çərşənbə günü, 28 oktyabr 2026
     

Rusiya-Avropa qaz müharibəsi Azərbaycana da təsir göstərdi...

Image


Məlum olduğu kimi, Ukrayna qaz tranzitilə bağlı müqaviləni uzatmaqdan imtina edəndən sonra Rusiyanın "Qazprom" şirkəti bu ölkə ərazisi ilə qazın nəqlini dayandırıb. Bunun Rusiya qazından asılılığını illərdir azaldan bir çox Avropa ölkəsi üçün hər hansı fəsada yol açmayacağı deyilir. 

Slovakiya, Macarıstan, Avstriya və bir neçə Balkan ölkəsi, nisbətən az həcmlərdə olsa da, Rusiya qazını almağa davam edirdi. İndi həmin ölkələrdə həyəcan təbili çalınır.

Qaz tranziti haqqından imtina Ukraynaya ildə 800 milyon dollara başa gələcək. Rusiya isə ildə 5 milyard dollarlıq satışlardan məhrum olacaq.

Ukrayna Energetika Nazirliyi qaz nəqlinin dayandırılmasını milli güvənlik səbəbləriylə əlaqələndirərək beynəlxalq tərəfdaşlarını xəbərdar edib. Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib: "Rusiyadan gələn qaz tranzitinin dayandırılması tarixi olaydır. Rusiya satış bazarlarını itirdiyindən maliyyə itkiləriylə üzləşəcək". Qeyd edək ki, 2022-ci ildə "Şimal axını" qaz borusu dağılandan sonra Sibirdən Ukrayna ərazisiylə Avropaya təbii qazı nəql edən boru Rusiyanın sonuncu böyük kəməri idi. Belarus üzərindən Polşaya "Yamal-Avropa" xəttiylə nəql edilən qazın təchizatı hələ 2022-ci ildə, Ukraynada savaş başlanandan sonra dayandırılmışdı.   Bir çox avropalı istehlakçı artıq ABŞ, Qətər və Norveçdən mayeləşdirilmiş təbii qaz alır. Macarıstan və digər ölkələr Qara dənizin dibilə çəkilən "Türk axını" xəttindən Rusiya qazı almağa davam edir. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məsələ ilə bağlı bildirir ki, Türkiyə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha böyük töhfə vermək istəyir. Ankara Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 10 milyard kubmetrədək qaz tədarük etməyə hazırdır. Energetika naziri qeyd edib ki, Türkiyədən mavi yanacağın tədarükünün artırılması Avropa tərəfindən siyasi iradə və öhdəlik, eləcə də interkonnektorlara sərmayələrin artırılması ilə mümkündür. Eyni zamanda, Bayraktar Qətərdən Türkiyəyə qaz kəməri layihəsini perspektiv adlandırıb və qeyd edib ki, bu ideya reallaşarsa, Avropaya qazın svop tədarükü mümkün olacaq: "İdeyanın həyata keçirilməsi üçün əsas şərt regionda, xüsusən də Suriyada sabitlikdir. Bu, müəyyən vaxt tələb edir". O qeyd edib ki, Türkiyə Suriyanın özündə də qaz kəməri tikintisi layihələrini həyata keçirə, eləcə də qonşu ölkənin elektrik enerjisinə ehtiyacını ödəmək üçün üzən elektrik stansiyalarının potensialından istifadə edə bilər.

Bunlarla yanaşı, Avropa Azərbaycan qazına da ümid edir. Məsələ ilə bağlı  ukraynalı iqtisadçı ekspert İvan Us  bildirib ki, Rusiyanın Avropaya təbii qaz nəqlinin pik həcmi sovet dövründə olub. Sonra qaz nəqli azaldılıb: "Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra qaz nəqlinin həcmi daha da azaldıldı. 2024-cü ilin sonuna olan statistikaya görə, Rusiyanın Avropaya qaz nəqlinin həcmi təxminən 30 milyard kubmetrə yaxın olub. Rusiyanın Avropaya qaz ixracının təxminən yarısı Ukraynadan keçirdi. Bu da təxminən Rusiya üçün illik 5-6 milyard dollar gəlir demək idi. Ukrayna da Rusiya qazının nəqlindən qazanırdı. Bu da təxminən illik 800 milyon dollar idi". Onun sözlərinə görə, Avropa ölkələri alternativ marşrutlarla təbii qazla təmin olunacaq: "Avropanı təbii qazla təmin etmək üçün "Cənub dəhlizi" var. Rusiya təbii qazını Qara dənizlə Türkiyə vasitəsilə Bolqarıstana və daha sonra Avropa ölkələrinə çatdırır. O ki qaldı Avropanın alternativ mənbələr hesabına qaz almasına, ilk növbədə deyim ki, Avropa üçün Azərbaycan, Norveç, ABŞ, Qətər, Əlcəzair qazı var. Bu ölkələrdən Avropaya təbii qazın çatdırılması üçün əlverişli logistika mövcuddur. Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan sonra Avropa alternativ qaz marşrutları üçün öncədən tədarükünü görüb. Bir sadə həqiqəti də yaddan çıxarmaq lazım deyil ki, Tramp prezidentlik səlahiyyətinə başladıqdan sonra Avropa ölkələrinin ABŞ-dan daha çox təbii qazın almasını tələb edəcək". Qeyd edək ki, Azərbaycanın "Transadriatik" boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür. Bu müddətdə TAP-la Avropaya 42.8 milyard kubmetr qaz tədarük olunub. Ötən il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12.9 milyard kubmetr qaz ixrac edilib. Avropada təbii qaz ehtiyatına mənfi təsir göstərən əsas amil soyuq havadır. Avropa Qaz İnfrastrukturunun məlumatlarına görə, 2024-cü ilin noyabrında Aİ-nin orta təbii qaz ehtiyatı 95 faiz olduğu halda 2025-ci ilin əvvəlində bu rəqəm 72 faizə enib. Ehtiyatlarda azalma əvvəlki illərin eyni dövrlərində də müşahidə olunub. Lakin azalma sürəti cari məlumatlardan daha məhdud idi. Ehtiyatlarda azalma tendensiyası növbəti aylarda da davam edəcək.   Azərbaycan hökuməti bu fonda artıq açıqlayıb, 2027-ci ilə qədər Avropada qaz satış həcmlərimizi 16 milyard kubmetrə çatdırmağı planlaşdırır. Avropanın da buna aehtiyacı var.  Rusiya qazının Ukrayna üzərindən Avropya ixracının dayandırılması artıq birjalardakı qaz qiymətlərində öz əksini tapıb. Qazın qiyməti əvvəlcə 450 dollar həddini keçdi və artıq 31 dekabrda qaz 530 dollara qədər bahalaşmışdı. Misal üçün 2025-ci ilin ilk hərraclarında qazın qiyməti mütəmadi olaraq, 550 dollar həcmindən aşağı ticarət edib. Bu onun göstəricisidir ki, Avropa Rusiya qazının Ukrayna üzərindən verilişinin dayandırılmasını ehtiyat anbarlarda kifayət qədər qazın olmasına baxmayaraq, hiss etməyə başlayıb. Bu da Avropanın Azərbaycana ehtiyacını artırır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:27
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ