Dünyada dütün diqqətlər ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın andiçmə mərasiminə yönəlib. Andiçmədən əvvəl Bayden və Tramp səlahiyyətlərinin təhvil verilməsi üçün yenidən görüşüblər. Baydenin Trampın əvvəlki dövründən fərqli olaraq yeni prezidenti qapıda qarşılaması diqqət çəkib. Ağ Evdəki mərasimdən sonra Tramp və həyat yoldaşı Konqresə yollanıb...
Ağ Evdən ABŞ Kapitoliyasına gələn Tramp alqışlarla qarşılanıb. ABŞ-ın 47-ci prezidenti Tramp rəsmən and içib. Tramp and içərkən Abraham Linkoln İncilindən istifadə edib.
Andiçmənin mətni belədir:
"Mən, Donald Tramp, Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsini sədaqətlə yerinə yetirəcəyimə və bacardığım qədər Birləşmiş Ştatların Konstitusiyasını qoruyub mühafizə edəcəyimə və müdafiə edəcəyimə and içirəm".
TAHİR