çərşənbə günü, 28 oktyabr 2026
     

İrəvan Kremlə qarşı "atla gediş" etdi - Avroittifaqdan imtina etmir, Rusiya isə onu Aİİ-dən çıxara bilmir...

Image


Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib. Sənəddə ayrıca vurğulanır ki, Ermənistan Aİ-yə üzvlük prosesinin başladığını elan edir.

Ölkənin xarici işlər naziri Ararat Mirzoyan qanun layihəsinin Milli Məclisə vətəndaş təşəbbüsü kimi təqdim edildiyini deyib: "Mülki təşəbbüs kimi Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsi parlamentə təqdim olunub və indi hökumət öz mövqeyini bildirməlidir. Biz bir neçə halı nəzərə alaraq müsbət mövqe bildirməyi təklif etmişik. Son illərdə Ermənistanla Aİ arasında kifayət qədər dinamik münasibətlər var. Onlar çox zəngin məzmuna malik olmaqla yanaşı, müxtəlif sahələri əhatə edir. Aİ həmçinin Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək etməyə hazır olduğunu bildirib. Aydındır ki, Aİ-nin çox zəngin demokratik ənənələri, güclü demokratik təsisatları, azad rəqabət mühiti, müasir iqtisadiyyatı, inkişaf etmiş elmi var. Ermənistan Aİ-nin mümkün hesab etdiyi qədər Aİ ilə yaxınlaşmağa hazırdır. Bunun mümkün olduğuna dair əlamətləri də gördük. Mən vizanın liberallaşdırılması prosesinin başlanmasını və Aİ ilə tətbiq edilmiş və ya müzakirə olunan bir sıra digər sənədləri nəzərdə tuturam". Ölkənin baş naziri Nikol Paşinyan  bildirib ki, Ermənistanın Aİ-yə daxil olması barədə qərar yalnız ümumxalq səsverməsi yolu ilə verilə bilər. Onun sözlərinə görə, o vaxtadək Ermənistan və Aİ yol xəritəsi hazırlamalıdır. 2023-cü ilin oktyabrında Paşinyan Avropa Parlamentində ölkənin Aİ-yə daxilolma imkanını fəal şəkildə müzakirəyə çıxardığını dilə gətirib. Bu bəyanatdan bir neçə ay sonra Avropa Parlamenti Avropa Komissiyası və Avropa Şurasından İrəvanı Brüssellə əməkdaşlığı genişləndirməkdə dəstəkləməyə çağıran ayrıca qətnamə qəbul edib. Beləliklə, Ermənistan hökumətinin iclasında ölkənin Aİ-yə qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsi təsdiqlənib. Baş vrənlər Rusiyada ciddi narazılıqla qarşılanır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ermənistanın Aİ-yə mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil: "Aİ-yə bu üzvlük nə deməkdir? Bunu indi demək çətindir. Çünki əlbəttə ki, hipotetik olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil". Peskov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Ermənistan üçün faydalıdır. Onun sözlərinə görə, fayda faizlərlə, yüksək artım templəri ilə ölçülür. Bundan əlavə, Aİİ çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları iştirak edən xalqların və ölkələrin rifahı üçün işləməyə davam edir.

Məsələ ilə bağlı rusiyalı politoloq Sergey Markov bildirir ki, həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü olmaq, əlbəttə ki, mümkün deyil: "Aİİ Aİ ilə müqayisədə daha məhdud funksionallığa malikdir və əsasən ümumi bazar olmaq konsepsiyasını ehtiva edir. AB isə yalnız ümumi bazar əsasında deyil, həm də konfederativ elementləri olan ümumi siyasi sistem üzərində qurulub. Bu baxımdan, Aİİ-ni Aİ-də mövcud olan struktur və formatların ilkin mərhələsi kimi qiymətləndirmək olar. AB ümumi bazardan əlavə, konfederativ xüsusiyyətləri olan siyasi birlikdir. Buna görə də Aİ Ermənistanın Aİİ üzvlüyünü strateji baxımdan qəbul etməyəcək. Ermənistanın Aİ-yə üzvlük məsələsini dövlətin strateji kursu kimi elan etməsi onun Aİİ üzvlüyü ilə bağlı strateji problem yaratmır, bu daha çox, iqtisadi deyil, siyasi ziddiyyətlər doğurur". Ekspert   açıqlamasında  qeyd edib ki, İrəvanın Aİ-yə tez bir zamanda üzv olmaq şansı yoxdur: "Ermənistanın Aİ-yə üzv olmaq prosesini başlamağa hazırlaşması hələ o demək deyil ki, ölkə bu quruma üzv olacaq. Üzvlük uzun və mürəkkəb danışıqlar prosesi tələb edir. Bu müddət ərzində Ermənistan Aİ tərəfindən kiçik müttəfiqləri üçün yaradılmış strukturlara və sistemlərə uyğunlaşma mərhələsindən keçməlidir. Lakin İrəvanın, özünün də başa düşdüyü kimi, Aİ-yə tamhüquqlu üzv olmaq şansı çox azdır. Strateji olaraq belə bir açıqlama Ermənistan üçün Aİ-nin müttəfiqi statusu qazanmaq imkanını artırır və müxtəlif faydalı proqramlarda iştirak etməsinə şərait yaradır. Ancaq bu cür proqramlara qoşulmağın əks tərəfləri də mövcuddur. Ermənistan Aİ ilə əməkdaşlıq etmək üçün suverenliyinin bir hissəsini güzəştə getməli olacaq. Aİ təmənnasız heç bir dəstək göstərmir. İki tərəf arasında ciddi danışıqlar və qarşılıqlı güzəştlər, alver başlayacaq. Avropa Komissiyası bu tip alverlərdə böyük təcrübəyə malikdir və müxtəlif ölkələr, qonşular və ya üzv olmaq istəyən qurumlarla daim bu cür müzakirələr aparır. Ermənistan isə özünü böyük bir diasporun təmsilçisi kimi təqdim edərək, siyasi manevrlərlə nəticə əldə etməyə çalışır. Ermənilər tarixi təcrübələrinə əsaslanaraq düşünürlər ki, Osmanlı və ya Çar Rusiyasını aldada bildikləri kimi, AB bürokratiyasını da aldada bilərlər. Lakin Aİ çalışacaq ki, Ermənistanı çox şey ödəmədən Aİİ üzvlüyündən çəkindirsin. Digər tərəfdən, Ermənistan AB-nin proqramlarından maksimum fayda götürməyə çalışacaq və eyni zamanda Aİİ üzvlüyünü qoruyub saxlayacaq". Markov qeyd edib ki, Ermənistan Aİ-yə üzvlüyə can atsa da, Aİİ-dən daha daha çox fayda əldə etdiyini anlayır: "Ermənistan üçün ideal ssenari Aİİ üzvlüyünü Aİ ilə əvəz etməkdir. Lakin Aİ-yə üzvlük perspektivi çox uzaqdır. Türkiyə nümunəsində olduğu kimi, Ermənistanın da üzvlüyü rədd edilə bilər. Belə olan halda Aİİ üzvlüyü Ermənistan üçün daha sərfəli seçimdir. Çünki Aİİ üzvlüyü vasitəsilə Ermənistan Rusiya sanksiyalarından yan keçərək əhəmiyyətli gəlirlər əldə edir. Buna görə də İrəvan Aİİ-dən çıxmaq istəməyəcək, amma eyni zamanda Avropa Komissiyası ilə danışıqlar aparacaq. Eyni zamanda Aİİ-ni şantaj edərək güzəştlərin artırılmasına çalışacaq".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ