çərşənbə axşamı günü, 07 iyul 2026
     

Avropanın Azərbaycanda “beyin yuyan” layihələri fiaskoya uğradı...

Image


Azər Həsrət: "Onların məqsədi ölkəmizdə nüfuz agentlərinin sayını artırmaqdır"

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirdi ki, Avropa İttifaqının bir sıra proqramları dayandırılıb: 

"Bütün tvininq proqramları dayandırılıb, Avropa İttifaqının leqal olan qrantlarının hamısı dondurulub. Qismən qeyri-leqal olanlar da var, əsasən Gürcüstandan keçməklə sərhəddən buraya pullar gətirilir, yenə də sorosçu strukturların əlaltıları vasitəsilə, amma əvvəlki kimi deyil, həm də bizim hüquq-mühafizə orqanları bütün bunları izləyir. Amma bizim leqal qrantlardan imtina etməyimizin səbəbi odur ki, onlar ərazimizdə gələcəyə, əsasən gənclərə istiqamətlənmiş öz platformalarının yaradılmasına yönəldilmişdi. Təəssüf ki, biz Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutduğunu görürük, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq – bu da NED (Аmerikanın "National Endowment for Democracy") və EED ("Europеan Endowment for Democracy") tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir".

Göründüyü kimi, Aİ-nin Azərbaycana yönəlik layihələri, xüsusilə gənclərlə bağlı layihələri fiaskoya uğrayıb. NED, EED tərəfindən maliyyələşən qrantlar, ölkədə gənclərin beyninin yuyulmasına yönəlmiş layihələr fiaskoya uğrayıb. Azərbaycan cəmiyyətinin mənəvi dəyərləri ilə bağlı müəyyən layihələrin dayandırılması və iflasa uğraması mühüm əhəmiyyət kəsb edir. 

Maraqlıdır, Aİ-nin sözügedən layihələri Azərbaycanda niyə iflasa uğradı?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi şərhçi Azər Həsrət bununla bağlı bir sıra məqamlara toxundu: "İstər Avropa İttifaqı olsun, istərsə də başqa qurumlar, həmçinin Prezidentin adını çəkdiyi fondlar müəyyən məqsədlər güdür. Onların məqsədi ölkəmizdə nüfuz agentlərinin sayını artırmaqdır. Mümkün qədər geniş şəbəkə yaradıb sonra da daxili siyasi proseslərə təsir etmək əsas məqsəddir. Ona görə də Azərbaycan dövləti vaxtında ayıq-sayıq davranaraq onların bu istəklərini faş etdi. Özü üçün müəyyən bir plan cızdı və o çərçivədə də zərərli fəaliyyətlərin qarşısı alındı. Burada gənclərlə bağlı məqamlar da təsadüfi deyil. Çünki bir qayda olaraq bu cür proqramlar gənclərlə bağlı olur. Yəni gənclər üzərindən gerçəkləşdirilir və demokratiya, insan haqları, açıq cəmiyyət adı altında gəncləri milli köklərindən qoparmağa hesablanır. Azərbaycan dövləti vaxtında bunu müəyyənləşdirə bilib, qarşısını alıb. Ona görə də onların məlum pozucu planları baş tutmadı. Məsələn, qonşu Gürcüstanda baş verən proseslər bir daha Qərbin planlarını ifşa etdi. Pozuculuq o həddə gəlib çatdı ki, ölkədə keçirilən seçkinin nəticələrini belə, Qərb tanımaqdan imtina edir. Yəni xalqın iradəsi ilə formalaşan hakimiyyət var, amma Qərb onu tanımaqdan imtina edir. Onlara kim dəstək verir? Ölkənin içindəki həmin şəbəkə. Həmin şəbəkənin bənzərini də Azərbaycanda qurmaq istəyirdilər, amma alınmadı. Əgər qurulsaydı, o şəbəkə Azərbaycanın daxili siyasətində çox ciddi rol oynaya bilərdi. Nəticədə cəmiyyəti qarşıdurmalara, fəlakətlərə sürükləyə bilərdi. Ancaq Azərbaycan dövlətinin bu məsələlərlə ciddi şəkildə məşğul olması onların planlarını pozdu. Gürcüstan isə vaxtında bunu edə bilmədiyinə görə, Aİ başda olmaqla özləri üçün çox geniş şəbəkə qurublar. İndi həmin şəbəkə legitim hakimiyyətə qarşı təxribatlar törədir".

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 15:58
ADY Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunu artırır

07.07.2026 / 15:51
TƏBİB: “Tibb müəssisələrinin peşəkar həkim kadrları ilə gücləndirilməsi TƏBİB-in əsas prioritet istiqamətlərindən biridir”

07.07.2026 / 15:35
Azərbaycan özü də dron istehsalına başlayır...

07.07.2026 / 15:04
Trampın Əliyevə bu dəvəti Azərbaycana böyük faydalar gətirəcək...

07.07.2026 / 14:41
Arxiyepiskop Qalstanyan Paşinyanı məhkəməyə verir

07.07.2026 / 14:34
Dəməşqdə Makronun qaldığı otelin qarşısında partlayış olub…

07.07.2026 / 14:07
Zakir Həsənov baş direktoru və bir qrup hərbi qulluqçunu təltif etdi

07.07.2026 / 13:42
Rusiya Baltikyanı ölkələrə xəbərdarlıq etdi - "odla oynayırlar"...

07.07.2026 / 13:38
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

07.07.2026 / 13:18
Nəsimidə əməliyyat - 4 nəfər saxlandı, 70 kq narkotik ələ keçirildi...

07.07.2026 / 12:56
Azərbaycanda vençur kapitalı fondları yaradılacaq...

07.07.2026 / 12:49
Monakoda ukraynalı oliqarxa sui-qəsd edən qadının özünü də ortadan götürdülər – cəsədi Kiyevdə tapıldı…

07.07.2026 / 12:43
Slovakiya rus turistlər üçün vizanı dayandırdı - yalnız idmançılar…

07.07.2026 / 12:27
Ankarada tarixi NATO zirvəsi başladı - Rutte ilk qərarı açıqladı…

07.07.2026 / 12:12
NATO-nun Ankara Sammiti dönüşyaradıcı ola bilərmi?

07.07.2026 / 11:53
İrandan ABŞ-a xəbərdarlıq - təhdidlər dayanmasa danışıqlar başlamayacaq...

07.07.2026 / 11:37
MM "Ümumi təhsil haqqında" Qanuna dəyişiklikləri təsdiqlədi

07.07.2026 / 11:22
"Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb" - Prezident

07.07.2026 / 11:14
Netanyahu Trampa çağırış etdi - Türkiyəyə F-35 verməyin...

07.07.2026 / 11:05
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul etdi - FOTO

07.07.2026 / 10:53
Hərbi xidmətdən yayındırmaq üçün rüşvət alan vəzifəli şəxs məhkəməyə verildi...

07.07.2026 / 10:45
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlandı

07.07.2026 / 10:34
Zelenski Putini hədələdi - minlərlə dron Moskvaya uçanda o başa düşəcək...

07.07.2026 / 10:10
Səhiyyə nazirinə yeni müavin təyin olundu

07.07.2026 / 09:45
Hörmüz boğazında gərginlik yenidən artır – İran Oman sahillərində iki tankeri vurdu...

07.07.2026 / 09:23
Tramp Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləyə bilər...

07.07.2026 / 09:06
Bakıda motoxuliqanlıq edən şəxs həbs olundu

07.07.2026 / 08:49
YAP-ın altı rayon təşkilatında sədr dəyişdi...

07.07.2026 / 05:54
Ermənistanda Tsarukyan işi - 70-dən çox ünvanda axtarış aparılır…

07.07.2026 / 05:34
CHP-də sular durulmur - daha 4 vilayət sədri vuruldu

07.07.2026 / 05:29
Serj Sarkisyan barəsində müsadirə qərarı - 1,7 milyon

06.07.2026 / 23:42
Tsarukyanın özünü damladılar, malikanəsində saxladığı üç şir və bir pələngi də müsadirə etdilər...

06.07.2026 / 23:26
FIFA amerikalı futbolçunun cəzasını Trampın istəyi ilə ləğv etdi - Dünya Çempionatında “qırmızı kart” qalmaqalı...

06.07.2026 / 23:06
"Çiçəklənən Ermənistan"ın sədri Tsarukyan saxlanıldı - 22 milyon dollarlıq fırıldaqçılıq...

06.07.2026 / 22:43
Ermənistanın 5 müxalif partiyası Azərbaycanla sülh sazişi üzərinə açıq yürüşə başladılar - “olmaz”...

06.07.2026 / 22:23
Birlik Karate Klubunun idmançısı Aslan Ercan kəmər və sertifikatla təltif edildi… - FOTO

06.07.2026 / 22:10
4 NATO ölkəsi yeni müdafiə mexanizmi yaradır

06.07.2026 / 21:58
Tramp NATO Zirvəsində Rusiya-Ukrayna savaşına son verəcək

06.07.2026 / 21:45
Mingəçevir Dövlət Universiteti “Cybersign” MMC ilə əməkdaşlığa başladı

06.07.2026 / 21:45
Ermənistan Azərbaycanla Türkiyənin elektrik şəbəkəsinə qoşulmaq istəyir...

06.07.2026 / 21:43
Səfir Karlovun qətli də FETÖ əməli imiş?..

06.07.2026 / 21:38
NATO nümayəndə heyəti Anıtqəbiri ziyarət etdi

06.07.2026 / 21:22
Vətəndaşlara bütün xidmətlərin rəqəmsallaşması kursu özü ilə risklər də gətirir...

06.07.2026 / 21:21
Avstraliya baş naziri yersiz sualı cavablamaqla özünü çətinə saldı

06.07.2026 / 21:05
Avropanın daha bir dövləti Azərbaycanın Orta Dəhliz layihəsinə qoşulur...

06.07.2026 / 20:46
Tramp Prezident İlham Əliyevi G20 zirvəsinə dəvət etdi…

06.07.2026 / 20:35
“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi “Dənizçi şəhid ailələri ilə iş” adlı layihəyə start verdi

06.07.2026 / 20:30
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası hesabat verdi… - FOTO

06.07.2026 / 19:41
Şirvanda çətənə yetişdirən şəxs saxlandı

06.07.2026 / 19:25
Ermənistan məhsullarının Avropaya çatdlrılmasında ağır problemlər yarandı...

06.07.2026 / 18:51
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO

06.07.2026 / 18:43
Rusiyanın Ukrayna dronlarını niyə vura bilmədiyi ortaya çıxdı – işin arxasından ABŞ kəşfiyyatı çıxır...

06.07.2026 / 18:28
Ukrayna müharibəsinin əsil mahiyyətini gizlətmək üçün Rusiyadan yeni ideya...

06.07.2026 / 18:21
Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiqlədi

06.07.2026 / 18:03
İsrailin NATO-nu Türkiyəyə qarşı qaldırmaq planı...

06.07.2026 / 17:45
Naxçıvana uçuşlar təxirə salındı...

06.07.2026 / 17:39
Göyçə gölü ətrafında Alban məbədləri

06.07.2026 / 17:26
Demokrat və respublikaçı sabiq prezidentlər Trampa qarşı birləşdi - Hakimiyyət ömrünü uzatmaq eyhamı...

06.07.2026 / 17:09
Rusiya Azərbaycan vasitəsilə Ermənistana 30 vaqon propan göndərdi

06.07.2026 / 17:07
Rəqəmsal transformasiya: Azərbaycanın yeni texnoloji inkişaf modeli

06.07.2026 / 16:35
Şirvanda 34 min manatlıq naqil oğurladılar...

06.07.2026 / 16:26
Rusiya səfiri XİN-ə çağırıldı - Bakı Moskvaya nota verdi...

06.07.2026 / 16:22
Görkəmli ictimai-siyasi xadim, vətənpərvər şəxsiyyət - Sabit Abbasəliyev...

06.07.2026 / 16:19
İsrail ABŞ-İran razılaşmasının pozulacağını gözləyir - dərhal zərbə vuracaq...

06.07.2026 / 15:55
NATO ilə Rusiyanin arasında "Şərq qalxanı" qurulur...

06.07.2026 / 15:37
Paşinyan Konstitusiya günündə Azərbaycanın əsas tələbindən danışdı...

06.07.2026 / 15:36
“Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişiklik təsdiqləndi

06.07.2026 / 15:22
Azərbaycanda bir ildə uşaq doğumu 10 min nəfər azaldı...

06.07.2026 / 15:08
Ermənistan Rusiya qazını Avropa qiymətinə alacaq...

06.07.2026 / 14:53
ABŞ Zelenskiyə xəbərdarlıq etdi - Hücumu dayandırıb, müdafiəyə keçin...

06.07.2026 / 14:26
Ozəl bağçalara dövlətdən pul hansı meyarlarla ayrılır... Şəffaflığa şübhələr var

06.07.2026 / 14:06
Rusiya dronla Ukraynada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurdu...

06.07.2026 / 13:47
Hikmət Hacıyev Qəbələdən paylaşım etdi

06.07.2026 / 13:33
Bakıda avtobus yanıb kül oldu...

06.07.2026 / 12:32
Bakının mərkəzində ödənişsiz avtobuslar fəaliyyətə başladı...

06.07.2026 / 12:16
Baş Prokurorluq Gürcüstanda öldürülən azərbaycanlı ilə bağlı açıqlama yaydı

06.07.2026 / 11:50
Türkiyədə 9-cu Uludağ Premium Ultra Trail yarışına geri sayım başlayıb - FOTO

06.07.2026 / 11:18
DÇ-2026 - Portuqaliya İspaniyaya, ABŞ Belçikaya qarşı...

06.07.2026 / 11:05
Prezident İlham Əliyev Malavi dövlət başçısına təbrik məktubu ünvanlayıb

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ