çərşənbə günü, 28 oktyabr 2026
     

“Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir” - Vüqar Rəhimzadə

Image


Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycandan bəhs edərkən bütün sahələrdə davamlı uğurların əldə edildiyini böyük inam və qürur hissi ilə qeyd edirik. Buna əsas verən ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi, hər bir sahə üzrə Dövlət Proqramlarının qəbulu və uğurlu icrasıdır. 

Elə bir sahə yoxdur ki, dövlətin siyasətində prioritet istiqamət kimi diqqətdə olmasın. Dekabrın 24-də cari ilin idman yekunlarına həsr olunan mərasim keçirildi. Dövlət başçısı İlham Əliyev çıxışında "2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur" söyləyərək Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiyini, 1700-ə yaxın medal qazanıldığını diqqətə çatdırdı. Bildirdi ki, bu, idmanımızın inkişaf etdiyini,  yeni nəsil idmançıların yetişdiyini və Azərbaycanın idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqlədiyini nümayiş etdirir.

Nəzərə alsaq ki, idman da bir siyasətdir, bu halda Azərbaycan idamançılarının qazandığqları qələbələrin ölkəmizin təqdimatında nə qədər böyük əhəmiyyət kəsb etdiyini aydın görə bilərik.  İdmançılarımızın qələbələri Dövlət Himnimizin səsləndirilməsi, Azərbaycan Bayrağının ucaldılması ilə müşayiət olunur. Bu, qalib Azərbaycanın təqdimatının mühüm tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında idmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu önə çəkərək qeyd etdi ki, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Vətənpərvərlik amili daim diqqətdə olmalıdır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, gənclərimizin vətənpərvəlik, milli ruhda böyüməsi, tərbiyə olunması  əsas çağırışlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında, müsahibələrində daim Azərbaycan gəncinin vətnpərvəliyinidən, Vətən, torpaq sevgisindən geniş bəhs edir. 44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük lokal antiterror tədbirləri gənclərimizin yüksək vətənpərvərliyinin nümayişi oldu. Canları, qanları ilə tarix yazan gənclərimiz bir daha bu  reallığı təsdiqlədilər ki, torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin "İrəli!" əmrini yüksək səviyyədə qəbul edən və ilk gündən qələbə müjdələri ilə xalqımızı sevindirən Azərbaycan Ordusunun, gəncinin qəhrəmanlığı, şücaəti artıq dastana çevrilib.

Vüqar Rəhimzadə vurğulayıb ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idmanla yanaşı, hərbi və fiziki hazırlıq da əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fiziki güc mənəvi saflığa da yol açır. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.

Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə malik olduğu imkanları, gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, bügünkü uğurlara yol açan əsas amil Ümummilli Lider Heydər Əliyevin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yaradılan möhkəm təməl və bu xəttin son 21 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Ölkəmizdə idmanın kütləviliyinin təmin edilməsi üçün bütün zəruri addımlar atılıb və atılır. 2015-ci ildə ilk Avropa Oyunlrına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan  bu sahədə mövcud imkanlarını və  beynəlxalq  tədbirlərin yüksəksək səviyyədə təşkili işini və  məsuliyyətini təqdim etdi. 

Milli Məclisin deputatı bildirib ki, qalib Azərbaycanın yeni dövrünün hədəflərində  idmanın inkişafı xüsusi qeyd edilir. Prezident İlham Əliyev çıxışında onu da bildirdi ki, bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Həm ənənəvi medal gətirən, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaq. Hazırda  bölgələrimizdə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Bakı şəhərində ən müasir idman infrastrukturu vardır. Mötəbər Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının ardınca bu ilin noyabr ayında COP29 beynəlxalq iqlim konfransının da Olimpiya Stadionunda təşkili idman infrastrukturumuzun təqdimatında öz sözünü dedi. 197 ölkə, 76 min qeydiyyatdan keçmiş iştirakçının təmsil olunduğu bu mötəbər tədbirin yüksək səviyyədə təşkilatçılığı beynəlxalq aləmdə təqdir edildi.

Vüqar Rəhimzadə hazırkı dövrün əsas hədəflərindən birinin azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri olduğunu önə çəkərək bildirib ki, bu ərazilərimiz müasir  tələblər səviyyəsində yenidən qurulur. Dövlətimizn başçısı İlham Əliyev çıxışında bu məsələyə də diqqətini yönəltdi. Bildirdi ki, bu torpaqlarda idman infrastrukturu da yaradılır. Bəziləri hesab edə bilər ki, bu, bir az tezdir. Amma bu, mütləq olmalıdır. Çünki  idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub. Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilib. Bir il bundan əvvəl Xankəndi stadionunda  tarixi futbol yarışı keçirildi. Bu stadionun da yenidən qurulması prosesi gələn il başa çatacaq. 

Azərbaycanın bütün sahələrdə beynəlxalq tədbirlərə ev sahibliyi zəngin təcrübəyə malik olduğunun  göstəricisidir. Gələn il ölkəmiz növbəti böyük idman yarışına ev sahibliyi edəcək. Belə ki, Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilib və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara veriləcək. Bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman Kompleksi açılıb. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim edəcək. 

Millət vəkili Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyini şərtləndirən amillər sırasında  ölkəmizdə mövcud  ictimai-siyasi sabitliyi xüsusi qeyd edib. Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə müdaxiləsi nəticəsində  vəziyyətin gərginləşməsi diqqətdən kənarda qalmır. Azərbaycan sabitlik məkanı kimi tanınır. Ölkəmiz sabitləşdirici, birləşdirici aktora çevrilib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq.

Vüqar Rəhimzadə onu da bildirib ki, Prezident İlham Əliyevin hər bir çıxışı mühüm çağırışlarla zəngin olur. Bu baxımdan dövlət başçısı sözügedən çıxışında idman ictimaiyyətinə mühüm mesajlarını çatdırdı. İşğaldan azad edilmiş ərazilərimizdə həyatın yenidən, sıfırdan qurulduğunu önə çəkən dövlətimizin başçısı vurğuladı ki, icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, müasir, rahat, yeni həyat qurulur: "Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki, o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, orada həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını seçsinlər".



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

28.10.2026 / 09:30
Tramp tezliklə Putin və Zelenski ilə görüşəcəyini açıqladı.

28.10.2026 / 08:35
Türkiyədəki “sərmayə olayı” Pasifik Holding-i də vurdu - aktivləri donduruldu

28.10.2026 / 08:21
İsraildə parlament seçkilərində pat vəziyyəti yaranıb - exit-pollar nəticə açıqlaya bilmir

28.10.2026 / 06:26
Türkiyədə səs-küylü “Starlink əməliyyatı” - 85 nəfər saxlandı

27.10.2026 / 22:37
Qazaxıstan rusiyalı avtomobil alıcılarına sanksiya tətbiq etdi – ruslara maşın satışından imtina edilir...

27.10.2026 / 22:15
Konqres Rusiyadan dizel yanacağı alan Amerika şirkətlərini həbslə hədələdi...

27.10.2026 / 21:51
Paşinyan “dövlətyönümlü yeni müxalifətin yaradılması” kursuna başlayır...

27.10.2026 / 21:33
Rusiya bir neçə ayda Ukraynada 240 kv.kilometr ərazi itirdi...

27.10.2026 / 21:16
Vuçiç getdi - Serbiyanın yeni dönəm Azərbaycan siyasəti suallar doğurmağa başladı...

27.10.2026 / 21:04
Ramiz Mehdiyevə hökm oxundu - 14 il iş, bütün əmlakı da müsadirə olundu...

27.10.2026 / 20:59
“Azərbaycan xalqından, 30 il yurdundan məhrum edilmiş insanlardan üzr istənilməlidir” - YENİ TƏLƏB...

27.10.2026 / 20:45
90 faizlik seçici dəstəyi Paşinyanı qorxutdu - mövcud müxalifəti məhv edib yenisini yaradacaq...

27.10.2026 / 20:31
AK Parti iqtidarı Kipr məsələsində güzəştə gedə bilərmi?..

27.10.2026 / 20:17
ABŞ və İsrail İrana qonşu ölkədən (?) hücum edəcəklər...

27.10.2026 / 20:04
Zəfərdən sonra Azərbaycanın qəsdinə qalxmış 3 ölkənin biri Əliyevin qəbuluna gəldi...

27.10.2026 / 19:45
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika qərarını sərt tənqid etdi - Makron rejimi qorxur...

27.10.2026 / 19:28
Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

27.10.2026 / 19:12
Avropadan Putinə bir ildən sonra ilk dəfə zəng gəldi – biz öz adımızdan danışırıq...

27.10.2026 / 18:56
Azərbaycan Rusiya ilə təbii qaz alışı sazişi imzalayacaq...

27.10.2026 / 18:43
Serbiyada "ağıllı həkimlər" Vuçiçin 14 illik hakimiyyətini yıxdılar...

27.10.2026 / 18:29
İran indi də Özbəkistana ərazi iddiası edir, Səmərqəndə dil uzadır

27.10.2026 / 18:14
Məhkəmələrdən mediaya məlumat verəcək şəxs seçildi

27.10.2026 / 18:02
Azərbaycana mal əti idxalı kəskin artdı - yerli istehsal "ölür", bazar bahalaşır...

27.10.2026 / 17:52
Əli Əsədov İƏT-in baş katibi ilə Azərbaycanın təşkilata sədrliyini müzakirə edib - FOTO

27.10.2026 / 17:44
Milli Azərbaycan ideyası beynəlxalq forumda yenidən gündəmə gətirildi...

27.10.2026 / 17:35
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb - FOTO

27.10.2026 / 17:27
Azərbaycanda yeni Komissiya yaradılır

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ