çərşənbə günü, 28 oktyabr 2026
     

Regionun fərqli, nümunəvi Lideri ‒ İlham Əliyev

Image


"Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz"
İrakli Kobaxidze
Gürcüstanın Baş naziri

Azərbaycan və Gürcüstan arasında siyasi-iqtisadi əlaqələr tarixi dostluq və bərabərhüquqlu qonşuluq ənənələrinə söykənərək əsrlərin sınağından uğurla çıxıb. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin sayəsində yeni mərhələyə qədəm qoyan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək yüksək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Ötən illər ərzində ölkə liderlərinin siyasi və iqtisadi sahədə attıqları müdrik addımların, eləcə də Azərbaycan və gürcü xalqlarının mehriban qonşuluğa söykənən davranışları münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verib. Əsrlər boyu bir yerdə yaşayıb-yaradan, milli-mənəvi adət-ənənləri zənginləşdirən gürcü və Azərbaycan xalqları regionda digər xalqlar üçün qürurverici örnək, nümunə model yaradıb.

Son illərdə Azərbaycan-Gürcüstan tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib, fəal siyasi dialoq daha da güclənib, hər iki ölkə strateji əlaqələrini inkişaf etdirərək beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mənafeyini davamlı, qarşılıqlı qoruyub. 

Gürcüstan 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini, tarixi ədaləti bərpa etmək uğrunda apardığı haqq savaşını dəstəkləyərək öz qapılarını hərbi vasitələr tranzit etmək istəyən təcavüzkar Ermənistana bağlamaqla əsl dost mövqeyini bir daha nümayiş etdirdi.    

Azərbaycan və Gürcüstanın regionda möhkəmlənən münasibətləri, birgə iradəli addımları və regional proseslər eyni siyasi mövqe nümayiş etdirməsi bəzi kənar gücləri dərindən narahat etdiyindən ictimai-siyasi sabitliyi pozmaq, Cənubi Qafqazı yeni münaqişə ocağına çevirmək üçün müxtəlif planlar hazırlasalar da, bu ssenarilərin hər biri iflasa uğradı. 

İrakli Kobaxidzenin ali dövlət postuna seçilməsindən sonra ilk xarici səfərini yanvarın 17-də Azərbaycandan başlaması isə çox mühüm siyasi məna kəsb edir. Bu, regionun lider dövləti olan Azərbaycana və onun rəhbərinə dərin hörmət və etimadın, möhtəşəm siyasi nüfuzun, eyni zamanda, Tbilisinin strateji tərəfdaşlıqda və dostluqda sadiqliyindən xəbər verir. Bu səfər bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin siyasi dinamizmini və Cənubi Qafqaz bölgəsi üçün nümunəvi əməkdaşlıq göstəricisi olduğunu təsdiqlədi. İki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının keçirilməsi və yeni sazişin imzalanması münasibətlərin daha da irəliləməsinə tarixi zəmin yaratdı.

Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə fəal müzakirələr aparması və önəmli açıqlamalar Gürcüstanın Qafqazda sabit qonşuluq siyasətində iradəli mövqeyini əks etdirdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi hər iki ölkənin başlıca amalı sabit və sülh şəraitində dostluq münasibətlərini irəliyə daşımaqdır.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda dayanıqlı sabitliyinin, inkişafın, iqtisadi inteqrasiyanın və nəqliyyat-kommunikasiya qovşaqlarının şaxələndirilməsinin əsas təşəbbüskarları və qarantı olmaqla, regionun çoxtərəfli əməkdaşlıq formatının yaradıcılarıdır. Hər iki ölkənin qurduğu möhkəm əməkdaşlıq və rifah arxitekturası ümumilikdə, bölgənin və ətraf coğrafiyalarda faydalı siyasi-iqtisadi münasibətlərin keyfiyyətinə, işbirliyinin ruhuna və yeni əməkdaşlıq proqramlarının ərsəyə gəlməsində əhəmiyyətli rol oynamaqdadır.

Azərbaycan sarsılmaz iradəsi və dönməz qətiyyəti sayəsində gerçəkləşən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi trans-kontinental enerji layihələrinin, Şərq-Qərb nəqliyyat koridorunun ən axıcı və rentabelli həlqələrindən biri olan Bakı-Tbilsi-Qars nəqliyyat şəbəkəsinin işə düşməsi regionun və qitələrin enerji təhlükəsizliyini, kommunikativ bağlantısını təmin edib, böyük bir əməkdaşlıq zənciri qurub.

Eləcə də, Azərbaycanın əsasını qoyduğu və hazırda həyata keçirdiyi digər qlobal layihələr Gürcüstanı ölkəmizlə və dünya ilə sıx bağlayır. Bunun nəticəsidir ki, Gürcüstanın iqtisadi dövriyyəsi dayanmadan artır, 2024-cü ildə qarşılıqlı dövriyyə bir milyard ABŞ dollarını ötüb ki, onun mütləq əksəriyyəti Azərbaycanın ixracıdır. 

Azərbaycan, həmçinin Gürcüstanda bir nömrəli investor kimi hər il fəal rolunu artırır, yatırılmış sərmayələrin həcmi 3,6 milyard ABŞ dollarını ötüb. Azərbaycan bu ölkənin enerji-nəqliyyat, kommunikasiya və digər infrastrukturlarının bərpasında aparıcı sərməyadarı kimi iştirak edir, qlobal bazarlara çıxışı, ticarət-logistika zəncirlərinə qoşulmasında potensial coğrafi və fiziki imkanlarından istifadə edir. Azərbaycanın saldığı yeni "yaşıl körpü" və fiber-optik kommunikasiya da bu ölkənin ərazisindən keçir. Habelə Orta Dəhlizin mühüm bir halqası da Gürcüstanı əhatə edir. Bir sözlə, rəsmi Bakı Gürcüstanın dünya ilə iqtisadi-ticari-kommunikasiya bağlantısında açar rolunu oynayır. Eləcə də Azərbaycan bu ölkənin enerji təhlükəsizliyinin təminatçısıdır, təkcə təbii qazla təminatın 80 faizdən çoxuna sahibdir.

Hazırda Azərbaycanın təşəbbüsü ilə çəkilişi həlledici mərhələyə daxil olmuş, Gürcüstanın da xüsusi yer aldığı Xəzər-Qara dəniz-Avropa "yaşıl enerji" (Qara dəniz kabeli) dəhlizinin istifadəyə verilməsindən sonra Asiya-Avropa qovşağında müasir enerji gündəliyinin tam yeni alyansı qurulacaq. Bu, ölkələr arasında əlaqələrin dinamiziminə yeni keyfiyyət çalarları əlavə edəcək.

Bütün bu layihələr təkcə iqtisadi məzmun kəsb etmir, böyük geosiyasi məna daşımaqla Gürcüstanın qlobal mühitə inteqrasiyasının təminatına çevrilir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze də sözsüz ki, Azərbaycanın öz ölkəsinin iqtisadi-regional həyatında oynadığı töhfəverici rolu unutmur, ələlxüsus da, Prezident İlham Əliyevin bütün regionun sabitliyi və inkişafı üçün məharətli və uğurgətirən siyasətinə heyranlığını açıq şəkildə etiraf edir. 

Azərbaycanı etibarlı tərəfdaş və qardaş ölkə hesab edən İ. Kobaxidze bildirir ki, dövlərin bir-birinin strateji və milli maraqlarına hörmətlə yanaşması ikitərəfli münasibətlərin inkişafında yeni potensiallar açır, bölgəyə yeni ruh gətirir, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyi möhkəmləndirir. Hazırda açılımış yeni imkanlardan maksimal dərəcədə istifadə etmək lazımdır, Gürcüstan bunun üçün əlavə səylər göstərməyə çalışacaq, xüsusilə də siyasi tərəfdaşlığı dərinləşdirmək əzmi gücləndiriləcək. 

Yeri gəlmişkən, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığının möhkəmlənməsi Ermənistan üçün də sülh və sabitlik təminatı deməkdir. Baş nazir Kobaxidzenin "Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir" mesajı həm də ona işarədir ki, bölgədə kənar güclərin müdaxilə cəhdləri və təhrikedici hərəkətləri yolverilməzdir. Bu, Qərbin son dönəmdə İrəvanda aktivləşən siyasi fəaliyyətinə verilən üstüörtülü mesaj sayıla bilər. 

Beləliklə, Gürcüstanın Baş nazirinin ölkəmizə səfəri regionda cərəyan edən mürəkkəb geosiyasi fraqmentasiyalar fonunda Azərbaycan-Gürcüstan dostluğunun və yaxın strateji tərəfdaşlıq əlaqələrinin yeni siyasi ruhunu əks etdirməklə, Cənubi Qafqaz bölgəsində dayanıqlı sülh və çoxşaxəli əməkdaşlığın inkişafında yeni səhifə açacaq. 

Ramid Namazov
Milli Məclisin deputatı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ