üçün bu, əhəmiyyətli xərclər olmadan Mərkəzi Asiya ilə münasibətləri gücləndirmək üçün qazan-qazan yoludur. Düzəlişin ləğvi şəklində hədiyyə verməklə ABŞ Astana və Daşkəndin müəyyən öhdəliklərinə ümid edir. Bu hədiyyənin qiyməti və çox güman ki, bu ölkələrin Rusiya Federasiyasına sanksiya təzyiqində daha fəal iştirakını ehtiva edən müqavilələrin gizli şərtləri sual altında qalır. Cekson-Venik düzəlişinə ABŞ-ın Mərkəzi Asiya ölkələrinə münasibətdə ümumi siyasəti kontekstində baxmaq lazımdır. Bu siyasət bu ölkələri siyasi, mədəni, ideoloji, mənəvi münasibətlərdə Rusiyadan ayırmağa yönəlib. Cekson-Venik düzəlişi ətrafında oyunlar postsovet məkanının yenidən formatlaşdırılması üzrə daha böyük prosesin kiçik bir hissəsidir". Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayevin fikrincə, Cekson-Venik düzəlişinin ləğvi Qazaxıstan üçün ilk növbədə siyasi əhəmiyyət kəsb edir və həm də uzunmüddətli investisiyalar üçün stimul yaradır: "İndiyədək Qazaxıstan, digər MDB ölkələri kimi, hər il amerikalı investorlar, xüsusən də neft-qaz sektoru üçün düzəlişin ləğvi prosedurundan keçirdi. Qazaxıstanın ÜTT-yə daxil olması faktiki olaraq bu məhdudiyyətləri aradan qaldırdı. Bununla belə, düzəlişin formal olaraq ləğvi investisiyaların şaxələndirilməsi və Çin, Rusiya, Türkiyə və Körfəz ölkələrindən asılılığı azaltmaq üçün vacibdir. Baxmayaraq ki, ABŞ-la ticarət dövriyyəsinə birbaşa təsir gözləmək olmaz, Amerika investisiyalarının axını Qazaxıstan üçün faydalıdır".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ