Bələdiyyə seçkiləri ilə əlaqədar indiyədək 68 min 869 yerli müşahidəçi akkreditasiyadan keçib. Müşahidəçilərin akkreditasiyası hazırda davam etməkdədir.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın yanvarın 14-də keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, hər bir məntəqəyə 11 və ya 12 nəfər müşahidəçi düşür.
NAMİQ