çərşənbə günü, 28 oktyabr 2026
     

Paşinyana Qərbi Azərbaycanın hara olduğunu göstərəcəyik - İran sərhədindən İrəvanadək...

Image


"İcma özünün əsas fəaliyyət sənədi olan Qayıdış Konsepsiyasında qarşısına qoyduğu vəzifələri addım-addım həyata keçirir. Təbii ki, bu, Qərbi Azərbaycandakı mədəni irsin bərpası və qorunması istiqamətindəki işlərə də aiddir…Strategiyamız aydındır: dinc yolla, təhlükəsizliyimizin təmin olunması şərtilə və ləyaqətlə ata-baba yurdumuza mütləq qayıdacağıq. Bir onu deyə bilərəm ki, ermənilərin bütün vandallıqları ortaya qoyulacaq, onları da, onlara havadarlıq edənləri də şok sürprizlər gözləyir". Bu fikirləri  Qərbi Azərbaycan İcmanın sədri, deputat Əziz Ələkbərli deyib.

Qərbi Azərbaycan məsələsi hazırda Ermənistanda ciddi narahatlığa yol açıb. Ermənistanın baş naziri Nikol Paşinyan yenidən bu məsələyə toxunaraq Ermənistan ərazisində Qərbi Azərbaycan olmadığını bildirib: "Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır. Bundan xaric Qərbi Azərbaycan yoxdur və ola da bilməz".  

Halbuki, mediaya son müsahibəsində president İlham Əliyev konkret tarixi faktlar əsasında bu məsələyə geniş şəkildə toxunub. Dövlət başçısı qeyd edib  ki, indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır: "Bu gün biz deyirik ki, 300 min Qərbi azərbaycanlı o bölgələrə qayıtmalıdır. Amma bütövlükdə o bölgədən çıxmış və bu gün Azərbaycanın müxtəlif bölgələrində yaşayanların və onların nəvələrinin, nəticələrinin sayı 300 mindən bir neçə dəfə çoxdur. Hələ XIX əsr rus imperiyasının xəritələrinə baxın. Orada bütün toponimlərin Azərbaycan mənşəli olması göz önündədir, ya da rus imperiyasının XX əsrin əvvəllərində tərtib edilmiş xəritələri. Orada da bütün şəhərlərin adları Azərbaycan mənşəlidir. Orada siz "Sevan gölü" adlı bir göl görməzsiniz. Orada Göyçə gölü yazılıb. Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, biz həqiqəti deyirik. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Bəli. Əksəriyyət yox, tam azərbaycanlılardan ibarət olan kəndlər idi. Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik".

Dövlət başçısının sözlərinə görə, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin: "Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar. Əgər bunu etməsə, onda hansı Avropa demokratiyasından söhbət gedir? Axı, Ermənistan özünü bu gün Avropa demokratiyası yolu ilə gedən ölkə kimi təqdim edir. Qoy, onu əyani şəkildə göstərsin. Eyni zamanda, hesab edirəm ki, ATƏT də bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir. Biz Avropa Komissiyasından da mövqe gözləyirik. Yəni, sadəcə olaraq, bunu görməzliyə vurmaq düzgün addım deyil… Amma bunu hamı bilsin, həm Ermənistan, həm onun arxasında duranlar ki, bu məsələ gündəlikdən çıxmayacaq, o vaxta qədər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər". "Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə də beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Ermənistan beynəlxalq hüquqa əməl etməli, soydaşlarımızın geri dönməsi ilə bağlı süni əngəllər törətməməlidir. Qərbi azərbaycanlıların fundamental, baza insan hüquqları pozulub. Onlar öz vətənlərindən zorla çıxarılıblar. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. İndilikd görünən odur ki, Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Ermənistanın İcmanın fəaliyyətini təhdid kimi qələmə verməsi məsələnin əsl mahiyyətini təhrif etmək və beynəlxalq hüquqa əsaslanan qayıdış hüququnu inkar etmək cəhdidir. Bir daha qeyd edək ki, Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətini dialoqa çağırıb, lakin qarşı tərəf bundan hələ də imtina edir. Rəsmi Bakı hesab edir ki, Ermənistan İcma ilə danışıqlara başlamalı və Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktiki addımlar atmalıdır. Qərbi Azərbaycan İcması üzvlərinin doğma torpaqlara qayıdış hüququnu təmin etmək məqsədilə beynəlxalq hüquqa uyğun dinc təşəbbüslərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi olduqca əhəmiyyətlidir. Hazırda bu istiqamətdə də müvafiq addımlar atılır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ