çərşənbə günü, 28 oktyabr 2026
     

ABŞ-Ermənistan sazişi Bakı-İrəvan sülhünü arxaya atır...

Image


ABŞ Ermənistana gömrük və sərhəd mühafizəsi komandası göndərməsinin geosiyasi nəticələri geniş müzakirə predmetidir. Bu, Azərbaycanla sülh üçün də yeni problemlər yaradır.

Qeyd edək ki, prezident İlham Əliyev ötən ay "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, "Rossiya-1" televiziya kanalında "Vesti nedeli" proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi üzrə böyük irəliləyiş əldə edildiyini bildirmiş, iki məsələdə razılqıla bağlı problemlərin qaldığını bildirmişdi. Həmin maddələr barədə dövlət başçısı qeyd etmişdi: "Bu sənədin 17 maddəsinin 15-i razılaşdırılıb, ikisi qalıb. Kazanda Ermənistanın baş naziri ilə sonuncu görüşüm zamanı eşitdiyim və hiss etdiyim o oldu ki, razılaşdırılmamış bu iki maddə də Ermənistan tərəfindən qəbul oluna bilər, mən bizim şərtlərimizi nəzərdə tuturam". Dövlət başçısı razılaşdırlmayan maddələrin nədən ibarət olmasına da toxunaraq qeyd etmişdi: Onlardan biri bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durmaqdır. Zənnimcə, bu, qarşılıqlı şəkildə qəbul olunan maddədir. Bu yaxınlarda biz vurulmuş zərərin təhlilini başa çatdırdıq, həm də bunu ətraflı etdik. Biz buna 4 il vaxt sərf etdik və orada hər şey sənədlərlə qeyd olunub. Bu, təqribən 150 milyard dollardan çoxdur, yəni, işğal illərində vurulan zərərdir. Ona görə də zənnimcə, qarşılıqlı iddiaları kənara qoymaq hər iki tərəf üçün qəbulediləndir. Digər maddə başqa ölkələrin nümayəndələrini bizim sərhədimizdə yerləşdirməməklə bağlıdır. Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb". Avropa müşahidəçilərinin sonra ABŞ sərhədçilərinin gətirlməsi Azərbaycanın sülh üçün şərtini pozur. Qeyd edək ki, Avropa İttifaqının Ermənistan ərazisində yerləşdirdiyi mülki monitorinq missiyasının fəaliyyət müddəti gələn ay başa çatır. Lakin həm Avropa İttifaqı, həm də Ermənistan missiyanın fəaliyyətinin növbəti dəfə uzadılmasına hazırlaşırlar. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsinin ofisi təşkilatın Ermənistandakı missiyasının müddətinin daha iki il uzadılmasında maraqlı olduqlarını bəyan edib. Bununla bağlı nümayəndiliyin ofisi bildirib: "Üzv ölkələr təklifi alqışlayıb və hazırda Avropa İttifaqı Şurasının müvafiq orqanları ilə zəruri hüquqi aktlar müzakirə edilir. Şuranın yaxın günlərdə bununla bağlı qərar qəbul edəcəyi gözlənilir". Azərbaycanın sözügedən məsələyə münasibəti birmənalıdır, ölkəmiz baş verənləri təhlükəsizliyinə və regionda sülhün bərqərar olmasına təhdid hesab edir. Xüsusən də o kontekstdə ki, missiya məhz Azərbaycanla şərti sərhəddə fəaliyyət göstərir, onun fəaliyyəti ölkəmizlə razılaşdırılmır.  Yerli telekanallara müsahibəsində bu fonda Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqının qondarma müşahidə missiyasının müddətinin uzadılması etimadı sarsıdır: "Axı, bunun bizimlə razılaşdırılmasını tələb etdikdə, hansısa yüksək ambisiyalardan çıxış etmirdik, sadəcə istəyirdik ki, bu missiyanın özünün yaradılması və onun sərhədimizə göndərilməsi bizimlə, 2022-ci ilin oktyabrında Praqada şəxsən mənimlə razılaşdırılsın. Əgər həmin vaxt biz bunun iki aylığına və 40 nəfərdən ibarət olacağı barədə razılığa gəldiksə, deməli, bu, belə də olmalı idi. Mən razılığa gəldikdə, hətta sözdə də olsa, həmişə bu razılaşmalara əməl edirəm. Amma belə bir vəziyyətdə Avropada hesab etdilər ki, onlar həmin razılaşmaları pozmaq hüququna malikdirlər. Sonra heç nə bildirmədən, bizimlə heç bir razılıq olmadan onlar nəinki bu missiyanın müddətini uzatdılar, sayını artırdılar, həm də Avropa İttifaqının üzvü olmayan ölkəni dəvət edərək mahiyyətcə etimadı qırdılar. Sonra, necə deyərlər, bu binoklla rüsvayçı nümayişlər, onlar yarıhərbi geyim və çəkmələr geyinir və oraya hansısa döyüşçülər kimi gedirlər. Onların oradan necə sürətlə qaçacağını göstərmək istəmirəm, əgər kimsə təsadüfən Azərbaycan ərazisinə soxularsa, onda sadəcə görəcəklər ki, əllər necə qaşınır. Ona görə də biz onlara çatdırdıq ki, binokl şousuna son qoysunlar, artıq, necə deyərlər, binoklsuz gəzişirlər".

Belə bir vaxtda ABŞ sərhədçilərinin də Ermənistanda yerləşdirilməsi sülh üçün əlavə təhdiddir. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan ABŞ ilə ölkəsi arasında "Strateji tərəfdaşlıq haqqında" sazişin imzalanmasını tənqid edərək, bunu mümkün nəticələri nəzərə almayan tələsik addım adlandırıb: "Ermənistanın baş naziri Nikol Paşinyanın xarici siyasəti avantüra məntiqinə əsaslanır və ölkəmizə yeni fəlakət gətirmək təhlükəsi yaradır". Rusiyalı politoloq Sergey Markedonov qeyd edir ki, Ermənistanın Aİ-yə daxil olması layihəsi ətrafında mübahisələr səngiməmiş, Vaşinqtondan yeni xəbərlər gəlib: "ABŞ-ın paytaxtında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ Dövlət katibi Entoni Blinken strateji tərəfdaşlıq haqqında xartiya imzalayıb. Bu hadisə ilə bağlı qiymətləndirmələrin dairəsi genişdir. Sənədin imzalanması bir tərəfdən İrəvanın Moskvadan uzaqlaşmasının açıq siqnalı və ya simvolu kimi təqdim olunur, digər tərəfdən isə xartiyanın effektivliyinə şübhə yaradır. Axı Amerika tərəfindən imza atan bir həftədən az müddət sonra öz postunu yeni liderə təhvil verəcək administrasiya nümayəndəsidir. Nizamnamənin mətnini diqqətlə nəzərdən keçirsəniz, onun deklarativ xarakterini asanlıqla aşkar edə bilərsiniz. Sənəd iqtisadiyyat, təhlükəsizlik, müdafiə, demokratiya, inklüzivlik və insanlar arasında əlaqələr kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əksər bəndlər artıq icra olunur, bir çoxu ideoloji yüklüdür. Guya ki, 14 yanvar 2025-ci il tarixindən etibarən diaspor faktorunu nəzərə alan inklüzivlik və ya insanlar arasında əlaqələr birbaşa açılır! Eyni zamanda, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi diqqət yetiriləcək bir düsturdur - hətta açıq-aşkar deklarativ xarakter daşımasına və ABŞ-dan Ermənistana heç bir aydın zəmanətin olmamasına baxmayaraq. Ermənistanın keçmiş və indiki siyasi elitaları bir-birinə kəskin müxalifətdədir. Lakin onları bir şey birləşdirir: xarici siyasətdə quldurluq prinsipinə sadiqlik. Güclüyə söykənmək! Dünən Rusiyada belə hesab olunurdu, bu gün ABŞ. İcazə verin, dərhal deyim ki, kiçik bir ölkə üçün belə davranışda utancverici heç nə yoxdur. Ancaq bəzi nüansları başa düşmək vacibdir. Nə Moskva, nə də Vaşinqton bu gün və ya sabah Ermənistanla Azərbaycan arasında tam və yekun seçim edəcək. Xartiya 2025-də ABŞ-ı Türkiyədən uzaqlaşdırmayacaq. Əksinə, ABŞ Azərbaycan-İsrail əməkdaşlığını diqqətlə bəsləyəcək və əzizləyəcək, Ankaranı, xüsusən də Moskva ilə fikir ayrılıqları zamanı dəstəkləyəcək, çünki Rusiyanı Avrasiyadan sıxışdırmaq daha ucuz başa gəlir. Deməli, Amerikanın yardımı ilə İrəvan üçün gözlənilən irəliləyiş baş verməyəcək. Axı "demokratiya" və "inklüzivliyi" "regionda sülh" naminə qonşulara güzəştə getməklə dəstəkləmək olar. Təbii ki, Amerikanın moderasiyası ilə və Avrasiyada Rusiyanın təsirini azaltmaqla! Və sonuncu tezis. Bu gün Ermənistanda həm siyasətçi, həm də ictimai xadimlər bir fikri təkrarlamağı xoşlayır: Rusiya effektiv təminatçı deyil, Moskva öhdəsindən gəlmədi, kömək etmədi. Belə arqumentləri qəbul etsək belə, təbii sual yaranır. Yanvarın 9-da ABŞ-ın Gürcüstanla strateji xartiya imzalamasından 16 il keçir. "Demokratiya" və "inklüzivlik" haqqında tezislər orda da var idi. Bu, Tiflisə Abxaziya və Cənubi Osetiyanı qaytarmağa kömək etdimi? Ritorik sualdır. Eyni zamanda, 2009-cu ildə ABŞ Gürcüstanla Abxaziya arasında tarazlığın yaradılması zərurəti ilə üzləşmədi. Orada simpatiyalar bütünlüklə, o zaman Tiflisdə yerləşən "demokratiya mayağı"nın tərəfində idi. Amma həm Qərb, həm də Rusiya həm keçmişdə, həm də indi yaranan bütün münaqişələri tərəzidə çəkərək türk tandemi ilə Ermənistanın maraqları arasında manevr etmək məcburiyyətindədir. 2024-cü ildə amerikalılar özləri Gürcüstanla müqaviləni "dondurdu". Motiv? Tiflisin xarici siyasət kursuna yenidən baxılması. Bəs bu, ABŞ-ın strateji xartiyasının, birincisi, əsasən instrumental xarakter daşıdığı, ikincisi, praktiki olaraq faydalı şeylərdən daha çox bəyannamələrin yer aldığı üçün baş vermədimi?"

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ