çərşənbə günü, 28 oktyabr 2026
     

Rus biznesmenlər Ermənistanı tərk edir - erməni sahibkarların üsyanı başladı...

Image


Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsini parlamentə göndərmək qərarı hüquqi cəhətdən məcburi addımdır və Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq təşəbbüsü kimi qiymətləndirilməlidir. Bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. 

O qeyd edib ki, Ermənistanın Aİ ilə mümkün yaxınlaşması barədə müzakirələr artıq çoxdan aparılır və bu fonda Rusiya biznesi artıq bəzi istiqamətlərdə Ermənistan bazarında əməliyyatları azaltmağa başlayıb: "Onlar Aİİ-dən çıxmağı planlaşdırmadıqlarını deyirlər. Bəs mövcud vəziyyətin özəlliyi nədir? Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşması barədə söhbətlər çoxdan gedirdi. Müzakirələr aparılırdı, lakin 2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə qoşulma prosesinin başlanması haqqında qanun layihəsini dəstəkləyərək hüquqi cəhətdən əhəmiyyətli addım atdı. Bu vəziyyətin özəlliyi bundadır. Bu, Ermənistan hökumətinin qərarı idi və biz onu Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndiririk". Overçuk bildirib ki, Ermənistan iqtisadiyyatının son illərdəki artımı onun Avrasiya İqtisadi İttifaqına üzvlüyünün əsas benefisiarı olduğunu deməyə əsas verir. Baş verənlərlə bağlı Rusiyanın "news.ru" portalı yazır ki, Aİİ-dən çıxacağı təqdirdə Ermənistanı böyük iqtisadi problemlər gözləyir: "Ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, müvafiq sənədin hazırlanmasının əsasında rəsmi İrəvanın son illər Aİ ilə əlaqələrin dinamik və intensiv inkişafı ilə əlaqədar qəbul edilib. Onun sözlərinə görə, Aİ dəfələrlə Ermənistan hökumətinə siyasi dəstəyini ifadə edib və həmçinin Azərbaycanla sərhəddə yerləşdirilən Aİ monitorinq missiyasına istinad edərək regionda təhlükəsizliyin təmin olunmasında" iştirak edib. Baş nazir Nikol Paşinyan isə öz növbəsində qeyd edib ki, əsas məqsəd Ermənistanın Aİ ilə yaxınlaşma üzrə əməli işə hazır olduğunu göstərməkdir. Göründüyü kimi, bəyanatlarının əsassız olmadığını nümayiş etdirmək əzmində olan Ermənistanın baş naziri elə İrəvanda Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüş keçirib. Yanvarın 9-da Rusiya hökumətinin baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistan hakimiyyətinin Aİ-yə qoşulma prosesinə başlamaq qərarı "Titanik"ə bilet almağa bərabərdir. O, qeyd edib ki, İrəvan Avropa İqtisadi İttifaqından çıxacağı təqdirdə çox şey itirəcək. Çünki o, Rusiyanın və ittifaqın digər üzvlərinin bazarına sərbəst çıxış imkanlarını itirəcək və bu, ciddi iqtisadi böhrana səbəb ola bilər".

Ermənistan hökumətinin Aİİ-dən  çıxmaq məsələsinin gündəmdə olmadığına dair təminatlarına baxmayaraq, həm ölkə daxilində, həm də xaricdə sahibkarlar belə bir addımın mümkün ağır nəticələrindən narahat olduqlarını bildirirlər. Erməni iş adamı, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyan hökumətin Ermənistanın Avropa İttifaqına daxil olması prosesinə başlamaq üçün qanun layihəsini təsdiqləməsindən narahatlığını bildirib. Tsarukyan qeyd edib ki, heç kim Ermənistanı Aİ-yə dəvət etməyib və orada gözləmir. Əvəzində o, Aİİ-dən mümkün çıxışın iqtisadi nəticələrini ətraflı izah edib. Tsarukyan həm biznes ictimaiyyətinə, həm də vətəndaşlara müraciət edərək xəbərdarlıq edib ki, sahibkarlar illər ərzində yaradılan hər şeyi itirə bilər, əhali isə yoxsulluq həddində olacaq: "Bir səhv milyonlarla insanı yoxsulluğa sürükləyə bilər. Mən qorxutmuram, düz deyirəm. Hər bir vətəndaş bu perspektivi təsəvvür etməyə çalışmalıdır. Bu, itirilən iş yerləri, biznes uğursuzluqları, uşaqların təhsil haqqını, ipotekanı ödəyə,  tibbi xidmət ala, qışda evləri qızdıra bilməmək deməkdir. Bu həm də o deməkdir ki, bizim kənd təsərrüfatı məhsullarımız daha Aİİ bazarında satılmayacaq, qazın, işığın qiyməti kəskin artacaq, sonra isə bütün mallar bahalaşacaq. Əmanətlərimiz dəyərsiz olacaq. Biz bunu 1990-cı illərdə artıq yaşadıq və nəticələrini aradan qaldırmaqda çətinlik çəkdik. Geri qayıtmaq istəyirik?". Qaqik Tsarukyan mümkün nəticələrin müzakirəsinə başlamağı təklif edib və Avropa bazarının mücərrəd ideyalarına qapılmaq əvəzinə, regionda mövcud olan imkanlardan istifadə etməyin vacibliyini vurğulayıb. Rusiyada yaşayan milyarder Samvel Karapetyan da Ermənistanın Aİİ-dən çıxmasından narahat olduğunu bildirib. O, üzvlüyün təkcə iqtisadi deyil, həm də siyasi baxımdan vacib olduğunu vurğulayıb. "Taşir" şirkətlər qrupunun rəhbəri bildirib: "Ölkənin təhlükəsizlik məsələlərinə, o cümlədən iqtisadi sabitliyin və rəqabət qabiliyyətinin artırılmasına diqqət yetirmək və siyasi ambisiyaları iqtisadi maraqlardan üstün tutmamaq son dərəcə vacibdir. Bu yanaşmanın nəticələrinə misal olaraq Gürcüstandakı siyasi qərarların ölkənin sabitliyinə mənfi təsir göstərdiyi vəziyyəti göstərmək olar". Politoloq Hakob Badalyan proqnozlaşdırır ki, Aİİ-dən çıxmaq Ermənistanı özünə yeni himayədar axtarmağa vadar edən çətin iqtisadi vəziyyətə gətirib çıxaracaq. Onun sözlərinə görə, Türkiyə, çox güman ki, belə bir himayəçiyə çevriləcək: "Mən düşünmürəm ki, Türkiyə Ermənistanın Aİİ-dən çıxacağı təqdirdə yaranacaq fürsətdən digər oyunçuların yararlanmasına imkan verməyəcək".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ