Cümə günü, 30 oktyabr 2026
     

Makron hökumətində Azərbaycana ədalətli yanaşan yeganə naziri həbsə atırlar...

Image


Akif Nağı: "Raşida Dati də ədalətli mövqeyinə görə Fransa hakimiyyəti tərəfindən bu cür təqiblərə məruz qalır..." 

Fransa prokurorları azərbaycanyönlü mədəniyyət naziri Raşida Datinin mühakimə olunmasını tələb edir. Belə ki, Fransanın maliyyə cinayətləri üzrə prokurorları avtomobil şirkətinin keçmiş rəhbəri Karlos Qon və Fransanın Azərbaycan tərəfdarı olan mədəniyyət naziri Raşida Datinin korrupsiya istintaqı ilə bağlı məhkəmə qarşısına çıxarılmasını tələb ediblər. 

Bu barədə Reuters məhkəmədəki mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, hakim bu tələblə bağlı qərar verməlidir. Müstəntiqlər Fransanın mədəniyyət naziri Raşida Datinin vaxtilə "Renault-Nissan" avtomobil alyansından aldığı məsləhət haqqını araşdırırdılar. Alyans Dati Avropa Parlamentinə namizəd olmaq üçün ədliyyə naziri vəzifəsindən istefa verdikdən sonra onu məsləhətçi kimi işə götürüb.

Dati bu müddət ərzində aldığı ödənişlərdə qanun pozuntusu haqqında deyilənləri rədd edib.  

Qeyd olunur ki, Livana şəxsi təyyarənin göyərtəsində bir qutuda Yaponiyadan qaçan Qon ona qarşı qanunsuz davranış ittihamlarını rədd edib. Fransa, Livan və Braziliya vətəndaşlığına sahib olan Qon 2019-cu ildən bəri Yaponiya tərəfindən verilən İnterpolun qırmızı bildirişinə görə Livanı tərk etməyib.

Mədəniyyət Nazirliyinin nümayəndələri şərh sorğusuna cavab verməyiblər. Renault nümayəndələri və Ghosn-un vəkili də şərh verməkdən imtina ediblər.

Məlum məsələdir ki, Fransanın yeganə obyektiv və Azərbaycana ədalətli münasibət göstərən naziri elə buna görə də məhkəməyə çəkilir. Yayılan xəbərdə Azərbaycanyönümlü olduğu xüsusi vurğulanırsa, onun həbs edilməsi cəhdlərinə başqa ad vermək olmur. Fransanın, xüsusən də Makron hökumətinin Azərbaycana qarşı qərəzli siyasəti, düşmən münasibəti bəllidir. Bu halda mədəniyyət nazirinin Azərbaycana ədalətli münasibətini, təbii ki, Makron hökuməti və onun təsir dairəsində olan məhkəmələr qəbul edə bilmir və qondarma ittihamlarla naziri həbsə atmaq istəyirlər. 

"Bu, Fransa ədalət sisteminin, hüquq-mühafizə orqanlarının həddən artıq çürüdüyündən, ədalət hissini itirdiyindən xəbər verir"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qərb müxtəlif dəyərləri süni şəkildə şişirdir. A.Nağı qeyd etdi ki, Qərb dünyası  istər demokratiya, istər insan haqları, istərsə də guya ədalətli məhkəmə ilə bağlı olan məsələləri şişirtməklə öz mahiyyətini ortaya qoyur, bunun arxasında isə reallıq dayanmır. "Öz maraqlarına uyğun hərəkət edirlər və çox zaman da qərəzli mövqedən çıxış edirlər. Xüsusilə də, Fransa Azərbaycana qarşı qərəzli, ölçüyə sığmayan, ancaq yalana köklənən siyasət yeridir və imkan düşən kimi ölkəmizə qarşı öz aləmində zərbə endirməyə, nüfuzdan salmağa çalışır. Bilirsiz ki, COP29-un gedişində də onlar hələ də çalışıb-əlləşirlər ki, Azərbaycana qarşı hansısa kampaniya təşkil etsinlər, COP29 tədbirinin mahiyyətini, Azərbaycanın təşkilatçılığını kölgə altına salsınlar, yalan informasiyalar yaysınlar. Məqsəd Azərbaycan haqqında yanlış fikir, rəy yaratmağa nail olmaqdır, Azərbaycana dünyanın, xüsusən də Qərbin etimadını zəiflətsinlər, etibar olunmayan, etimad göstərilməyən bir ölkə təsəvvürü yaratsınlar. Fransanın apardığı siyasət buna yönəlib. Dəfələrlə bununla bağlı söhbətlərimiz olub ki, bunun kökündə nə dayanır, niyə Fransa və onun prezidenti Makron bu cür antiazərbaycan mövqeyindədir. Bu sualın cavabı çoxvariantlıdır. Amma özləri etiraf etməlidirlər ki, bunları narahat edən nədir".

A.Nağının sözlərinə görə, Makronun prezidentliyindən əvvəlki dövrdə Azərbaycanla Fransanın münasibətləri normal olub, Azərbaycan regionun lider dövlətidir və bizim ölkə ilə hesablaşmaq lazımdır. O qeyd etdi ki, görünür, Makron Azərbaycanla hesablaşmaq, Azərbaycanın regiondakı liderliyini qəbul etmək istəmir. "Əsas da bunların o isteriyası, səs-küyü 2020-ci ildə Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra başladı. Onlar bizim qələbəmizi həzm edə bilmirlər. Ermənistanı süni şəkildə regionda hansısa faktora çevirmək istəyirlər. Çalışırlar belə görüntü yaratsınlar ki, guya Ermənistan regionda bütün proseslərin mərkəzində, qovşağında dayanır. "Sülh kəsişməsi" deyilən süni ideyanı da onların köməyi ilə Ermənistan dünyaya sırımağa çalışır. Bu da mənasız bir şeydir. 

Makron hökumətinin əli hər şeydən üzüləndə Azərbaycanla bağlı obyektiv mövqe tutanlara qarşı hücuma keçir. Bu, istər Fransa parlamentinin üzvü, istərsə də hansısa rəsmi dövlət vəzifəsi tutan şəxs olsun, fərqi yoxdur, dərhal hücum edirlər. Makron hökuməti Raşida Datinin Azərbaycana ədalətli, obyektiv mövqeyini qəbul edə bilmir. Onu həbs etmək istəklərinə ad da qoya bilmirlər ki, Dati Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə ona qarşı təqib başlayıb. Bunu açıq deməsələr də, mahiyyətin kökündə məhz bu amil dayanır. Çünki başqa səbəb görsənmir və ona qarşı irəli sürülən ittihamların da heç bir əsası yoxdur. Dati tərəfindən Fransa məhkəmələrinin irəli sürdüyü ittihamlar rədd edilir. Raşida Datini başqa bir şəxslə bağlayırlar, orda da heç bir əsas, sübut yoxdur. Bu Qərb, xüsusən də Fransa ədalət sisteminin, hüquq-mühafizə orqanlarının həddən artıq çürüdüyündən, ədalət hissini itirdiyindən xəbər verir. Fransa məhkəməsi heç bir halda ədalətli mövqe tutmaq istəmir. Yəqin ki, məhkəmə prosesi uzanacaqsa, prokuror müraciət edib, onlar hansısa bir tədqiqat aparacaqlarsa, təbii ki, ortaya fakt çıxara bilməyəcəklər, saxta məlumatlardan istifadə edə, yalançı şahidləri ortaya çıxara bilərlər. Bu, Fransanın ənənəsində var. Makron Fransaya ədalətsiz bir ölkə imici qazandırıb. Fransa qərəzli bir ölkə mövqeyinə sahibdir. Ona görə də, nüfuzunu tamamilə itirib.

Bu proseslər hansı istiqamətdə gedəcək? Təbii ki, Azərbaycan da prosesləri diqqətlə izləyəcək. Azərbaycanın mövqeyinə hörmətlə yanaşan şəxslər, təbii ki, müdafiə olunmalıdır, Azərbaycan da müdafiə edəcək. Bu müdafiə ictimai xətlə həyata keçiriləcək, beynəlxalq ictimai rəyə təsir göstərilməyə çalışılacaq. Azərbaycanın QHT-ləri, hüquq müdafiə təşkilatları, o cümlədən də siyasi partiyalar bu məsələdə daha fəal olmalıdırlar. Xüsusən də hüquq müdafiəçiləri bu istiqamətdə aktivlik göstərməlidirlər". 

A.Nağı qeyd etdi ki, bəzi hüquq müdafiəçiləri var ki, hansısa mərkəzlərdən umacaqları var və o mərkəzlərin sifarişlərini yerinə yetirirlər. A.Nağının sözlərinə görə, COP29-un gedişində bəzi ölkələrdə, o cümlədən də qonşu Gürcüstanda -Tiflisdə müəyyən antiazərbaycan aksiyaları keçirirlər, İrəvanda Azərbaycana qarşı aksiyalar təşkil olunur.   "Balaca Qreta Tunberq başından yekə işlər görür və antiazərbaycan sifarişlərini yerinə yetirir. Çox təəssüf ki, Azərbaycandan da bəzi hüquq müdafiəçiləri, bəzi fəallar bu prosesin içindədirlər, bu prosesdə iştirak edirlər, Azərbaycana qarşı şərləmə kampaniyasının tərəfində dayanırlar. Böyük yanlışlıqlara yol verirlər. Amma özünü obyektiv hesab edən hüquq müdafiəçiləri də var ki, Fransanın göz önündə olan ədalətsiz mövqeyinə etiraz etməlidirlər. Əgər onların vicdanı varsa, gerçəkdən də hüquq müdafiəçisidirlərsə, Fransada Azərbaycanın mövqeyini müdafiə edən şəxsləri müdafiə etməlidirlər, öz əlaqələrindən istifadə edib işlər görməlidirlər, ədalətli olmağa çalışmalıdırlar. Yəni bu proses ictimai xətlə getməlidir, eyni zamanda Azərbaycan dövləti də bu məsələni Fransanın diqqətinə çatdırmalıdır, səfirliyimiz vasitəsilə münasibət bildirilməlidir. Səfirliyimizin faəliyyəti orada ortada olmalıdır.  O nazir Fransada Azərbaycanla bağlı ədalətli mövqe sərgilədiyi üçün cəzalandırılmamalıdır. O adam Azərbaycanın dəstəyini hiss etməlidir. Ona görə yox ki, o hansısa maraqla Azərbaycanın mövqeyini müdafiə edib. Elə deyil. Raşida Dati kimi şəxslər özləri obyektiv, ədalətli insanlardır. Fransada, dünyanın başqa ölkələrində də bu cür ədalətli insanlar var. Fransa parlamentarilərinin arasında da ədalətli adamlar yox deyil, ona görə də onlar ədalətli mövqe tuturlar. Raşida Dati də ədalətli mövqeyinə görə  Fransa hakimiyyəti tərəfindən bu cür təqiblərə məruz qalır, qərəzli mövqeyə tuş gəlir". 

A.Nağı hesab edir ki, Azərbaycan da açıq şəkildə belə ədalətli insanları müdafiə etməlidir. "Fikrimcə, Fransanın bu cəhdi də digər cəhdləri kimi nəticə verməyəcək. Əsası olmayan bir prosesdir. Sadəcə, orda Azərbaycanın ədalətli mövqeyini müdafiə edən şəxslərlə bağlı bir mənfi rəy yaradırlar. Biz tərəfdən də çalışılmalıdır ki, onlar haqda belə rəy də yaranmasın. Orada ermənilərin mövqeyini müdafiə edənlərin mövqeyindən bizim mövqeyimizi müdafiə edənlərin mövqeyi daha da güclənsin. Bumeranq təsiri bağışlasın, bumeranq effekti versin ki, onlar bizə nəsə etmək istəyirlərsə biz onların özlərini pis vəziyyətə qoyuruq. Bununla da bizim haqlı mövqeyimiz bir daha nümayiş etdirilir, yanımızada, ədalətin yanında olanlar özlərini müdafiəsiz və tək hiss etmirlər, Azərbaycanı müdafiə etmək istiqamətində işlərini davam etdirirlər. Biz də dəstək verməliyik ki, onlar yorulmadan, çəkinmədən öz işlərini davam etdirsinlər"-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 13:17
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 13:01
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 12:53
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ