çərşənbə günü, 28 oktyabr 2026
     

Paşinyanın yeni təklifləri Bakı ilə sülh imkanlarını tam qapatdı...

Image


Afsəddin Nəbiyev: "Kimin olmasından asılı olmayaraq, heç bir irəliləyişin olmasından söhbət gedə bilməz"

Ermənistan baş naziri Nikol Paşinyan regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb. Onun təkliflərinə aşağıdakılar daxildir: 

- eskalasiya yarada biləcək nitqdən qarşılıqlı imtina;

 - Qızılhacılı-Aşağı Əskipara hissəsində həyata keçirilən delimitasiya təcrübəsi əsasında delimitasiya prosesini davam etdirilməsi; 

- 90 faiz hazır olan sülh müqaviləsinin imzalanması; - "Sülh kəsişməsi" layihəsinin həyata keçirilməsi; 

- atəşkəs rejiminin pozulması hallarının araşdırılması üzrə birgə mexanizmin tətbiq edilməsi; 

- itkin düşmüş şəxslərin taleyinin araşdırılması məsələsinin həlli üzrə intensivliklə çalışmaq; 

- qarşılıqlı tələblərdən, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina edilməsi; 

- sülh müqaviləsinin müddəalarının tam və effektiv həyata keçirilməsi üzərində işləmək; 

- silahlara qarşılıqlı nəzarətə dair danışıqlar mexanizminin formalaşdırılması; 

- sülhə nail olduqdan sonra birgə ekspert komissiyası yaratmaqla hər iki ölkədən olan qaçqınlarla bağlı məsələləri müzakirə etmək; 

- ATƏT-in Minsk Qrupunun buraxılması.

Əslində Paşinyan indiyə qədər Azərbaycanın da dediklərini bir yerə yığıb, guya sülh prosesində özü də təşəbbüskarlıq edib belə konkret maddələrlə çıxış edir. Halbuki, burada Azərbaycanın iki mühüm şərti yoxdur. Digərlərinin hamısı özünkülərdir ora daxil edib. Məsələn, "Sülh kəsişməsi"ndən dəm vurur. Halbuki, Azərbaycanın birmənalı olaraq imtina etdiyi məqamlar var və bu şərtlər qəbul oluna bilməz. Üstəlik, Azərbaycanın iki vacib şərti var. Birincisi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarından imtina etmək. İkincisi, iki ölkə sərhədində üçüncü dövlətlərin strukturlarının yerləşdirilməsindən imtina. Bu iki vacib şərt Paşinyanın təkliflər paketində yoxdur. Halbuki, bunlarsız Azərbaycan heç bir razılığa qol çəkməz.

"Vacib məsələləri kənarda qoyaraq yenidən spekulyativ addımlar atmaq ermənilərin mahiyyətindən irəli gəlir"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, Paşinyanın regionda sabitliyin təmin olunması ilə bağlı təklifləri dəfələrlə Ermənistanın siyasi dairələri tərəfindən mətbuatda səsləndirilib: "Məsələ burasındadır ki, bütün bu təkliflərin həyata keçirilməsinə əngəl olan məhz erməni tərəfidir. Ardıcıllıqla baxsaq görərik "Sülh kəsişməsi" layihəsi çeynənmiş bir mövzudur. İnfrastruktur nəqliyyat layihələri illərdir Azərbaycan, Gürcüstan, Türkiyə hərtərəfli inkişaf etdirilib. Demək olar ki, bu mövzu indi özünüreklamdan başqa bir şey deyil. Atəşkəs rejiminə riayət olunmasına gəldikdə isə, Ermənistan silahlı qüvvələri bütün zamanlarda ilkin olaraq atəşkəsi pozublar. İtkin düşmüş şəxslərin taleyinə nəzər yetirsək, Birinci Qarabağ savaşında Azərbaycan tərəfindən itkin düşən minlərlə vətəndaşımızın taleyi hələ də məlum deyil. Müharibənin bitməsindən dörd ildən artıq vaxt keçir, bəs indiyə kimi qarşı tərəf niyə bu məsələnin həlli üçün hər hansı bir addım atmayıb? Təbii, suallar çoxdur. Beynəlxalq məhkəmələrdən necə imtina edə bilərik, qarşı tərəf Azərbaycana,  mütəxəssislərin hesablamalarına görə, yüz milyardlarla dollar ziyan vurub. Bəs bu ziyanın ödənilməsi necə olacaq? Beynəlxalq praktikada bu məsələdə torpaq ərazi təzminatı halları mövcud olub. Əgər Ermənistan tərəfi təzminatı ödəyə bilməzsə bunu ərazilərini güzəştə getməklə kompensasiya etməlidilər. Ən vacib elementlərindən biri ondan ibarətdir ki, Ermənistanın baş  naziri bu dəfə də konstitusiyada dəyişiklik edilməsi məsələsindən yayınıb. Vacib məsələləri kənarda qoyaraq yenidən spekulyativ addımlar atmaq ermənilərin mahiyyətindən irəli gəlir. Hələ öz ölkəsində üçüncü dövlətlərin strukturlarını yerləşdirməsi barədə bir kəlmə söz açmaması erməni hiyləgərliyinin bariz sübutu deyilmi? Biz indiki mərhələdə Paşinyanın "sülh göyərçini" obrazında təqdim olunmasını çox yaxşı başa düşürük. Bütün bunlar vaxt qazanmağa hesablanmış erməni "taktikasıdır". Son günlər ictimaiyyətə açıqlanan Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə partiya qurultayında çıxışı bir daha onu göstərdi ki, bu dövlətin mahiyyəti faşizmlə yoğrulub. Faşizm ideologiyanın kökü kəsilməsə, Ermənistanın siyasi rəhbərliyində kimin olmasından asılı olmayaraq, heç bir irəliləyişin olmasından söhbət gedə bilməz".

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

27.10.2026 / 10:45
"Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər" - Prezident

27.10.2026 / 10:39
Seçkiyə 1 həftə qalmış Trampa qarşı impiçment hazırlıqları başladı

27.10.2026 / 10:34
Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışdı

27.10.2026 / 10:30
"Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir" - Prezident İlham Əliyev

27.10.2026 / 10:28
Dubay məhkəməsi Rusiya neftinin satışından 700 milyon dollardan çox vəsaiti dondurub - işin içində azərbaycanlılar da var…

27.10.2026 / 10:25
Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

27.10.2026 / 10:19
Bakıda jurnalistlər üçün rəqəmsal bacarıqlar sessiyası keçirilir

27.10.2026 / 10:17
"Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır" - Prezident

27.10.2026 / 10:14
Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

27.10.2026 / 10:08
"Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir" - Prezident

27.10.2026 / 10:05
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO/VİDEO/YENİLƏNDİ

27.10.2026 / 09:52
Dünyanın gözü İsraildəki parlament seçkilərində - Netanyahu, ya Eisenkot...

27.10.2026 / 09:34
ABŞ İran ətrafında hərbi gəmilərin sayını artırır…

27.10.2026 / 09:20
Türkiyədə qasırğa fəlakəti... Fəhlələrin qaldığı iki kabinə devrildi, ölənlər var…

27.10.2026 / 09:07
“Ab-Hava” restoranında kütləvi dava pul üstündə olub - YENİ DETALLAR ortaya çıxdı...

27.10.2026 / 06:37
İsrail BMT-ni cihadçı terrorizmi əsaslandırmaqda ittiham etdi

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ