çərşənbə günü, 28 oktyabr 2026
     

Bu il Konstitusiya referendumu keçirilə bilər - zəruri səbəblər müzakirədə...

Image


Bəlli olduğu kimi, prezident İlham Əliyev 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etdi. Dövlət başçısının imzaladığı sərəncamda bu, 2025-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsinin 30-cu və İkinci Qarabağ müharibəsində qələbənin beşinci ildönümü ilə əsaslandırılır. 

Bəzi ekspertlər düşünür ki, bu il Konstitusiyaya növbəti dəyişiklikləri də gözləmək olar.

Onu da qeyd edək ki, qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya hər zaman dövlətçilik ənənələrinin, hüquq qaydasının qorunmasına xidmət edir. Azərbaycan Konstitusiyasında müasir sivil cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə əksini tapıb. Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Əsas Qanun Konstitusiya quruluşunun vacib başlanğıcı kimi xalq hakimiyyətini bəyan edir, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi kimi müəyyənləşdirilməsi, dövlətin üzərinə hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat vermək vəzifəsinin qoyulması xüsusi əhəmiyyət kəsb edir. Amma zamanın tələblərindən irəli gələn dəyişiklilər də önəmli hesab olunur. Burada bir daha xatırladaq ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı, 1995-ci il noyabrın 12-də isə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunub. 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə referendum keçirilib. Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Elman Məmmədov "Turan"a bildirib ki, ayrı-ayrı illərdə ölkə Konstitusiyasına müəyyən dəyişikliklər edilib: "Dünya inkişaf edir, müəyyən vəziyyətlər yaranır, bütün sahələrdə struktur və digər islahatlar aparılır. Müəyyən məsələləri də dünyada gedən proseslərlə uzlaşdırmaq lazımdır. Buna görə də bu dövrlər ərzində bir neçə dəfə referendum yolu ilə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu". Deputatın sözlərinə görə, 2025-in "Konstitusiya və Suverenlik İli" elan olunması mütləq o demək deyil ki, Konstitusiya dəyişəcək: "Ancaq ola bilər ki, Konstitusiyamızda referendum yolu ilə müəyyən dəyişikliklər olsun. Müəyyən struktur islahatları, idarəetmə qurumlarında müəyyən islahatlar aparıla bilər". E.Məmmədov işğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə formasının - prezidentin xüsusi nümayəndəliklərinin yaradıldığını xatırladıb: "Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olunub, artıq idarəetmədə bu gün üçün özünü tam da doğrultmayan, vaxtını başa vurmuş müəyyən qurumlar var. Ola bilər ki, yenidən bu məsələyə baxılar, referendum keçirilər. Bələdiyyələr yarandığı gündən (1999-cu il) onlarla bağlı çoxlu qanun toplusu yaranıb, vaxtaşırı dəyişikliklər edilir. Ola bilsin, bələdiyyələrin idarəetməsi ilə bağlı yenidən dəyişikliklər olsun. İcra hakimiyyətləri ilə bağlı da nəsə ola bilər". Respublikaçı Alternativ (REAL) Partiyasının sədri Natiq Cəfərli "Azadlıq" radiosuna deyib ki, Azərbaycanda üç dəfə müxtəlif illərdə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçirilib. Onun fikrincə, yeni, bütün idarəetmə problemlərini çözməyə yardımçı olacaq Konstitusiyaya ehtiyac var: "Ehtimal var ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması həm də buna işarədir. Bəzi məlumatlar da vardı ki, hakim dairələrdə bu barədə müzakirələr gedir". N.Cəfərli bildirir ki, ölkə prezidenti özü dəfələrlə icra hakimiyyəti institutunu tənqid edib: "Hətta həbslər oldu, onlarla icra başçısının yeri dəyişdi. Amma dəyişən bir şey yoxdur. İnstitusional olaraq həmin orqan necə vaxtı ikən insanların hörmətini qazanmamışdı, indi də bir çox hallarda regionlarda biznesin inkişafına maneçilik törədən orqana çevrilir... Ölkədə bu sayda rayonların olmasına ehtiyac yoxdur. Prezidentin fərmanı ilə 14 iqtisadi rayon yaradılıb, onların inzibati ərazi vahidinə çevrilməsi köhnə bölgüdən Azərbaycanın canını qurtarmış olar". Ölkədə proporsional seçki sisteminin bərpasının önəmini vurğulayan partiya sədrinin sözlərinə görə, majoritar sistem effektiv deyil və səslərin 70 faizi nəzərə alınmır: "Dairədə ən çox səs yığan namizəd qalib gəlir, digər vətəndaşların səsi hesaba alınmır". Xatırladaq ki, majoritar seçki sistemində kim çoxluğun səsini qazanırsa, o da seçilir. Milli Məclisin deputatı Aydın Mirzəzadə  açıqlamasında bildirir ki, hüquqi dövlətdə yaşadığımızın, onun mexanizmini təkmilləşdirmək üçün addımlar atıldığının növbəti dəfə şahidi oluruq. O qeyd edir ki,  2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan edilməsini 30 il bundan əvvəlki tarixi hadisənin-müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbuluna verilən yüksək qiymət kimi qəbul etmək olar: "Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişilə cəmiyyətdə qarşıdurmanın qarşısını alması, Qarabağ məsələsini müəyyən mərhələyə çıxartması və keçiriləcək islahatların hüquqi bazasını yaratmaq üçün yeni Konstitusiya üzərində işə başlanılması tarixi hadisədir. 30 il bundan əvvəl Azərbaycan xalqı özünün gedəcəyi yolu-hüquqi, demokratik dövlətin yaradılması, insan hüquq və azadlıqlarının təmin edilməsi yolunu seçdi. 30 ildir Azərbaycan dövləti məhz bu prinsiplərə söykənərək, dövlət müstəqilliyini möhkəmləndirir. Cəmiyyətin bütün sahələrində böyük uğurlar əldə edilib. Konstitusiyanın qəbulu, islahatların keçirilməsi, dövlətin möhkəmləndirilməsi 5 il bundn əvvəl 44 günlük Vətən müharibəsini, 2 il bundan əvvəl isə bir günlük anti-terror əməliyyatını keçirməklə suverenliyimizin bərpasına səbəb oldu. Ona görə də 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi tariximizə verilən qiymətdir. Hesab edirəm ki, bir daha hüquqi dövlətdə yaşadığımızı, onun mexanizmini təkmilləşdirmək üçün addımlar atıldığını görürük və dövlətimizlə fəxr edirik".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:37
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 13:27
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ