çərşənbə axşamı günü, 07 iyul 2026
     

ABŞ-la strateji saziş Ermənistanı məhv edir...

Image


ABŞ-la imzalanan strateji tərəfdaşlıq xartiyası Ermənistan-Rusiya münasibətlərinə, eyni zamanda, rəsmi Kremlin rəhbərlik etdiyi təşkilatlardakı İrəvanın  mövqeyinə ciddi təsir göstərəcək. 

Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. 

ABŞ dövlət katibi Entoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. Proseslər ölkəmizdə də diqqətlə izlənilir. 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə "Turan"a bildirib ki, Ermənistanla ABŞ arasında bu xartiyanın imzalanması bir az gülünc görünür: "ABŞ-ın hazırkı administrasiyası Ağ Evi artıq tərk edir və onların gələcəkdə Amerikanın siyasətini həyata keçirmək imkanı olmayacaq. Ermənistanla bu sazişi imzalamaqla bu administrasiya erməni diasporuna son borcunu ödəyir". Deputat ümid edir ki, gələcəkdə ABŞ siyasəti məhz bu ölkənin milli maraqlarına uyğun həyata keçiriləcək: "Azərbaycan da ABŞ-ın gələcək administrasiyası ilə normal, qarşılıqlı maraqlar üzərində siyasətini formalaşdıra bilər. Blinkenin Mirzoyanla imzaladığı xartiyanı isə Amerikanın imicinə zərbə gətirən sənəd kimi xarakterizə etmək olar". Sənədin mətninə baxdıqda görmək olar ki, müdafiə və təhlükəsizlik sahəsindəki ikitərəfli əməkdaşlığa xüsusi bölmə həsr edilib. Entoni Blinken də çıxışı zamanı Ermənistanın sərhəd keçid və gömrük buraxılış məntəqələrinin təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirdi. Burada xatırladaq  ki, yanvarın 1-dək Ermənistanın bütün sərhəd keçid məntəqələri Rusiyanın nəzarətində idi. Həmin tarixdə isə İran-Ermənistan sərhəd keçid məntəqələrindən Rusiya sərhədçiləri çıxarılıb. Beləliklə, bu iş Ermənistan Milli Təhlükəsizlik xidmətinə həvalə edilib. Ancaq ABŞ-Ermənistan razılaşması onu deməyə əsas verir ki, bundan sonra böyük ehtimalla sərhəd keçid məntəqəsində proseslər ABŞ-nin xüsusi nümayəndələrinin birbaşa və ya dolayı yolla iştirakı ilə tənzimlənəcək. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin  qeyd edir ki, İrəvanın digər ölkələrlə müxtəlif əməkdaşlıq sənədlərinin imzalanması Ermənistan və erməni xalqı üçün mürəkkəb nəticələrə səbəb ola bilər: "Qorxuram ki, erməni nümayəndələrinin hər kəslə və hər şeydə əməkdaşlığa dair müxtəlif növ sənədlər imzalamaqda sürətli fəaliyyəti bu ölkə və onun xalqı üçün gözlənilməz və mürəkkəb nəticələr verə bilər". Karasinin sözlərinə görə, bu sənədlərin hansı ciddiliklə hazırlanması və Ermənistanın artıq digər tərəfdaşlar və beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğunluğu suallar yaradır: "Bu, ən azı, Aİİ və KTMT-yə aiddir. Tarix göstərir ki, siyasətdə ehtiras çox vaxt gözlənilməz nəticələr verir".

Hesab olunur  ki, məsələnin Ermənistan və Rusiyanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığına təsirsiz ötüşməsi mümkün deyil. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bu fonda qeyd edir: "Bu, bir qədər qəribə sənəddir. Adətən hər hansı administrasiya öz səlahiyyət müddətinin sonuna bir həftə qalmış mühüm siyasi sənədlərin qəbulundan çəkinir. Onun sözlərinə görə, bu sənədin qəbulu ermənilər üçün problem yarada bilər. Bununla bağlı "axar.az" portalına açıqlamasında ekspert bildirir: "Görünən odur ki, demokratlar administrasiyası erməni lobbisinin təsiri altında bu sənədi qəbul edib. Daha dəqiq desək, Bayden administrasiyasına bu sənədin qəbul edilməsi üçün təzyiq göstərilib. Bu da erməni lobbisinin Tramp administrasiyasının belə bir sənədə razılıq verməyəcəyindən narahat olduğunu göstərir. Bunun erməni tərəfi üçün problemlər yaradacağı ehtimal olunur, çünki belə bir addımın atılması Tramp administrasiyası tərəfindən xoş qarşılanmaya bilər. Üstəlik, sənədin real icra mexanizmləri və göstəriciləri sual altındadır". Politoloq ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndəriləcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "ABŞ müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq edib. Xüsusilə Xəzəryanı ölkələrlə sərhədlərin müasir avadanlıqlarla təmin edilməsi layihələrində Azərbaycanla uzunmüddətli əməkdaşlıq mövcuddur. Uzun illər Ermənistan belə əməkdaşlıqdan məhrum olub. Bunun səbəbi Ermənistanın KTMT-yə üzv olması və Rusiyanın hərbi müttəfiqi sayılmasıdır. Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik və müştərək hərbi birləşmələr barədə sənədlər mövcuddur. Bundan əlavə, onların hava müdafiəsi sistemi də Moskvadan idarə olunur. İndi isə Bayden administrasiyası Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlıq qurmaq niyyətindədir. Ancaq bu əməkdaşlığın reallaşması çətin görünür. Çünki Ermənistanın təhlükəsizlik və hərbi infrastrukturu Rusiya ilə sıx bağlıdır". Tofiq Zülfüqarov qeyd edib ki, Azərbaycan və ABŞ arasında buna bənzər əməkdaşlıq illər öncədən mövcuddur: "ABŞ və Azərbaycan arasında təhlükəsizlik sahəsində uzun müddətdir davam edən əməkdaşlıq mövcuddur. Hər il iki ölkə arasında təhlükəsizlik dialoqu keçirilir və sərhəd təhlükəsizliyi sahəsində birgə layihələr icra olunur. Azərbaycan bu sahədə ABŞ-dan maliyyə dəstəyi alıb. Erməni tərəfi həmişə bu əməkdaşlığa qarşı çıxıb və onu tənqid edib. Bayden administrasiyası dövründə bu əməkdaşlığa əvvəlki kimi önəm verilməsə də, Tramp administrasiyası və onun siyasəti ABŞ-ın milli maraqlarına uyğun olaraq bu əlaqələri bərpa edə bilər. Çünki ABŞ-ın milli maraqları Mərkəzi Asiya ilə geniş siyasi əlaqələri ehtiva edir və bu əlaqələrin icrası Azərbaycansız mümkün deyil".

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

07.07.2026 / 13:18
Nəsimidə əməliyyat - 4 nəfər saxlandı, 70 kq narkotik ələ keçirildi...

07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

06.07.2026 / 10:56
Azərbaycan qırıcıları havaya qaldırdı - VİDEO

06.07.2026 / 10:52
İki gündə 81 cinayətin üstü açıldı...

06.07.2026 / 10:52
Ankarada NATO Zirvəsinə Trampın nəqliyyatı özündən qabaq gəlib

06.07.2026 / 10:42
İsrail ordusunun cəmi 10 günlük sursat ehtiyatı qalıb – Libermandan iddia...

06.07.2026 / 10:37
Tramp Meloni barəsində "İntizam tədbiri görülməlidir" deyir…

06.07.2026 / 10:26
Şərurda faciəvi - ata, ana və 1 yaşlı övladları qəzada həlak oldu...

06.07.2026 / 10:05
Ermənistanda partiya liderinin evində və şirkətlərində axtarış aparılır...

06.07.2026 / 09:48
Rusiya raketi Kiyevə ballistik raket yağdırdı – çox sayda ölü və yaralılar var...

06.07.2026 / 09:33
Venesuelada zəlzələdə ölənlərin sayı 3 mini keçdi...

06.07.2026 / 09:21
Nebenzya Quterreşin cavabını “lağa qoyma” adlandırdı

06.07.2026 / 09:08
Xameneinin dəfn mərasimində ŞOK çağırış – “Trampı öldürmək bizim borcumuzdur”...

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ