Çox böyük ümidlə Qəzzada atəşkəs və girovlara dair razılaşmanın icrasını gözləyirik. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"Ümid edirik ki, tərəflər bu razılaşmaya əməl edəcək. Azərbaycan dövləti bu münaqişənin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır.
Regional təhlükəsizlik mövzuları müzakirə edildi. Güman edirik ki, Qəzzada atəşkəs və girovlara dair razılaşma münaqişənin daha da genişlənməsinin qarşısını alacaq. Azərbaycanın bundan sonra da diplomatik səyləri iki dövlət prinsipi istiqamətində davam edəcək", - o qeyd edib.