çərşənbə günü, 28 oktyabr 2026
     

ABŞ Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyacaq - Lavrov narahatlığını formal təmkinlə örtmək istədi...

Image


Ermənistan və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken imzalayıb.

Sənədin imzalanması mərasimi Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə ABŞ dövlət katibi arasında keçirilən görüş çərçivəsində baş tutub. Antoni Blinken sənədin imzalanmasının Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm mərhələ olduğunu vurğulayıb: "Biz ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Komissiyası yaradırıq. Bu, bizə müxtəlif sahələrdə, o cümlədən iqtisadi məsələlər, təhlükəsizlik və müdafiə, demokratiya sferalarında əməkdaşlığı genişləndirmək imkanı verir.  Biz daha da güclü tərəfdaşlara çevrilirik. Əminəm ki, bu, həm iki ölkəmizə, həm də bütün regiona fayda verəcək. İnanıram ki, imzaladığımız bu Strateji Tərəfdaşlıq Xartiyası daha möhkəm, dinc, təhlükəsiz və müstəqil cəmiyyətlər yaratmağa kömək edəcək. Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək, biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik". Blinkenin sözlərinə görə, ABŞ Ermənistanla ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyir. Öz növbəsində, Ermənistan XİN rəhbəri qeyd edib ki, Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq sənədi möhkəm təməl qoyur və əməkdaşlığı daha iddialı edir: "Sənəd iqtisadi və enerji əlaqələrinin gücləndirilməsi, kommunikasiyalar, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi, demokratik institutların gücləndirilməsi, ədalətin və qanunun aliliyinin təşviqi, innovasiyaların və yüksək texnologiyaların inkişafı, insanlar arasında əlaqələrin genişləndirilməsi daxil olmaqla bir çox sahələri əhatə edir". Mirzoyan iki ölkə arasında münasibətlərin son illər əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb: "Onlar elə səviyyəyə gəliblər ki, strateji tərəfdaşlığın yaradılması təkcə mövcud reallıqlara uyğun gəlmir, həm də mürəkkəb geosiyasi şəraitdə işləmək kontekstində zəruridir. Biz ABŞ-a Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə göstərdiyi davamlı dəstəyə görə dərin minnətdarıq. Ermənistanın demokratik təsisatlarını gücləndirmək və iqtisadi dayanıqlığı artırmaqda ABŞ-ın dəstəyinə ciddi ehtiyac duyur.  Cənubi Qafqaz regionunda sabit və davamlı sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ-a dərin minnətdarlığımızı bildiririk. Biz inanırıq ki, sabit və firavan Cənubi Qafqaz bütün regional oyunçuların və daha geniş beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. Ermənistan bu ümumi məqsədə nail olmaq üçün Birləşmiş Ştatlarla sıx əməkdaşlığı davam etdirməyə sadiqdir".  Ararat Mirzoyan onu da bildirib ki, Ermənistan və ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq etmək niyyətindədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq qərarının Ermənistanın suveren hüququ olduğunu bildirib: "ABŞ Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Bu hərəkətlər kontekstində Birləşmiş Ştatlar, əlbəttə ki, hər vəchlə yeni-yeni ölkələri öz arxasınca çəkməyə çalışır".  

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, vacib olan sənədin özü və onun necə adlandırılması yox, ondan irəli gələnlərdir: "Biz Qərb ölkələri ilə bir çox müqavilələrdə də "strateji tərəfdaşlıq" terminologiyasından istifadə etmişik, lakin bu razılaşmalar heç vaxt bizdən hər hansısa üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib". Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin müqavilənin imzalanması ilə bağlı xəbərlərin maraqlı xarakter daşıdığı qənaətində olduğunu bildirib. Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa isə bəyan edib ki, Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sazişinin mahiyyətini izah etməlidir. Parlamentarinin fikrincə, bu sənəd Ermənistanın Rusiya ilə gələcək münasibətlərinə təsir edəcək. Politoloq Dmitri Solonnikov da məsələyə münasibət bildirib: "Avropada və ABŞ-də konfiqurasiya dəyişir. Trampın qələbəsi Vaşinqtonda təcridçilik meyillərinin güclənməsindən xəbər verir. Bundan başqa, Paşinyan Corc Sorosun "yetirməsidir", o isə Trampın birbaşa, şəxsi düşmənidir. Avropa İttifaqına gəlincə, indi onun geosiyasi eksperimentlər üçün daha az resursu var, hətta uzun müddət Cənubi Qafqazın işlərinə qarışan Fransanın da". Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov məsləni bir qədər də konkretləşdirib: "Ukrayna ilə ABŞ arasında 2021-ci ildə Strateji Tərəfdaşlıq Xartiyası adlı müqavilə imzalandı. Nizamnamənin 2-ci bölməsi "Təhlükəsizlik və Rusiya təcavüzünə qarşı mübarizə" adlanır. Ukrayna bundan nə əldə etdi? Ölkə yüz minlərlə qurbanı olan böyük bir müharibə cəbhəsinə çevrildi. Donbas və digər mühüm əraziləri itirdi". O bildirib ki, ABŞ-ın Bayden administrasiyası Zelenski ilə birlikdə Ukraynanı böyük bir poliqona çevirdi: "Bu gün Ukraynanın dinc gələcəyi sual altındadır. Əslində, Nikol rejiminin qərbyönlü "rəqsi" Ermənistanının xarici siyasi vektorunun dəyişməsinə səbəb oldu. Təhdidlər azalmayacaq, artacaq. Ermənistanın təhlükəsizliyini qorumaq üçün heç bir Qərb əsgəri gəlməyəcək". Şarmazanov qeyd edib ki, müqavilə mümkün ABŞ-İran münaqişəsi halında Ermənistan üçün ciddi problemlər yaradacaq: "Belə qarışıq geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə olaraq axmaqlıqdır. Mümkün təcavüz halında Ermənistanı kim qoruyacaq? Qərb? 100 il əvvəl Qərbin gözəl vədlərinə ümid bağladıq və nəticədə İrəvanın qapısında türkləri qarşıladıq. O zaman Ermənistan türk hərbi varlığından yalnız sovetləşmə sayəsində xilas oldu. İndi Ermənistanı kim xilas edəcək?". Keçmiş vitse-spiker bənzər sazişin Gürcüstanla da imzalandığını, lakin Tiflisin işğal altında olan Cənubi Osetiya və Abxaziyanı qaytara bilmədiyini xatırladıb.Xatırladaq ki,  Ermənistan KTMT və Aİİ kimi Kremlə inteqrasiya layihələrinin üzvü olaraq qalır, lakin son vaxtlar getdikcə Moskvadan uzaqlaşır və Qərbə yaxınlaşır. Yanvarın 9-da ölkə hökuməti Avropa İttifaqına üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyib. İrəvanın bu qərarı, həmçinin ABŞ-la strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Rusiyanın mənfi reaksiyasına səbəb olub. Rusiyanın artıq müəyyən cavab tədbirləri görməsi qaçılmaz hesab olunur. Nəzərə alınmalıdır ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İran üçün də ABŞ-ın Ermənistanda hərbi cəhətdən möhkəmlənməsi müsbət heç nə vəd etmir. Rusiya və İranın ABŞ ilə münasibətləri çox gərgindir. Eləcə də, həmin ölkələrin Avropa İttifaqı ilə də münasibətləri yaxşı deyil. Belə bir şəraitdə Ermənistan ərazisində Aİ missiyasının və ABŞ sərhədçilərinin  yerləşdirilməsi onlar üçün qəbulolunmazdır. Bu mənada Ermənistan hakimiyyətinin Qərbə yönəlik indiki siyasəti isə İrəvan üçün yaxşı heç nə vəd etmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ