çərşənbə günü, 28 oktyabr 2026
     

Rəsulzadə Tələt Paşaya yalvarıb ki, “Qafqazda erməni dövləti yaradılsın” - bu nə təxribatdır?

Image


Faiq Ələkbərli: "Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi"

Azərbaycan torpaqlarında Ermənistan adlı dövlətin necə yarandığı, hansı güclər tərəfindən qurulduğu məlum olsa da, təəssüflər olsun ki, bəzi tarixçilər hansısa "arxiv sənədləri" tapıb ortaya çıxarıblar və iddiaya görə, bu dövlət 1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələrinin Ənvər Paşaya böyük bir müraciəti ilə yaradılıb. 

Bu iddianı ortaya atan isə AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarovdur. V.Qafarov bunu "Ermənistanın təşəkkülü və İrəvanın ermənilərə verilməsi" adlı kitabında, həm də çıxışlarında vurğulayıb. Onun bu barədə çıxışı feysbuk sosial şəbəkəsində yayılıb və ciddi tənqid olunub. V.Qafarov deyir  ki, "1918-ci il mayın 23-də Batum konfransındakı Azərbaycan nümayəndələri erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya böyük bir müraciətlə çıxış etdilər". 

V.Qafarov qeyd edib ki, 1918-ci ildə Azərbaycan tərəfinə erməni dövlətinin yaradılmasına imkan verilməməsi təklif edilib, amma Azərbaycan tərəfi buna qarşı çıxıb. "Mən bu gün həmin sənədi də bura gətirmişəm. 1918-ci ilin may ayının 23-də 4 səhifəlik böyük bir müraciətnamədir ki, Ənvər Paşaya göndərilib". 

O vurğulayır ki, müraciətnaməni   Məhəmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Qazıəhməd bəy Xanbaba, Əhmədcövdət Pepinov, Aslan bəy  Səfikürdski, eyni zamanda Tiflisdən gələn Azərbaycan fraksiyasının üzvləri – Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və Məmməd Yusif Cəfərov imzalayıb, onların sayı 9 nəfər olub. "Bu müraciətdə göstərirlər ki, Osmanlı hökumətinin siyasəti ondan ibarətdir ki, Qafqazda gürcü və Azərbaycan dövlətləri yaradılsın, erməni dövlətinin yaradılmasına imkan verilməsin. Amma biz sizdən xahiş edirik ki, nəyin bahasına olursa-olsun, Cənubi Qafqazda erməni dövləti yaradılmalıdır, bunun üçün də biz ermənilərə torpaq güzəştə getməyə hazırıq". Bunu V.Qafarov deyib. 

"Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır"

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəsləfə doktoru Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bunun bir təxribat olduğunu bildirdi. O qeyd etdi ki, V.Qafarovun sosial şəbəkədə yayılan çıxışına da qulaq asıb, kitabı ilə də tanışdır. "Bu adam israrla deyir ki, 1918-ci il mayın 28-də təşəkkül tapmış Ararat Respublikasının yaranmasında əsas rolu məhz o zaman Qafqaz Seymində təmsil olunan Müsəlman Fraksiyasının, yaxud Cənubi Qafqazın Müsəlman Fraksiyası və onun rəhbərləri-Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Pepinov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli oynayıb. Bunu da nə ilə əsaslandırır? Deyir ki, 1918-ci il mayın  23-də onların Osmanlıya bir müraciəti var. Əslində məsələ nədir? Bilirik ki, o zaman Osmanlı dövləti ilə Azərbaycan türklərinin, gürcü və ermənilərin təmsil olunduğu Cənubi Qafqaz Seymi arasında müharibə olub və həmin müharibədə ermənilərlə gürcülər iştirak etsələr də, Azərbaycan türkləri Osmanlını müdafiə etdilər. Bu müharibədə Tələt Paşanın rəhbərlik etdiyi Osmanlı hökuməti qalib gəldi və əvvəlcə Trabzonda danışıqlar oldu, sonra isə Batumda.  Əvvəlcə gürcülərin, ermənilərin və Azərbaycan türklərinin ayrıca müstəqil Cənubi Qafqaz Seymi dövləti vardı, konfederasiya dövləti. Osmanlı onların hər üçünü qəbul edirdi. Sadəcə, gürcülərin iddia etdiyi torpaqların bəzi hissələrini, o cümlədən də Sürməli tərəfi Osmanlı hökuməti istəyirdi və onu da razılaşdırmışdılar. Ancaq sonra Osmanlı hökuməti digər ərazilərə də iddia etməyə başladı. Xüsusilə də Gümrünü, İrəvanın bir çox ərazilərini istədi.
Əsas danışıqları Osmanlı dövlətinin baş naziri Tələt paşanın adından Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy aparırdı. Sonradan məlum olub ki, Tələt Paşa ancaq müəlmanları və gürcüləri qəbul etmək istəyir, ermənilərin yaşadıqları əraziləri, xüsusilə də Gümrünü Osmanlı ərazisinə qatmaq istəyir. Həmin müraciətdə də o göstərilir. Məhəmmədhəsən Hacınskinin, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xosykinin və başqalarının etdiyi müraciətdə deyilir ki, biz Osmanlı hökumətinin bütün siyasəti, qəbul etdiyi qərarlarla razıyıq. Ancaq Cənubi Qafqaz Konfedrasiyasının fəaliyyəti artıq mümkün deyil, çünki gürcülər müstəqillik elan etmək istəyirlər, ermənilərin yaşadıqları ərazilərin çox hissəsini Osmanlı öz ərazisinə qatır. Gördüyümüz kimi, burda çox çətin vəziyyət yaranır, təklif olunur ki, Osmanlının əvvəlcədən Trabzonda da hesab etdiyi kimi, bəlkə burda kiçik bir erməni kantonu təşkil olunsun. Azərbaycan nümayəndələri sadəcə bunu təklif edirlər. Çünki Osmanlının da əvvəlcədən bir fikri vardı ki, kiçik bir erməni kantonu yaransın. Məsələnin mahiyyəti budur ki, kiçik bir erməni kantonun, yaxud dövlətinin yaranması iradəsini, başda Rəsulzadə olmaqla, Azərbaycan Xalq Cumhuriyyətini yaradanlar ortaya qoya bilməzdi. Əsas rolu Osmanlı oynayırdı. Sadəcə, Vasif Qafarov bütün bunların hamısını tamam başqa məcraya yönəldir. Yəni o iddia edir ki, guya məhz Məmmədhəsən Hacınski, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Yusif Cəfərov və adları çəkilən digərləri Osmanlı dövlətini "məcbur ediblər ki, yox, hökmən erməni dövləti yaranmalıdır". Bu absurddur. Xalq Cumhuriyyəti qurucuları xahiş-minnət etməyiblər".

F.Ələkbərlinin sözlərinə görə, əslində həmin müraciətdə var ki, əgər Osmanlı hökuməti kiçik bir erməni kontonu yaratmasa, bu o zaman Osmanlı üçün də, Azərbaycan üçün də təhdid olacaq. "Yəni Osmanlının nəzarətində olan Gümrüdə və digər yerlərdəki ermənilərin hamısı Bakıya doğru axın edəcək, Bakıdakı ermənilərlə birlşəcəklər, o zaman daha böyük təhlükə yaradacaqlar. Mənə elə gəlir ki, məsələni hərtərəfli şəkildə araşdırmaq və hər şeyi dəqiq ehtiva etmək lazımdır. Cənubi Qafqaz Konfedrasiyası ilə Osmanlı arasında müharibədən sonra vəziyyət xeyli dərəcədə dəyişir, əvvəlcə Tələt Paşa istəyir ki, bir erməni kantonu da olsun, sonra istəmir, ermənilərin təhlükə yaradacağını deyir. Yəni demək istəyirəm ki, Cumhuriyyəti yaradanların razı olub-olmamasından asılı olmayaraq burda əsas rolu oynayan Osmanlı hökuməti idi. Müraciətin sonunda da deyilir ki, əgər Osmanlı hökuməti bütün hallarda erməni kontonun yaranmasına razı olmasa, o zaman  vaxtında ordu göndərməlidir ki, biz Bakını və ermənilərin əlində olan digər torpaqlarımızı işğaldan azad edək. Müraciətdə vurğulanır ki, biz kiçik qardaş kimi Osmanlıya, böyük türk siyasəti aparan türk hökumətinə böyük hörmətlərimizi, tövsiyələrimizi bildiririk, necə ki, bu hökumətin özünün marağında da vardı ki, üç millətdən ibarət Cənubi Qafqaz Federasiyası olsun, əgər bu baş tutmursa, gürcü və müsəlman kantonu yaranırsa o zaman ermənilərə də kiçik bir muxtariyyət verilsin, onlar əks təqdirdə həm yeni yaradılmaqda olan Azərbaycan Xalq Cumhuriyyəti, həm də Osmanlı dövləti üçün ciddi problemlər yaradacaqlar. Ancaq bu o demək deyildi ki, kiçik bir erməni kantonun yaranması ilə problem həll olunmuş sayıla bilərdi. 

Vasif Qafarov iddia edir və cəmiyyətə yeritmək istəyir ki, Ararat adlı dövləti guya azərbaycanlılar yaradıblar, onun yaranmasında Cumhuriyyət qurucuları maraqlı olub. Bu qarayaxmadır. Cumhuriyyəti quranların müraciətlərini tamam başqa yerə yozub, ordan tamam başqa məna çıxarıb onlara qara yaxmaq, erməni dövlətinin yaranmasına görə onları suçlamaq yolverilməzdir, qəbuledilməzdir. Onları ləkələmək heç bir vicdana, insanlığa, milli əxlaqa sığışmır. Hər hansısa bir məsələni kontekstdən çıxarıb, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cumhuriyyət qurucularını bu cür ağır ittiham altında buraxmaq qətiyyən qəbuledilməzdir. Mənə elə gəlir ki, Vasif Qafarov məsələni öz bildiyi kimi yazır və bununla da kimlərinsə dəyirmanına su tökməklə məşğul olur. Cumhuriyyətimizi quranlara bu cür böhtanlar atmaq, ağır ittihamlar irəli sürmək qətiyyən qəbuledilməzdir. Ona görə də məsələnin, bu müraciətlərin  mahiyyətini Azərbaycan ictimaiyyətinə olduğu kimi çatdırmaq lazımdır. Birdəfəlik də anlamaq lazımdır ki, başda Rəsulzadə olmaqla, Azərbaycan Cumhuriyyətini quranlar istəsəydilər də erməni kantonu yarada bilməzdilər. Bu məsələdə azərbaycanlılar rol oynaya bilmirdilər. Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, azərbaycanlılar burda müəyyən təkliflər irəli sürürdülər. Əsas rolu oynayan isə onlar olmayıb. Erməni dövləti necə yarandı, necə quruldu, onu ictimaiyyətə olduğu kimi çatdırmaq lazımdır" - deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:27
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ