çərşənbə günü, 28 oktyabr 2026
     

ABŞ Bakı və İrəvanla istənilən formatda(?) işləməyə hazırdır...

Image


Elşən Manafov: "Təcavüzkara münasibətdə beynəlxalq hüququn nəzərdə tutduğu tələblərin tətbiqindən çəkinib"

"Vaşinqton Bakı və İrəvanla irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırdır". Bu barədə ABŞ Dövlət Departamentindən "Amerikanın Səsi" radiostansiyasının erməni xidmətinin sorğusuna cavab olaraq bildirilib: 

"ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistanın Cənubi Qafqazın təhlükəsizliyi və çiçəklənməsi üçün əhəmiyyət daşıyan dayanıqlı, eləcə də layiqli sülh sazişinin əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onlar üçün irəliləyişi təmin edəcək istənilən formatda işləməyə hazırıq".

Maraqlıdır, bununla ABŞ nə demək istəyir? Vaşinqton istənilən formatda işləyə bilərik deməklə nəyi nəzərdə tutur? Məsələn, Moskvanın vasitəçiliyi olsa, ABŞ bunu qəbul edə bilər? Yəni bunu da nəzərdə tutur?

"Tərəflərə ünvanlanmış müraciətlərində ABŞ onları ancaq Qərb platformasında danışıqların aparılmasına çağırır"

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: "ABŞ Dövlət Departamenti Bayden hakimiyyətinin iqtidarı dövründə Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı dəfələrlə belə bəyanatlarla çıxış edib. ABŞ, bir qayda olaraq, tərəflərin razılığa gəldikləri istənilən format və ya şərtləri dəstəkləməyə hazır olduğunu bildirsə də, reallıqda fərqli siyasət yeridir. Reallıqda onun tərəflərə münasibətdə bəyanatlarında birtərəfli mövqe, habelə tərəflərin mövqelərinə fərqli baxışlar həmişə mövcud olub. Məhz ABŞ tərəflər arasında məlum müharibəyə qədər erməni tərəfinin Azərbaycana münasibətdə təcavüzkar siyasətinə əslində göz yumub. Təcavüzkara münasibətdə beynəlxalq hüququn nəzərdə tutduğu tələblərin tətbiqindən çəkinib. Əksinə, Azadlığı Müdafiə Aktına söykənərək Azərbaycanı olmayan cinayətlərdə ittiham edib. Azərbaycanı ABŞ-ın dövlət səviyyəsində yardımından məhrum edib. Məhz ABŞ münaqişənin mövcud olduğu bütün illər ərzində rəsmi Bakının başı üzərindən Qarabağdakı separatçı rejimə humanitar dəstək adı altında maliyyə yardımı göstərib. Separatçıların ayaqda qalmasına dəstək olub. Məlum müharibəyə qədər ABŞ tərəflərə müraciətində problemin güc yolu ilə həlli variantından çəkinməyi təklif etməklə, əslində, Azərbaycan torpaqlarının uzun müddət işğal altında qalmasına bu yolla şərait yaradıb. Azərbaycanın Ermənistana qarşı apardığı müharibədə əldə edilmiş qələbə bölgə ətrafında geosiyasi reallıqların dəyişməsinə səbəb olduğundan, ABŞ satelliti saydığı Paşinyan rejimi vasitəsilə Rusiyanın regiondan sıxışdırıb çıxarılmasına, Moskvanın tərəflər arasındakı danışıqlarda moderator rolunun tərəflər tərəfindən inkarına çalışıb. Azərbaycanın regionda sülh və təhlükəsizlik problemlərinin həllinə dair 3+3 formatında əməkdaşlıqla bağlı təklifləri əslində bu illər ərzində ABŞ tərəfindən dolayısı yolla boykot edilib. Tərəflərə ünvanlanmış müraciətlərində ABŞ onları ancaq Qərb platformasında danışıqların aparılmasına çağırır. Rəsmi İrəvan vasitəsilə Moskvanın və ya digər tərəflərin təşəbbüsü ilə keçirilə biləcək danışıqları boykot edib. Nəhayət, ABŞ Ermənistanla müharibə başa çatan andan Fransa ilə bahəm bu ölkəni silahlandırır ki, bu da onun tərəfsiz vasitəçiliyi ilə bağlı mövqeyi ilə tam ziddiyyət təşkil edir. Bununla belə, ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolun mahiyyətinə həmişə varıb və bundan sonra da bunu nəzərə almaq məcburiyyətindədir. ABŞ gözəl başa düşür ki, Cənubi Qafqaz, habelə Mərkəzi Asiyada artmaqda olacaq geosiyasi mübarizədə rəsmi Bakının mövqeyi nəzərə alınmadan enerji və logistik layihələrin gerçəkləşməsi mümkün deyil. Rəsmi Bakının müstəqil siyasəti və siyasi iradəsi, hadisələrə, habelə ABŞ-ın təklif etdiyi layihələrə Vaşinqtonun deyil, özünün milli təhlükəsizlik maraqlarından yanaşması ABŞ-ı onunla münasibətlərə qarşılıqlı maraqlar müstəvisindən yanaşmağa sövq edir. Rəsmi Bakının çoxvektorlu xarici siyasəti ona beynəlxalq güclərlə münasibətləri təhdid müstəvisindən kənarda qurmağa imkan verir. Orta Dəhliz, habelə Azərbaycanın İranla coğrafi yaxınlığı da tərəflər arasında münasibətlərə, bir qayda olaraq, ciddi təsir imkanlarına malik faktor olduğundan, rəsmi Bakı ilə münasibətlərdə ABŞ onu narazı salacaq addımları atmağı lazım bilmir. Nəhayət, bu bəyanat artıq bir necə gündən şonra ABŞ-da qanuni səlahiyyətlərini itirəcək Bayden administrasiyasına aiddir. Odur ki, Azərbaycan üçün vacib olacaq prezident Tramp iqtidarının Cənubi Qafqaz, konkret olaraq rəsmi Bakı ilə münasibətlərinin xarakteri olacaq".

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 13:27
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

27.10.2026 / 17:20
Azad edilmiş ərazilərdə ən böyük memorial kompleks Ağdamda yaradılacaq...

27.10.2026 / 17:06
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTO

27.10.2026 / 16:49
İvanişvili Gürcüstanda bütün antirus partiyaları qadağan edir...

27.10.2026 / 16:45
Tramp İrana qarşı yeni əməliyyatlar qərarını heç cür verə bilmir...

27.10.2026 / 16:37
AMEA alimləri Pezeşkiana çağırış etdi - İranda azərbaycanlılar üçün ana dilində məktəblər açılsın...

27.10.2026 / 16:30
Hakimlər qarşısında tələb qoyuldu - süründürməçiliyə və təhqirə yol verilməsin!

27.10.2026 / 16:17
Zəngəzur dəhlizində erməni sərhədçilər yalnız müşahidəçi olacaq – ABŞ səfirliyi açıqladı...

27.10.2026 / 16:01
Oktay Saral Azərbaycana qarşı hicab iddialarından hələ imtina etməyibmiş...

27.10.2026 / 15:46
Prezident, birinci xanım və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar - FOTO

27.10.2026 / 15:41
Tramp bütün hərbi bazalarını "90 günlük müharibəyə" hazırlayır - hədəf kimdir?

27.10.2026 / 14:36
Prezidentin sosial şəbəkə hesablarında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakına dair paylaşım edilib - VİDEO

27.10.2026 / 14:05
800 kq Hizbullah partlayıcısı - ələ keçirilən arsenalın taleyinə Livan qərar verir

27.10.2026 / 14:01
Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib - FOTO

27.10.2026 / 14:00
"Ermənistan Konstitusiyasına dəyişiklik davamlı sülhün əsas şərtlərindən biridir" - Fərid Şəfiyev

27.10.2026 / 13:54
"Bakı bu cür beynəlxalq forumlar vasitəsilə mədəniyyətlərarası dialoqa mühüm töhfə verə bilər" - Ozodbek Nazarbekov

27.10.2026 / 13:49
"Mədəniyyətlərarası dialoq sülh və ümumi gələcək naminə davamlı birgə fəaliyyətdir" - Türkmənistanın mədəniyyət naziri

27.10.2026 / 13:36
Çin brendləri Mao Tzedun zarafatı üzündən ünlü futbolçu ilə müqavilələrini ləğv etdi

27.10.2026 / 13:30
Penitensiar Xidmətə yeni rəis təyin edildi

27.10.2026 / 13:23
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

27.10.2026 / 12:50
Türkiyədə daha bir bələdiyyədə şübhəli əməliyyat – üzvlərin YENİ Partiyaya qoşulmasından saatlar əvvəl həbslər aparıldı...

27.10.2026 / 12:21
Rusiya və Ukrayna Xersonda atəşkəs elan etdi...

27.10.2026 / 12:08
“Bakı Prosesi” mədəniyyətlərarası dialoq üçün beynəlxalq platforma yaradıb" -ICESCO-nun Baş direktoru

27.10.2026 / 11:57
"Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib" - İƏT-in Baş katibi

27.10.2026 / 11:49
Ermənistan 30 il sonra?

27.10.2026 / 11:26
Azərbaycan Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədlik təşəbbüsünü alqışlayır

27.10.2026 / 11:14
Prezident İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"

27.10.2026 / 11:08
Paşinyan katolikosa qarşı onun işlərini araşdıran komissiyanı yaratdı

27.10.2026 / 11:06
Prezident: "Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb"

27.10.2026 / 11:03
"Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür" - Prezident

27.10.2026 / 11:01
Prezident: "Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir"

27.10.2026 / 10:57
Polis Masallıda əməliyyat keçirdi - saxlanan var...

27.10.2026 / 10:53
"Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil" - Prezident

27.10.2026 / 10:49
Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ