Cümə günü, 30 oktyabr 2026
     

Gürcüstanın Azərbaycan məktəblərində ciddi dərslik qüsuru var...

Image


Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan 2-ci sinif riyaziyyat dərsliyində bəzi tapşırıqlar ana dilinə tərcümə edilməyib, gürcü dilindən tərcümə rus dilində verilib. Bu da soydaşlarımızın narazılığına səbəb olub. 

Bu barədə iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva sosial şəbəkə hesabında məlumat yayıb.

Bu problem nədən qaynaqlanır? Niyə Azərbaycan dillinə tərcümə edilən dərslikdə rus dilindən istifadə olunur? Mütəxəssislər yoxdurmu?

Aygül İsayeva: "Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb"

Aygül İsayeva "Bakı-Xəbər"ə bildirdi ki, bu problem yalnız 2-ci sinif riyaziyyat dərsliklərində deyil, başqa fənlərə aid dərsliklərdə də mövcuddur. "2005-ci ildən Gürcüstanda dərsliklər tərcümə olunur. Əvvəllər  dərsliklər Azərbaycandan gətirilirdi. 2005-ci ildən isə qeyri-gürcü dilli məktəblər, o cümlədən də Azərbaycandilli məktəblər üçün dərsliklər Gürcüstanda çap olunur və gürcü dilindən tərcümə edilir. Bu, 20 ilə yaxın bir dövrü əhatə edir. Təəssüflər olsun ki, 20 ilə yaxın bir vaxt ərzində Gürcüstanın Azərbaycan məktəbləri üçün normal səviyyəli bir dərslik ortaya çıxarılmayıb. Azərbaycan məktəbləri üçün olan bütün dərsliklərdə ciddi problemlər var. Keçən ay da bu barədə  paylaşım etmişdim və paylaşım etdiyim 2-ci sinif riyaziyyat dərsliyi idi. 2023-cü ildə nəşr olunub, yəni ən sonuncu nəşrdir. 116 Azərbayandilli məktəbin hamısında bu dərslikdən istifadə edilir. O kitabda müəyyən tapşırıqların izahı rus dilində verilib. Bunun da səbəbi aydın deyil. Bilmirəm ki, bu qərəzli şəkildə edilib, yoxsa tərcüməçinin səhvidir. Dərsliyin müəllifi gürcülərdir, dərslik də gürcü dilindən Azərbaycan dilinə tərcümə olunub. Amma ora rus dilində izahlar necə düşüb, bilinmir. Tərcüməni azərbaycanlılar edir və tərcümə edənlərin əksəriyyəti fənn müəllimləridir. Tutaq ki, kimsə riyaziyyatdan dərs deyirsə, o da götürüb gürcü dilindən tərcümə edir. Gürcüstanın Təhsil Nazirliyi peşəkar tərcüməçiləri dərsliklərin tərcüməsi prosesinə cəlb etmir. Burada qətiyyən tərcüməçi qrupu yoxdur. Mən riyaziyyat dərsliklərini Azərbaycan dilinə tərcümə edən bir şəxslə danışmışam, o bir riyaziyyat müəllimidir. Özü dedi ki, bizə tərcümə üçün çox qısa müddət verirlər ki, 1 aya, ay yarıma bir kitabı tərcümə et. Bir adam həm tərcümə edir, həm redaktə, həm də korrektura işini görür. O kitablar ciddi şəkildə redaktə, korrektə olunmadığı üçün sonradan ciddi səhvlər ortaya çıxır. İndi bəzi tərcümə edənlər mənə dedilər ki, artıq korrektorlar da var, amma buna baxmayaraq yenə də o səhvlər ortaya çıxır. Bunun da səbəbi odur ki, tərcümə işi ilə peşəkarlar məşğul olmur. Bunun üçün xüsusi qrup yaradılmalıdır ki, tərcümə işi peşəkar səviyyədə olsun, səhvlər aradan qaldırılsın. Fənn üzrə mütəxəssis olmalıdır, tərcüməçi olmalıdır və sair. Təəssüflər olsun ki, bu yoxdur. Dərsliklərin tərcüməsinə bir nəfər məsul olur və bu işi qısa müddət ərzində gördüyü üçün də problemlər ortaya çıxır. 

Bu problem 2-ci sinif, 5-ci sinif riyaziyyat dərsliklərində, eləcə də digər fənlərə aid dərsliklərdə də var. 5-ci sinif riyaziyyat dərsliyində məzmun səhvi var. Məsələn, mətndə yazılıb ki, hava müxtəlif cür ola bilir. Axı hava müxtəlif cür ola bilməz, hava qeyri-sabit, dəyişkən ola bilər. Bunu bu şəkildə şagird oxuyanda təkcə bu onun o fənni anlamağına mənfi təsir etmir, eyni zamanda ana dilində fikri yanlış ifadə edir. Yəni sən ana dilində özünü ifadə edəndə bu səhvi buraxırsan. Şagird görür ki, Təhsil Nazirliyinin hazırlayıb məktəblərə verdiyi bir dərslikdə hava bu cür ifadə olunur, o gedib sabah ictimai yerdə də bunu o cür ifadə edəcək. Bu artıq ana dilində özünü necə ifadə edirsən ona da təsir edir". 

A.İsayeva qeyd etdi ki, problemin həllinə nail olmaq üçün Gürcüstanın Təhsil və Elm Nazirliyində olub və orada nazir müavini, ümumtəhsil şöbəsinin rəhbəri və əməkdaşları ilə görüşüb, 3 saata yaxın söhbət edib, məsələni onların diqqətinə çatdırıb. "Orda onlara dedim ki, ana dilində dərs saatlarını azaltmısınız, bir tərəfdən ana dilinin mənimsənilməsinə belə təsir edirsiniz. İkinci tərəfdən, dərsliklərdə xeyli problemlər var və  dərsliklər problemli tərcümə olunduğu üçün yenə də ana dilinin mənimsənilməsinə mənfi təsir edir. Şagird ana dilini ədəbi dil səviyyəsində mənimsəyə bilmir, siz dəsrlikləri o şəkildə tərcümə etməklə  ana dilimizi birbaşa məişət səviyyəsinə endirirsiniz.  Onlar mənimlə razılaşmadılar, dedilər ki, dərsliklərdə əvvəllər problemlər vardı, amma indi heç bir dərslikdə hər hansı problem yoxdur, biz buna tamamilə əminik. Səhv tərcümələr ana dilimizin mənimsənilməsinə mənfi təsir edir. Amma nazirlikdə mənimlə razılaşmadılar və belə qərara gəldim ki, problemi ictimaləşdirim". 

A.İsayevanın sözlərinə görə, 20 ilə yaxın bir dövr ərzində dərsliklərin yüksək səviyyədə tərcümə edilməsi üçün peşəkar mütəxəssis də hazırlamaq, yaxşı bir nəşriyyatla işləmək də mümkün olardı, səhvsiz, nöqsansız bir dərslik oryata çıxara bilərdilər. "20 il az müddət deyil, bu illər ərzində inkişafa nail olmaq mümkün idi. 2-3 ildən bir yeni dərslik çap edirlər. Hər dəfə bu qədər səhvlər buraxılırsa, deməli, elə özləri də bunu istəyir ki, dərsliklər bu formada qüsurlu, səhvlə dolu olsun, uşaqlar öz dillərində normal oxumasınlar. Bu dərsliklərdə qrammatik, orfoqrafik, məzmun səhvləri çoxdur. Bir dərslikdə yalnız bir səhifədə beş-altı səhv tapdım. Bir səhifədə beş-altı səhvin olması nə deməkdir? Bu necə ola bilər? Bir dərslikdə "avqusun beşində" yazılmaq əvəzinə "avqustun beyində" yazılıb", "axırıncı" sözündə "axrıncı" yazılıb, yenə də orfoqrafik səhvə yol verilib. 

Bir məsələni də vurğulayım ki, hansı dərsliyi açırsan mətnlərdə Nika, İrakli, Nino kimi gürcü adları var, bir dənə azərbaycanlı adı yoxdur. Nəyə görə? Mən bu dəsrlikdə niyə təmsil olunmuram, orda mənim adım bir azərbaycanlı kimi niyə getmir, nə üçün ancaq gürcü adlarından istifadə olunur? Əslində, bunun özü diskriminasiyanın bir formasıdır ki, dərsliklərdə azərbaycanlı adları yoxdur. 

Sonra "İncəsənət" dərsliyi çap ediblər, kitabı açırsan görürsən ki, baş-ayaq çap olunub. Sən kitabı oxumaq üçün bu tərəfə, sonra isə o tərəfə çevirməlisən. "Vətəndaş cəmiyyəti" kitabının üz qabığında ciddi səhv gedib, "şagird" sözündə "r" hərfi yox idi. Bu addır, necə gözdən yayına bilər? Bu birbaşa görsənən bir səhvdir və bunu necə çap etmisən? 116 məktəbin hamısına bu kitab gedəcək, söhbət minlərlə kitabdan gedir.

Problemdən çıxış yolu üçün təklifim var: 

Problemi həll etmək üçün mütləq tədbir görülməlidir. Dərsliklər gürcü dilindən Azərbaycan dilinə tərcümə olunanda prosesdə Azərbaycan və gürcü dillərini bilən bir mütəxəsisin iştirakı vacibdir. Bundan başqa, Azərbaycandan ən güclü dərslik, tərcümə mütəxəssisləri bu işə cəlb olunmalıdır. Azərbaycanda yaxşı mütəxəssislər var, onlar bu işə cəlb olunmalıdır ki, problem həll olunsun. Çünki Gürcüstanda elə mütəxəssis yoxdur".

A.İsayeva hesab edir ki, Azərbaycandan Gürcüstana məhz bu məsələ üçün dil, dərslik, tərcümə və sair üzrə mütəxəssislər cəlb edilməlidir ki, problem kökündən öz həllini tapsın: "Xüsusi ekspert qrupu yaradılmalıdır və bu qrupa bizim mütəxəssislərlə yanaşı Azərbaycandan da mütəxəssislər cəlb olunmalıdır. Bundan sonra bəlkə ortaya normal dərsliklər çıxa".

Kamran Əsədov: "Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması..."

Təhsil mütəxəssisi Kamran Əsədov da məsələyə münasibət bildirdi. "Gürcüstanda Azərbaycandilli məktəblər üçün nəzərdə tutulan dərsliklərdə belə problemlərin yaranması bir neçə əsas səbəbdən qaynaqlanır. İlk olaraq, təhsil siyasətinin və azlıqların hüquqlarının təmin edilməsindəki struktur problemlər diqqətə alınmalıdır. Gürcüstanda milli azlıqlar üçün tədris materiallarının hazırlanması həm siyasi, həm də texniki çətinliklərlə üzləşir.

Birinci səbəb resurs çatışmazlığıdır. Tədris materiallarının hazırlanmasında əsas yük dövlət tərəfindən dəstəklənən təhsil nazirliklərinə və xüsusi olaraq bu işə cəlb edilən mütəxəssislərə düşür. Gürcüstanda azərbaycandilli təhsil sektorunda kifayət qədər təcrübəli kadrların və Azərbaycan dilində yüksək keyfiyyətli tərcümə edə biləcək mütəxəssislərin olmaması səbəbindən dərsliklər bəzən qeyri-dəqiq və natamam hazırlanır. Rus dilində qalan tapşırıqlar, ehtimal ki, tərcümə prosesindəki resurs çatışmazlığından və ya məsuliyyətsiz yanaşmadan qaynaqlanır". 

K.Əsədovun sözlərinə görə, tərcümə üçün mütəxəssislərin sayının az olması, mövcud mütəxəssislərin təcrübələrinin yetərli olmaması və ya bu işin aşağı maliyyə ilə həyata keçirilməsi kimi amillər də bu problemin bir hissəsidir: "İkinci səbəb tarixi və mədəni kontekstdə axtarılmalıdır. Gürcüstan Sovet İttifaqının tərkibində olduğu dövrdə rus dili təhsildə dominant rol oynayırdı. Bir çox təhsil materialları rus dilində hazırlanırdı və bu ənənə müəyyən mənada müasir Gürcüstanda da davam edir. Müasir dövrdə gürcü dilinə tərcümələr üstünlük təşkil etsə də, azərbaycandilli məktəblər üçün xüsusi yanaşma göstərilməməsi və bu prosesin çox yavaş aparılması nəticəsində dərsliklərin tam tərcümə edilməməsi problemi qalır.

 Üçüncü səbəb siyasi və sosial məsələlərlə bağlıdır. Gürcüstanda azərbaycanlı icmasının təhsil hüquqlarının tam təmin olunmaması problemi illərdir müzakirə olunur. Dövlətin azlıqlar üçün tədris materiallarına prioritet yanaşmaması, onları əsasən ikinci dərəcəli məsələ kimi görməsi belə problemlərin yaranmasına səbəb olur. Azərbaycandilli məktəblər üçün dərsliklərin hazırlanması bir çox hallarda yalnız formallıq kimi qəbul edilir. Bu isə dərsliklərin məzmununda keyfiyyətsizliyə və çatışmazlığa yol açır.

Bundan başqa, müəllif hüquqları və məzmun məsələləri də rol oynaya bilər. Əgər dərsliklər tamamilə Gürcüstan tərəfindən deyil, başqa ölkələrdə hazırlanmış materialların uyğunlaşdırılması ilə ortaya çıxırsa, bu prosesdə orijinal dilin tam tərcümə edilməməsi halları baş verir. Bu, həm də tərcümə prosesində keyfiyyət nəzarətinin zəifliyini göstərir.

Həll yolları üçün dövlətin daha genişmiqyaslı tədbirlər görməsi lazımdır. İlk növbədə, azərbaycandilli təhsil sektorunda peşəkar tərcüməçilərin və müəllimlərin hazırlanması üçün xüsusi proqramlar həyata keçirilməlidir. Gürcüstan hökuməti azlıqların hüquqlarını qorumaq məqsədilə bu sahəyə daha çox maliyyə ayırmalı və dərsliklərin hazırlanmasını keyfiyyətlə təmin edən mexanizmlər qurmalıdır. Həmçinin, Azərbaycan hökuməti və diaspor təşkilatları da bu prosesə dəstək göstərə bilər. Tədris materiallarının keyfiyyətinin artırılması yalnız icmanın təhsil səviyyəsini yüksəltməz, həm də onların cəmiyyətə inteqrasiyasını asanlaşdırar".

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ