çərşənbə günü, 28 oktyabr 2026
     

Trampın komandasından müharibə anonsu - İranın oktyabradək vaxtı qaldı...

Image


Çox sayda ciddi zərbələrlə üzləşən İran illərcə olmadığı qədər zəif və həssas duruma düşüb. Ağır keçən 2024-cü ildə Tehranın bölgədəki təsir gücü azalıb, əzəli düşmənləri İsrail və ABŞ-yə qarşı hərbi çəkindirmə imkanları zəifləyib, iqtisadiyyatı da taqətdən düşüb.

Ekspertlər deyir ki, İslam respublikası Donald Trampın prezident vəzifələrinin icrasına başlayacağı və Tehranla dünya gücləri arasında nüvə sazişinin müddətinin bitəcəyi bu il boyunca sərt qərarlar verməli olacaq. Məhz belə bir vaxtda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts ölkəsinin İrana mümkün hücumu ilə bağlı maraqlı açıqlamalar verib: "ABŞ həddən artıq müdafiə xarakterli davranıb, Çin və İranla qarşı-qarşıya gəlmək üçün hücum imkanlarından istifadə etməliyik. Əgər onlar bizim effektiv cavab verdiyimizi görsələr, bu, onların hərəkətlərini məhdudlaşdıra bilər". Uolts həmçinin "İbrahim Paktı"nı genişləndirmək variantlarından danışb, İrana qarşı maksimum təzyiq strategiyasını canlandırmağı təklif edib. Məlumata görə, Trampın komandası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, Tramp prezident vəzifəsinə başlamazdan öncə İranın nüvə silahı istehsalının qarşısını almaq üçün hava hücumları da daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirir. İsrailin baş naziri Benyamin Netanyahu müşavirləri və təhlükəsizlik kabinetinin nazirləri ilə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalına hazırlıq səviyyəsini müzakirə edib. Məlumata görə, iclasda Donald Tramp administrasiyasının işə başlayandan sonra Vaşinqtonun İrana qarşı yeni və qəti siyasəti də müzakirə mövzularından biri olub. Londonda yerləşən "Chatham House" beyin mərkəzinin Yaxın Şərq və Şimali Afrika proqramının direktoru Sənəm Vəkil bunlar fonunda qeyd edir: "Mən ehtimal edirəm ki, 2025-ci il Tehran üçün çətinliklər və ağrılı seçimlər ili olacaq". Müttəfiqi olan Suriya prezidenti Bəşər əl-Əsədin dekabr ayında devrilməsi İranın bölgədəki ambisiyalarına ciddi zərbə vurub. Əsəd rejimi dövründə Suriya İranın "dirəniş oxu" adlandırdığı proksi və tərəfdaşlar şəbəkəsinin üzvü idi və Tehranın müttəfiqlərini silahla təchiz etməsinə şərait yaradırdı. Bu müttəfiqlər arasında onillərlə İranın bölgədəki ən mühüm tərəfdaşı olan Livanın "Hizbullah" qrupu da vardı. Bir zamanlar bölgədə hesablaşılmalı qüvvələrdən biri olan "Hizbullah"ın indi, sadəcə, görüntüsü qalıb. İsrailin ötən il gerçəkləşdirdiyi hava bombardmanları və qurudan hücumu qrupun hərbi imkanlarını ciddi ölçüdə zəiflədib və hərbi rəhbərliyini məhv edib. İsrailin Qəzza zolağında Tehranın digər müttəfiqi olan HƏMAS qrupuna qarşı müharibəsi isə İranın Qəzzadakı təsirini yox səviyyəsinə endirib. Ölkə daxilində də işlər bundan daha yaxşı durumda deyil. Milli valyuta ötən il ərzində ABŞ dollarına qarşı dəyərinin 60 faizdən çoxunu itirib. Hökumət xalqın qəzəbindən çəkindiyindən hicab məcburiyyətinə dair ziddiyyətli qanunu rəfə qoymalı olub. Almaniya Beynəlxalq və Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Həmidreza Əzizi deyir ki, İranın dini isteblişmenti kritik durumdadır: "Bu, bəlkə də, İslam respublikasının 1980-88-ci illərdə İraqla müharibəsindən sonrakı tarixində ən ağır dönəmdir - yaxud, bəlkə, ondan da ağırdır".

O bildirib ki, hətta isteblişmentin sosial dəstək bazasının özəyini təşkil edən kütlə hazırda ölkənin daxili və xarici siyasətinin düzgünlüyünü sorğulayır. Bütün bunlar azmış kimi, 2025-ci il İranın nüvə proqramının varlığı üçün həlledici il ola bilər. 2015-ci ildə imzalanan, ancaq demək olar, keçərsiz durumda olan nüvə sazişinin müddəti oktyabrda bitəcək. Sazişin dirçəldilməsi istiqamətində irəliləyişin az olması isə Qərbin səbirsizliyini artırır. Vaşinqtonda fəaliyyət göstərən Yaxın Şərq İnstitutu İran proqramının direktoru Aleks Vatanka düşünür ki, İran illərcə istər daxildə, istərsə xaricdə atdığı yanlış addımların acı nəticələri ilə üzləşir və indi kritik nöqtəyə gəlib çıxıb: "İrana şok terapiyası özəyinədək silkələnmək lazımdır ki, bəlkə bu rejimi qurtarmaq mümkün olsun". Təhlilçilərin fikrincə, Tehran siyasətində ciddi dəyişikliklər etməli və ağır qərarlar verməli, məsələn, çöküşün davam etməsinin önünü kəsmək üçün Tramp administrasiyası ilə əməkdaşlığa getməlidir. 2017-2021-ci illərdə - Trampın ilk prezidentliyi dövründə onun administrasiyası İrana maksimum basqı kampaniyası yürüdürdü. Bura Tehrana qarşı ağır sanksiyaların tətbiqi də daxil idi. Həmidreza Əzizi  bu fonda qeyd edir: "Göründüyünə görə, həm daxili, həm də xarici cəbhələrdəki mövcud çətinliklər fonunda Tehranda siyasi dairələr arasında razılığa gəlməyin ən praqmatik çıxış yolu olmasına dair konsensus artmaqdadır". Aleks Vatanka isə deyir ki, dünya bu cür razılaşmanı alqışlamalı olsa da, bu, dini isteblişmenti qurtarmağa yetməyə bilər: "İrandakı rejimin üzləşdiyi ağır problemlə bağlı Trampın, yaxud başqa kiminsə edə biləcəyi heç bir şey yoxdur. Rejim öz xalqını itirib".

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ