şənbə günü, 22 avqust 2026
     

Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

Image


Fransanın Əlcəzairlə münasibətlərinin son dövrlərdə daha da kəskinləşməsi müşahidə edilir. Dualemn ləqəbi ilə tanınan bloger Naaman Buale ilə bağlı qalmaqal vəziyyəti daha da gərginləşdirir. Bu günlərdə Fransa tərəfindən Əlcəzairə deportasiya edilən Dualemn dərhal Fransaya qaytarılıb. Bununla da onsuz da gərgin olan Fransa-Əlcəzair diplomatik gərginliyi daha da dərinləşib.

Qeyd edək  ki, son günlər Fransada bir neçə əlcəzairli influenser saxlanılıb. Onlardan birinin – Dualemnin deportasiya edilməsi və dərhal geri qaytarılması isə diplomatik münasibətləri daha da gərginləşdirib. Fransa tərəfindən günortadan sonra təyyarə ilə Əlcəzairə göndərilən influenser elə həmin axşam bu ölkəyə geri göndərilib. Ona Əlcəzair ərazisinə daxil olmaq qadağan edilib. Əlcəzair influenserin kor-koranə qovulmasına etirazını bildirib. Dualemn 15 ildir Fransada yaşamaq icazəsinin olduğu və Fransada doğulmuş 2 uşaq atası olduğu bildirilib. Əlcəzairin bu reaksiyası qarşısında Fransa daxili işlər naziri Bruno Retayo qeyd edib ki, influenseri qəbul etməməklə Əlcəzair Parisi alçaltmağa çalışır. O, Fransanın bu reaksiyaya qarşı bütün vasitələrdən istifadə edərək cavab verməsini istəyib. Bu isə vəziyyəti daha da gərginləşdirib. Yerli radio və televiziya kanallarında aparılan müzakirələrdə Bruno Retayonun səriştəsiz olduğu, öz məsuliyyətini dərk etmədiyi vurğulanıb. Əlcəzairdən qaytarılan influenser Fransada həbs edilib. "Franceinfo"nun məlumatına görə, influenserin vəkilləri bu qərara etirazlarını bildirib və Paris Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini deyiblər. Belə bir vaxtda  Fransanın ədliyyə naziri Jeral Darmanən diplomatik pasportu olan əlcəzairlilərin ölkəsinə vizasız gəlişinə icazə verən müqaviləyə yenidən baxmağa və viza rejimi tətbiq etməyə çağırıb. Paris ilə Əlcəzair arasında diplomatik gərginliyin artması ilə bağlı sualını cavablandıran ədliyyə naziri Darmanən 2013-cü il tarixli Fransa-Əlcəzair hökumətlərarası sazişinin ləğv edilməsini istədiyini bildirib. O qeyd edib ki, daxili işlər nazirinin dediyi kimi, Fransanı alçaltmaq mövqeyi tutan Əlcəzairin qərar qəbul edən bir çox liderlərinə qarşı belə bir tədbir görmək daha səmərəli olar. Əlcəzair Xarici İşlər Nazirliyi Fransanın "eskalasiya" və "alçaldılma" ittihamlarını rədd edərək, bu Dualemnin qovulmasının "özbaşınalıq və təhqiramiz olduğunu" söyləyib. Darmanən bu fonda bildirib: "Onlar haqlıdırlar, biz onlara hörmət etməliyik. Amma onlar da bizə hörmət etməlidirlər. Əlcəzair Fransaya hörmət etməlidir, Fransa da Əlcəzairə hörmət etməlidir. Biz çox kritik bir məqamdayıq və alçaldılmış vəziyyətdəyik. Onların bizi məruz qoymaq istədikləri bu rüsvayçılıq qəbuledilməzdir". Bir neçə gün əvvəl sabiq baş nazir Qabriel Attal isə əlcəzairlilərə Fransada hərəkət, yaşayış və məşğulluq baxımından xüsusi status verən 1968-ci il müqaviləsinin ləğv olunmasını tələb etmişdi. Darmanən buna da toxunub: "Bu müqaviləni ləğv edə, ona yenidən baxa bilərik. Bu müqavilə dörd dəfə yenidən nəzərdən keçirilib, eləcə də bir az köhnəlib".

Öz növbəsində, Fransanın xarici ərazilər üzrə naziri Manuel Valls Əlcəzairin Fransa ilə gərginliyi artırmağa davam edəcəyi təqdirdə çox şey itirəcəyi ilə hədələyərək, bu yanaşmanın ikitərəfli əlaqələrə zərər verdiyini və həm ölkə daxilində, həm də xaricində əlcəzairlilərə mənfi təsir göstərdiyini bildirib. Fransanın "BFM TV" kanalına verdiyi müsahibədə Valls Əlcəzair hökumətinin bu eskalasiyanı gücləndirməyə davam etməsinin qəbuledilməz olduğunu bildirib və bu davranışın arxasında duran motivi şübhə altına alıb: "Bu davranışın daxili üstünlüklər əldə etmək cəhdi deyilsə, mənası nədir ?". Valls Fransanın Əlcəzairə təzyiq göstərmək üçün inkişaf yardımını azaltmaq və ya viza məhdudiyyətləri tətbiq etmək kimi addımlar ata biləcəyinə diqqət çəkərək hədələrini davam etdirib. Əlcəzair parlamenti artıq Fransa hakimiyyətini beynəlxalq münasibətlərin prinsiplərinə hörmət etməyə çağırıb.  Bütün bunlara cavab olaraq, keçmiş Əlcəzair diplomatı Əbdüləziz Rahabi Fransa xarici işlər və daxili işlər nazirlərinin Əlcəzairə qarşı qəbul etdiyi hərbi tonu təkəbbürlü olduğunu tənqid edib. O, bunu əsl diplomatik böhrandan daha çox "axmaqların rəqsi"nə daha yaxın adlandırıb və "Əlcəzair fobiyası"ndan əziyyət çəkənlərin səfərbər olunmasına haqq qazandırmaq üçün heç bir ciddi səbəbin olmadığını qeyd edib. Rahabi X platformasındakı bir tvitində izah edib ki, Fransa səlahiyyətliləri, bu yanaşmanın iki ölkə arasında suverenlik mövzusunda təkrarlanan böhranlara və toqquşmalara səbəb olacağını bilmədən Əlcəzairi siyasi gündəmlərində prioritet məsələyə çevirməyə müvəffəq olublar. O əlavə edib ki, Fransa, Almaniya və İtaliya kimi müstəmləkə və ya faşist tarixləri olan ölkələrdə populizmin artması bu ölkələrdəki nüfuzlu siyasi, sosial və media elitaları arasında mənfi xatirələrin artmasına səbəb olub. Burada onu da qeyd edək ki, Parisin keçmiş müstəmləkələrin müstəqil siyasət yürütmək cəhdlərinə isterik reaksiyası bu günə qədər Fransanın müstəmləkə zülmündən əziyyət çəkən Afrika ölkələrinin öz faktiki müstəqilliklərinə doğru irəliləməsinə mane olmur. Fransanın öz qoşunlarını qitənin növbəti ölkəsindən, bu dəfə münasibətləri korlamağı bacardığı Çaddan çıxarmağa məcbur olması da bunun təsdiqidir. Afrika ölkələri öz ərazilərində Fransa qoşunlarının yerləşdirilməsindən kütləvi şəkildə imtina edir. Fransa hərbçiləri dəfələrlə həddindən artıq güc tətbiq etməkdə ittiham olunublar ki, bu da müxtəlif Afrika ölkələrində mülki əhali arasında tələfata səbəb olub. İndi Fransanın bu siyasətini davam etdirmək cəhdi hansısa səmərə vermir. Lakin Paris şantajlarından da əl çəkmir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

Həkimlərin səhvi bundan sonra məhkəmələrdə necə araşdırılacaq? – Ali Məhkəmənin izahı mübahisələndi...

SON XƏBƏRLƏR

22.08.2026 / 15:43
Hörmüzün kimin nəzarətində olduğu tam aydın oldu - Trampın dedikləri yalan çıxdı...

22.08.2026 / 15:21
Moskva hava limanlarına genişmiqyaslı hücum planı - Ukrayna müharibə tarixində bir ilkə imza ata bilər…

22.08.2026 / 14:30
Novorossiysk limanında hücuma məruz qalan gəmi heyətini qurtarmağa göndərilən türk gəmisi də vuruldu – ölən və yaralananlar var…

22.08.2026 / 13:58
85 min nəfər ixtisaslı kadra ehtiyac var,6500 avro maaş veriləcək…

22.08.2026 / 13:15
ABŞ-ın BMT-yə borcu 4 milyardı keçdi - Vaşinqton səsvermə hüququnu itirə bilər…

22.08.2026 / 12:32
Tramp Hörmüzü "ABŞ ərazisi" adlandırdı – “qalib gəlib-gəlmədiyimizi bilmirik”…

22.08.2026 / 12:17
Bakıda oğurluq edən 4 şəxs saxlandı

22.08.2026 / 11:52
Ermənistan Rusiya ilə "müttəfiqlikdən" və "strateji tərəfdaşlıqdan" rəsmən imtina etdi - Dövlət proqramı hazırlandı...

22.08.2026 / 11:36
Rusiya Ermənistana buğda və propan göndərdi

22.08.2026 / 10:48
Polislər axtarışda olan şəxsləri saxladı, külli miqdarda narkotik ələ keçirdi

22.08.2026 / 10:24
Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs edildi

22.08.2026 / 09:50
Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib

22.08.2026 / 09:19
Xəzər dənizində zəlzələ oldu

22.08.2026 / 06:49
ABŞ İrana hücumların bərpasını istisna etmir - Tramp açıqladı

22.08.2026 / 06:19
Tramp barəsində impiçment veriləcəyinə əmindir - Demokratlar seçkidə qalib gələrsə…

22.08.2026 / 05:49
Türkiyə Netanyahunu İnterpol axtarışına verir? - Ankara-Təl-Əviv gərginliyi artır…

22.08.2026 / 05:41
Tramp Ağ Evdə bunker tikdirir - məhkəmə qərar verdi

21.08.2026 / 23:16
İran spikeri Tehran və Bağdadı dollardan imtina etməyə çağırdı… - "Amerika dominantlığı bitdi"...

21.08.2026 / 22:46
Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumunda ölən və yaralananların sayı artır... Zelenski söz verdi - Qisas alınacaq… VİDEO

21.08.2026 / 22:10
Tramp İranla "svop əməkdaşlıq" edən ölkələri hədələdi - Azərbaycana da aidiyyatı var...(?)

21.08.2026 / 21:49
Turqut Özalın oğlu atasının ölümündə Türkiyənin indiki iqtidarından şübhələnir...

21.08.2026 / 21:27
Cənubi Koreyadan gözlənilməz mövqe - Tramp Şimali Kireya ilə "dostluğunu" təriflədi..

21.08.2026 / 21:14
"Oğluma işgəncə verib dövlətimizə qarşı böhtan atmağa məcbur edirlər" - Rusiyada həbs olunan Yadulla Rufullayevin anası danışdı

21.08.2026 / 20:49
ABŞ-ın İrana qarşı sanksiyaları gərginliyi artıracaq - Pekin xəbərdarlıq etdi…

21.08.2026 / 20:35
Naxçıvana dəmir yolu çəkilişi Paşinyanı Putinlə yenidən toqquşdura bilər...

21.08.2026 / 20:02
Rusiya Krivoy Roqun ən böyük ticarət mərkəzini vurdu – azı beş ölü, 91 yaralı… FOTO

21.08.2026 / 19:49
Permdə Azərbaycan diasporunun lideri saxlandı…

21.08.2026 / 19:22
Paşinyan Rusiyanı atdı, Türkiyə və Azərbaycanı tutdu...

21.08.2026 / 18:46
Pezeşkian müharibəni artıq bitirməyə çağırdı - Bütün dünya qələbəmizi qəbul edib…

21.08.2026 / 18:31
Xocavənddə traktor minaya düşdü, sürücü xəsarət aldı

21.08.2026 / 18:17
Məktəbli forması üçün valideynlərin konkret satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir - MÜTDA xəbərdarlıq etdi...

21.08.2026 / 18:00
Azərbaycana kin-küdurət yağdıran Rusiya məmuru istefa verdi...

21.08.2026 / 17:43
Göllərin doldurulması həmin ərazilərin subasmasına səbəb ola bilər - XƏBƏRDARLIQ

21.08.2026 / 17:37
Suriya öz hərbi bazasında Türkiyə qüvvələrini qəbul edə bilməz - İsraildən absurd iddia...

21.08.2026 / 17:22
Tarixə söykənən, zamanla güclənən Azərbaycan-Özbəkistan münasibətlərində yeni mərhələ... - Aydın QULİYEV yazır

21.08.2026 / 16:50
DİN zabit heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

21.08.2026 / 16:32
Kiberpolis maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi yaxaladı - VİDEO

21.08.2026 / 16:21
İranla Rusiyanın bir NATO ölkəsinə birgə təcavüz ssenarisi... Realdır?

21.08.2026 / 16:04
Ermənistanda hakimiyyətlə müxalifətin yeni “qırğın”ı başlanır...

21.08.2026 / 15:50
Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqləndi

21.08.2026 / 15:47
ABŞ "tarixin ən sərt sanksiyası" deyir, Tehranın vecinə də deyil...

21.08.2026 / 15:12
Trampın İranla iqtisadi müharibəsinin əsas qurbanı Çin ola bilər...

21.08.2026 / 14:53
Suriya, İran və Türkiyə məsələsi Netanyahunun seçki taleyini həll edir...

21.08.2026 / 14:37
Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

21.08.2026 / 14:26
Azərbaycanda yaşı 16-dan az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsinə 88,2% dəstək... – SORĞU

21.08.2026 / 14:16
Səfir:"Ötən il olduqca önəmli və nəzərəçarpan irəliləyiş müşahidə olunub"

21.08.2026 / 13:57
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

21.08.2026 / 13:55
Prezident: "Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir"

21.08.2026 / 13:49
"Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir" - Prezident

21.08.2026 / 13:47
Prezident İlham Əliyev: "Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb"

21.08.2026 / 13:45
"Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir" - Prezident

21.08.2026 / 13:42
Prezident: "Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır"

21.08.2026 / 13:37
"Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır" - Prezident

21.08.2026 / 13:33
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib - FOTO

21.08.2026 / 13:18
Simonyan yeni vəzifədə Azərbaycan və Türkiyə üçün çox şeylər edəcəyini bildirdi...

21.08.2026 / 13:06
İsmayıllıda toy məclisində kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanaya müraciət etdi...

21.08.2026 / 12:44
Rusiya və İran “Xəlvət və təhlükəsiz marşrutla” yükdaşımaları artırır...

21.08.2026 / 12:05
Dankan Norman:"Hökumətlərimiz bu münasibətləri Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəliblər"

21.08.2026 / 12:03
Səfir:"Azərbaycan Ukraynanın və Avropanın enerji dayanıqlılığının dəstəklənməsində əvəzsiz rol oynayır"

21.08.2026 / 12:02
Britaniya səfiri:"Bu əməkdaşlıq heç vaxt bu qədər güclü olmayıb"

21.08.2026 / 11:50
"Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik" - Konqolu deputat

21.08.2026 / 11:33
Rusiya Azərbaycan üzərindən Ermənistana 11 vaqon buğda, 4 vaqon arpa göndərdi

21.08.2026 / 11:18
Su Polis paytaxt və bölgələrdə qanun pozuntuları aşkarladı

21.08.2026 / 11:02
"Müstəmləkəçilik yalnız əraziləri işğal etməyib, bu gün də təsirini göstərən institutlar formalaşdırıb" - Ruanda səfiri

21.08.2026 / 09:47
Bakıda Belçika müstəmləkəçiliyi ilə bağlı beynəlxalq konfrans keçirilir

21.08.2026 / 09:22
BMT Baş katibliyinə namizəd Ukrayna üçün çıxış yolu tapdı - NATO “sevdasından” əl çəkmək…

21.08.2026 / 09:10
Nazarbayev rəsmən xalqa müraciət hüququndan məhrum edildi - “ömürlük” status qaldırıldı

21.08.2026 / 08:13
"Qarabağla bağlı ən çətin qərarlarım sayəsində Ermənistan tələdən azad oldu" - Paşinyan

21.08.2026 / 07:49
Almaniyada 4 ay ərzində 14.000 insan ölüb - istidən…

21.08.2026 / 06:47
Trampın əsəbiliyi İran mövzusunda məyusluqdandır - "The Washington Post"…

20.08.2026 / 22:27
Beynəlxalq təşkilatların “seçki komissiyaları” ilə bağlı tövsiyələri - Demokratiyaya dəstək, yoxsa riyakarlıq... - Professor Məhərrəm Zülfüqarlı yazır...

20.08.2026 / 22:12
Başımızı uca edən qəhrəman oğul

20.08.2026 / 21:55
Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

20.08.2026 / 21:30
Bakıda müştərilərə dəfələrlə at əti yedizdirmiş məşhur restoran niyə layiqli cəzalandırılmadı?...

20.08.2026 / 20:54
Türkiyə "İsrailin tələsinə" düşməyəcək - Burhanəddin Duran

20.08.2026 / 20:23
Rusiya Azərbaycandan 6 ildə baş verənlərin qisasını alır...

20.08.2026 / 19:49
Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

20.08.2026 / 19:21
ABŞ-ın Çinə gücü çatmır, Azərbaycanı “döyür” - Həm də əsassız...

20.08.2026 / 19:02
Azərbaycanda 3 yeni turizm və rekreasiya zonası yaradılacaq

20.08.2026 / 18:48
Suriyada İsrail-Türkiyə savaşı - artıq ilkin addımlar atılıb...

20.08.2026 / 18:24
“Rusiya başladığı müharibəni uduzur” – Avrokomissiya prezidenti

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ